Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

35
Amerika prezidentləri
TOMAS CEFFERSON
 
(
THOMAS JEFFERSON)
(1801 -1809)
Tomas Ceffersonun həyat və fəaliyyəti bəşər tarixində 
dərin iz qoymuşdur. Onun ABŞ-ın, Yeni Dünyada ilk bur-
juaziya respublikasının, yaradılmasında əvəzsiz xidmətləri 


36
Amerika prezidentləri
olmuşdur. O, tarixə  təkcə böyük dövlət və siyasi xadimi 
kimi deyil, eyni zamanda fi losof-humanist, maarifçi, lin-
qivist, botanik, arxitektor, etnoqraf, paleontoloq kimi düş-
müşdür. Bəzi bioqrafl arı onu Amerikanın Leonardo da Vin-
çisi adlandırırlar. T.Ceffersonun həyat və yaradıcılığı bir 
çox tədqiqatçıların diqqətini özünə  cəlb etmiş, haqqında 
çoxlu sayda kitablar, məqalələr yazılmışdır.
T.Cefferson 13 aprel 1743-cü ildə Virciniya ştatının Albe-
marl qrafl ığında, varlı plantator ailəsində dünyaya gəlmişdir. 
Yaşlı vaxtında yazdığı memuarlarda, əcdadlarının  Şimali 
Amerikaya ilk müstəmləkəçilərlə birlikdə Uelsdən gəldiyini 
bildirir. Uşaqlığı atası Piter Ceffersona məxsus  Şedvil 
malikanəsində keçmişdir. Ailənin böyük oğlu olduğundan, 
atası onun təhsilinə ciddi fi kir  vermişdir. Çünki, Virciniya 
plantatorları feodal Avropa ənənələrinə sadiq qalaraq böyük 
oğlu əsas varis hesab edirdilər. Balaca Tomas beş yaşından 
xüsusi müəllimlər yanında sistemli təhsil alırdı.
1757-ci ildə Tomas çox sevdiyi atasını itirir. Bu ona 
böyük zərbə olur. Atasının vəsiyyətnaməsinə  əsasən, 
ona 3.000 hektar torpaq sahəsi və 60 qul miras qalır. La-
kin Cefferson təhsilini davam etdirmək niyyəti ilə Şedvili 
tərk edərək Uilyamsburqa gəlir. Burada o, virciniyalıların 
fəxri sayılan nüfuzlu «Uilyam ənd Meri» kollecinə daxil 
olur. Bu kollec din, hərb, tibb və hüquqşünaslıq sahələrində 
mütəxəssislər hazırlayırdı. Tomas tərəddüd etmədən vəkil 
olmağı qərara alır.
1763-cü ildə  təhsilini bitirən Cefferson dostu və 
müəllimi, professor Corc Uaytın hüquq kontorunda 
fəaliyyətə başlayır və tezliklə böyük uğur qazanır. Virci-
niyanın varlı plantatorları onun müştərilərinə çevrilirlər. 
Cəmiyyətdə böyük nüfuz qazanan gənc Tomas 26 yaşında 
Virciniya qanunvericilik məclisinin üzvü seçilir. 
1770-ci ildə  Şedvil malikanəsində yanğın baş verir. 
Yanğın onun evi ilə birlikdə, zəngin kitabxanasını da məhv 


37
Amerika prezidentləri
edir. Bu ərəfədə o, gənc dul qadın Marta Skeltonla tanış 
olur. 1772-ci il yanvarın 1-də onlar evlənirlər. Bu nikahdan 
beş övladları olsa da, onların yalnız ikisi sağ qalır.
Ceffersonun siyasi fəaliyyətə başlaması müstəmləkələrdə 
antiingilis  əhval-ruhiyyələrinin gücləndiyi dövrə  təsadüf 
edir. O, müstəmləkələrin azadlıq hərəkatında fəal iştirak 
edərək, 1775-ci ildə Virciniyada əlaqələndirici Komitənin 
yaradıcılarından olmuşdur. Artıq belə komitələr əksər ştat-
larda da yaradılmışdı və metropoliya qanunlarına tabe ol-
madığı üçün buraxılmış Müstəmləkə Assambleyasını əvəz 
edirdi. Cefferson 1775-ci ildə Kontinental Konqresə üzv 
seçilir. Qeyd edək ki, natiqlik bacarığının olmaması ona 
«qaradinməz deputat» imici qazandırmışdı. Lakin geniş 
erudisiya və dərin elmi biliklərə malik olması qərar və qa-
nun layihələrinin hazırlanmasında onu əvəzsiz edirdi.
1776-cı ilin iyun ayında Kontinental Konqresdə 
İstiqlaliyyət haqqında bəyannamə hazrlamaq üçün B.Frank-
lin, C.Adams, C.Dikkinson, E.Livinqston və Ceffersondan 
ibarət komissiya yaradılır. Komissiya üzvləri tərəddüd 
etmədən bu işi Ceffersona həvalə edirlər. O, layihə üzərində 
on yeddi gün gərgin işləyərək Adams və Franklinin xırda 
düzəlişlərindən sonra onu Konqresə  təqdim edir. Layihə 
uzun sürən müzakirələrdən sonra 4 iyul 1776-cı ildə qəbul 
edilir. Bu, T.Ceffersonun siyasi arenada ilk böyük qələbəsi 
idi.  Şedvildə baş vermiş yanğından sonra öz layihəsi 
əsasında tikilmiş Montiçello malikanəsinə qayıdan Ceffer-
son Virciniya parlamentində fəaliyyətini davam etdirir.
1779-cu ildə Tomas Cefferson yenidən fəal siyasi 
mübarizəyə başlayır. Bu dəfə o, Virciniya ştatının quber-
natoru vəzifəsinə – ştatın ali siyasi hakimiyyətinə iddialı 
olduğunu bildirir. Gərgin keçən seçkilərdə dostu Peynə 
qalib gələrək qubernator olur. Bu vəzifəni tutmaqda onun 
əsas istəyi bir çox sahələrdə islahatlar keçirmək idi. Onun 
başlıca arzusu azadlıq uğrunda dinc mübarizəni davam 


38
Amerika prezidentləri
etdirərək, seçki hüququnu təkmilləşdirmək, təhsil sistemi-
ni yaxşılaşdırmaq idi. Bu niyyətlə o, dini azadlıq haqqın-
da qanun layihəsi hazırlasa da, bu layihə Virciniya ştatının 
qanunverici məclisi tərəfi ndən yalnız yeddi ildən sonra – 
1786-cı ildə C.Medisonun səyləri nəticəsində qəbul olundu. 
Bu günə  qədər həmən qanun Virciniya ştatının Konstitu-
siyasının dini azadlıq haqqında müddəasının əsasını təşkil 
edir. 
Lakin,  İstiqlaliyyət uğrunda gedən müharibənin  Şi-
maldan Cənuba keçirilməsi təəssüf ki, maarifçilik deyil, 
onda olmayan hərbçilik bacarığı  tələb edirdi. Bəzi hərbi 
problemlərin həllində  qətiyyətsizliyi,  ştatın müdafi əsini 
yaxşı  təşkil edə bilməməsi onu 1781-ci ildə istefaya get-
məyə məcbur edir. Növbəti il, ona daha bir bədbəxtlik üz 
verir, həyat yoldaşı Marta vəfat edir.
İstefaya çıxdıqdan sonra Cefferson Montiçello 
malikanəsinə qayıdır. 1782-ci ilin axırlarında Filadelfi yadan 
gələn kuryer, Konqresin onu diplomatik missiya ilə Fransa-
ya göndərmək fi krində olduğunu çatdırır. Lakin bu ərəfədə 
Fransadan  İngiltərə  və ABŞ arasında razılıq  əldə edildiyi 
xəbəri gəlir. Səfər yalnız 1784-cü ilin yayında baş tutur. 
Səfərin əsas məqsədi, Ceffersonun bu zaman Avropada olan 
C.Adams və  səfi r  B.Franklinlə birlikdə 19 Avropa ölkəsi 
ilə siyasi və ticarət müqavilələri imzalaması idi. 1785-ci 
ilin yazında Franklin onun səfi rlik fəaliyyətinə son qoyul-
ması xahişi ilə Konqresə müraciət edir. Konqres tərəddüd 
etmədən Ceffersonu ABŞ-ın Fransada səfi ri təyin edir. O, 
Fransadakı  fəaliyyəti müddətində Fransa maarifçiləri ilə 
dostluq əlaqələri saxlamışdı.
23 noyabr 1789-cu ildə Cefferson Parisdən vətənə qayı-
dır. Burada ona gözləmədiyi bir xəbər çatdırırlar: prezident 
Vaşinqton onu Dövlət katibi təyin etmək istəyir. Dekab-
rın 11-də o, bu məzmunda Vaşinqtonun  şəxsi məktubunu 
alsa da, qəti cavab vermir. Nəhayət 1790-cı ilin fevralında, 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə