Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

­  65 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

22.  Tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqi  üzrə  icraatla  əlaqədar  verilmiş  mülki  iddia

baxılmamış saxlanır və bu sonradan mülki mühakimə icraatı qaydasında həmin iddiaya baxılmasını

istisna etmir. CPM‐nin 193.2‐cı, 193.4‐cü maddələrində nəzərdə tutulmuş hallarda barəsində tibbi

xarakterli məcburi tədbirlərin tətbiq edildiyi şəxslərdən müdafiəçiyə hüquqi yardım göstərməyə

görə xərclər tutulmur və bu xərclər dövlət büdcəsi vəsaiti hesabına ödənilir.

23. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qəbul etdiyi qərar, barəsində

tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs, onun müdafiəçisi və qanuni

nümayəndəsi,  zərər  çəkmiş  şəxs  və  onun  nümayəndəsi  və  prokuror  tərəfindən  apellyasiya  və

kassasiya  qaydasında  mübahisələndirilə  bilər.  CPM‐nin  419.2‐ci  maddəsinin  mənasına  görə

barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs, əgər qabaqcadan

bu barədə vəsatət vermişsə kassasiya instansiyası məhkəməsinin iclasında bilavasitə iştirak etmək

hüququna malikdir.

24. CM‐nin 98‐ci maddəsinin mənasına görə barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş

şəxs hər altı ayda bir dəfədən gec olmamaqla, bu tədbirin dəyişdirilməsi və ya ləğv edilməsi barədə

məhkəməyə  təqdimat  verilməsi  üçün  əsasların  mövcud  olub‐olmamasını  müəyyən  etmək  üçün

həkim‐psixiatr komissiyası tərəfindən baxışdan keçirilir. CPM‐nin 478.1‐ci və 486.1‐ci maddələrinə

əsasən  məhkəmə  həkim‐psixiatr  komissiyasının  tibbi  rəyi  ilə  əsaslandırılmış  psixiatriya

stasionarının (müəssisənin) müdiriyyətinin təqdimatına əsasən, eləcə də barəsində tibbi xarakterli

məcburi  tədbir  tətbiq  edilmiş  şəxsin,  onun  müdafiəçisinin  və  qanuni  nümayəndəsinin  vəsatəti

əsasında həmin şəxs barəsində bu tədbirin ləğv edilməsi, dəyişdirilməsi və ya növbəti müddətə

üzadılması  barədə  qərar  qəbul  edir.  Komissiyanın  rəyi  təqdimatda  göstərilən  tibbi  xarakterli

məcburi tədbirin dəyişdirilməsi və ya ləğv edilməsinə baxmaq üçün əsasdır, mahiyyəti üzrə qərar

qəbul  etmək  üçün,  məhkəmələr  digər  halları  tədqiq  etməklə  yanaşı  zəruri  hallarda  məhkəmə‐

psixiatrik ekspertizasının keçirilməsini təmin etməlidirlər. Tətbiq edilmiş və ya dəyişdirilmiş tibbi

xarakterli məcburi tədbirlərin altı aydan qısa müddət ərzində dəyişdirilməsi və ya ləğv edilməsi

barədə məhkəməyə təqdimat verilməsinə qanuni əsasların olub‐olmaması məhkəmə tərəfindən

ciddi  araşdırılmalı  və  bu  halda  məhkəmə‐psixiatrik  ekspertizasının  təyin  edilməsinin  zəruriliyi

müzakirə edilməlidir.

25. Tibbi xarakterli məcburi tədbirlərin müddətinin uzadılması, növünün dəyişdirilməsi və ya bu

tədbirlərin ləğv edilməsi məsələlərinə baxarkən məhkəmələr CPM‐nin 478 və 486‐cı maddələrinə

əsasən  verilmiş  təqdimatların  xüsusiyyətlərini  ciddi  yoxlamalıdırlar.  Bunun  üçün  məhkəmələr

aparılmış müalicənin nəticələrini araşdırmalı və bundan sonrakı tibbi müşahidənin və müalicənin

zəruriliyi məsələsini həll etməlidirlər. Bu məqsədlə məhkəmə iclasına barəsində tibbi xarakterli

məcburi  tədbirin  uzadılması,  dəyişdirilməsi  və  ya  ləğv  edilməsi  məsələsi  həll  ediləcək  şəxsin

müalicə  edildiyi  tibb  müəssisəsinin  nümayəndələri  çağırılır  və  dindirilir.  Məhkəmə  iclasında

barəsində  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqi  üzrə  icraat  aparılan  şəxsin,  onun

müdafiəçisinin, qanuni nümayəndəsinin və prokurorun iştirakı məcburidir. Şəxsin psixi vəziyyəti

məhkəmə  binasında  keçiriləcək  məhkəmə  iclasında  iştirakına  imkan  vermədikdə  materiallara

psixiatriya stasionarında baxıla bilər.

26. Məhkəmə tibbi xarakterli məcburi tədbirin tətbiqini o halda ləğv edir və ya dəyişdirir ki, şəxsin

psixi vəziyyəti əvvəllər tətbiq edilmiş tədbirin tətbiqinin zəruriliyini aradan qaldırır, yaxud başqa

növ tibbi xarakterli məcburi tədbirin tətbiqini zəruri edir. Tibbi xarakterli məcburi tədbirin tətbiqi

müddətinin  uzadılması  bu  barədə  həkim‐psixiatr  komissiyasının  tibbi  rəyi  ilə  əsaslandırılmış

psixiatriya müəssisənin müdiriyyətinin təqdimatı üzrə məhkəmənin qərarı əsasında təmin edilir.

27.  CM‐nin  98.4‐cü  maddəsinin  mənasına  görə,  məhkəmə  anlaqsız  vəziyyətdə  cinayət  törətmiş

şəxsin haqqında məcburi müalicənin tətbiqini ləğv etdikdə zəruri sənədləri onun gələcək müalicəsi

və ya psixiatriya müəssisəsinə göndərilməsi məsələlərinin həlli üçün müvafiq səhiyyə orqanına

göndərir.

28. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxs barəsində tətbiq edilmiş tibbi xarakterli

məcburi tədbir ləğv edildikdə məhkəmə CPM‐nin 487‐ci maddəsinə tələblərinə uyğun olaraq bu

haqda qərarın surətini müvafiq istintaq orqanına, yaxud məcburi tədbirlərin tətbiqi barədə qərarı

çıxarmış məhkəməyə məhkəmə baxışına göndərir.

29. Məhkəmə tərəfindən CM‐nin 78.1‐ci maddəsinə əsasən cinayət törətdikdən sonra psixi xəstəliyə

tutulmuş və bunun nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək

və ya həmin əməli idarə etmək iqtidarından məhrum olmuş şəxsin cəzadan və ya cəzanın qalan

hissəsini çəkməkdən azad olunması və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi

barədə qərar qəbul edilərkən, həmin qərarda CM‐nin 80‐ci maddəsində müəyyən edilmiş müddətlər

keçməmişdirsə cəzaya məruz qalması məsələsinin həll edilməli olması göstərilir.



­  66 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

HEYDƏROVA AZƏRBAYCANA QARŞI

(59005/08 nömrəli şikayət)

Q Ə R A R

Strasburq  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

   18 dekabr 2012­ci il



Heydərova Azərbaycana qarşı işində,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:

Sədrlik edən – Nina Vayiç,

Hakimlər ‐ Xanlar Hacıyev, Erik Möse,

Bölmə katibi – Andre Vampak,

27 noyabr 2012‐ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq, həmin tarixdə qərar qəbul

etmişdir:

Prosedur məsələlər

Bu iş Azərbaycan Respublikasının vətəndaşı xanım Zərintac Heydərovanın (“ərizəçi”) İnsan

Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34‐cü maddəsinə uyğun

olaraq Azərbaycan Respublikasına qarşı 18 noyabr 2008‐ci ildə təqdim etdiyi şikayət

(59005/08 nömrəli) ilə başlanmışdır.

Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab İ.Əliyev, Azərbaycan Hökuməti

(“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.

6 iyul 2010‐cu ildə şikayət barədə Hökumətə məlumat verilmişdir.

Hökumət ərizənin Komitə tərəfindən baxılmasına etiraz etmişdir. Məhkəmə Hökumətin

etirazını araşdırdıqdan sonra onu rədd etmişdir.



Faktlar: işin halları

Ərizəçi  1939‐cu  ildə  anadan  olmuşdur  və  Lənkəranda  yaşayır.    Ərizəçi  615  kv.m  torpaq

ərazisində  tikilmiş  sahəsi  315  kv.m.  təşkil  edən  evin  mülkiyyətçisi  idi.  18  yanvar  1991‐ci  ildə

onun adına həmin torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə

şəhadətnamə  verilmişdir.  J.E.  ərizəçiyə  məxsus  torpaq  sahəsinə  bitişik  346  kv.m.  sahəsi  olan

torpağın mülkiyyətçisi idi. J.E. 1957‐ci ildə vəfat etmişdir. Lakin 23 sentyabr 1992‐ci ildə Dövlət

Torpaq  və  Xəritəçəkmə  Komitəsinin  Lənkəran  rayon  şöbəsi  (bundan  sonra  “Şöbə”  kimi

adlandırılacaq)  J.E.‐nin  adına  əlavə  torpaq  sahəsini  qeydiyyata  almışdır  və  Daşınmaz  Əmlakın

Dövlət  Reyestri  Xidmətinin  Lənkəran  rayonu  Ərazi  İdarəsi  (bundan  sonra  “İdarə”  kimi

adlandırılacaq)  ona  məxsus  torpağı  938  kv.m.  sahəsində  sənədləşdirmişdir.  Həmin  torpaq

sahəsinin bir hissəsi faktiki olaraq ərizəçiyə məxsus olmuşdur. İş materiallarından vəfat etmiş

şəxsin adına həmin qeydiyyatın aparılmasının səbəbləri aydın deyil. Ərizəçi Şöbənin 23 sentyabr

1992‐ci il tarixli qərarının qanunsuz hesab edilməsi və onun torpağına aid olan hissədə bütün

qeydiyyat  sənədlərinin  ləğv  edilməsi  barədə  məhkəmədə  iddia  qaldırmışdır.  Lənkəran  rayon

məhkəməsinin 11 mart 1993‐cü il tarixli qərarı ilə ərizəçinin iddiası təmin edilmiş, Şöbənin 23

sentyabr  1992‐ci  il  tarixli  qərarı  və  sonradan  İdarə  tərəfindən  keçirilmiş  qeydiyyat  ləğv

edilmişdir. Qüvvədə olmuş qanunvericiliyə əsasən həmin qərar onun qəbul edilməsindən on gün

sonra icraya yönəldilməlidir.




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə