46
Amerika prezidentləri
Tezliklə xarici işlər naziri Robert Smitin öz vəzifəsini
layiqincə yerinə yetirə bilməməsi aşkar olur. 1811-ci
ilədək Virciniya qubernatoru işləmiş Ceyms Monronun bu
vəzifəyə təyin olunmasına qədər, prezident eyni zamanda
xarici işlər naziri vəzifəsini də icra edir.
1807-ci ildən Avropa ölkələri ilə ticarət əlaqələrinə
tətbiq olunmuş embarqo kabinetin ilk müzakirə mövzu-
su olur. İxrac edilməyən kənd təsərrüfatı məhsullarının
qiymətlərinin sürətlə aşağı düşməsi amerikalılara böyük
ziyan vururdu. Nyu-York və digər liman şəhərlərinin gəmi
sahibləri ticarət gəmiçiliyinin təcili bərpasını tələb edirdilər.
Bunun üçün Fransa və İngiltərə ilə münasibətlərin qaydaya
salınması lazım idi.
Problemləri danışıqlar yolu ilə həll edə bilməyən prezi-
dent, Qallatinin məsləhəti ilə müharibəyə hazırlaşır. 1812-
ci il iyunun 1-də C.Medison İngiltərəyə müharibə elan
edilməsi məzmunlu məktubunu Konqresə təqdim edir. O,
bu təklifi ni belə əsaslandırır: İngiltərə ABŞ-a – «müstəqil
və bitərəf millətə» düşmən münasibət bəsləyir. Ticarət
gəmilərinin müsadirə edilməsi, minlərlə matrosun əsir
götürülərək məcburi xidmətə cəlb olunması, hindu tayfa-
larının üsyanının təşkil edilməsi böyük cinayətlərdir. Təklif
istər Nümayəndələr palatasında (79: 49), istərsə də Senat-
da (19: 13) təsdiqlənir. Beləliklə iyunun 19-da İngiltərəyə
rəsmi olaraq müharibə elan edilir.
Səsvermənin nəticələrindən göründüyü kimi müharibə
əleyhdarları da az olmamışdır. Onlar, xüsusilə də vircini-
yalı deputat Con Rendolf müharibənin başlanmasına qəti
etirazlarını bildirirlər. Əhali arasında, xüsusilə mərkəzi ştat-
larda anti-müharibə əhval-ruhiyyəsi güclənirdi. Bu 1812-ci
il prezident seçkilərinə təsirni göstərir. Mərkəzi Ştatlarda
aşkar məğlubiyyətə uğrayan C.Medison səslərin ümumi sa-
yına görə (128: 89), federalistlər partiyasının nümayəndəsi
De Uitni Klintona qalib gələrək ikinci dəfə prezident seçilir.
47
Amerika prezidentləri
Hərbi əməliyyatlar əsasən üç cəbhədə: Kanada sərhəd-
ləri boyunca, Atlantik okeanı sahillərində və Meksika
kör fəzində aparılırdı. Tarixçi Robert Rutlend prezidentin
hərbi məqsədləri haqqında yazırdı: «Medisonun məqsədi
İngiltərəyə məxsus torpaqların işğalı deyildi. O, Britaniya
rəhbərlərindən ABŞ-ı uzaq, asılı qohum kimi yox, müstəqil
dövlət kimi tanımasını istəyirdi». Bu baxımdan 1812-15-ci
il müharibəsini ikinci İstiqlaliyyət müharibəsi adlandırırlar.
Avropada davam edən Napoleon müharibələri 1814-cü
ildə onun hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi.
Medison haqlı olaraq, döyüşlərdən azad olan ingilis qoşun
hissələrinin də bu müharibəyə cəlb ediləcəyindən narahat
idi. Bu perspektivdən ehtiyatlanan prezident və onun kabi-
neti hərbi əməliyyatları dayandırmaq, müharibədən əvvəlki
vəziyyətin bərpa edilməsi (status-kvo) şərti ilə sülh danışıq-
larına başlamaq qərarına gəlir. Bu ərəfədə ingilis qoşunları
Vaşinqtonu tutaraq Dövlət binalarını o cümlədən prezident
iqamətgahını yandırırlar. Medison tələsik paytaxtı tərk edir.
Hindularla aparılan müharibələrdə böyük təcrübə top-
lamış general Endrü Cekson 1815-ci il yanvarın 8-də Yeni
Orlean şəhəri yaxınlığında ingilislərin 5.000 canlı qüvvəsini
məhv edərək qələbə qazanır. Lakin buna qədər 1814-cü il
24 dekabrında fl amand şəhəri Kentdə sülh müqaviləsi im-
zalanmışdı.
14 fevral 1815-ci ildə Medison Vaşinqtona qayıdır.
Müharibə qeyri-müəyyən sonluqla başa çatsa da, Birləşmiş
Ştatları Amerika kontinentində ciddi ictimai quruluşa malik
dövlət kimi bir daha təsdiqləyir.
C.Medison 1816-cı il prezident seçkilərində işti-
rak etməsə də öz siyasi varisinin bu vəzifəyə seçilməsinə
köməklik göstərmişdir. Həmin varis gələcək səkkiz ildə
ölkənin prezidenti olmuş Ceyms Monro idi. Vəzifə yük-
lərindən azad olan eks-prezident 6 aprel 1817-ci ildə öm-
rünün son illərini yaşadığı Cənuba köçür. Bu zaman o,
48
Amerika prezidentləri
bir müasirinin yazdığı kimi «tətilə gedən şagird» kimi se-
vinirdi. C.Medison istefada olanda da bəzi konstitusional
problemlərin həllində iştirak etmiş, öz məsləhətlərini ver-
mişdir.
Onun quldarlıqla bağlı dəqiq mövqeyi olmasa da 1817-
ci ildə yaradılmış Amerika müstəmləkə Cəmiyyətinin sədri
seçilmişdir. Bu cəmiyyət azad edilmiş qulları Afrikaya
göndərməklə məşğul idi. Lakin maliyyə problemləri olduğu
üçün özünə məxsus qulları azad edə bilməmişdir.
C.Medison 1836-cı il iyunun 28-də Virciniya ştatındakı
Montpiliyer malikanəsində vəfat etmişdir.
49
Amerika prezidentləri
CEYMS MONRO
(JAMES MONROE)
(1817-1825)
ABŞ-ın 5-ci prezidenti Ceyms Monro 1758-ci il ap-
relin 28-də Virciniyanın Vestmorlend dairəsindəki Va-
şinqton-Periş şəhərciyində anadan olmuşdur. Virciniyanın
digər nüfuzlu siyasətçilərindən fərqli olaraq, atası Spens
Monro yalnız 500 akr torpaq sahəsinə malik fermer idi.
Ceyms ilk ibtidai təhsilini keşiş Arçibald Kempbellin ya-
50
Amerika prezidentləri
nında alır. 16 yaşında Virciniyanın paytaxtı Uilyamsburqa
gələrək «Uilyam ənd Meri» kollecində təhsilini davam et-
dirir. İstiqlaliyyət müharibəsi başladıqda Kontinental or-
dunun Virciniya alayına daxil olur və 18 yaşında zabitlik
şəhadətnaməsi alır. Bacarıq və cəsarətinə görə fərqlənən
Ceymsə 1778-ci ildə podpolkovnik rütbəsi verilir. Qeyd
edək ki, Medisonun göstərdiyi hərbi xidmət rəhbərlik
tərəfi ndən yüksək qiymətləndirilmiş, ona Qərb ərazisində
böyük torpaq sahələri verilmişdir.
1780-83-cü illərdə Tomas Ceffersonun rəhbərliyi altın-
da hüquq elmlərini öyrənərək, onunla uzun müddət dostluq
əlaqələri saxlamışdır.
1782-ci ildə Virciniya qanunvericilik məclisinə üzv
seçilən Monro, siyasi fəaliyyətə başlayır. 1786-cı ilədək,
ştatin nümayəndəsi kimi, iclaslarını Nyu-Yorkda keçirən
Konfederasiya Konqresinin iştirakçısı olur. Nyu-Yorkda
yaşadığı vaxt (16 fevral 1786-cı ildə) müfl is olmuş Vest-
Hind plantatorunun qızı Elizabet Konraytla ailə qurur.
Həmən ilin dekabr ayında anasının şərəfi nə Elizabet adlan-
dırılan ilk övladları dünyaya gəlir.
1787-ci ildə Filadelfi yada keçirilən Konstitusiya Kon-
ventinin üzvü olmasa da Virciniya ştatının Konventdəki
nümayəndəsi kimi konstitusiyanın əleyhinə çıxış edir.
Nümayəndələr palatasına seçkilərdə C.Medisona məğlub
olmasına baxmayaraq, 1790-cı ildə Virciniya parlamen-
ti onu senator seçir. Fransaya səfi r göndərilənədək dörd il
müddətində senator olur.
Onun Fransada səfi r kimi fəaliyyəti qənaətbəxş olmur
və 29 iyul 1796-cı ildə xarici işlər naziri Timoti Pikerinq
tərəfi ndən geri çağırılır. Səfi rlik fəaliyyətinin kəskin tənqid
olunması onun siyasi nüfuzuna xələl gətirmir. Monro 1799-
cu ildə Virciniya Ştatının qubernatoru seçilir və 1802-ci
ilə qədər bu vəzifədə çalışır. Dostu T.Cefferson Birləşmiş
Dostları ilə paylaş: |