24
Amerika prezidentləri
göndərilən malların dəyərini və yol xərclərini ödəyə bilmir-
di. Buradan əmələ gələn borc isə yüksək faizlərlə növbəti
mövsümə saxlanılırdı.
Hər bir plantator kimi Vaşinqton da bu problemlərlə
üzləşirdi. Vəziyyətdən çıxış yolunu öz plantasiyalarında
aqrar islahatlar aparmaqda görən Vaşinqton 1763-cü ildən
etibarən taxıl yetişdirməyə başlayır. Beş il müddətində taxıl
plantasiyalarda becərilən əsas məhsul olur. Böyük dəyirman
tikdirməklə 60-cı illərin sonuna yaxın Vest-Hində un ixra-
cında uğurlar qazanır. Beləliklə o, plantasiyalarında nisbi
iqtisadi sərbəstlik əldə edir. Bu Vaşinqtonun müstəqillik uğ-
runda apardığı mübarizənin Maunt Vernon çərçivəsində ilk
qələbəsi idi.
1763-cü ildə İngiltərə və Fransa arasında yeddi il-
lik müharibə sonuncunun Şimali Amerikadakı əsas tor-
paq sahələrini itirməsi ilə başa çatır. Tezliklə müharibə
nəticəsində İngiltərənin çoxlu borclarının yığıldığı aşkar
olur. Bu borcların ödənilməsi üçün C.Qrenvill kabinetinin
təklifi ilə müstəmləkələrə qoyulan vergilər artırılır. Kral
xəzinəsinin doldurulması üçün yeni-yeni vergi növləri («Mö-
hür qanunu», «Mənzil təminatı qanunu») tətbiq edilir. 1763-
cü ildə verilmiş fərmana görə müstəmləkəçilərə Qərbə tərəf
köçmək, yeni torpaq sahələri əldə etmək qadağan edilir.
Bütün bunlar getdikcə müstəmləkələrlə metropoliya
arasındakı münasibətləri daha da kəskinləşdirirdi. Nyu-
York və digər iri şəhərlərdə mitinqlər keçirilir, vergi veril-
mə sindən boyun qaçırılır, kral hakimiyyətinə itaətsizlik
gös tərməyə çağırışlar səslənirdi. Digər tərəfdən ingilis mal-
larına boykot elan edilirdi. 1773-cü ildə çay yüklənmiş bir
neçə gəminin Boston limanında batırılması etirazların kul-
minasiyası oldu. Tarixə «Boston çay qonaqlığı» adı ilə da-
xil olmuş bu aksiya bir daha göstərdi ki, müstəmləkələrdə
ingilis ağalığını əvvəlki qaydada davam etdirmək mümkün
deyildir.
25
Amerika prezidentləri
1774-cü ildə on üç ştatın iştirakı ilə Birinci Kontinen-
tal Konqres çağırılır. Konqres iştirakçıları kral III Georqa
müraciət edərək, onları qəddar nazirlərdən qorumağı xahiş
edirlər. Lakin Kral nəinki bu xahişləri qəbul etmir, əksinə on-
ları qiyamçı elan edərək cəza dəstələrinə müstəmləkələrdə
qayda-qanun yaratmaq əmri verir. Beləliklə Amerika
müstəmləkələrinin İngiltərə ilə aparacağı səkkiz illik İstiq-
laliyyət müharibəsi başlayır.
10 may 1775-ci ildə Filadelfi yada İkinci Kontinental
Konqresin açılışı olur. Bu konqresdə Corc Vaşinqton Şima-
li Amerika Hərbi qüvvələrinin Ali Baş Komandanı seçilir.
İlk döyüşlərdən uğur qazanan Vaşinqton ordusu 1776-cı
ildə Bostonu azad edir. Müstəmləkələr bir-birinin ardınca
öz müstəqilliklərini elan edirlər. Bu hadisələrin məntiqi
yekunu olaraq 1776-cı il iyulun 4-də Filadelfi yada Konq-
res «İstiqlaliyyət bəyannaməsi» qəbul edir. T.Cefferson
tərəfi ndən yazılmış bu sənəd, yeni bir dövlət yarandığını
elan etməklə yanaşı dünyada ilk dəfə insan azadlıqlarının
şərhini verir.
Müharibə ərzində Vaşinqtonun ən böyük problemi ordu-
nun silah və digər hərbi ləvazimatla təmin edilməsi olmuş-
dur. Bəzən o özünü Konfederasiya Konqresi tərəfi ndən unu-
dulmuş hiss etsə də qətiyyən ruhdan düşməmişdir. Eyni za-
manda o heç vaxt mülki rəhbərliklə qarşıdurmaya getməmiş,
vacib hərbi qərarları da ətrafl ı müzakirələrdən sonra qəbul
etmişdir. Onun daim məsləhətləşdiyi şəxslər arasında Alek-
sander Hamilton və Markiz de Lafayet xüsusi yer tuturdu-
lar. Vaşinqton bir çoxlarının təklif etdiyi partizan müharibəsi
ideyasını rədd edərək yalnız açıq döyüşlər aparılmasına üs-
tünlük verirdi. Onun fi krincə yalnız belə döyüşlərdə qazanı-
lan qələbələrlə düşməni danışıqlara getməyə məcbur etmək
olar. Bu strategiya özünü Virciniya ştatının Yorktaun şəhəri
ətrafında gedən döyüşlərdə təsdiq etdi. 1781-ci il 19 oktyabr-
da General Kornuollisin 7.000 əsgərlə təslim olması danı-
26
Amerika prezidentləri
şıqlar üçün stimul yaratdı və iki il sonra rəsmi olaraq sülh
müqaviləsinin imzalanması ilə nəticələndi.
Müharibə başa çatdıqdan sonra ordu komandanların-
da öz gələcək taleləri üçün bir inamsızlıq var idi. Zabitlər
müharibədən sonra Konqresin onlara hansı münasibəti
göstərəcəyindən narahat idilər. Bu baxımdan Vaşinqton-
dan mülki rəhbərliyi öz əlinə almağı tələb edirdilər. La-
kin 1783-cü il mart ayında Vaşinqton zabit heyətinə şəxsi
müraciətində ordunun siyasi rəhbərliyə tabe olmasının
zəruriliyini bildirirdi.
1783-cü il dekabr ayının 23-də Vaşinqton Ali Baş Ko-
mandanlığı təntənəli surətdə Konqresə qaytarır. Bununla
yanaşı güclü, mərkəzləşmiş hakimiyyətin yaradılmasının
zəruriliyi haqqında hər bir ştat rəhbərliyinə məktub imza-
layır. Lakin ayrı-ayrı ştatların rəhbərliyi bu təklifə soyuq
münasibət göstərir. Onlar ştatlara daha geniş sərbəstlik
verən Konfederasiya tərəfdarı olduqlarını bildirirlər.
İstefaya çıxdıqdan sonra C.Vaşinqton yenidən Maunt
Vernona qayıdır. Burada o, rahat və qayğısız həyat sürsə
də, ölkə daxilində gedən prosesləri diqqətlə izləyirdi. Ştat-
lar arasında əlaqələrin düzgün qurulmaması, bir çox iqti-
sadi problemlərin öz həllini tapmaması ittifaqın gələcəyini
şübhə altına salırdı. 1786-cı ilin payızında istefada olan ka-
pitan Şeysin başçılığı ilə yoxsul fermerlərin üsyanı isə təcili
tədbirlər görülməsini vacib etdi. Bu səbəbdən 1787-ci ilin
mayında yeni Konstitusiya hazırlanması üçün Konstitusiya
Konventi yaradılır. Xüsusən A.Hamilton və C.Medisonun
təkidi ilə Vaşinqton Konventə sədr seçilir. Yeni hazırlanmış
Konstitusiya özündə federal dövlət quruluşunu əks etdirir-
di. Uzun müzakirələrdən sonra Konstitusiya qəbul edilir.
Artıq C.Vaşinqtonun prezident olacağı heç kimdə
şübhə doğurmurdu. Hətta 1788-ci il 4 iyul Konstitusiya
bayramı şənliklərində «Vaşinqton-Prezident» kimi şüarlar
səsləndirilirdi.
Dostları ilə paylaş: |