Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

63
Amerika prezidentləri
qarşısını alması  cəmiyyətdə ona islahatçı-prezident imici 
qazandırmışdı.
1832-ci il seçkilərində Ceksonun əsas rəqibi H.Kley 
olur. Gərgin keçən seçkilərdə Cekson böyük üstünlüklə 
ikinci müddətə prezident seçildi. Qeyd edək ki, seçkilərdə 
üçüncü siyasi qüvvə kimi çıxış edən Antimason partiyası 
ciddi uğur qazanmadı və bu ümumiyyətlə ABŞ-da bərqərar 
olmuş iki partiyalı sistemə əsaslı dəyişiklik gətirmədi. On-
ların nümayəndəsi Floyd seçimçilər kollegiyasında Cekson 
və Kleyin topladıqları 219 və 49 səsə qarşı yalnız 11 səs ala 
bilmişdi.
Cekson ikinci prezidentlik müddətində  də götürdüyü 
kursun fundamental xarakter daşıdığına inanır və başladı-
ğı demokratik islahatları özünəməxsus inadkarlıqla davam 
etdirirdi.
Cekson prezidentlik müddətinin başa çatmasından çox 
əvvəl daha seçilmək niyyətində olmadığını bildirir və siya-
si varis qayğısına qalır. Məhz onun istəyilə demokratların 
1835-ci ilin mayında keçirilən Konventində M.Van Buren 
prezidentliyə namizəd göstərilir. Elə onun böyük köməyi 
nəticəsində də M.Van Buren ABŞ-ın növbəti prezidenti se-
çilir.
Tennessiyə qayıdan eks-prezident Ermitaj malikanəsində 
yaşayır. Buradakı mənzərə heç də ürəkaçan deyildi. Səkkiz 
illik prezidentliyi müddətində  oğulluğu Endrü-kiçiyə tap-
şırdığı böyük təsərrüfat ifl as həddinə çatmışdı. Buna səbəb 
bir tərəfdən 1834-cü ildə Ermitajda baş vermiş yanğın idisə, 
digər tərəfdən oğulluğunun işə soyuq yanaşması, spirtli 
içkilərlə aludə olmasıydı. Təsərrüfata rəhbərliyi  ələ alan 
eks-prezidentə tədricən vəziyyəti sabitləşdirmək nəsib olur.
Təsərrüfatla ciddi məşğul olması, ona ölkədə gedən si-
yasi prosesləri izləməyə mane olmamışdır. Xüsusilə 1844-
cü il seçkilərində, siyasi əlaqələrindən, partiya daxilində 


64
Amerika prezidentləri
hələ  də mövcud olan böyük nüfuzundan istifadə edərək 
C.Polkun prezident seçilməsinə yardımçı olmuşdur.
1845-ci ilin əvvəllərindən Ceksonun səhhəti pisləşir. 
Qısa müddətdə  hərəkət qabiliyyətini itirən qoca general 
xüsusi quraşdırılmış kreslodan istifadə edir. Bu ərəfədə 
onun  əhval-ruhiyyəsini yüksəldən yalnız Texasın ilhaq 
olunması idi. Var-dövlətinin böyük hissəsinin Endrü-kiçiyə 
və  nəvələrinə,  şəxsi silah-sursatlarının yaxın dostlarına 
verilməsini vəsiyyət edir.
E.Cekson 8 iyun 1845-ci ildə 78 yaşında vəfat etmiş-
dir.  İki gün sonra düzənlənən dəfn mərasimində onu son 
mənzilə yola salmağa üç mindən çox adam toplanmışdı.


65
Amerika prezidentləri
MARTİN VAN BUREN
(MARTIN VAN BUREN)
 (1837-1841)
Dünyanın bir çox dillərində özünə  vətəndaşlıq hüqu-
qu qazanmış «Okey» sözünün qəribə yaranma tarixçəsi 
var.  İstər xalq, istərsə  də siyasi dairələrdə böyük nüfu-
za malik Ceksonun prezidentlik müddəti bitdikdən sonra 


66
Amerika prezidentləri
növbəti prezidentin kim olacağı ictimaiyyət arasında geniş 
müzakirə edilir, qəzetlər ətrafl ı şərhlər verirdilər. Ceksonun 
yaxın ətrafına daxil olan Martin Van Buren bu vəzifəyə ən 
şanslı namizəd hesab edilirdi. Hətta qəzetlərdən biri ona 
Kinderhuk  şəhərində anadan olduğu üçün «Qoca Kinder-
huk» («Old Kinderhook»), və ya sadəcə «O. K» ləqəbi ve-
rir. İlk anda «ən uğurlu variant» mənasında işlənən «O. K» 
hərf birləşməsi sonradan «hər şey əladır» mənasını alır. 
Martin Van Buren 5 dekabr 1782-ci ildə Nyu-York ya-
xınlığındakı Kinderhuk şəhərində anadan olub. Sonralar 
yazdığı memuarlarında  əcdadlarının Amerikaya 1633-cü 
ildə Hollandiyadan gəldiyini bildirirdi. Nüfuzlu fermer və 
meyxana sahibi olan atası Avraam Van Buren işgüzarlığı 
sayəsində böyük sərvət toplaya bilmişdi. Anası Mariya van 
Alen (Hoes) həmçinin holland əsilli olub tanınmış ailədən 
çıxmışdı. Martin ailənin beş uşağından üçüncüsü, eyni za-
manda böyük oğul idi. İbtidai təhsilini  əsasən latın dilini 
tədris edən məktəbdə alaraq, 14 yaşında ikən vəkil olmaq 
məqsədilə dəftərxanada işləməyə başlayır. O, dövrün tanın-
mış vəkillərindən biri Frensis Silvesterin yanında praktika 
keçdikdən sonra müstəqil fəaliyyət göstərir. 1803-cü ildə 
məhkəmədə işləməyə başlarkən, artıq yerli siyasətdə Cef-
ferson tərəfdarı kimi tanınırdı.
1807-ci ildə anasının uzaq qohumu Hanna Hoeslə ailə 
həyatı qurmuşdur.
30 yaşında Nyu-York senatına seçilən Van Buren doğ-
ma ştatın siyasi həyatında əhəmiyyətli rol oynayır. 1821-ci 
ildə Nyu-York Konstitusiya konventində ştatın siyasi siste-
minin demokratikləşməsi uğrunda fəal mübarizə aparır. Elə 
həmin il ştatı Vaşinqtonda təmsil edəcək iki senatordan biri 
seçilir.
Prezident Adamsın yeritdiyi siyasi kursa müxalif ol-
ması onu Ceksonla yaxınlaşmağa sövq edir. 1828-ci ildə 


67
Amerika prezidentləri
yenidən senator seçilsə də mandatdan imtina edərək Nyu-
York qubernatoru seçkilərində namizədliyini irəli sürür. Bu 
siyasi gedişdə onun məqsədi, paralel olaraq keçirilən prezi-
dent seçkilərində Ceksonun namizədliyini təbliğ etmək idi. 
O, qubernator seçilsə də, 1829-cu ilin martında Ceksonun 
qurduğu kabinetdə xarici işlər naziri vəzifəsini tutur. 
Prezidentin yaxın silahdaşı kimi 1831-ci ildə istefaya 
gedərək ona kabineti yenidən qurmaq imkanı yaradır. Van 
Buren İngiltərədə səfi r təyin edilsə də, senatda olan müxalif 
qüvvələr buna razılıq vermir. Lakin çox keçmir ki, Cekso-
nun Van Buren haqqında daha ciddi fi kirdə olduğu aşkar 
olur. Prezident onu özünün siyasi varisi görmək istəyirdi. 
1836-cı ildə Ceksonun arzusuna uyğun olaraq Van Buren 
və Kentukki ştatından Riçard Consonun uyğun olaraq pre-
zident və vitse-prezidentliyə namizədlikləri irəli sürülür.
Cekson və Van Burenin siyasi rəqibləri artıq viqlər par-
tiyasında birləşsələr də seçkilərə vahid namizədlə gedə 
bilmədilər. Belə ki, 1836-cı il seçkilərində Ohayo şta-
tından olan U.H.Harrisonla birgə Tennessili H.L.Uayt, 
Massaçusetsdən D.Uebster, Cənubi Karolinadan U.P.Man-
qam da seçkiyə qoşuldular. Səslərin bölünməsi Van Bure-
nin qələbəsini təmin etmiş oldu.
Bəziləri Van Burenin gələcək fəaliyyətini sadəcə Cek-
sonun üçüncü prezidentlik müddəti olacağını deyirdilər. 
Lakin verilən proqnozların  əksinə olaraq, Van Buren bir 
çox məsələlərin həllinə özünəməxsus tərzdə yanaşırdı. 
Müharibələrin artıq tarixə çevrilməsi onu İngiltərə ilə mü-
layim davranmağa sövq edirdi. 
1837-ci ildə baş vermiş iqtisadi böhran onun nüfuzuna 
böyük zərbə vurmuşdur. Qırxıncı illərə qədər davam etmiş 
iqtisadi böhran, onun növbəti seçkilərdə uğur qazanmama-
sının başlıca səbəbi olmuşdur. Buna baxmayaraq Van Buren 
prezidentliyi dövründə qarşıya çıxan bir çox problemləri 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə