Şəhla tahirqizi monoqrafiyalar elmi ƏDƏBİyyatin nöVÜ KİMİ



Yüklə 391,49 Kb.
Pdf görüntüsü
tarix03.11.2018
ölçüsü391,49 Kb.
#77911


 

Şəhla TAHİRQIZI 

MONOQRAFİYALAR ELMİ ƏDƏBİYYATIN NÖVÜ KİMİ 

Kitab  nəşri  olduqca  mürəkkəb,  sistemli  yaranışdır.  O,  bir-biri  ilə  qarşılıqlı 

surətdə bağlı olan və biri-digərini tamamlayan elementlər toplusudur. Onun ən 

vacib   elementi   mətndir.   Mətnlər   ədəbiyyatın   növündən,   məzmunundan   və 

janrından   asılı   olaraq   müxtəlif   struktura   və   fikri   elementlər   məcmuuna 

malikdir.   Beləliklə,   nəşri   ümumilikdə   mürəkkəb   və   yaxşı   təşkil   olunmuş 

informasiya sistemi kimi nəzərdən keçirmək mümkündür. 

Hər  bir  kitab,  istər  tədris  ədəbiyyatı  olsun,  istər  bədii,  istərsə  də  elmi  olsun, 

onlar  müəyyən  bilik  sahələrinin  oxucuları  üçün  yaradılır.  Bu  biliklər  də,  öz 

növbələrində müəyyən konkret bir məqsədlə təqdim edilir: bu və ya digər sahə 

üzrə   toplanmış   biliklərin   ümumiləşdirilməsi,   elmi   tədqiqat   nəticələrinin 

mübadiləsi,  dünyagörüşün,  ideoloji,  siyasi  baxışların  formalaşması,  dövlət  və 

ictimaiyyətin  mövqeyinin,  hüquqi  və  mənəvi  normaların  oxucuya  çatdırılması 

və  s.  Ədəbiyyatın  ictimai  təyinatı  dedikdə,  əsasən,  onun  oxucuya  təsir  etməsi 

başa düşülür. Demək olar ki, müxtəlif ədəbi əsərlər ictimai fəaliyyətin – elmin, 

təhsilin, ideoloji  və siyasi tərbiyəvi işin, xalq təsərrüfatı sahəsinin, mədəniyyət 

və incəsənətin müxtəlif sferalarına xidmət edir. 

Ədəbiyyatın ictimai təyinatı da müəyyən oxucu auditoriyasını nəzərdə tutur. 

Ədəbi əsərlərin oxucu ünvanı onun ictimai, məqsədli təyinatı ilə birlikdə ədəbi 

anlayışın   sistemləşdirilməsinin   əsasını   təşkil   edir.   Ədəbi   əsərlərin   onların 

təyinatına və oxucu ünvanına belə sistemləşdirilməsi funksional hesab edilir. 

Hər  bir  kitabın  səciyyəvi  xüsusiyyəti  onun  növünə  müəyyən  dərəcədə  təsir 

göstərən  informasiyanın  xarakterindədir.  Və  bu  xarakterin  də  əsas 

əlamətlərindən  biri  problemin  dərindən    tədqiqidir.  Elmi  nəşrlərdə 

informasiyanın  əks  etdirilməsində  mövzunun  arqumentləşdirilmiş  əsaslar  və 

sübutların  səmərəli  tədqiqi  metodları  yüksək  elmi  səviyyədə  işlənilməli  və 

özünəməxsus dil-üslub vasitələri olmalıdır. 

"Kitab  işi   özlüyündə   rəssamlıq,   heykəltəraşlıq,   kino,   teatr   kimi   millətin 

mədəni yaradıcılığının mühüm bir sahəsidir. Əslində hər şeyin başlanğıcı kitab- 

 

 



141 


dır  –  hər  şey  kitabdan  başlanır,  hər  şey  kitabdadır.  Bir  vaxt  deyərdilər  ki, 

İnternet  əsrində  kitab  öz  əhəmiyyətini  itirəcək,  amma  indi  məlum  olur  ki, 

İnternet  kitabı  əvəz  edə  bilmir.  İnsan  zəruri  bilikləri,  akademik  və  sistemli 

savadı  sakit  bir  şəraitdə  kitabla  baş-başa  qalanda  daha   yaxşı  mənimsəyir. 

Demək, bəşəriyyət hələ bundan sonra da kitabsız keçinə bilməyəcək" (1, 5). 

Hər   bir   kitabın   özünəməxsus   funksional   əlaməti   və   funksiyalar   tərkibi 

mövcuddur.  Lakin  müəyyən  funksional  əlamətlər  hansısa  konkret  bir  nəşrlə 

bağlıdır. Kitab nəşrinin əsas tipoloji kateqoriyalarından biri də nəşrin növüdür. 

O  nəşrlərin  tipoloji  qruplaşmasını  ehtiva  edir.  Hər  bir  nəşr  növü, 

formalaşmasından asılı olaraq, standart əsaslara malikdir: 

 

1) 


təyinatına görə; 

2) 


informasiyanın əlamətinə görə; 

3) 


informasiyanın analitik-sintetik işlənilməsinə görə

4) 


əsas mətnin maddi quruluşu, həcmi və tərkibinə görə

5) 


informasiyanın dövrülüyü, strukturu və xarakterinə görə. 

 

Sadalanan  əlamətlər  arasında  bütün  nəşrlər  üçün  ümumi  olanları  ayırmaq 



vacibdir. Hər bir nəşrin spesifik xüsusiyyətləri isə məqsədyönlü təyinata malikdir 

və  onlar  nəşrin  funksional  rolunu  və  xarakterini  cəmləşdirilmiş  şəkildə  əks 

etdirir. 

Ədəbi əsərlər janrına görə elmi, bədii, bədii-publisistik, elmi-kütləvi, kütləvi- 

siyasi, rəsmi, tədris ədəbiyyatına bölünürlər. 

Hər bir elmlə yanaşı onun kütləviləşdirilməsinə ehtiyac yaranır və bu ehtiyacı 

da kitab yerinə yetirir. 

Monoqrafiyalar  da  elmi  ədəbiyyatın  növü  olub  konkret  bir  mövzuya  həsr 

olunmuş elmi-tədqiqat əsəridir (4,114). Monoqrafiya yunan sözüdür: mono-tək, 

qrafo-yazıram  deməkdir.  Bu  elmi  yaradıcılıq  işidir,  müəyyən  problem  və  ya 

müasir elm aləmini narahat edən hansısa məsələnin araşdırılması haqqında olan 

materialın  əhatəli  şərhidir.  Monoqrafiyaları  haqlı  olaraq  elmi  əsərlərin  əsas 

janrı  hesab  edirlər.  Burada  qarşıya  qoyulan  problemlər,  biliyin  müəyyən  bir 

hissəsi   və   sahəsi   tam   və   əhatəli   şəkildə   araşdırılır   və   ya   işıqlandırılır. 

Monoqrafiyalarda eksperimental işlər nəzəri cəhətdən ümumiləşdirilir (2, 29). 

Monoqrafiyalar    ayrı-ayrı  empirik   faktların   təsvirindən  və   onların 

öyrənilməsindən  elmi  nəzəriyyənin  sistemli  şərhinə,  elmi  axtarışlar 

strategiyalarının  yaradılması  üçün  keçidə  imkan  verir.  Elmi  monoqrafiya  bu 

gün  elmin  keçdiyi  müəyyən  yola  yekun  və  gələcək  elmi  dərkə  başlanğıc 

nöqtədir. 

Monoqrafiya elmi kitab nəşri hesab edilir. Əsas  məqsədi bir əsərdə bir və  ya 

bir  neçə  müəllif  tərəfindən  hazırlanmış bir  problem və  ya  mövzunun  ətraflı  və 

tam məzmuna malik olmasını təmin edən bir nəşrdir. 

 

 



142 


Məzmununa  görə  monoqrafiyalar  fundamental  elmi  əsərdir.  Onun  əsasını 

elmi  problemlərin  ətraflı  işlənilməsində  böyük  əhəmiyyətə  malik  olan  əvvəlki 

elmi nailiyyətlərin və əsərlərin yenidən məqsədyönlü tədqiqi təşkil edir. 

Təyinatına görə monoqrafiyalar müəyyən bir sahənin – elmi informasiyaların 

kommunikasiyalar   sisteminə   aid   edilir   və   yeni-yeni   problemlərin   həllinə 

istiqamətləndirilir.  Onlar  əsas  etibarilə  tədqiq  olunan  həmin  problemlərinin 

sahəsi ilə bağlı alim və mütəxəssislər üçün nəzərdə tutulur. 

Elmi  nəşr  olduğu  üçün  monoqrafiyalarda  tədqiq  olunan  predmet,  onun  elmi 

tədqiqat  kimi  məqsədi,  xarakteri,  metodu  və  nəticələri  əksini  tapmalıdır.  Qeyd 

etmək   lazımdır   ki,   elmi   nəşrlərin   redaktəsi   zamanı   elmi   ədəbiyyatın   janr 

xüsusiyyətlərinin düzgün işıqlandırılmasına diqqət yetirmək əsas amillərdəndir. 

Prinsipcə elmi nəşrlərin əsasını təşkil edən elmi ədəbiyyatı, yəni monoqrafiyanı 

üç  hissəyə  bölmək  olar:  giriş,  əsas  mətn  və  nəticə.  Onların  hər  birinin  öz 

təyinatı, quruluşu və məzmun dolğunluğu vardır. 



Girişdə,   ilk   növbədə,   mövzunun   aktuallığı,   tədqiqatın   məqsədyönlülüyü 

əsaslandırılır,   tədqiqatın   aparılmasının   məqsədi   araşdırılır.   Bundan   əlavə, 

tədqiqatın   aparılması   şəraiti,   metodu   da   göstərilə   bilər.   Eyni   zamanda 

nəticələrin qısa şəkildə xüsusiyyətləri və bu xüsusiyyətlərin qiymətləndirilməsi 

və  reallaşdırılma  səviyyəsi,  əsas  hissədəki  materialın  qısa  şərhi  də 

monoqrafiyanın girişində əksini tapa bilər. 

Giriş, bir qayda olaraq, əgər xülasə məqsədyönlü əsaslandırılmışsa, öhdəsinə 

düşən  vəzifəsini   yerinə  yetirmiş  olur,  onun  mövzusu  və  müzakirə  olunan 

məsələlərin   əhatə   dairəsi   xarakterizə   edilir,   məqsədin   təyinatı   əks   olunur; 

tədqiqatın  seçimi  əsaslandırılır,  istifadə  olunmuş  mənbələr  səciyyələndirilir. 

Həmçinin   burada   mövcud   xülasənin   digərləri   ilə   müqayisədə   xüsusiyyəti 

açıqlanır,  informasiyanın  analiz  və  sintezinə  yanaşma  izah  edilir,  əsas  mətnin 

kompozisiya  quruluşuna,  üslub  və  terminoloji  xüsusiyyətinə  nəzər  yetirilir, 

müəllif və ya tərtibçilər haqqında məlumatlara yer verir. 



Əsas  mətndə  isə  məqsəd,  problemin  tədqiqi  prosesi,  mövzunun 

məqsədyönlülüyünün  şərhi,  tədqiqatın  aparılmasıdır.  Burada  qarşıya  qoyulan 

məsələlər və onların həllinin vacibliyini bildirən şərhlər və izahatlar, dəlillər və 

əsaslandırmalar  göstərilir.  Əsas  mətnin  məqsədi  yeni  biliyin  informasiyanın 

analizi və sintezi vasitəsilə formalaşdırılmasına xidmət edir. 

Elmi  ədəbiyyatın  əsas  mətnini  elmi  anlayışlar  sistemi  təşkil  edir.  Belə  elmi 

anlayışlar  bu  və  ya  digər  hadisənin,  yaxud  predmetin  elmi  dərk  edilməsinin 

vəzifələri, prosesi və nəticələri haqqında təsəvvür yaradır. Janr xüsusiyyətindən 

asılı olaraq  onlar  ədəbi  vasitələrlə  elmi  tədqiqatın  müəyyən  dərəcədə  tamlığını 

əks  etdirir.  Beləliklə,  monoqrafiyaların  bir  elmi  ədəbiyyat  kimi  məqsədi  əsas 

mətndə qarşıdakı məsələni lazımi səviyyədə işıqlandırmaq, problem açıqlamaq, 

kitabda elmi problemin hər bir aspektini aydın şəkildə təqdim etməkdir. 

Hər bir əsərdə olduğu kimi, elmi əsərdə də müəllif tərəfindən təqdim olunan 

 

 



143 


informasiyanın  daşıyıcısı  olan  məzmunda  müəllif  fikrinin  realizəsini  təmin 

edən  fəsillərin,   bölmələrin,   paraqrafların   arasında  məntiqi   əlaqənin  olması 

vacibdir.  Çünki  elmi  əsərin  strukturu  bilavasitə  onun  məzmunu  və  şərhinin 

məntiqi  ilə  sıx  bağlıdır.  Məzmunun  daşıyıcısı  və  əsərin  əsası  kimi   mətn, 

müəyyən  mənada,  kitabın  oxucusu  ilə  təmasda  olub,  elmi  kommunikasiya 

sisteminə daxil olur. 

Monoqrafiyanın  predmet  və  ya  hadisənin  təsviri,  şərhi  məhz  əsərin  əsas 

mətnində   təqdim   edilir:   burada   şərhin   hərəkət   trayektoriyası,   obyektlərin 

təsnifatı, onların inkişafının təsviri və s. göstərilir. 

Elmi   nəşr   olan   monoqrafiyaların   müəllifləri   tərəfindən   materialın   təq- 

dimatında   şərhin   izahedici   növü   geniş  istifadə   edilir.   Əksər   hallarda   belə 

mətnləri  mətn-mülahizələr  adlandırırlar.  Çünki  onlar  elmi  sübutu  və  ya  inkar 

etmə prosesini qeyd edirlər. 

Nəticədə   aparılan   tədqiqatın   məntiqi   yekununa   müvafiq   olaraq   nəticələr 

formalaşdırılır,  tövsiyələr  təqdir  edilir,  gələcək  elmi  tədqiqatların  mümkün 

istiqamətləri göstərilir. 

Nəticə  konkret  olmalı,  təhlil  edilən  problemin  əldə  olunan  faktiki  səviyyəsi 

qiymətləndirilməli, monoqrafiyada həllini tapa bilməyən məsələlərin həlli üçün 

istiqamətlər göstərilməli, problemin (sahə və ya predmetin)  gələcək inkişafının 

istiqamətlərinin  və  perspektivlərinin  aşkarlanması  haqqında  məlumatları 

özündə   əks   etdirməlidir.   Əgər   burada   tövsiyələr   verilirsə,   onlar   çıxarılan 

nəticələrdən  irəli  gələrək  əsaslandırılmalı,  ölkədaxili  və  xarici  elmi,  texniki  və 

istehsalat   nailiyyətlərinin   tətbiqi   sahəsində   aydın,   konkret   təkliflərlə   çıxış 

etməlidir. 

Elmi  nəşr  olan  monoqrafiyalarda  girişdən  əvvəl  ön  söz,  nəticədən  sonra  isə 

son söz verilir. 

Ön  söz  ya  müəllifin  özü  tərəfindən,  ya  da  kitabın  elmi  redaktoru,  tərtibçi 

tərəfindən  yazılır.  Burada  təqdim  edilən  elmi  tədqiqat  barədə  yığcam məlumat 

verilir,  əsərin  müəllifi  və  ya  tərtibçisi  oxuculara  təqdim  olunur,  onların  elmi 

fəaliyyətləri işıqlandırılır. 



Son  söz  əsasən  tarixi  mövzuda  olan  və  ya  tərcümə  ədəbiyyatlarına  yazılır. 

Son  söz  elmi   problemin  müasir  anlayışını,  müəllifin  tədqiqat  predmetinin 

öyrənilməsindəki rolunu, ölkə və xarici alimlərin konsepsiya və yanaşmalarının 

xüsusiyyətlərini izah edir. 

Monoqrafiya  elmi  əsərlərin  daha  əhəmiyyətli  bir  janrıdır.  O,  elmi  biliyin 

bütün   müasir   elmi   formalarını   sistemli   şəkildə   təsəvvürdə   yaradıb   realizə 

etməyə  imkan  verir.  Müəllifin  fərdi  yaradıcılığının  təqdim  etdiyi  subyektiv  və 

obyektiv   məqamların   varlığı   monoqrafiyanın   əsas   əlamətlərindəndir.   Onun 

bilik  və  təcrübəsi,  monoqrafiyada  həyata  keçirə  bildiyi  metodiki  yanaşma 

burada   şərh   olunan   yeniliyin   fərqləndirici   xüsusiyyətlərindəndir.   Müəllifin 

şəxsiyyəti  və  onun  elmi  səviyyəsi  monoqrafiyanın  elmi-kommunikativ 

 

 



144 


əhəmiyyətinə fəal təsir göstərir.  Bu da əsərin redaktəsi  zamanı  mütləq nəzərə 

alınmalıdır. 

Elm insan  fəaliyyətinin  sferası  kimi obyektiv  aləmin dərketmə  şəklində  əksi, 

yaranışın  sosial  istiqamətləndirilməsi  ilə  xarakterizə  olunur.Bu  aləmin  elmi 

dərki  prosesinin  və  nəticələrinin  yazılı  şəkildə  çatdırılması  elmi  ədəbiyyatın 

öhdəsinə düşür. 

Monoqrafiyaların, bir elmi ədəbiyyat kimi, predmeti elmin əsas formalarının 

-  nəzəriyyə,  qanun,  təsnifat,  problemlər,  metodlar  və  s.-nin  elmi 

kommunikasiyada  fəaliyyətini  təmin  edən  elmi  anlayışlar  sistemidir.  Məhz 

elmi ədəbiyyat elmin belə dərketmə funksiyalarını - obyektiv həqiqi hadisələrin 

şərhini,  aydınlaşdırılmasını  və  sistemləşdirilməsini  həyata  keçirməyə  şərait 

yaradır. 

Elmi   ədəbiyyatın   məzmununda   elmi   tədqiqatın   əhəmiyyət   kəsb   edən 

elementlər  anlayışının  -  məqsədin,  problem  şəraitinin,  yekun  ehtimallarının, 

ilkin  biliklər  və  onların  öyrənilmə  metodlarının,  və  ən  nəhayət,  tədqiqatın 

nəticələri   olan   yeni   biliklərin   ifadəsi   təqdim   edilir.   Bundan   əlavə,   elmi 

ədəbiyyata   dair   əsərlər   konkret   elmin   tədqiqat   prosesinin   xüsusiyyətlərini 

şərtləndirən müxtəlif komponentlərin inikasıdır. 

Elmi  ədəbiyyatın  məqsədyönlü  təyinatı  elmin  müvafiq  tələbləri  ilə  şərtlənir. 

Bu  növ  ədəbiyyat  elmi  biliklərin  əsərdə  şərh  olunmasına  imkan  yaradır,  yəni 

elmi  anlayışların  "istehsalını" təmin  edir.  Bundan  əlavə,  elmi  ədəbiyyat  həmin 

anlayışların  qavranılması,  bu  və  ya  digər  kommunikativ  sistemdə  istifadəsi 

üçün zəruri şəraitdir, elmi biliklərin istehlakının təminatçısıdır. 

Elmi    dərketmənin    çoxçalarlı    xarakteri   elmi   ədəbiyyatın   məqsədyönlü 

təyinatının mürəkkəb daxili strukturunu müəyyən edir. 

Monoqrafiya  müəllifləri   əsərlərinin   oxucu   ünvanını   düzgün   təyin   etmək 

qabiliyyətinə  malikdirlər:  onlar  elm  fədailəri  və  elm  xadimləridirlər.  Oxucu 

nəinki  elmi  əsərlə  tanış  olur,  müəllif  anlayışını  təsəvvüründə  canlandırır,  o, 

həmçinin   elmi   anlayışların   müxtəlif   məqsədlərini   aşkarlayır,   məzmunu   öz 

şüurunda  tamamlayır  və  onu  (məzmunu)  şəxsi  nöqteyi-nəzəri  ilə  tutuşdurur. 

Belə   hallarda   şəxsi   mülahizələrdən   imtina   edilmə   halları   heç   də   isnisna 

olunmur. 

Elmi  ədəbiyyat  bir  çox  əsrlər  ərzində  formalaşmışdır.  Onun  formalaşmasına 

əsasən  elmin  tədricən  insan  fəaliyyətinin  sferası  kimi  xüsusiləşməsi, 

ədəbiyyatın sosial kommunikasiyanın üsulu olması təsir etmişdir. 

Elmi   əsərin    özünəməxsus 

müxtəlif 

növlərə 


ayrılan   fərqləndirici 

xüsusiyyətləri   mövcuddur.   Monoqrafiyada   qarşıda   duran   elmi   məsələnin 

həllinə  doğru  yönələn  faktların  hərtərəfli  təhlili    onun  məqsədyönlü 

istiqamətləndiricisidir.   Buraya   qarşılıqlı   əlaqələrin,   qarşılıqlı   asılılığın   və 

arqumentləşdirilmiş  dəlil  və  əsasların,  nəzəri  ümumiləşdirilmələrin,  faktların, 

məntiqi  nəticələrin  və  praktiki  tövsiyələrin  əhəmiyyətinin  qiymətləndirilməsi 

 

 

145 




daxildir. 

İstənilən  cəmiyyətdə  və  ölkədə  elmi  ədəbiyyatın  rolu  olduqca  önəmlidir. 

Elmi  nailiyyətlərin  istehsalata  tətbiqi,  kompüterləşmə  və  s.  elmi  ədəbiyyatın 

daha  çox  inkişaf  etməsini  şərtləndirir.  Elmi  monoqrafiyaların  əhatə  dairəsi 

olduqca   genişdir.   Onlar   maarifləndirici   nəşr   olmaqla   yanaşı   informasiya 

daşıyıcısı rolunu da ifa edir (3, 25-26). 

Elmi  ədəbiyyatın  orijinal  mətninin  üzərində  işləyərkən  nəşriyyat  redaktoru 

hadisələrin təqdimatının ardıcıllığına xüsusi diqqət yetirməlidir. 

Bütün  kitablarda  olduğu  kimi,  hər  bir  elmi  ədəbiyyat  da  özünə  münasib 

kompozisiyaya  malikdir.  Ümumilikdə  əlyazmaya  olan  tələblər  onun 

kompozisiya  quruluşuna  da  aiddir.  Monoqrafiya  mətnini  redaktə  edən  hər  bir 

nəşriyyat   redaktoru   əlyazmanın   kompozisiyasının   bir   sıra   tələblərə   cavab 

verməsinə diqqət yetirməlidir: 

1.  Kompozisiya  əlyazma  mətninin  qarşıya  qoyduğu  məsələlərin  həllində  ən 

yaxın köməkçi olmalıdır. 

2. Kompozisiya mətnin məntiqinə müvafiq olmalıdır. 

Elmi   əsəri   yazan,   tərtib   edən   müəllif   və   ya   müəllif   kollektivi   onun 

kompozisiyasını oxucu auditoriyasına çatdırmaq qabiliyyətinə malik olmalıdır. 

Elmi  ədəbiyyatın  kompozisiyasına  olan  tələblərdən  biri  də  materialın  dəqiq 

plan   əsasında   işlənilməsidir.   Mətnin   kompozisiyası,   onun   prinsipləri   və 

xüsusiyyətləri  haqqında  danışarkən,  ilk  növbədə,  əsərin  planı  düşünülməlidir. 

Mətnin  kompozisiyası  elmi  təhlil  və  keyfiyyətlərin  qiymətləndirilməsində  əsas 

yer cümlələr arasında kompozisiya əlaqələrinin mahiyyətinə aiddir. Bu əlaqələr 

özünü  bütün  mətn  boyu  bildirir.  Kompozisiyanı  və  məzmunu  biri-birindən 

ayrılıqda  təsəvvür  etmək  mümkün  deyil.  Əgər  kompozisiya  prinsipcə  mətnə 

uyğun deyilsə, elmi əsəri tam və bitmiş hesab etmək mümkün deyil. 

Elmi   nəşrlərin   kompozisiya   və   quruluşunda   mühüm   rollardan   birini   də 

müxtəlif  illüstrativ  materiallar  oynayır.  Real  həqiqəti əksetdirmə  xüsusiyyətinə 

görə   illüstrativ   materialları   iki   növə   ayırmaq   mümkündür:   elmi-anlaşılan 

(qrafiklər, sxemlər) və sənədli (fotolar). 

Monoqrafiya müəllifi əsərin aparatına, ilk növbədə, onun mündəricatına fikir 

verməlidir.  Müəllif  çalışmalıdır  ki,  onun  müvafiq  oxucu  auditoriyasına  təqdim 

etdiyi  əsərin  hansısa  fəsli  və  ya  bölməsi  digərindən  güclü  və  ya  zəif  olmasın. 

Odur ki, müəllif əsərinin oxucuya qədər uğurlu olub-olmamasını özü müəyyən 

etmiş olmalıdır. 

Hər  bir  elmi  ədəbiyyatın  elmi  rəyçisi  olmalıdır.  Monoqrafiyaya  rəy  verən 

mütəxəssis müvafiq bilik sahəsinə dərindən bələd olmalı, əsərdəki problemlərlə 

əlaqədar dövlətin sənəd, material və qərarlarını, tədqiq edilən problemə dair hər 

hansı  bir  analoqun  olub-olmaması  məsələlərini  dəqiq  bilməlidir.  Çünki  onun 

verdiyi rəy əsərin hansı səviyyədə dəyərli olmasını bildirir. 

Elmi  əsər  bütün  hallarda  inkişafetdirici  rola  malik  olmalı,  həm  də  ideya 

 

 

146 




cəhətdən  qüsursuzluğu  ilə  diqqəti  çəkməlidir.  Məzmun  və  formanın  vəhdəti 

elmi   ədəbiyyatın   əsas   amllərindəndir.   Məzmunla   formanın   vəhdətinə   nail 

olmaq hər bir müəllifin başlıca öhdəliyidir. 

Əlyazmalarda   verilən   terminlər,   sxemlər,   cədvəllər,   illüstrasiyalar   geniş 

dərketdirmə xüsusiyyətinə malik olduğundan müəllif onların tərtibinə də xüsusi 

diqqət yetirməlidir. 

Monoqrafiya elmi ədəbiyyat olduğu üçün faktlara əsaslanır. Bu faktlar da üç 

əsas tələbə cavab verməlidir: 

1. Tipiklik – cəmiyyət həyatının əsas qanunauyğunluqlarını əks etdirməli

2. Siyasi və elmi əhəmiyyət daşımalı; 

3. Müvafiq oxucu auditoriyasının marağını təmin etməlidir. 

Elmi  ədəbiyyatın  predmeti  (informasiyanın  xarakteri)  eyni  zamanda  elmin 

predmetidir.   Bu   predmetin   düzgün   qiymətləndirilməsi   və   tədqiq   edilməsi 

xüsusi dəqiqlik tələb edir. Burada heç bir sarpmalara yol verilməməlidir. 

Monoqrafiyanın strukturu təhlil edilib qiymətləndirilərkən əsas diqqət təqdim 

olunan  məsələnin  dəqiq  qoyuluşuna,  oxucu  auditoriyasının  nəzərə  alınmasına, 

tədqiqatın nəticələrinin göstərilməsinə doğru yönəlməlidir. 

Elmi   əsərdə   də,   digər   nəşrlərdə   olduğu   kimi,   məzmunun   bütün   təsvir 

vasitələri  –  mətn,  formullar,  illüstrasiyalar,  cədvəllər,  həmçinin  ədəbi  janrın 

informasiya, analitik, bədii-publisistik elementləri istifadə olunur. 

Elmi ədəbi əsərlərin struktur komponentləri belə sistemləşdirilir: 

əsas mətn - elmi ədəbiyyatın predmetini və ya hadisənin əsasını təşkil edən 

biliklər təsbit olunur; 

-  əlavə  mətn  -  elmi  ədəbiyyatın  predmetinin  və  ya  hadisənin  xarakterindən 

asılı olaraq müxtəlif formalarda və məzmunda verilir. 

-  izahedici  mətn  -  tanıdan  və  populyarlaşdıran  funksiyaları  yerinə  yetirən 

nümunələrdə əksini tapır. 

-  qavramanın   təşkili  aparatı  (metodiki  aparat)-  strukturun  əsas 

komponentidir. 

Bu 

komponent 



 elmi 

ədəbi  əsərlərin  predmetinin 

qavranılmasında   yardımçı   rolunu   oynayır   və   tədris   prosesinin   müstəqil 

qavrayış  fəaliyyətini  istiqamətləndirir.  Qavramanın  təşkili  aparatına  müxtəlif 

suallar, tapşırıqlar, cədvəllər, illüstrasiyalara şəkilaltı sözlər və s. aiddir. 

-  müxtəlif  səpkili  illüstrasiyalar  -  rəngli,  ağ-qara  illüstrativ  materiallar, 

çertyojlar, sxemlər, xəritələr məhz bu qəbildəndir. 

-istiqamətləndirici  aparat  -  giriş,  mündəricat,  rubrikalar,  göstəricilər  və  s.- 

ni  əhatə  edir.  Onlar  ümumilikdə  tədris  ədəbiyyatının  məzmun  və  strukturunu 

istiqamətləndirir, kitabla müstəqil iş vərdişlərini aşılayır. 

Biliklərin  qavranılması  məsələsi  elmi  ədəbiyyatın  strukturuna  həlledici  təsir 

göstərir.  Elmi  ədəbiyyatın  metodiki  təhlili  zamanı  biliklərin  qavranılmasının 

keyfiyyətlə həyata keçirilməsində strukturun bu və ya digər konponentinin rolu 

daim diqqətdə olmalıdır. 

 

 



147 


Elmi  ədəbiyyatın  predmetinin  xarakteri,  oxucu  ünvanı  (yaş  tərkibi)  tədris 

ədəbiyyatının   kompozisiyasını   və   materialın   şərhini   müəyyənləşdirir.   Bu 

predmet  elm  kimi  şərh  edilməli,  mövcud  elmin  məntiqi,  elmi  metodu  nəzərə 

alınmalıdır.   Əsərin   materialı   elə   qruplaşdırılmalı   və   məntiqi   cəhətdən   elə 

qurulmalıdır  ki,  hər  bir  hissəsi  tematika  nöqteyi-nəzərincə  tam  təqdim  edilsin 

və həmin predmetin dərk  edilməsində  müəyyən  dərəcədə  yeni  pillə  olsun (4, 

15-16). 

İrəlidə  qeyd  edildiyi  kimi,  kitabın  bütün  hissələri  arasında  daxili  məntiq 

mövcuddur.   Bu   məntiqdə   kitabın   həm   kompozisiyası,   həm   də   strukturu 

açıqlanır.  Nəinki  elmi-kütləvi  ədəbiyyatda,  eləcə  də  digər  əsərlərdə  şərh  bir 

qayda olaraq mühakiməni təlqin edir. Mühakimə iki növdür: 

1) deduktiv mühakimə – ümumi mülahizələrdən fərdi nəticələrədək; 

2)  induktiv  mühakimə  –  xüsusidən  ümumiyə,  yəni  ayrı-ayrı  faktlardan 

ümumiliyədək (5). 

Monoqrafiyalarda məntiqi və tarixi şərhetmə metodlarından istifadə edilir. 

Məntiqi metod  müəllif mülahizələrini izləməyə  imkan  verir, elmi tədqiqatın 

modelini  yaradır, bu və ya digər obyektin ətraflı tədqiqini verir. Şərh səbəb və 

təhqiqatın  göstərilməsi,  onların  qarşılıqlı  əlaqələrinin  elementi  və  nəticəsi, 

strukturun  ümumilikdə  və  ya  ayrı-ayrı  hissələrinin  tədqiqi  əsasında  qurulur. 

Məntiqi  metod  materialın  fikri  fraqmentlərə  ayrılması  ardıcıllığını  şərtləndirir. 

Bu metod yüksək informasiyalılığı ilə fərqlənir. 



Şərhin  tarixi  metodu  hadisə  və  predmetin  inkişaf  prosesinin  xronoloji 

ardıcıllıqla  verilməsinə  imkan  yaradır.  Bu  metod  dinamikdir  və  dərketmədə 

çətinlik yaratmır. 

Məzmunun  məntiqi  və  tarixi  şərhi  metodlarının  əlaqəliliyi  elmi  ədəbiyyatın 

quruluşu   metodlarının   dərketmə   münasibətində   nisbətən   mürəkkəb   əsasa 

malikdir. 



Abstraktlıqdan  konkretliyə  çıxış  metodu  tədqiq  edilən  predmet  və   ya 

hadisə  haqqında  konkret  biliyi  dərin  elmi  anlayışlar  əsasında  sintezləşdirməyə 

imkan  yaradır.  Sintez,  adətən,  sadə  abstraktlıqdan  başlayır  və  elmi  anlayışın 

mövcud müəyyənləşdirilməsinin çoxşəkilli sintezinin vəhdətini göstərir. 



Spiral  metodu   tədqiq   edilən   elmi   ədəbi   əsərdə   predmet   və   hadisənin 

əlamətlərinin  tədricən  açılmasını  və  inkişafını  şərtləndirir.  O,  nəinki  elmi 

materialın   strukturunu   əks   etdirir,   eyni   zamanda   oxucu   dərketməsinə   də 

istiqamətverici  təsir  göstərir.  Spiral  metodu  fikrin,  hər  dəfə  yeni,  daha  yüksək 

dərəcədə ümumiləşdirilmiş təkrarı yolu inkişafına əsaslanır. 

Elmi  əsərlərdə  təqdim  olunan  tələblərin   yerinə   yetirilməsində  terminlər 

xüsusi əhəmiyyət kəsb edir. 

Məzmunun  əsas  şərhetmə  vasitəsi  dərketmə  aparatı  olan  elmi  mətnlərdə 

terminoloji leksikaya mühüm əhəmiyyət verilir. Elmi terminologiyanın istifadə 

edilməsi  məzmunun  şərhinin  dəqiqliyini  təmin  edən  daha  optimal  variantdır. 

 

 

148 




Uyğun  tərminlərin  və  leksik,  qrammatik  və  sintaktik  dil-üslub  vasitələrinin 

dəqiq seçilməsi fikrin adekvat və birmənalı təqdimini təmin edir (6, 11). 

Hər bir elmi ədəbiyyatın ayrılmaz tərkib hissəsi onun sorğu aparatıdır. Aparat 

elmi   nəşrlərin   mühüm   tərkib   hissəsi   olduğu   üçün   oxucuya   kitaba   "daxil 

olmağa" imkan yaradır. 

Sorğu  aparatının  vacibliyi  və  əhəmiyyəti  oxucunu  kitabın  məzmunu  ilə 

tanışlığa  yardım  etməkdən,  kitabdan  istifadəni  asanlaşdırmaqdan,  lazım  olan 

məlumatı  vaxt  itirmədən,  heç  bir  səhvə  yol  vermədən  axtarıb  tapmaqdadır. 

Aparat  mövcud  kitabla  digər  informasiya  mənbələri  arasında,  əlaqələndirici 

orqan  rolunu  ifa  edir,  onun elmi-kommunikativ  axında  yerini  müəyyənləşdirir. 

Elmi  kitabın  aparatının  informasiya-arayış  məsələlərinin   həlli  zamanı 

informasiyalar   axınında   hansısa   kitabı   axtarıb-tapmaq   və   onun   məzmunu 

haqqında məlumatın rolu böyükdür. Hələ keçən əsrin ortalarında alimləri elmin 

informasiya  təminatı  ilə  bağlı  vəziyyəti  olduqca  narahat  edirdi.  O  vaxtlar 

akademik  S.İ.Vavilov  yazırdı:   "Müasir  insan  kitabxanalar  Himalayının 

qarşısında   qum  içərisindən  qızıl  zərrəcikləri    axtaran  qızılaxtaranlara 

bənzəyirlər". 

Elmi 

kitabın 


aparatı 

bütün 


axtarış 

variantlarında, 

əsasən  də, 

avtomatlaşdırılmış   axtarışda   əsas   eyniləşdirmə   elementi   kimi   çıxış   edir. 

Standarta  müvafiq  olaraq  sorğu  aparatı  əsərin  müəllifinin  mətn  orijinalının 

tərkibinə daxil olunur. 

Monoqrafiyaların  sorğu  aparatına  əksər  hallarda  elmi  kitablarda  əksini  tapan 

qeydlər və şərhlər də daxildir. 



Qeydlər sırf arayış xarakteri daşıyır. Onlar mənbə haqqında qısa məlumat və 

istinad  verir,  xarici  mətnlərin  tərcüməsini  təqdim edir,  hansısa  əlavə  faktı  şərh 

edir. 

Şərhlər çap olunan mətnlərin izahatını verir, tərtibçi və ya redaktorun onlara 

olan rəyini bildirir. 

Elmi  nəşrlərin  aparatına  bir  qayda  olaraq  predmet,  ad,  terminoloji  və  s.-nin 

göstəriciləri  də  daxil  edilir.  Göstəricilər  aparatın  ən  mühüm  elementlərindən 

biridir,   naviqasiyanı,   informasiya   arayışını,   mətnin   istqamətini,   kitabdan 

istifadənin asanlaşmasını təmin edir. 

Monoqrafiyanın  spesifik  göstəricisindən  biri  də  mündəricatdır.  Mündəricat 

əsas   axtarış-məlumat   elementi   kimi   nəşrin   aparatının   tərkibinə   daxildir. 

Mündəricata  fəsillər,  bölmələr,  paraqraflar  daxildir.  Məlumat-axtarış  elementi 

olduğu  üçün  mündəricatı  kitabın  əvvəlində  təqdim  etmək  daha  məqsədyönlü 

olar. 

Elmi   kitabın   aparatının   daha  bir   əsas   elementi   də   əlavələrdir.   Əlavələr 



tədqiqatın   yerinə   yetirilməsində   mühüm   rol   oynayan   əlavə   istifadə   mate- 

riallarıdır. Əlavələrə, əsasən nəticələrin təsdiqi üçün tələb olunan material daxil 

edilməlidir. 

 

 



149 


Elmi  monoqrafiyalarda  sitat  və  istinadlara  da  geniş  yer  verilir.  Sitatların 

istinad  mənbələrini  həm  sətiraltı,  həm  də  arxada  təqdim  etmək  mümkündür. 

Lakin  əksər  hallarda  mənbələri  sonda  vermək  daha  məqsədyönlü  hesab  edilir. 

Bəzi   alimlərin   fikrincə,   sətiraltı   istinad   mənbələri   oxucunun   fikrini   əsas 

mətndən yayındırır. 

Yuxarıda göstərilənlərdən aydın olur ki, elmi monoqrafiyalarda sorğu aparatı 

iki  funksiyanı  yerinə  yetirir:  o,  həm  kitabın  mətninin  izahatını  verir  və  onu 

sistemləşdirir, həm də gələcəkdə predmetin öyrənilmə yollarını göstərir (6, 22). 

Görkəmli  şəxsiyyətlərə  həsr  olunmuş  biblioqrafik  monoqrafiyalarda  haq- 

qında  söhbət  açılan  mütəxəssisin  əsas  elmi  işləri  təqdim  edilə  bilər.Bu  da 

oxucu   üçün   istinad   mənbəyi   kimi   deyil,   məhz   həmin   şəxsiyyətin   elmi 

yaradıcılığının təqdimatı xarakterini daşıyır. 

Səyahət  xarakterli  monoqrafiyalarda  analoji  məlumatlar  verilə  bilər.  Bundan 

əlavə,  belə  nəşrlərdə  bəzi  hallarda  tədqiqatçının  tədqiqi  ilə  məşğul  olduğu 

xalqın  adət-ənənələri,  yaşayış  tərzi  haqqında  da  söhbət  açmaq  mümkündür. 

Belə   hallarda   coğrafi   adların   terminoloji   göstəricisini   də   təqdim   etmək 

məqsədyönlüdür.   Coğrafi   göstəricilər   əsas   mətni   dolğunlaşdırır   və   daha 

oxunaqlı edir. 

Elmi-kütləvi  xarakterli  monoqrafiyalar  da  elmi  nəşrlər  kimi  müxtəlif  elmi 

biliklərin  inkişafına  və  təbliğinə  xidmət  edir.  Bu  monoqrafiyaların  da  əsas 

predmeti  elm  və  elmi  tədqiqatlardır:  elmi  tədqiqatların  nəticələri,  tədqiqatın 

obyekti,   elmi   problem,   məqsəd   və   metodu,   tədqiqatın   aparılma   şəraiti, 

tədqiqatın əsasını təşkil edən faktlar, istifadə materialı və s. 

Elmi-kütləvi   nəşrlərin   mövzu   dairəsi   olduqca   geniş   və   əhatəlidir.   O, 

cəmiyyətin   tələbatı   və   oxucu   marağı   ilə   müəyyənləşməlidir.   Elmi-kütləvi 

nəşrlərin  təyinat  məqsədi  elmi  biliklərin,  texnikanın,  mədəniyyətin  və  s.-nin 

geniş oxucu kütləsi arasında təbliği və yayılmasıdır. 

Elmi-kütləvi  monoqrafik  əsərlərin  müəllifləri  elmi  bilikləri  təbliğ  etməklə 

elmdə  olan  son  yeniliklərdən  söhbət  açır,  bununla  da  müvafiq  sahənin  oxucu 

kütləsini maarifləndirməklə elmin yeni bilikləri ilə tanış edir, gələcək dərketmə 

maraqları oyadaraq, onun yaradıcılıq meyllərini inkişaf etdirirlər. 

Belə   monoqrafiyaların   mühüm   məqsədlərindən   biri   də   oxucunun   elmi 

dünyagörüşünü   formalaşdırmaqdır.   Elmi   dünyagörüşünün   formalaşdırılması 

insanların   elmi   biliklərlə   təması,   onlarda   elmin   qavranılması,   elmi-texniki 

tərəqqinin   məqsədinin   dərk   edilməsi   xüsusiyyətlərinin   inkişafı   ilə   həyata 

keçirilir.  İncəsənətə  dair  elmi-kütləvi  əsərlər  estetik  tərbiyənin  funksiyalarını 

yerinə yetirir. 

Qeyd  etmək   lazımdır   ki,   elmin   inkişafını   izləyən   hər   bir   şəxsə   –   istər 

humanitar  sahə  olsun,  istər  təbiət  elmləri  sahəsi  olsun,  istərsə  də  dəqiq  elmlər 

sahəsi  olsun,  özünün  elmi  dərketmə  dairəsini  inkişaf  etdirmək  əsas 

məqsədlərdən biri kimi vacib və əhəmiyyətlidir. 

 

 



150 


Oxucuda  elmi  dərketmə  dairəsinin  genişləndirilməsinə  yardımçı  məhz  elmi- 

kütləvi   nəşrlərin   qarşıya   qoyduğu   məqsədləri,   aşıladığı   bilikləri   dərindən 

qavramaq ola bilər. 

Müasir  şəraitdə  elmi  kütləvilik  məsələləri  genişlənmiş  və  nisbətən  mürək- 

kəbləşmişdir,  çünki  oxucu  sanki  təkmilləşmiş,  ümumiyyətlə,  tamamilə  dəyiş- 

mişdir.  Bununla  yanaşı,  elmi-kütləvi  kitabların  da  funksiyaları  genişlənmişdir. 

Belə  kitablara  nəinki  geniş  oxucu  kütləsi,  eyni  zamanda  müxtəlif  istiqamətdə 

fəaliyyət  göstərən  alim  və  mütəxəssislər  də  ehtiyac  duyurdu.  Onlar  həm  təhsil 

alan,  həm  də  artıq  təhsilini  başa  vuranlar  üçün  faydalıdır.  Ali  təhsilli  şəxslər 

üçün  bu  monoqrafiyalar  daha  çox  əhəmiyyətlidir,  onlar  bu  dövrdə  daha  artıq 

səmərəli  olur.  Çünki  artıq  biliklərə  yiyələnmək  müstəqil  həyata  keçirilir  və  bu 

işdə  elmi-kütləvi  monoqrafiyalar  öz  müsbət  təsirini  göstərir.  Müasir  elm  və 

texnikanın  problemləri  geniş  şəkildə  həkimi,  müəllimi,  hüquqşünası,  artisti, 

rəssamı eyni dərəcədə dərindən maraqlandırır. 

Deməli,  elmi  nəşrlər  artıq  ümumi  tələbata  çevrilib.  Bununla  bərabər,  onlar 

hamı üçün eyni dərəcədə səmərə kəsb etmir. Hər bir sahənin özünə uyğun elmi 

nəşrləri  mövcuddur.  Çünki  elmi  kitabların  oxucularını  biri-birindən  ayırmaq 

həlli  çətin  olan  bir  məsələdir.  Bu  kitabların  oxucu  auditoriyası  hamını  –  orta 

məktəb şagirdlərindən tutmuş, alimlərədək əhatə edir. 

Bütün  elmi  monoqrafiyalardakı  şərhlərdə   yalnız  bir  problem,  bir  mövzu 

haqqında   məlumatlar   verilir.   Bu,   hansısa   bir   kəşfə,   ixtiraya,   teoremin 

yaradılmasında, elmi axtarışların problemi, elmin təşəkkülü və inkişafı və s.-də 

təzahür  edir.  Şübhəsiz  ki,  elmin  inkişaf  etdiyi,  elmi  problemlərin  həlli  olduğu 

yerdə tədqiqatçılar, alimlər də, onların elmi bioqrafiyaları da mövcuddur. 

Elmi   monoqrafiyalarla   yanaşı,   görkəmli   şəxsiyyətlərin   həyatından,   elmi 

fəaliyyətindən, yaradıcılığından bəhs edən əsərlər də monoqrafiya adlanır. Belə 

monoqrafiyalar  bioqrafik  əsər  adlanır.  Belə  əsərlərdə  alimin  dünyagörüşünün 

formalaşması  göstərilir,  onun  elm  sahəsindəki  sərvətləri  əksini  tapır.  Məhz  bu 

baxımdan bioqrafik monoqrafiyalar əhəmiyyət kəsb edir. 

Mövzusunu  alimlərin  elmi  məqsədlə  səyahətlərinin  tərtibi  təşkil  edən  elmi 

əsərlər  də  monoqrafiya  adlanır.  Burada  da,  digər  elmi  bioqrafik 

monoqrafiyalarda   olduğu   kimi,   söhbət   alimin   tərcümeyi-halından   və   elmi 

yaradıcılığından,  ölkələr  və  materiklərdən,  təbiət  və  əhalidən  gedir.  Səyahətlər 

haqqında  olan  elmi-kütləvi  nəşrlər  də  informasiya  xarakterinə  görə  bilavasitə 

monoqrafiyaya aid olunur. Çünki bütün elmi əsərlərin mahiyyətcə problemləri, 

tədqiqat istiqaməti, mövzu və mətnin xarakteri eyni xüsusiyyətlərə malikdir. 

Elmi  monoqrafiyaları  mütaliə  edən  hər  bir  oxucu  oradan  tədris 

ədəbiyyatlarından  olduğu  kimi  faydalanır,  biliklərini  təkmilləşdirir  və  yaxud 

inkişaf  etdirir,  elmin  müasir  və  gələcək  nailiyyətləri  haqqında  təsəvvürə  malik 

olurlar. 

Monoqrafiya  -  problemi  və  mövzusu  elmin  nisbətən  məhdud  konkret  bir 

 

 



151 


sahəsini  əhatə edən  elmi nailyyətin əksidir. Monoqrafiyalar  hər  bir  halda  elmə 

xidmət  edir, elmin  nailiyyətlərini,  görkəmli  alimlərin  elmi  fəaliyyətlərini geniş 

oxucu kütləsinə çatdırır, elmi axtarışların nəticələrini şərh edir və gələcək elmi 

axtarışlar haqqında məlumatlar təqdim edir. 

 

 

 



 

ƏDƏBİYYAT 

 

1. Umudlu İ. Kitab nəşri bu gün. Bakı, Əbilov, Zeynalov və oğulları, 2004. – 



322 s. 

2.  Редактирование  отдельных  видов  литературы  /  Под  ред. 

Н.М.Сикорского. Москва, "Книга", 1987. – 398 с. 

3. Vəliyev İ. Redaktənin əsasları. Bakı, Günəş, 2005. – 96 s. 

4.  Canıyeva  U.H.  Əlyazma  üzərində  redaktor  işi.  Bakı,  Bakı  Universiteti 

Nəşriyyatı, 2007. – 90 s. 

5.  Каплан  Г.Д.  Редактирование  отраслевой  литературы.  М.: 

Искусство, 1961. 

6. Антонова С.Г. Редакторская подготовка изданий. www.mgpu.ru 

 

 



 

Ш.Т.ГУЛИЕВА 

МОНОГРАФИЯ – ОДИН ИЗ ВИДОВ НАУЧНОЙ ЛИТЕРАТУРА 

РЕЗЮМЕ 

 

В  статье   рассказывается   об   одном   виде   научной   литературы   – 



монографии. Автор в основном останавливает внимание на содержании 

читательской  аудитории  монографии.  А  также  на  цели,  характере, 

методе  и  выводах  монографии,  как  вида  научной  литературы, 

использовании  авторами  объяснительного  текста  для  пояснения 

материала. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

152 




SH.T.QULİYEVA 

 

 



MONOGRAPHY IS ONE OF THE TYPES OF SCIENTIFIC 

LITERATURE 

SUMMARY 

 

 



The  article  describes  about  monography  as  one  of  the  form  of  scientific 

literature.  The  author  mainly  focuses on  the  content  and  reader’s  audience  of 

monography  as  well  as  to  the  nature  of  the  method  and  conclusions  of  the 

monography   as   a   kind   of   scientific   literature   and   using   by   authors   of 

explanation text to explain the materials. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yüklə 391,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə