Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   ...   13   14   15   16   17   18   19   20   21

bir təqdimat apardım. Sonda, ölkə haqqında əlavə

məlumat toplamaq üçün mənə ən çox sual verən tələbə

deyil, müəllim oldu. 

FİKİR AZADLIĞI

Sən ifrat bir şey etmək istəyirsənsə, Amerika kollec ‐

ləri bunun üçün ideal bir yerdir. Bu, şişirtmə deyil. Sən

istədiyin qədər həyatını, şəxsiyyətini və maraqlarını

təcrübədən keçirə bilərsən. Әksər amerikalı tələbələr öz

şəhərlərindən uzaqlarda yerləşən universitetləri seçirlər

ki, özlərini  günahkar saymadan, dost və əqrəba

tərəfindən hədə‐qorxu  hədəfinə çevrilmədən  istədik‐

ləri hər bir şeyi edə bilsinlər.  

Universitetlər həmçinin liberal düşüncə məkanıdır:

həm müəllimlər, həm də tələbələr öz fikirlərini azad

ifadə edirlər. Məncə, oxuduğum illər ərzində gördüyüm

anti‐müharibə, anti‐abort, anti‐hökümət və anti‐sən‐

adını‐qoy kampaniyalarının sayı həyatım boyu

gördüyüm hər bir şeydən çoxdur. Şübhəsiz, bu cür

emosional partlayışlara məhdudiyyət yoxdur: bu ya

bəzilərini maraqlandırır, yaxud da, heç bir maraq oyat‐

mır. Beləliklə, sənin etirazına, boykotuna böyük marağı

və ya zəif iştirakı ilə çəki verən xalqdır..Müəllimlər dini,

siyasi və bir sıra başqa şəxsi məsələlərə rəy verməkdən

çəkinirlər. Onlar hər bir kəsin düşünmə tərzinə və sər‐

bəst davranış hüquqlarına hörmətlə yanaşırlar. 

Azərbaycanda sinifdə öz fikrini ifadə etmək müəm‐

malı səslənir. Әlbəttə, hər bir kəsin dərsə hazırlıqlı

gəlməsi vacibdir, lakin bu, yalnız kitabdan oxuduğun

bir‐iki abzasdır. Öz fikirlərinə gəldikdə isə bu, öyrənmə

prosesində yersiz hesab olunmasa da, ikinci dərəcəli

hesab olunur. “O kitabı ağıllı insanlar yazıb və sənin nə

düşündüyün məni maraqlandırmır. Sussan və

öyrədiləni öyrənsən yaxşı olar” onu sınamaq istəyən

cəsarətli tələbəyə müəllim belə cavab verər.

EPİLOQ: EHTİYACINDA  OLDUĞUMUZ  

DӘYİŞİKLİK

Bu məqaləni yazarkən, mən bir neçə dostumla

qeyri‐rəsmi söhbət etmişəm və onların hamısı həm

Azərbaycanda həm də Amerikada təhsil alıblar. İki təh‐

sil sistemi arasındakı uyğunsuzluqları axtarıb tapmaq

üçün on dəqiqəyə yaxın müzakirə apardıq. Biri dedi ki,

Azərbaycanda təhsil faktiki olaraq mövcud olmadığı

halda, Amerikada hərəkətlidir. Digəri israr etdi ki,

Amerika institutları liderlik və qərar verməni dəstək‐

lədikləri halda, Azərbaycan tədris müəssisələri fərdi

düşünmə və yaradıcı yanaşma qarşı mübarizə aparır.

Bəziləri razılaşdılar ki, Amerikada münasibətlər insan‐

ların qabiliyyətlərinə görə qurulduğu halda Azərbay‐

canda korrupsiya “böyük bir bəladır”. Amerika təhsil

müəssisələri isə cəmiyyət üçün yüksək əmək və zəka

sahibi olan məzunlar yetişdirir. 

Mənim əlavə olunacaq yalnız bir fikrim var: əgər

cəmiyyətimizdə dəyişiklik istəyiriksə, təhsildən başla‐

malıyıq.

Rüblük Jurnal

31



MӘNİM FİKRİMCӘ

Azərbaycanda və mənim vətənim ABŞ‐da təhsil

prosesi fərqlidir və mən bu fərqlərin bəzilərini təsvir

etməyə çalışacağam. İsmayıllıda yerləşən 1 saylı orta

məktəbdə iki il ərzində  ingilis dili və kompüter bilik‐

ləri dərslərini keçdiyim müddətdə zəhmətkeş müəllim

və çalışqan tələbə kimi Azərbaycanın təhsil sistemi

haqqında öyrənmişəm. İndi isə, Bakıda beynəlxalq bir

təhsil müəssisəsində işləyərək, yüksək rəqabətli bir

prosesdən keçərək ABŞ‐da təhsil almaq üçün seçilmiş

azərbaycanlı gənclərin səylərini müşahidə edirəm.

Həm İsmayıllıdakı şagirdlərim, həm də bizim pro‐

qramın məzunları özünəməxsusdurlar və məni

gündəlik işimdə ruhlandırırlar. Ancaq onlar bu ölkədə

təhsilin fərqli‐fərqli tərəflərini təmsil edirlər. 

Azərbaycandakı təhsillə bağlı fikirlərimi sizlərlə

dəqiqliklə bölüşmək üçün mən xaricdə təhsil almış elit

təbəqənin dəyişikliklərə təsir etmə potensialı ilə, çiyin‐

lərində gələcəyin yükünü daşıyan sıravi vətəndaşları

yanaşı tutmalıyam. Mən bunu etməyə qadirəm, çünki,

İsmayıllıdakı iki illik müəllimlik fəaliyyətim Bakıdakı

işimlə böyük bir ziddiyyət təşkil edir. Әminəm ki,

Azərbaycanın xaricdə təhsil almış elit təbəqəsi ölkənin

təhsil və iqtisadiyyat kimi geniş sahələrinin gələcək

inkişafında qabaqcıl rol oynamaqda israrlıdır. Bunun

üçün isə onlar Azərbaycana fayda vermək üçün

qazandıqları elmi sərvətdən ölkədəki bütün gənclərlə

əlaqəli şəkildə faydalanmalıdırlar.  

Bu fikrə giriş olaraq qeyd etmək istərdim ki, mən

təhsili, eləcə də onun fərdlərə və cəmiyyətə göstərdiyi

müsbət təsirini çox yüksək qiymətləndirirəm. Təhsil

bizə fundamental biliklər verərək özümüzü bu bilik‐

lərin bazasında tənqidi göz və bacarıqlı əllərlə inkişaf

etdirmək imkanı verir. Təhsil hər yerdə davam edən

bir prosesdir‐evdə, məktəbdə, iş və ya şəxsi əlaqələr

vasitəsilə. Hər bir cəmiyyət müxtəlif metodlarla gən‐

clərə təhsil verir. Buna görə də bir mədəniyyətdən

digərinə keçərkən gənclərin dünyaya baxışlarındakı

fərqləri də nəzərə almaq labüddür. Mən bu ölkədə

təhsili müxtəlif aspektlərdən müşahidə etmişəm, lakin

həmişə “təhsil qəpiyi”nin iki tərəfinə qayıdıram – per‐

spektivi olan və perspektivi olmayan təhsil.

Azərbaycandakı təhsil kimi geniş mövzu ilə

üzləşəndə, sadə‐elit, kənd‐şəhər, təhsil‐öyrənilənlər

kimi müqayisələrdə aydın şəkildə müşahidə olunan

paradoksla qarşılaşıram. Akademik təcrübəsi olmayan

bir əcnəbi kimi, gördüyüm bəzi paradoksları analiz

etmək və şahidi olduğum qeyri‐bərabər imkanların

gətirib çıxardığı gərgin vəziyyətdən qurtulma yollarını

müzakirə etmək istərdim.

www.aaa.org.az

AZӘRBAYCANDAKI TӘHSİLLӘ BAĞLI DÜŞÜNCӘLӘR

32

AZӘRBAYCANDAKI 



TӘHSİLLӘ BAĞLI DÜŞÜNCӘLӘR


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə