Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

93
Amerika prezidentləri
CEYMS BÜKENEN 
(JAMES BUCHANAN)
(1857-1861)
Ceyms Bükenen ABŞ tarixinə quldarlıq problemini 
həll edə  və  İttifaqın dağılmasının qarşısını ala bilməmiş 
zəif prezident kimi daxil olmuşdur. O, cənublu olmasa da, 
müasirləri tərəfi ndən Cənub ştatlarının tərəfdarı kimi tənqid 
edilmişdir. 


94
Amerika prezidentləri
C.Bükenen 1791-ci il aprelin 23-də Pensilvaniya ştatı-
nın Mersersberq şəhərciyində irland immiqrantı ailəsində 
anadan olub (Bükenen atası Amerikadan kənarda doğulmuş 
beş prezidentdən biridir). 
Ceymsin atası varlı ticarətçi olaraq övladlarının təhsilinə 
ciddi  fi kir verirdi. Ailənin on bir uşağından biri, eyni za-
manda böyük oğlu olan Ceyms ibtidai təhsilini Karlisldəki 
Dikkinson kollecində alır. 1809-cu ildə kolleci bitirərək, 
Lankaster vəkillər kollegiyasının nüfuzlu nümayəndəsi 
Ceyms Hopkinsin rəhbərliyi altında vəkillik öyrənir.
Qısa müddətə 1812-ci il müharibəsində könüllü kimi iş-
tirak etdikdən sonra Lankasterə qayıdaraq müstəqil vəkillik 
praktikasına başlayır.
Siyasi təcrübəsinin zənginliyinə görə Bükenen demək 
olar ki, bütün prezidentləri üstələmişdir. O, 1814-16-cı 
illərdə Pensilvaniya parlamentinin deputatı, 1821-31-ci 
illərdə federalistlər partiyasının (1824-cü ildən demokrat 
partiyasının) üzvü kimi konqresin deputatı olmuşdur. 1834-
45-ci illərdə Pensilvaniya ştatının Senatda nümayəndəsi 
kimi siyasi fəaliyyətini davam etdirir. Ədliyyə naziri təyin 
edilsə  də, bu vəzifədən imtina edir. 1832-33-cü illərdə 
diplomatik missiya ilə Rusiyada səfərdə olur, C. Polk ad-
ministrasiyasında dövlət katibi vəzifəsini tutur. “Monro 
Doktrinası”nın qızğın tərəfdarı kimi, İngiltərənin Mərkəzi 
Amerika və Oreqondan çıxarılması ideyasını dəstəkləmiş, 
Texas və Kaliforniyanın ilhaq edilməsində bilavasitə iştirak 
etmişdir.
1848 və 1852-ci illərdə Bükenen prezidentliyə namizəd 
olmaq istəsə də müvəffəqiyyətsizliyə uğrayır. Onun bu ar-
zusu 1856-cı ildə həyata keçmiş, o, Sinsinattidən demok-
rat partiyasının nümayəndəsi kimi prezidentliyə namizəd 
göstərilmişdir. Bükenenin seçkiönü kompaniyasının leyt-
motivini abolisionist təbliğata son qoymaqla İttifaqı qoru-
mağa çağırış təşkil edirdi. Onunla yanaşı respublikaçı Con 


95
Amerika prezidentləri
Fremon və Amerika partiyasından keçmiş viq Millard Fill-
mor da prezidentliyə iddiaçı idilər.
Quldarlığa loyal münasibəti, ABŞ torpaqlarının 
genişləndirilməsinin tərəfdarı olması ona Cənub ştatların-
da demək olar ki, mütləq qələbə qazandırır. Eyni zamanda 
bəzi Şimal ştatlarında da üstünlük əldə edir. Ceyms Büke-
nen seçicilərin səsinin 45,3 %-ni, seçimçilər kollegiyasında 
isə 174 səs alaraq prezident seçilir.
Bükenen hələlik ömrünün axırınadək subay qalmış 
yeganə prezidentdir. Dostlarından biri yarızarafat- yarıcid-
di «O özünü dərk edəndən Amerika konstitusiyasına evli-
dir» demişdi. Kabineti qurarkən o, əsasən Cənuba rəğbət 
bəsləyənlərə üstünlük vermişdir.
Bükenen inauqurasiya nitqində barışdırıcı mövqe tutur 
və xalqı Qərb ərazilərində quldarlıq probleminin həllini Ali 
Məhkəməyə tapşırmağa çağırır. Lakin tezliklə prezidentin 
Ali Məhkəməylə gizli sövdələşmə bağlaması üzə çıxır və 
bu Şimalda kəskin etirazla qarşılanır. Gözlənildiyi kimi, Ali 
Məhkəmə, prezidentin gizli dəstəyilə, qaradərililərin ABŞ 
vətəndaşları və heç bir konstitusional hüquqa malik olma-
dıqları qərarını çıxarır.
Bütün bunlarla yanaşı ölkədə iqtisadi böhran baş verir. 
Bükenenin bank işinin tənzimlənməsi yönündə gördüyü 
tədbirlər əvvəlcə əhalidə böyük ruh yüksəkliyi yaradır. La-
kin onun dövlət sifarişlərilə ölkə iqtisadiyyatını dirçəltmək 
haqqında  əvvəlcədən verdiyi vədə  əməl etməməsi narazı-
lığa səbəb olur. İqtisadi böhran Şimal və Cənub arasındakı 
münasibətlərə  də  təsir göstərir. Böhrandan daha az ziyan 
çəkmiş  Cənub bunu quldarlıq sisteminin Şimalın iqtisadi 
əsasını  təşkil edən «Muzdlu quldarlıq»dan üstünlüyü ilə 
izah edirdi.
İstər iqtisadi sahədə, istərsə  də xarici siyasətdə qarşı-
ya çıxan maneələr, ölkənin  əsas problemi olan quldarlıq 
məsələsini arxa plana keçirməmişdir. 1859-cu ildə fana-


96
Amerika prezidentləri
tik abolisionist olan Con Braun Virciniyanın Harpers-Fer-
ri şəhərindəki silah anbarını ələ keçirməklə qulları üsyana 
qaldırır. Lakin qulların üsyanı amasızca yatırılır. Con Braun 
və oğlanları edam edilir.
Bu  ərəfədə Konqres Bükenen administrasiyasını kor-
rupsiyada ittiham edərək, onun fəaliyyətini təftiş etmək 
üçün komitə yaradır. Aparılan yoxlamalar nəticəsində pre-
zidentin günahı sübut olunmasa da, onun nüfuzuna böyük 
zərbə  dəyir. Amma Bükenen hələ prezident seçildiyi ilk 
günlərdə təkrar seçkilərdə iştirak etməyəcəyini bildirmişdi.
Demokratların 1860-cı il aprel ayında Çarlstounda ke-
çirilmiş, prezident seçkilərinə  həsr edilmiş Konventi par-
tiyanın  Şimal və  Cənub qanadları arasında ciddi fi kir ay-
rılığı olmasını üzə  çıxartdı. Nəticədə,  Şimaldan Stiven 
Duqlas, cənubdan isə Con Brekinric prezidentliyə namizəd 
göstərildi. Səslərin bölünməsi onların məğlub olacağını qa-
baqcadan göstərirdi. 
Bükenen prezidentlik müddətinin qalan hissəsində 
də  Cənub  ştatlarının  İttifaqdan çıxmasının qarşısını al-
mağa, heç olmasa onu yeni seçilmiş prezident Linkolnun 
fəaliyyətə başlamasına qədər təxirə salmağa səy göstərirdi. 
Lakin onun bu cəhdləri də fayda vermədi. Beləliklə 1860-cı 
il dekabrın 20-də Cənubi Karolina, 1861-ci ilin fevralında 
isə digər altı cənub ştatı İttifaqdan çıxaraq Amerika Konfe-
derativ Ştatlarını yaratdıqlarını elan etdilər.
Prezidentlik müddəti başa çatdıqdan sonra Bükenen 
Lankaster yaxınlığındakı Uitlend malikanəsində yaşayır. 
Vətəndaş müharibəsi ərəfəsində mətbuatda gedən yazılar-
da o, nəinki problemin həllində qətiyyətsizlik göstərməkdə, 
hətta vətənə  xəyanətdə günahlandırılırdı. Baş verənlərdən 
məyus olan eks-prezident gələcəkdə  bəraət qazanacağına 
ümid bəsləyirdi. O, 1861-ci il iyunun 1-də öz malikanəsində 
vəfat etmişdir.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə