PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə73/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   68   69   70   71   72   73   74   75   76

 
293 
yalnız  bir  malgöndərənlə  hesablaşmalar  üçün  nəzərdə 
tutulur və müqavilədə göstərilən müddət ərzində qüvvədə 
olur  və  yalnız  malgöndərənin  və  alıcının  razılığı  ilə 
uzadıla bilər. 
Akkreditivlər  üzrə  ödəmələri  onun  qüvvədə  olduğu 
müddətdə 
malgöndərənin 
bankında 
malgöndərən 
tərəfindən 
əmtəələrin  yüklənməsini  təsdiq  edən 
hesabların  reyestri  və  nəqliyyat  və  ya  qəbul-təhvil 
sənədləri  təqdim  olunduqdan  sonra  akkreditivin  tam 
mabləğində və  ya hissə-hissə həyata keçirilir. Hesabların 
reyestri    malgöndərən  tərəfindən  ona  xidmət  göstərən 
bank  müəssisəsinə,  bir  qayda  olaraq,  əmtəələrin 
yükləndiyi gündən bir gün sonra təhvil verilməlidir. 
 
MÖVZU 13. 
 
LİZİNQ ƏMƏLİYYATLARININ 
TƏŞKİLİ, FAKTORİNQ, FRANÇAYZİNQ 
  
1.  Lizinq,  iqtisadi  mənada  material  və  pul 
formasında birbaşa investisiyaların köməyilə müəssisənin 
texniki cəhətdən yenidən silahlanmasını və elmi –texniki 
tərəqqinin  sürətləndirilməsini  təmin  edən  mülkiyyət 
münasibətləri kompleksidir. 
Lizinq  –özünə  üç  növ  təşkilati  iqtisadi  münasibəti 
daxil  edən  sahibkarlıq  fəaliyyəti  sistemidir.  Lizinq 
münasibətlərinin  sosial  əhəmiyyəti  ondan  ibarətdir  ki, 
onlar  sahibkarlara  istehsal  vasitələrindən  fəal  şəkildə 
istifadə etməyə imkan yaradır, onların əmək fəallığını və 


 
294 
yaradıcılıq 
imkanlarını 
stimullaşdırır. 
Lizinq 
münasibətləri  mexanizmi  hüquqi,  maliyyə  və  təşkilati-
texniki münasibətlər əsasında qurulur. 
Sistemli  iqtisadi  böhran  və  bütün  növdən  olan 
investisiya  resurslarının  çatışmaması  lizinqdən  hazır 
məhsulun  əlavə  satış  kanalı  kimi  istifadə  olunmasını 
zəruri və optimal edir. 
Müasir  tarixdə  “lizinq”  anlayışından  ilk  olaraq 
1877-ci  ildə,  “Bell”  telefon  kompaniyasının  özünün 
istehsal  etdiyi  telefonları  satmaq  yox,  onları  icarəyə 
vermək qərarına gəldiyi zaman istifadə olunmuşdur. 
İlk  lizinq  birliyi  1952-ci  ildə  San-Fransiskoda 
(ABŞ) yaradılmış və “Yunayted steyts lizinq korporeyşn” 
adını almışdır. Amerikan lizinqin atası bu kompaniyanın 
prezidenti Henri Şonfeld hesab olunur. 
ABŞ-  da  lizinq  maliyyə-lizinq  birlikləri  sayəsində 
iqtisadi  fəaliyyətin  effektiv  alətinə  çevrildi.  Lizinq 
müqavilələrinin  çoxvariantlığı  investisiya  vəsaitlərinin 
əldə  edilməsi  və  onlardan  istifadə  olunması  yollarını 
əhəmiyyətli  dərəcədə  diversifikasiya  etməyə  imkan 
yaratdı. 
2.Kommersiya 
konsessiyası 
(françayzinq) 
müqaviləsi    ondan  ibarətdir  ki,  sahubkar  özünün  firma 
vasitələrindən: 
firma 
adından 
və 
kommersiya 
işarələrindən,  əmtəə  nişanından,  xidmət  nişanından, 
müəyyən mükafatla digər sahibkara fəaliyyətində istifadə 
etmək  hüququnu,  qorunan  kommersiya  informasiyasını 
verir,  həmçinin  məsləhət  verməyi  və  biznesin  təşkilində 
yardım edilməsini öhdəsinə götürür. 


 
295 
Kommersiya  konsessiyasının  mənası  –hüquqa 
malik  olanın  işgüzar  adından  və  kommersiya 
təcrübəsindən  istifadə  etməklə  istifadəçi-müəssisənin 
mənfəətiniartırmaq 
üçün 
ona 
əlverişli 
şərait 
yaradılmasından ibarətdir. 
Kommersiya 
konsessiyası 
müqaviləsinin 
iştirakçıları  kimi  kommersiya  təşkilatları,  həmçinin 
hüquqi şəxs olmayan fiziki şəxslər çıxış edə bilərlər. 
Kommersiya  konsessiyası  müqaviləsi  aşağıdakı 
əsas növlərdə ola bilər: 
-
 
istehsalat  –  malların  istehsalının inkişaf etdirilməsi 
və onların yeni bazarlara yeridilməsi üçün
-
 
satış 
istehsalçının 
nəzarətində 
olan 
geniş 
şaxələnmiş şatış şəbəkəsinin yaradılması üçün; 
-
 
ticarət-hüquqi  cəhətdən  müstəqil  olan  firma 
mağazalarının açılması üçün; 
-
 
xidmət sahəsində - hüquqi cəhətdən  müstəqil olan 
mehmanxana,  restoran,  emalatxana  şəbəkələrinin 
açılması üçün və s. 
-
 
3.Faktorinq-  komissiyanınmüxtəlif  növlərindən 
biridir. 
-
 
Faktorinqin mahiyyəti  ondan ibarətdir ki,  bank və 
yaxud ixtisaslaşdırılmlş təşkilat ( faktorinq firma və 
yaxud 
faktor) 
satıcı-müəssisələrdən 
alıcı-
müəssisələrin borclarını alır (ilk növbədə, alıcıların 
göndərilmiş  malların,  görülmüş  işlərin  və  ya 
xidmətlərin  ödənişi  üzrə  öhdəlikləri)  və  onları 
satıcıya  faktiki  göndəriş  və  yaxud  yerinə 
yetirilməyə  əsasən  ödəyir.  Sonradan  faktor  bu 
borcları birbaşa borclu müəssisələrdən alır. 
-
 
Öz xidmətlərinə görə faktor  satıcıdan (müştəridən) 
komissiyon  muzdunu  alır  ki,  buraya  kredit 


 
296 
resurslarından  istifadəyə  görə  faiz  dərəcəsi  daxil 
edilir.  Bundan  başqa,  faktor  onunla  qazanır  ki, 
onun  ədə  etdiyi  borc  öhdəlikləri  bu  borcların  alış 
qiymətindən yüksək olur. 
-
 
Faktorinqin  icrası  üçün  bir  neçə  il  müddətinə 
müqavilə bağlanır. 
-
 
Faktorinq 
müqaviləsində 
müştərinin  faktora 
müəyyən  borcları  güzəştə  gedir.  Faktor  öz  üzərinə 
gələcək 
borcların 
ödəniş 
qabiliyyətinin 
yoxlanılmasını  götürür,  bundan  sonra  isə  onlara 
müəyyən  limit  daxilində  kredit  verilməsinə  razılıq 
verir.  Bu  limit  daxilində  faktor  öz  üzərinə 
ödəməməyin riskini götürür. 
-
 
Kredit  öhdəliyinin  keçməsi  borcluya  çatdırılır, 
bundan  sonra  o,  özünün  maliyyə  problemlərini 
satıcı ilə deyil, faktorinq firmailə həll edir. 
-
 
 Komissiya 
kommersiya 
fəaliyyətinin 
vacib 
formalarından biridir. 
-
 
  Kom issiyanın mahiyyəti ondan ibarətdir ki, ticarət 
müəssisəsi 
(komisyonçu) 
adlanan 
bir 
tərəf, 
komitent adlanan digər tərəfin tapşırığına əsasən öz 
adından  və  komitentin    hesabına  sövdələşmələri 
həyata keçirməyi  müqavilə ilə öz öhdəsinə götürür. 
-
 
  Bu  zaman  komissiya  müqaviləsi  ilə  əldə  olunan 
hüquq  və  öhdəlikləri  komisyonçu,  hətta  komitent 
üçüncü  şəxslə  birbaşa  münasibətə  girdiyi  zaman 
özündə saxlayır. 
-
 
  Komissiya  müqaviləsi,  bir  qayda  olaraq,  müəyyən 
müddətə  bağlanılır  və  komisiyonçuya  tapşırılan 
sövdələşmələrin  həyata  keçirilməsi  hüququnun 
digərlərə    verilməməsi  haqqında  komitentin 
öhdəliyini özündə əks etdirir. 
-
 
  Komisyonçu  komissiya  üzrə    öz  xidmətlərinə  görə 
komitentdən  komisyon  muzdu  alır,  bundan  başqa 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə