Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   16   17   18   19   20   21   22   23   24

 

 

45 



tasiya işində hər iki əsərdən seçilmiş örnəklər əsasında deyilən fikirlər öz 

elmi şərhini tapmışdır. Örnək olaraq aşağıdakı  nümunəyə diqqət yetirək. 

«Rövzətüş-şühəda»da:   

 

 



 

1

 



«Hədiqətüs-süəda»da:  

Hökmdür kim, cəmi’i-xəlqi-cəhan, 

Mələkü insü cinnü vəhşü tüyür, 

Əqlü nəfsü ənasürü əflak, 

Ülvivü süflivü ünasü zükur, 

Dutələr matəmi-Hüseyni-şəhid, 

Edələr ahü nalə ta dəmi-Sur...

2

 

Göründüyü  kimi,  Kaşifinin  dörd  misrada  verdiyi  fikri  əsas  götürən 

Füzuli,  ona  yaradıcı  yanaşaraq  oradakı  fikirləri  daha  da  xırdalamış, 

özünəməxsus bir üslubda – altı misrada şərh və tərcümə etmişdir.  

3.  «Hədiqətüs-süəda»  əsərindəki  üçüncü  qisim  mənzum  parçalar  isə 

«Rövzətüş-şühəda»dakı şeirlərlə olduqca yaxından səsləşir və onların bir 

qismi nəzirə, bir qismi isə nəzirə-tərcümə təsiri bağışlayır. Bu qrupa daxil 

olan  mənzum  parçalar  əsərdə  bir  qədər  çoxluq  təşkil  edir  və  onları 

«Rövzətüş-şühəda»dakı  örnəklərlə  müqayisədə  nə  tərcümə,  nə  də  Füzuli 

qələminin  tam  orijinal  məhsulu  kimi  dəyərləndirmək  elmi  baxımdan 

doğru olmaz. Çünki hər iki əsərdə eyni məqamda verilən həmin örnəklərin 

hər birində vəzn, mövzu, məzmun, söz-ifadə, rədif və qafiyə baxımından 

Kaşifinin təsiri açıq-aşkar duyulmaqdadır. Bu qrupa daxil olan çoxsaylı və 

çoxçeşidli örnəklərdən bəzilərinə diqqət edək. «Rövzətüş-şühəda»da:   

 

3

                                     



«Hədiqətüs-süəda»da:   

 Güllər açıldı, görünməz ol güli-xəndan, nə sud! 



 Çıxdılar səyyarələr, çıxmaz məhi-taban, nə sud!

4

 

 

«Rövzətüş-şühəda»da:   



                                           

1

  H.V.Kaşifi. Rövzətüş-şühəda. Bombey, h.1325, s. 6 



2

  Füzuli. Əsərləri: 6 cilddə, VI c., Bakı, 1996, s. 13 

3

  H.V.Kaşifi. Göstərilən əsəri, s. 37 



4

  Füzuli. Göstərilən əsəri, s. 46 




 

 

46 



 

 

   



 

              

1

    


«Hədiqətüs-süəda»da: 

Dərda ki, əhli-danişü idrak getdilər, 

Məcruhü dilşikəstəvü qəmnak getdilər. 

Alayişi-zəxarifə aludə olmayub, 

Dünyayə pak gəldilərü pak getdilər.

2

 

4.  «Hədiqətüs-süəda»  əsərində  dördüncü  qrupa  daxil  olan  mənzum 

parçalar isə Füzulinin orijinal şeirləridir və bunlar da əsərdə çoxluq təşkil 

edir. Dissertasiya işində konkret nümunələr əsasında bu şeirlərin özləri də 

iki  qismə bölünür: 1) Füzulinin türkcə və qəsidələr divanından götürərək 

azacıq dəyişikliklərlə «Hədiqətüs-süəda»ya daxil etdiyi parçalar; 2) tama-

milə orijinal şeir nümunələri. 

Beləliklə,  aparılan  qarşılaşdırma  «Hədiqətüs-süəda»dakı  şeirlərin 

bütünlüklə  Füzuliyə  məxsusluğunu  göstərən  tədqiqatçıların  fikirlərinin 

yanlış olduğunu göstərir. 

«Hədiqətüs-süəda»dakı  mənzum  parçaların  bədii  dəyəri  və  tərcümə 

özəlliyindən  söz  açarkən  onların  başqa  bir  funksiyası  üzərində  ayrıca 

dayanmaq  lazımdır.  «Rövzətüş-şühəda»da  verilməyən  bir  sıra  «nükati-

qəribələri»  (incə  mətləbləri)  Füzuli  şeir  vasitəsilə  «Hədiqətüs-süəda»ya 

əlavə  etmişdir  və  Füzulinin  bu  əlavələri  nəsr  hissələrlə  müqayisədə  şeir 

nümunələrində  daha  aşkar  görünür.  Məsələn,  birinci  babın  «Yəqub» 

fəslində  Füzuli  «Yusif»  hekayətində  olub,  lakin  «Rövzətüş-şühəda»da 

olmayan və əsərin ruhu ilə uyğun gəlməyən bəzi səhnələri şeir vasitəsilə 

xatırladaraq  əsərə  əlavə  etmişdir.  Züleyxanın  Yusifi  xəlvətə  çağıraraq 

ondan  murad  istəməsi  və  Yusifin  qaçmaq  istəyərkən  ətəyinin  cırılmasını 

Füzuli  qardaşlarının  Yusifi  gəzməyə  aparmaq  istədikləri  vaxt  təbiət 

təsvirinə həsr etdiyi aşağıdakı parçada çox sənətkarlıqla vermişdir: 



Çıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gül, 

Sildi mir’ati-zəmiri-pakdən zəngar gül. 

San Züleyxa xəlvətidir qönçeyi-dərbəstə kim, 

Çıxdı andan daməni-çakilə Yusifvar gül.

3

 

Füzulinin «Gül» rədifli qəsidəsi ilə yaxından səsləşən bu örnəyin ikinci 

                                           

1

H.V.Kaşifi. Rövzətüş-şühəda. Bombey, h.1325, s. 45-46 



2

  Füzuli. Əsərləri: 6 cilddə, VI c., Bakı, 1996, s. 54 

3

  Yenə orada,  s. 38 




 

 

47 



beytində şair Züleyxanın xəlvət otağı ilə qönçəni qarşılaşdıraraq göstərir 

ki, gül də bağlı qönçədən Züleyxanın xəlvət otağından çıxan Yusif kimi, 

yırtıq  ətəklə  çıxır.  Bu  bənzətmə  təsadüfi  olmayıb,  real  və  təbii  əsasa 

malikdir.  Şair  Yusifin  cırıq  ətəyini  gülün  ləçəklərini  özündə  gizləyən 

yarpaq-örtüyə  bənzətməklə  uğurlu  bir  təşbeh  yaratmış  və  bununla 

hekayətin məlum səhnəsinə eyham vurmaqla onu əsərə özünəməxsus bir 

üslubda əlavə etmişdir. 

Beləliklə,  aydın  olur  ki,  Füzulinin  «Hədiqətüs-süəda»  əsərinə  daxil 

olan  şeir  parçaları  öz  funksiyası  və  yerinə  görə  Kaşifinin  «Rövzətüş-

şühəda»  əsərindən  bəzi  fərqli  xüsusiyyətlərə  malik  olub,  nəsr  hissələrdə 

ifadə  olunan  ideya  və  məzmuna  daha  uyar  bir  şəkildə  ifadəyə  xidmət 

etmişdir. 

Dissertasiya  işinin  üçüncü  fəslinin  beşinci  bölməsinin  «“Rövzətüş-

şühəda”  ilə  “Hədiqətüs-süəda”da  nəsrlə  nəzmin  sinkretik  özəllikləri 

və bədii nəsrdə şeir poetikasının xüsusiyyətləri» adlanan beşinci bən-

dində göstərilir ki, nəzm hissələrdə olduğu kimi, Füzuli nəsr hissələrinin 

tərcüməsində  də  təkcə  məzmun  baxımından  deyil,  bir  çox  məqamlarda 

ifadə  və  sənətkarlıq  baxımından  da  «Rövzətüş-şühəda»nı  izləmiş,  ondan 

bəhrələnmişdir.  Məlum  olduğu  kimi,  hər  iki  əsər  səcli  (qafiyəli)  nəsrlə 

yazılmışdır  və  müqayisə  göstərir  ki,  bir  sıra  məqamlarda  «Rövzətüş-

şühəda»da  işlənən  səcləri  Füzuli  də  əsərində  olduğu  kimi  saxlamışdır. 

«Rövzətüş-şühəda»da:  

1

 



«Hədiqətüs-süəda»da:  «İmam  Həsən  ayıtdı:  «Validəm  səfvəti-xanə-

dani-risalət  və  qüdvəti-dudmani-nübüvvət,  sədəfi-səffətü  ismət,  qürreyi-

çöhreyi-elmü  hikmət,  nöqteyi-daireyi-mənaqibü  məfaxir,  ləmə’eyi-

nasiyeyi-məhamidü  məsair,  madəri-sadat  məcmə’i-səadat,  şəmi’i-ərse’i-

ərəsat, Bətuli-Əzra, yə’ni Fatimeyi-Zəhra».

2

 



Təqdim olunan nümunədə Füzuli Kaşifinin işlətdiyi «risalət», «ismət», 

«hikmət»,  «məfaxir»,  «məasir»,  «səadət»,  «ərəsat»,  «Əzra»  və  «Zəhra»  

kimi səcləri, demək olar ki, olduğu kimi işlətmişdir. 

                                           

1

 H.V.Kaşifi. Rövzətüş-şühəda. Bombey, h.1325, s. 100    



2

 Füzuli. Əsərləri: 6 cilddə, VI c., Bakı, 1996, s. 108-109. 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə