PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə72/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   68   69   70   71   72   73   74   75   76

 
289 
kifayət  qədər  əhəmiyyətli  elementi,  işgüzar  uğurun  ən 
mühüm ilkin şərti kimi çıxış edir. 
Risk  demək olar  ki, bütün istiqamət və aspektləri ilə 
bağlı  olan  müxtəlif  problemləri  əhatə  edən  çox  geniş 
anlayışdır.  Bu  sahədə  kommersantın  əsas  vəzifələri 
ümumən məlumdur: aşağı,  yüksək risk aşkar etmək, risk 
haqqında  xəbərdarlıq  edən  tədbirləri  işləyib  hazırlamaq 
və həyata keçirmək, zərərə uğradıqda onun optimal əvəz 
olunması  üçün  tədbirlər  görmək,  risklərin  təhlili  və 
əvvəlcədən onlar haqqında xəbər verilməsi və s. 
2.  Riskin  müəyyən  edilməsi  investisiya  qərarlarının 
qəbulu  zamanı  xüsusilə  vacibdir.  Risk  və  qeyri-
müəyyənlik  şəraitində  investisiya  layihələrinin  seçilməsi 
meyarları çox halda riskin dərəcəsindən asılı olur. Qərar 
rəhbərin  fərdi  olaraq  riskə  meyilliyi,  habelə  firmanın 
mövcud  olduğu  konkret  situasiya  ilə  müəyyən  edilir. 
Menecer  yeni  layihəni  digər  variantlarla  və  firma 
fəaliyyətinin  artıq  yoluna  qoyulmuş  növləri  ilə  qarşılıqlı  
əlaqədə  nəzərdən  keçirilir.  Riskin  azaldılması  məqsədilə 
elə  əmtəələri  seçmək  lazımdır  ki.  onlar  üzrə  tələb  əks 
istiqamətlərdə  dəyişsin,  yəni  bir  əmtəə    üzrə  tələb 
artdıqda,  digər  əmtəə  üzrə    tələb  azalsın  və  ya  əksinə. 
Lakin  heç  də  hər  bir  risk  diversfikasiyanın  köməyilə 
azaldıla bilinmir. Sahibkarlığa yüksəlişin və ya böhranın 
gözlənilməsi,  bank  faizi  dərəcəsinin  hərəkəti  və  s.  kimi 
makroiqtisadi  amillər  təsir  göstərir.  Menecer  belə 
proseslərlə  şərtlənən  riski  istehsalın  diversfikasiyanın 
köməkliyi  ilə  azalda  bilmir.Müəssisədə  idarəetmə 
qərarlarının 
qəbulu  riskin  bütün  növlərinin  sıx 
əlaqələndirilməsini nəzərdə tutur, amma menecerin hətta 
ən  düz  hesab  edilən  proqnozları  belə  firmanın  özündən 
asılı olmayan gözlənilməz və əvvəlcədən müəyyən edilə 
bilinməyən şəraitlər üzündən qeyri-real ola bilər: iqtisadi 


 
290 
toqquşmalar, 
müştərilərin 
zövqlərində 
kəskin 
dəyişikliklər,  rəqiblərin  gözlənilməz  hərəkətləri,  tətillər, 
yeni  dövlət  qərarları.  Buna  görə  də  qeyri-əlverişli 
hadisələrin  baş  verməsi  halı  üçün  ehtiyat  vəsaitləri, 
istehsal gücləri, xammal və hazır məhsul hesabına mənfi 
nəticələrin  azaldılmasının  mümkünlüyü  nəzərdə  tutulur, 
fəaliyyətin  yenidən  istiqamətləndirilməsi  üçün  maddi 
təmin olunmuş planlar işlənib hazırlanır. 
 
MÖVZU 12.  
KOMMERSİYA HESABLAŞMALARININ  
 FORMA VƏ METODLARI  
1.  
Hesablaşmaların    müəssisələr  tərəfindən  ya  nəqd 
pulla, ya da nəqdsiz ödəmələr yolu ilə həyata keçirilir. 
Öz  təşkilati-hüquqi  formalarından  və  fəaliyyət 
sferalarından  asılı  olmayaraq  müəssisələr  sərbəst  pul 
vəsaitlərinin banklarda saxlamağa borcludurlar. 
Təşkilatlar  digər  müəssisələrlə  öhdəliklər  üzrə 
hesablaşmaları, bir qayda olaraq, bank vasitəsilə nəqdsiz 
qaydada 
həyata 
keçirirlər 
və 
ya 
Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  Milli 
Bank 
tərəfindən 
müəyyən 
edilmiş 
nəqdsiz 
hesablaşmaların digər formalarını tətbiq edirlər. 
Hesablaşmaları nəqd pulla həyata keçirmək üçün 
hər  bir  təşkilatın  kassası  olmalı  və  müəyyən  edilmiş 
formada kassa kitabı açılmalıdır. 


 
291 
Əhali  ilə  hesablaşmaların  həyata  keçirildiyi 
zaman  təşkilatlar  tərəfindən  nəqd  pulun  qəbulu  mütləq 
qaydada nəzarət-kassa aparatının tətbiqi ilə aparılmalıdır. 
Təşkilatların  banklardan  aldıqları  nəqd  pullar 
çekdə göstərilən məqsədlərə sərf edilməlidir. 
Kassa  əməliyyatlarının  aparılması  kassirə  həvalə 
olunur  və  o  qəbul  etdiyi  dəyərlərin  saxlanmasına  görə 
tam maddi məsuliyyət daşıyır. 
Kiçik  təsərrüfat  xərclərini  ödəmək,  ezamiyyət 
üçün  avans  vermək  və  digər  xırda  ödəmələri  həyata  
keçirmək  üçün  kassada  bankın  müəyyən  etdiyi  limit 
daxilində  kiçik  pul  məbləğləri  saxlamaq  olar.  Yalnız 
müəssisənin  işçilərinə  əmək  haqqı,  müvəqqəti  işsizlik 
üzrə  müavinətlər,  təqaüdlər  və  pul  mükafatları  verildiyi 
dövrdə  3  iş  günü  müddətində  kassada  müəyyən  edilmiş 
limitdən artıq pul saxlamağa icazə verilir. 
2.  Nəğdsiz  hesablaşmalar  banklarda  müştərilərin 
hesablaşma, cari və valyuta hesabları, müxabir hesabları 
sistemi  üzrə  müxtəlif  banklar  arasında,  qarşılıqlı 
tələblərin  klirinq  məğbulu  üzrə  hesablama  palataları 
vasitəsilə,  həmçinin  nəğd  pulu  əvəz  edən  veksel  və 
çeklərin  köməyi  ilə  nəqdsiz  köçürmələr  yolu  ilə  həyata 
keçirilir.  
Nəqdsiz  hesablaşmaları  əsasən,  bank,  kredit  və  
hesablaşma  əməliyyatları  vasitəsilə  həyata  keçirirlər. 
Nəqdsiz  formada  hesablaşmalar  pul  tədavülü  xərclərini 
əhəmiyyətli  dərəcədə  azaltmağa,  nəqd  pul  vəsaitlərinə 
olan tələbatı aşağı salmağa imkan verir, həmçinin onların 
daha etibarlı qorunmasını təmin edir. 


 
292 
Nəqdsiz  hesablaşmaları  əmtəə  və  qeyri-əmtəə 
əməliyyatları 
üzrə 
həyata 
keçirirlər. 
Əmtəə 
əməliyyatlarına xammalın, materialların, hazır məhsulun 
və  s.  alqı-satqısını,  qeyri-əmtəə  əməliyyatlarına  isə  - 
kommunal  idarələri,  elmi-tədqiqat  təşkilatları,  təhsil 
müəssisələri ilə və s. hesablaşmaları aid edilir. 
Əmtəə  əməliyyatlarını  nəqdsiz  hesablaşmaların 
bu  formalarından  istifadə  etməklə  həyata  keçirirlər: 
ödənc  tapşırıqları-  tələbnamələr,  ödənc  tapşırıqları, 
akkreditivlər,  plan  ödəncləri  qaydasında  çeklərlə, 
qarşılıqlı  tələblərin  məğbuluna  əsaslanan  veksellərdən 
istifadə etməklə. 
Malgöndərənin  və  alıcının  yerləşdiyi  məkandan 
asılı  olaraq  nəqdsiz  hesablaşmaları  şəhərlərarası  və 
şəhərdaxili  hesablaşmalara  ayırırlar.  Şəhərlərarası 
hesablaşmalara müxtəlif yaşayış məntəqələrində yerləşən 
bank  idarələri  tərəfindən  xidmət  göstərilən  müəssisələr 
arasındakı  hesablaşmalar,  şəhərdaxili  hesablaşmalara  isə 
eyni  yaşayış  məntəqəsində  yerləşən  bir  və  ya  iki  bank 
idarəsi tərəfindən xidmət göstərilən təşkilatlar arasındakı 
hesablaşmalar aid edilir. 
3.  Hesablaşmaların bir  forması müqavilədə müəyyən 
edildiyi 
hallarda 
tətbiq 
olunur.  Hesablaşmaların 
akkreditiv  formasının  xüsusiyyəti  ondan  ibarətdir  ki, 
ödəniş  sənədlərinin  ödənilməsi  malgöndərən  tərəfindən 
əmtəələr  yükləndikdən  dərhal  sonra  onun  yerləşdiyi 
məkanda həyata keçirilir. 
Akkreditiv  –  xüsusi  hesab  açılması  barədə  alıcının 
bank şöbəsinin malgöndərənin bank şöbəsinə tapşırığıdır. 
Bu  hesabdan  akkreditiv  ərizəsində  nəzərdə  tutulmuş 
şərtlərlə  və  ərizədə  göstərilən  məbləğ  civarında 
malgöndərənin  haqqı  dərhal  ödənilir.  Hər  bir  akkreditiv 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə