Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə25/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   21   22   23   24   25   26   27   28   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
59 
noted that characters are used in postmodern novels during the forming of literary place. 
In the postmodernism is used from the images of historical identities, mythic images and 
archetypes widely. In the majority of the postmodern novels is created negative images 
belonged to the marginal social circle against the background of slump of systems of life 
and  value.  When  the  images  are  explained  in  the  postmodern  novel  is  used  from 
“Metafiction”.  Sometimes  intertextual  relations  are  disclosed  with  artistic  samples  by 
means of images. 
 
 
 
Cavanşir YUSİFLİ 
Filologiya üzrə elmlər doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
djavanchir@gmail.com
 
 
SU POEZİYASI – BAŞGİCƏLLƏNDİRİCİ MƏKAN 
 
Açar sözlər: su, metafora, Kassirer, Mirzə Ələkbər Sabir, fiqurlar 
Key words: water, metaphor, Cassirer, Mirza Alakber Sabir, figures 
 
Əslində bu yazının mövzusu oxucuda tərəddüd yaradacaq dərəcədə 
ikibaşlıdır (terminlə buna ambivalent deyirlər): müasir anlamda zəif şeir-
lərdən söz düşəndə  onu  məhz su  ilə  ifadə edirlər, suyu çoxdu, oxuduqca 
neçə  köynək  islanırsan.  Suyun  qəhətə  çəkildiyi,  hissiyyatı  zorladığı, 
cadar-cadar etdiyi məqamlar da var. Bütün bu hallarda “suyun” şeir üçün 
çox  vacib  komponent  olduğu  mübahisəsizdir.  Şübhəsiz  ki,  “lazım  deyil-
dir” anlamında yox. 
Şeir dilində qəribə hadisə baş verir, gerçəklikdə mövcud olan oxşar-
lıqlar, bənzərliklər, ani assosiasiyalar və bunların yaratdığı “dünya mode-
li” bir kənara atılır. Burada əsas olan göstərilən predmetləri ayıran sərhədi 
tapmaqdır. Bu nöqtə, yaxud məqam tapılmayınca onlar xaosdan özgə bir 
şey vəd etməyəcəkdir. Təqribən belə:  göy üzünü dənizə bənzətsək, uçan 
quş  istər-istəməz  balığa  çevriləcək,  yaxud  dənizi  səmaya  oxşatsaq  balıq 
quş kimi  süzəcəkdir. Burada axınla donuqluq,  cərəyanla sakitlik bir mə-
qamdan ayrılır, onları birləşdirən səth güzgüyə çevrilir, axının sürəti art-
dıqca güzgü parçalanır, hərəkət hissələr şəkildə boy göstərir, vahid hərə-
kət  obrazı  həmişə təsəvvürün üstünə  yüklənir. Bu mənada  yüksək poezi-
yada  qoyulan  məsələni  –  dünyaya,  gerçəkliyə  hardan  baxmaq,  bu  kon-
tekstdə hansı mənaları bir müstəvi üzərinə gətirib dilləşdirməyin özü bö-
yük  əhəmiyyətə  malikdir.  Bu  mənada  su  altında  baxılıb-görülən  dünya 
kimi, suya baxaraq deyilən, yazılan poeziya da ayrıca və fərqli maraq do-
ğurur. Pritçaların  birində belə bir məqam  var: ixtiyar, köynəyindən neçə 
dünya keçirmiş qoca bulaq başında oturub aranı dağa, dağı arana daşıyır. 


______________________________________________________ Poetika.izm 
  
 
60 
Günlərdir su içməyən, ciyəri yanan bir cavan oğlan ona tərəf gəlir, amma 
susuzluğu özündən neçə addım qabaqda çapır. Bu adam həm də ölümsüz 
həyat  arzusundadır,  harda  su  görürsə,  iksir  bilib  çəkir  başına,  bulaq  ba-
şındakı parçı doldurub başına çəkmək istərkən qoca qəfil “dayan” deyir. 
“Bu ölümsüzlük, əbədi həyat suyudur, bala, mən içib bu günə qalmışam, 
indi  ölə  bilmirəm”.  Qoca,  ixtiyar  kişi  yaşamaqdan  yorulub,  dünyadan 
keçsə  də  ölə,  həyatla  vidalaşa  bilmir  və  hər  şeyin  bitdiyi  yerdən  ölüm 
göyərmir. Onun qulağının dibində beləcə ölüm də qocalır və bu dünyada 
yaşadığı  həyatın  mənası  itir,  parçalanır.  Halbuki  məna  itməməlidir,  gəl-
diyi şəkildə bu dünyanın sərhədini aşıb keçməlidir. Su həmin mənanı dol-
ğunlaşdıran, onu “öz qabında” saxlayan, iksirdən daha artıq gücə və əhə-
miyyətə  malik  olan  bir  nəsnədir.  Həyatda  və  ədəbiyyatda.  Daha  çox 
poeziyada.  Ancaq  bəri  başdan  bir  cəhəti  vurğulayaq  ki,  dünya  poeziya-
sının  ən  kamil  nümunələrində  suyun  özü  yox,  məhz  “ayaq  səsləri”  hiss 
edilir və bu cəhət yanından ötüb-keçiləsi bir məsələ deyildir. Poeziyada su 
– hikmət qaynağıdır və həmişə adı çəkilməyən yerlərdə “bitir”. 
Belə  də  demək  olar  bəlkə:  poeziya  əslində  suya  danışılan  yuxu  ki-
midir, yuxunu suya onu ürəkdən çıxarmaq, xeyir olanların cərgəsinə qoş-
maq  naminə  danışırlar.  Poeziya  həm  də  yuxunun  üzünə  çilənən  su 
kimidir.  Dünyanın,  gerçəkliyin  yuxulu  qatlarını  qaldırmaq,  göstərmək 
naminə. Rübailərdə deyildiyi kimi, bu dünya qızıl bir kuzəyə bənzər, suyu 
gah şirindi, gah da ki zəhər... Ancaq dünya poeziyasında, xüsusən ispan-
ların barokko poeziyasında su dünyanı qavramaq yolunda ən çox müraciət 
edilən,  ancaq  adı  az  çəkilən  nəsnə  rolunu  oynayırdı.  “İçi  sualla  dolu 
kuzə...”  kimi  ifadələrdə,  bu  ifadələrin  yer  aldığı  nümunələrdə  su  həmişə 
qabarıb-çəkilmə  mənasındadır.  Bütün  barokko  poeziyası  bu  kontekstdə 
ucsuz-bucaqsız su səhrasıdır. 
Yuxuların  üzünə  su  çiləndikcə  və  su  bir  köklü-köməcli  ağacın  di-
binə  gedib  çatdıqca,  həyatımızdakı  mənalar  göz  önümüzdən  keçib  gedir 
(kino lenti kimi, – həm də axır, – su kimi...), gücümüz yalnız onları seyr 
etməyə çatır. Çünki bu, gerçək yox, virtual aləmdir. İnsanların gözəl şeir-
lərə vurulmağı bu mənada çox qəribədir, məntiqsizlikdir. Su, yuxu, şeir... 
bu  kimi  nəsnələrlə  gerçəkdən  ağlı  başında  olan  şeylər  kimi  davranmaq, 
onlara  vurulmaq  qəribə  olduğu  qədər  də  absurddur.  Buna  görə  hər  bir 
millətin poeziyasında yuxudan oyanma, mənalar cərgəsinin dəyişdirilməsi 
hadisəsi hökmən, haçansa baş verir. Bu “qırılma nöqtəsi” – yuxudan ayıl-
ma, dünyaya başqa rakursdan baxmaq bucağını formalaşdırır. Bu məqam-
da əsas rolu şübhəsiz ki, su oynayır.  
Bizim  poeziyada  Mirzə  Ələkbər  Sabirin  həmin  müstəvidə  tapıb 
“üzləşdirdiyi” mənalar, mətnin dil açma prinsipi bütün Azərbaycan poezi-
yasına  güc,  bitib-tükənməyən  impuls  kimi  verilir.  Mirzə  Ələkbər  Sabir 
həm də, məsələnin ən qəribə cəhəti burdadır, – bir şair kimi ona vurulma-


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə