60
Amerika prezidentləri
çevrilməsi gündəmə gəlir (federal qanunvericiliyə əsasən
əhalisinin sayı 60 mini keçdikdə əraziyə ştat statusu verilə
bilər). 1796-cı ildə çağırılan konventdə əraziyə ştat statusu
verildi və Tennessi adlandırıldı. Cekson bu prosesdə fəallıq
göstərmiş və haqlı olaraq İttifaqa daxil edilmiş Tennessidən
Nümayəndələr Palatasına üzv seçilmişdir. Növbəti il o, Şta-
tı senatda təmsil edir.
Lakin Cekson yalnız altı ay senatorluq edir. 1798-ci
ilin yazında biznes ortağı Devid Allison həbs edildikdə is-
tefa verərək Neşvillə qayıdır. Az bir zamanda işlərini qay-
daya salır. İşgüzar sahibkar, varlı quldar Cekson ştatın Ali
Məhkəməsinə üzv seçilir.
E.Ceksonun karyerasında növbəti mərhələ Tennessi le-
gislaturasında milis general-mayoru seçilməsidir. Lakin, o,
hərbi xidmətlə yanaşı siyasi fəaliyyət də göstərir, belə ki, 35
yaşlı general Şimali Amerikada Avropa müstəmləkə torpaq-
ları və hindular yaşayan ərazilər hesabına ABŞ ərazisinin
genişləndirilməsi arzusunda olduğunu bildirir. Onun bu
istəyi sülhsevər prezident Ceffersondan dəstək almır.
1812-ci ildə prezident Medison İngiltərəyə müharibə
elan etdi. Müharibəyə qatılan İngiltərə hökuməti hindu
qəbilələrini ələ alaraq onların ABŞ-a qarşı qiyama qalxma-
sına nail olur. 1813-cü ilin əvvəllərindən iki alay formalaş-
dıran Cekson Cənub-qərbdə hindu qiyamlarını yatırmağa
göndərilir. Hindularla amansız döyüşlərdə bir-birinin ardın-
ca qələbə qazanan Cekson bəzi qəbilələri tamamilə məhv
edir, qiyam amansızlıqla yatırılır. Hindulara məxsus 23
milyon akr torpaq sahəsi ABŞ-a birləşdirilir. Bundan razı
qalan Konqres Ceksona ordu generalı rütbəsi verir. Qorx-
maz, cəsur bir döyüşçü olması ona «Qoca Hikari» ləqəbi
qazandırır.
Əldə etdiyi uğurlar Ceksona şöhrət gətirsə də bəzi
dairələrdə buna barmaqarası baxır, primitiv silahlarla
61
Amerika prezidentləri
döyüşən hindular üzərindəki qələbələri böyük rəşadət hesab
etmirdilər. Lakin ingilis nizami orduları üzərində, xüsusilə
Yeni Orlean yaxınlığındakı qələbəsi onun bacarıqlı hərbçi
olduğunu təsdiq edərək generalı milli qəhrəmana çevirdi.
1818-ci ildə Florida ABŞ-a birləşdirildikdən sonra pre-
zident Monro, onu yeni ştatın qubernatoru təyin edir. Lakin
general tezliklə istefa verir, üç il sonra isə ordudan gedir.
Yaxınlarına yazdığı məktublarında qalan həyatını dinc fer-
merlik fəaliyyətinə həsr etmək arzusunda olduğunu bildi-
rir. Lakin yaxın dostları, xüsusilə Tennessi ştatının varlı
şəxsləri J.Levis, C.Overton və C.İton onun növbəti prezi-
dent seçkilərinə namizədliyini verməsini istəyirlər.
1824-cü il seçkilərində E.Cekson C.K.Adams, U.Krou-
ford və H.Kleylə birgə namizədliyini irəli sürür. Seçkilərdə
birincilik qazansa da zəruri olan minimum səs həddini
aşa bilmir və seçkilər Nümayəndələr Palatasına keçirilir.
H.Kleyin səslərini Adamsa verməsi sonuncunun prezident
seçilməsi ilə nəticələnir. Məğlubiyyətdən məyus olan Cek-
son Adamsı və onun dövlət katibi təyin etdiyi H.Kleyi gizli
sövdələşmədə günahlandırır.
Qeyd edək ki, gərgin keçən seçkilər siyasi qüvvələrin
yenidən qütbləşməsinə səbəb olmuşdur. Adams-Kley qrup-
laşması milli respublikaçılar, 1832-ci ildən viqlər adlandırı-
lan partiyanın yaranması ilə nəticələnir. Cekson tərəfdarları,
xüsusilə C.Kalxaun və M.Van Burenin təşəbbüsü ilə de-
mokrat respublikaçılar və ya sadəcə demokrat adlandırılan
partiyanı təsis edirlər.
1828-ci il seçkilərinə ciddi hazırlaşan demokratlar yeni
təbliğat taktikalarından istifadə edirlər. Artıq namizəd proq-
ramını seçicilərlə birbaşa təmas yaratmaqla, mitinqlərdə
açıqlayır, mətbuatdan geniş istifadə olunur. Bu tədbirlər
bəhrəsini verir və Cekson Adamsa böyük üstünlüklə qalib
gələrək prezident seçilir.
62
Amerika prezidentləri
İnauqurasiya nitqində demokratik islahatların zəruri-
liyindən danışan yeni prezident bu işə ilk olaraq dövlət
məmurlarının dəyişdirilməsi ilə başlayır. Cekson hələ 12
il əvvəl prezident Monroya yazdığı məktubunda partiya
mənsubluğuna görə dövlət vəzifələrinin paylanmasının
əleyhinə çıxırdı: «Hər bir halda partiya marağı və partiya
mənsubluğu kənara qoyulmalıdır… Böyük və güclü millət
rəhbəri özünü partiya mənsubluğu ilə buxovlamamalıdır».
Buna baxmayaraq sonrakı fəaliyyətində əvvəl dediklərinə
riayət etmir, tərəfdarlarını vacib vəzifələrə təyin edir. Bunu
o, Adamsın dövründə kadrların korrupsiya və rüşvətxorluğa
qurşanması ilə izah edirdi. Hadisələrin sonrakı inkişafı onun
haqlı olduğunu göstərdi. Təkcə hərbi dəniz nazirliyində
aparılan yoxlamalar ildə bir milyon dollar yeyinti olduğunu
üzə çıxartdı.
Ceksonun siyasi rəqibləri islahatların keçirilməsinə
müqavimət göstərir, təyin etdiyi kadrların Konqresdə təsdiq
olunmasına maneçilik törədirdilər. Tədricən prezidentin
fəaliyyəti demokrat partiyasının daxilində narazılıqla qarşı-
lanmağa başladı. Xüsusilə federal hakimiyyətin hüquqları-
nı ştatların suverenliyindən üstün tutması partiyanın vitse-
prezident Kalxaunun başçılıq etdiyi cənub qanadının ciddi
etirazına səbəb oldu. Konstitusiyanı özünəməxsus şəkildə
şərh edən Kalxaun, ştatların İttifaqdan ayrılması hüququ-
nu özündə saxladığını iddia edirdi. Prezident isə onun bu
təfsiri ilə qətiyyən razılaşmırdı. Fikir ayrılığı, müharibəylə
sonuclanacaq quldarlıq problemi gündəmə gəlməmiş, par-
tiya daxili ikitirəliyin yaranmasına səbəb oldu.
Partiyadaxili ixtilafl ar Ceksonun nüfuzuna ziyan vur-
mur. Onun yeni formalaşan kiçik burjuaziyanın mənafeyini
güdən maliyyə sistemində apardığı islahatlar, Konqres qa-
nunlarına veto qoymaqla Milli Bankın monopoliyasının
Dostları ilə paylaş: |