Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

hakimiyyətləri və təhsil qurumları həqiqətən də dəy‐

işikliyin zəruriliyini qəbul edərək dəstəkləsələr,

aşağıda qeyd olunan mövzularla bağlı müntəzəm

seminarların keçirilməsi nəticəsində baş verə biləcək

dəyişikliklərin səmərəsindən faydalana biləcəklər.

Təklif olunan mövzular aşağıdakılardan ibarətdir,

lakin təkcə onlarla məhdudlaşmır: qadın hüquqları,

qadın səlahiyyətləri, qadınlar üçün köməkçi xid‐

mətlər, anaların məktəbə qayıdışı, işləyən anaların

uşaqlarına yerli hakimiyyət orqanları tərəfindən

qayğı göstə rilməsi üçün alternativlər, valideynlərin

təlimi, qabaqcıl ailə‐məktəb əlaqələri, ailə plan‐

laşdırılması üzrə klinikalar, ailə sağlamlığının

qayğısına qalmaq və qadınlar üçün  professional

təlimlər. Әgər insanlar qız ların və nəhayət qadınların

cəmiyyəti necə zənginləş dirdiklərini dərk etsələr,

ümid var ki, onlar öz qızlarını cəmiyyətin əsas

axınına qoşacaq və hər kəsin həyatını inkişaf et‐

dirmək üçün onların ehtiyacı olduqları təhsillə təmin

edəcək.


“Ana olmaq, bu gədər gücə və təsirə malik vəz‐

ifəyə sahib olmaq deməkdir. Millətlərin taleyi,

dünya əhalisinin məsuliyyətinin və şanslarının for‐

malaşdırılması məhz onun əlindədir!” 

Spencer W. Kimball 

7

Qızların təhsilinə təsir edən digər mühüm

mövzu, yoxsulluğu azaltma yollarından biri kimi

cənub regionunda modernizasiya və iqtisadi stimula

olan ehtiyacla bağlıdır. Həm qadınlar, həm də kişilər

üçün təhlükəsiz iş yerləri yaratmağa kömək etmək

məqsədilə hökumətin müdaxiləsi tələb olunur.

Müəssisələrin inkişafına təkan vermək üçün biznesə

başlamaq məqsədilə onlara maliyyə yardımlarının

edilməsi zəruridir ki, bunun əvəzində onlar daha çox

iş yerləri təmin etmək imkanına sahib olacaqlar. Yeni

metodlarla yerli fermer və satıcılara təlim keçən, on‐

ların köhnə avadanlıqlarını yeniləyən xarici mütəxəs‐

sislər, məhsulun keyfiyyətini və istehsal gücünü

artıracaq, fermerlərin maaşının yüksəlməsinə səbəb

olacaqlar. Yeni iş yerlərinin açılması və ixtisasartırma

təlimləri nəticəsində bir çox ailələr digər şəhər və

ölkələrdən qayıdan ataları ailələri ilə yenidən bir‐bir‐

ilərinə qovuşacaqlar. Ailə gəlirlərinin artması qı‐

zların məktəbi tərk etməsinə və erkən ailə qurmasına

səbəb olan maliyyə çətinliklərini aradan qaldıracaq.

Hər iki valideynin evdə olması və tərbiyə işlərində

iştirak etməsi təhsil problemlərinin həllinə kömək

edəcək. Bütün uşaqları layiq olduqları təhsillə təmin

etmək üçün təhsil sisteminin yenilənməsinə olan

ehtiyac mühüm əhəmiyyət kəsb edir. 

Məktəbdəki imkanların heç də həmişə lazımi

vəziyyətdə olmaması, avadanlıqların çatışmaması,

köhnəlmiş tədris planı, uğursuz təlim metodlarından

istifadə edilməsi sanki təhsilə diqqəti daha da artır‐

maq haqqında mesaj göndərir. Şagird və müəllim‐

lərin digər ölkələrdə təlim almasını təmin etmək,

yeni ideyalarla tanış olmaq üçün xarici mütəxxəssis‐

ləri dəvət etmək, digər ölkələrin mütəxəssisləri ilə

məktub mübadilələrinə başlamaq, digər ölkələrə və

rayonlara səyahət təşkil etmək vasitəsilə kənar

ölkələrin perspektivlərini rayona gətirmək lazımdır.

Bu səylərin həyata keçirilməsinə aktiv dəstək

göstərildikdən sonra, qadınlar və qızlar öz gələcək‐

ləri üçün özlərinin dərk etdiklərindən daha çox

seçimlərin olduğunu başa düşəcəklər. Eyni zamanda,

hökumət bütün müəllim təlim proqramlarının

məcburi komponenti kimi gender maarifləndirilməsi

treyninqləri təşkil etməlidir. Standart kişi və qadın

rolları anlayışını aradan qaldırmaq üçün Təhsil

Nazirliyi tədris planını və dərslikləri yenidən

nəzərdən keçirməlidir və gender bərabərsizliyinə,

gender zorakılığına yol verməyən davranışları

dəstəkləməlidir. Azərbaycan hökuməti bu is‐

tiqamətdə fəaliyyətini gücləndirməlidir və bu xü‐

susilə qadınların həyatı üçün önəmlidir. Təhsil üçün

mübarizə aparan  müsəlman qız haqqında məqaləyə

cavab olaraq Pay Younq deyir: “Statistika bizə

ölkədəki qadınların vəziyyətinin millətin vəziyyətini

təyin etdiyini göstərir. Qadınlar öz vaxtlarının böyük

bir hissəsini öz uşaqları üzərində hansı hüquqa sahib

olduqlarını müəyyənləşdirməklə keçirir, uşaqlarının

nə qədər yaxşı təhsil alacağını və ya ümumiyyətlə

təhsil alıb‐almadığını adətən özləri müəyyənləşdirir‐

lər. Təhsil almış qadın həm emosional, həm də fiziki

baxımdan öz uşaqlarını daha yaxşı böyütmək

imkanına malik olacaq. Әgər hər hansı bir millət öz

statusunu inkişaf etdirmək istəyirsə, öz qızlarına təh‐

sil verməlidir”.

8

Beləliklə, bizim ən çox istifadə olun‐



mamış potensialımıza‐bizim qız övladlarımıza

sərmayə qoymağın vaxtıdır.

www.aaa.org.az

GӘLİN, QIZLARIMIZA TӘHSİL VERӘK VӘ GӘLӘCӘYİMİZİ SAVADSIZLIĞA APARMAYAQ!

26

1



Azərbaycanın Lənkaran şəhərindəki “Peace Corps”‐un könüllüsü olan Joyce Hahn‐a

xüsusi təşəkkür edirik.

2

2003. Azərbaycan Respublikasında Yoxsulluğun Dəyərləndirilməsi. Cild II: Әsas



Hesabat. Dünya bankı, Washington.

3

UNICEF (Birləşmiş Millətlər Uşaq Fondu). 2002. Azərbaycanda qızların təhsili. Bakı.



4

Çünki Mən Qızam:Dünyadakı Qızların Vəziyyəti 2007. 18 Fevral, 2009‐cu ildə

yenilənilib.

5

UNICEF (Birləşmiş Millətlər Uşaq Fondu). 2002. Azərbaycanda qızların təhsili. Bakı. 



6

UNFPA (Birləşmiş Millətlər Әhali Fondu).  İnkişaf Məqsədlərinə dair İclas

http://www.unfpa.org./about/index.htm  22 Fevral, 2009‐cu ildə yenilənilib.

7

Kimball, Spencer W., http://mommylife.net/archives/2006/02/inspiring_words.html.



28 Yanvar, 2009‐cu ildə yenilənib.

8

Young, Pat. “Sizin Şərhləriniz.” Faisal, Safa. (2003). Müsəlman qızlar təhsil üçün



mübarizə aparır. http://news.bbc.co.uk/2/hi/middle_east/3130234.stm‐səhifəsindən

26 Yanvar, 2009‐cu ildə yenilənib.




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə