Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

42
Amerika prezidentləri
təşəbbüsü ilə universitetə Avropadan təcrübəli müəllim və 
alimlər dəvət olunmuşdur.
1826-cı ilin yazında Ceffersonun səhhəti pisləşir. O, 
əsasən yaddaşının pozulmasından, ayaqlarındakı  bərk ağ-
rılardan şikayət edir. 
Mart ayında tərtib etdiyi vəsiyyətnaməsində bütün 
mülkiyyətinin qızı və nəvələrinə çatmasını, kitabxanasının 
isə Virciniya Universitetinə verilməsini göstərir.
İyunun 13-də qeydiyyat kitabçasına sonuncu qeydini 
edir. 3 iyulda İstiqlaliyyət haqqında bəyannamənin qəbul 
edilməsinin 50 illiyi ərəfəsində sonuncu dəfə «4 iyul hələ 
başlamayıb?» deyə soruşur. Bu onun dediyi son sözlər olur. 
Növbəti günün səhəri Cefferson vəfat edir. Elə həmin gün 
Massaçusets ştatında başqa bir xadim – Con Adams vəfat 
edir. Adamsın sonuncu kəlməsi «Cefferson isə  hələ yaşa-
yır» olur. Bu, Adamsın sonuncu səhvi idi. O öz siyasi rəqibi 
və dostundan bir neçə saat çox yaşamışdı.
Ceffersonu ailə  qəbiristanlığında, həyat yoldaşı Marta 
və  qızı Mariyanın qəbirləri arasında dəfn edirlər. Vəsiy-
yətnaməyə görə, qəbir daşının üzərində  aşağıdakı sözlər 
yazılmışdır:
ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin və Virciniya şta-
tının dini azadlıq qanununun müəllifi ,
Virciniya Universitetinin yaradıcısı,
Tomas Cefferson burada dəfn edilmişdir.
Qəbirüstü yazıda onun tutduğu heç bir dövlət vəzifəsi 
qeyd olunmamışdır. Görünür Cefferson həmvətənlərinin 
xatirəsində yalnız maarifçi kimi qalmaq istəmişdir. 
 


43
Amerika prezidentləri
CEYMS MEDİSON 
(JAMES MADISON)
(1809-1817)
Dünyanın ilk yazılı konstitusiyasının layihəsi Amerika 
Millətinin iftixarı hesab olunur. Bunun başlıca səbəbi bu 
konstitusiyanın dünyanın digər demokratik dövlətlərinin 
konstitusiyaları üçün əvəzsiz nümunə olmasıdır. Tarixdə ilk 
dəfə olaraq hakimiyyətin bölünməsini özündə ehtiva edən 
konstitusiyanın müəllifi  ABŞ-ın gələcək prezidenti Ceyms 
Medison idi.
Ceyms Medison 1751-ci il martın 16-da Virciniya şta-
tının Port-Konuey yaşayış  məntəqəsində varlı plantator 


44
Amerika prezidentləri
ailəsində anadan olmuşdur. Ailənin on bir uşağından  ən 
böyüyü olan Ceyms, mirasa olan hüquqlarından istifadə 
etməmiş, yalnız özünü dolandırmaq üçün vəsait tələb etmiş-
dir. Yerli internatda beş il təhsil aldıqdan sonra 1769-cu ildə, 
indi Prinston Universiteti adlanan Nyu-Cersi kollecində 
təhsilini davam etdirir. Burada o, Şotland Maarifçilərinin 
ideyalarına böyük maraq göstərir. Özünün bir çox siyasi 
mübarizə həmkarlarından fərqli olaraq onun hüquq təhsili 
olmamışdır. Məhz bu səbəbdən bəzi müasirləri konstitusi-
yanın zəif olmasını iddia edirdilər.
23 yaşında siyasi fəaliyyətə başlayan Medison Vircini-
yada ingilis ağalığına qarşı müqavimət hərəkatının Orinc 
komitəsinə üzv seçilir. 1776-cı ilin iyulunda o, Orinc 
dairəsini İnqilabi Konqresdə təmsil edir. Növbəti il Virci-
niya deputatlar məclisinə seçkilərdə uğur qazanmayan Me-
dison 1777-79-cu illərdə Virciniya qubernator Şurasının, 
sonra, 1783-cü ilə  qədər isə Konfederasiya Konqresinin 
iştirakçısı olur. Sonra Virciniyaya qayıdaraq yerli qanunve-
rici məclisdə fəaliyyətini davam etdirir. Məclis üzvlərinin 
sərt müqavimətinə, populist əhval-ruhiyyələrinə baxmaya-
raq, dini azadlıq və kilsənin dövlətdən ayrılması haqqında 
Tomas Cefferson tərəfi ndən hazırlanmış qanun layihəsinin 
təsdiq edilməsinə nail olur. Bu qanun Amerika maarifçiliyi-
nin əsasını təşkil edir. 
C.Medison dul qadın Dolli Toddla ailə  həyatı qursa 
da onların övladları olmamışdır. Dolli Medison Amerika 
prezidentləri tarixində ilk «First Ledy» hesab edilir.
1786-cı il Annapolis Ticarət konfransında Virciniya-
nın nümayəndəsi kimi iştirak edən Medison Konstitusiya 
islahatı  tərəfdarları ilə birlikdə Filadelfi yada Konstitusiya 
Konventinin çağırılmasına nail olur və orada doğma ştatını 
təmsil edir. O, 1787-ci ildə yazdığı «Birləşmiş Ştatlar siyasi 
sisteminin qüsurları» məqaləsində Konfederasiya Haqqın-
da Əsasnamənin çatışmazlıqlarını qeyd edərək, mükəmməl 


45
Amerika prezidentləri
Konstitusiyaya ehtiyac olduğunu bildirir. Əsas mətni Me-
dison tərəfi ndən yazılmış Konstitusiya ratifi kasiya edilməsi 
üçün ştatlara göndərilir.
O, Cen Cey və Aleksander Hamiltonla birlikdə yeni 
konstitusiyanın təbliğinə yönəlmiş 85 qəzet məqaləsi ilə çı-
xış edir. «Publius» ləqəbi ilə imzalanan bu yazılar, sonradan 
«Federalist» adlı kitab kimi nəşr edilmişdir. Fraksiyaçılığın 
geniş təhlil edildiyi və aktuallığını bu gün də itirməmiş 10 
saylı məqalə Medison tərəfi ndən yazılmışdı.
Konstitusiya əleyhdarları icraedici hökumətə həddən ar-
tıq səlahiyyətlər verilməsinə, insan hüquqlarının qorunma-
masına etirazlarını bildirirlər. Medison ilk Nümayəndələr 
Palatası önündə verdiyi vədə  əməl edərək Konstitusiyaya 
ilk on dəyişikliyi hazırlayır. Bu dəyişikliklər 1791-ci ildə 
Hüquqlar Haqqında Bill adı ilə qüvvəyə minir.
C. Medison 1797-ci ilə qədər Konqresin Nümayəndələr 
Palatasının üzvü olur. Burada o, Ceffersonla birlikdə Ha-
miltonun siyasi-iqtisadi proqramlarının tənqidçisi olaraq 
müxalif respublikaçılar partiyasını yaradır. Cefferson pre-
zident seçildikdən sonra onun formalaşdırdığı kabinetdə 
xarici işlər naziri olur.
1808-ci ildə onun prezident seçilməsi partiyadaxili 
çəkişmələrlə müşayiət olunmuşdur. Bir dəfə də seçkiqabağı 
nitq söyləməyən Medison öz siyasi dostlarının, xüsusən Cef-
fersonun köməyi və bəzi partiyadaxili sövdələşmələr əldə 
edilməsi nəticəsində respublikaçılar partiyasının namizədi 
olur. Belə razılaşmalardan biri vitse-prezident vəzifəsinin 
Nyu-Yorklu partiya üzvlərinə güzəştə gedilməsidir. 60 yaşlı 
Corc Klinton vitse-prezident seçilsə də 1812-ci ildə onu, bu 
vəzifəyə daha layiq Elbric Herri əvəz etmişdir.
Kabinetin formalaşdırılmasında partiyadaxili qruplaş-
maları və regional faktoru əsas götürən prezident maliyyə 
naziri A.Qallatindən başqa bütün nazirliklərə yeni rəhbərlər 
təyin edir. Bu təyinatların heç də hamısı  uğurlu olmur. 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə