39
Amerika prezidentləri
xüsusən dostu Medisonun təkidlərindən sonra Cefferson
dövlət katibi təyin edilməsinə razılıq verir.
Dövlət katibi kimi çalışdığı dövrdə, o, ABŞ-ın xarici
siyasət kursunun müəyyənləşdirilməsində başlıca rol oy-
namışdır. Ceffersonun əsas məqsədi bütün müharibələrdən
kənarda qalmaq, bir sözlə ABŞ-ın bitərəfl iyini təmin
etmək idi. O, yazırdı: «Yeni Dünya Köhnə Dünyanın
səfehliyindən mənfəət götürməlidir. Onlar vuruşurlarsa, biz
möhkəmlənməliyik». Onun müəyyənləşdirdiyi yeni xarici
siyasi kurs, ölkənin bir çox Avropa dövlətləri ilə qurduğu iq-
tisadi-ticari əlaqələrə də öz təsirini göstərməyə bilməzdi. Bu
əlaqələrdən ölkənin daha çox qazanc götürməsi məqsədini
güdən maliyyə naziri A.Hamiltonla uzun müddət davam
edən qarşıdurmalar öz mənbəyini məhz buradan götürürdü.
1796-cı ilin əvvəllərində C.Vaşinqton bir daha prezi-
dent seçilmək arzusunda olmadığını bildirdi. Respubli-
kaçılar bu vəzifəyə Ceffersonu namizəd göstərdilər. İlin
axırında keçirilən seçkilərdə federalistlərin namizədi Con
Adams kiçik üstünlüklə (71:68) prezident seçilir. Cefferson
vitse-prezident olur. Lakin, Adamsla aralarında ciddi fi kir
ayrılığı olduğu üçün, ölkənin idarə edilməsində onun rolu
nəzərəçarpacaq olmur.
1800-cü il prezident seçkiləri, artıq liderlər yox, yaxşı
təşkil edilmiş, konkret fəaliyyət proqramlarına malik par-
tiyalar arasında gedən mübarizə kimi xarakterizə edilir. Bu
seçkilərə respublikaçılar böyük əhəmiyyət verirdilər. Hətta
T.Cefferson onu 1776-cı il inqilabı ilə eyniləşdirirdi.
Prezident seçkilərində T.Ceffersonun ilk atdığı addım,
partiya daxilində həmrəyliyə nail olunması məqsədi güdür-
dü. Bunun üçün Şimal ştatlarında böyük nüfuza malik Aa-
ron Burrla bir mövqedən çıxış etməyi qərarlaşdırır. Belə ki,
Burr Şimal ştatlarında onun, o isə Cənub ştatlarında Bur-
run federalistlərlə mübarizəsinə yardımçı olmalı idi. Belə
taktikanın seçilməsi, onların hər ikisinin federalistlərin
40
Amerika prezidentləri
nümayəndəsi Adamsdan çox səs toplaması ilə sonucla-
nır. Lakin səslər bərabər olduğundan, seçkilər Konqre-
sin Nümayəndələr Palatasına keçirilir. Burada hər ştat,
nümayəndələrinin sayından asılı olmayaraq bir səslə təmsil
olunur. Gərgin keçən seçkilərdə T.Cefferson prezident seçi-
lir. Aaron Burr vitse-prezident olur.
4 mart 1801-ci ildə T.Cefferson inauqurasiya nitqi
söyləyir. Bəziləri gözləyirdi ki, o, siyasi rəqiblərinə hücum
edəcək, onların siyasətini tənqid edəcəkdir. Lakin bunun
əvəzində o, ölkənin bütün siyasi qüvvələrini əməkdaşlığa
çağırdı.
Tomas Ceffersonun prezident kimi gördüyü ilk iş ka-
bineti formalaşdırmaq olmuşdur. Onu ən çox narahat edən
iki əsas nazirin: maliyyə naziri və dövlət katibinin təyin
edilməsi idi. O, bu vəzifələrə əvvəlcədən nəzərdə tutduğu
şəxsləri təyin edir. Beləliklə C.Medison Dövlət katibi, əslən
isveçrəli olan Albert Qallatini isə maliyyə naziri təyin edi-
lir. Maraqlı bir faktı qeyd edək ki, prezident digər nazirləri
təyin edərkən də onların intellektual bacarıqları ilə yanaşı,
regional mənsubluğunu da əsas götürmüşdür. Bununla o,
ştatlar arasındakı birliyi gücləndirmək məqsədi güdmüşdür.
Tomas Ceffersonun ilk prezidentlik dövründə əldə etdiyi
ən böyük uğuru şübhəsiz ki, Luiziananı ABŞ-a birləşdirməsi
olmuşdur. ABŞ dövləti 80 milyon frank ödəməklə Fransa-
nın nəzarəti altında olan Luiziananı əldə edir. Bu isə ABŞ
ərazisinin təqribən iki dəfə böyüməsi demək idi.
1804-cü ilin ortalarından respublikaçılar partiyası
növbəti prezident seçkilərinə hazırlaşmağa başlayır. Cef-
ferson yenidən respublikaçılar partiyasının namizədi kimi
göstərilsə də, vitse-prezidentliyə A.Burrun deyil, Corc
Klin tonun namizədliyi irəli sürülür. Bu halda Burr federa-
list lərlə koalisiya yaratmaq istəsə də, federalistlərin lideri
A.Hamilton buna razılıq vermir. Burr və Hamilton arasın-
dakı düşmənçilik iyul ayında duellə nəticələnir. Hamilton
41
Amerika prezidentləri
dueldə öldürülür. Bu, Aaron Burrun da siyasi ölümü demək
idi. Müxalifət partiyası olan federalistlər Pinkni və Kinqin
namizədliyini irəli sürürlər. Əvvəlki prezident seçkisində
verdiyi vədlərin heç də hamısını yerinə yetirə bilməməsi
Ceffersonun qalib gəlməsinə mane olmur. Luiziananın əldə
edilməsi öz işini görmüşdü.
İkinci müddətə prezident seçilən Cefferson kabinetində
ciddi dəyişikliklər etmir.
Avropada başlamış Napoleon müharibələri ABŞ ticarət
donanmasının Atlantik okeanında və Avropa limanlarında
hərəkət etməsinə mane olurdu. Buna görə də ticarət hüquq-
larının qorunması ikinci prezidentlik müddətində «bitərəf»
Ceffersonun başlıca problemi olur. İngiltərənin hərbi do-
nanması ABŞ ticarət gəmilərini müsadirə etməkdən belə
çəkinmir. Problemi diplomatik yolla həll edə bilməyən
prezident Avropa ölkələri ilə ticarət əlaqələrinə embarqo
tətbiq edir. İngilislərə təzyiq kimi nəzərdə tutulan bu qərar,
nəticədə ABŞ-ın özünə böyük ziyan vurur. Sonralar Ceffer-
son bu qərarı özünün böyük səhvi olduğunu etiraf etmişdir.
Hələ 1807-ci ildə respublikaçılar partiyasının liderləri
Ceffersona üçüncü dəfə namizədliyini irəli sürməyi təklif
etmişdilər. Lakin respublikaçıların lideri buna qəti etirazı-
nı bildirir. O, əsası Vaşinqton tərəfi ndən qoyulmuş ənənəni
pozmaq istəmir. İstefaya çıxmamışdan əvvəl özünün siyasi
varisi haqqında düşünür. Bu vəzifəyə daha çox Medisonu
layiq görür. Ölkə rəhbərinin iradəsi öz təsirini göstərir. C.
Medison yekdilliklə növbəti seçkilərə namizəd göstərilir.
İstefaya çıxdıqdan sonra Montiçello malikanəsinə qayı-
dan eks-prezident maarifçilik fəaliyyəti ilə məşğul olmuş-
dur. 1919-cu ildə yaradılmış Virciniya Universiteti onun
maarifçilik fəaliyyətinin bariz nümunəsidir. Universitet bi-
nasının tikilməsindən tutmuş, tədris planının hazırlanması-
na qədər bütün prosesə şəxsən özü rəhbərlik etmişdir. Onun
Dostları ilə paylaş: |