Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

 

 

38 



dər  yazılan  məqtəllərin  təfsilat  baxımından  tam  olmadığını  göstərsə  də,  

«Hədiqətüs-süəda»nın  yazılma  səbəbi  Füzulinin  milli  təəssübkeşliyi  ilə, 

xalqın arzu və istəklərinin nəzərə alınması ilə bağlı idi. 

Hər  iki  əsərin  babları  arasındakı  müqayisədə  belə  bir  vəziyyət 

müşahidə olunmaqdadır. Birinci bab «Rövzətüş-şühəda»da: «

»  (Bəzi  peyğəmbərlərin  (Bizim 

Peyğəmbərlərimiz  və  onlara  salavat  və  salam  olsun!)  çəkdiyi  cəfalar 

haqqında), «Hədiqətüs-süəda»da isə «Bəzi ənbiyayi-izam və Rüsuli-giram 

surəti-əhvalların bəyan edər» adlanır. Hər iki əsərin bu babında başı bəla-

lar çəkmiş Adəm, Nuh, İbrahim, Yəqub, Musa, Əyyub, Zəkəriyya və Yəh-

ya kimi peyğəmbərlər haqqında bəhs edilir. Füzuli bu babda  hər bir pey-

ğəmbər  haqqında  söhbət  açarkən,  onları  ayrı-ayrılıqda  yarımbaşlıq  kimi 

fəsillərə  bölmüşdür:  «Fəsli-ibtilayi-Adəm  əleyhissəlam»,  «Fəsli-ibtilayi-

Nuh  əleyhissəlam»  və  s.  Füzulinin  bu  baba  «Rövzətüş-şühəda»da  olmayan 

kiçik bir əlavəsi vardır ki, bu, «Fəsli-ibtilayi-İsa əleyhissəlam» adlanır.  

İkinci bab «Rövzətüş-şühəda»da «

» (Həzrət seyyidi-əbrar 

və məliki-Cəbbarın Qüreyş və başqa kafirlərdən çəkdiyi cəfalar və Həmzə 

ilə Cəfəri-Təyyarın şəhadəti haqqında), «Hədiqətüs-süəda»da isə «Həzrəti-

Rəsulun  Qüreyşdən  çəkdigi  bəlaları  bəyan  edər»  adlanır.  Məzmun  baxı-

mından hər iki bab arasında heç bir fərq yoxdur. Quruluş baxımından isə 

Füzuli bu babı da birinci babda olduğu kimi, yarımbaşlıqlara bölmüşdür: 

«Fəsli-şəhadəti-Übeydə», «Fəsli-şəhadəti-Həmzə» və «Fəsli-şəhadəti-Cəfər».  

Üçüncü  bab  «Rövzətüş-şühəda»da  «

» 

(Həzrəti-Seyyidül-Mürsəlin  vəfatı  haqqında),  «Hədiqətüs-süəda»da  isə 



«Həzrəti-Seyyidül-Mürsəlin  keyfiyyəti-vəfatın  bəyan  edər»  adlanır.  Bu 

babda nə ad, nə də məzmun baxımından heç bir fərq müşahidə olunmur. 

Dördüncü  bab  «Rövzətüş-şühəda»da  «

» (Fatimənin anadan olandan vəfatına qədərki 

həyatı  haqqında  bəzi  məlumatlar),  «Hədiqətüs-süəda»da  isə  «Fatimeyi-

Zəhra  vəfatın  bəyan  edər»  adlanır.  Qeyd  edək  ki,  bu  babın  başlığı 

«Rövzətüş-şühəda»da daha əhatəlidir. Belə ki, bu babda əslində Fatimeyi-

Zəhranın anadan olmasından vəfatına qədər olan həyatı təsvir olunsa da, 

Füzuli  onun  məzmununu  tam  şəkildə  başlığa  çıxarmamışdır.  Bu  babın 

əvvəlinə Füzuli qısa bir giriş artırmışdır. Ümumilikdə isə babın məzmunu 

bir-biri ilə tam uyğundur. 

«Hədiqətüs-süəda»nın  beşinci,  altıncı  və  yeddinci  bablarında  da  dör-

düncü  babdakı  vəziyyət  müşahidə  olunmaqdadır.  Belə  ki,  bu  babların 

başlıqları  «Hədiqətüs-süəda»da  məzmunu  tam  əhatə  etmir.  Eləcə  də, 




 

 

39 



Füzuli bu  babların əvvəlində kiçik bir giriş artırmışdır.  

Beşinci bab «Rövzətüş-şühəda»da «

»  (Murtəza  Əlinin  (r)  anadan  olmasından 

şəhadətinə  qədərki  həyatı  haqqındakı  məlumatlar),  «Hədiqətüs-süəda»da 

isə  «Həzrəti-Murtəza  Əli  vəfatın  bəyan  edər»;  altıncı  bab  «Rövzətüş-

şühəda»da «

»  (İmam  Həsənin  (r)  fəzilətlərinin  bəyanı  və  anadan  olmasından 

şahadətinə qədərki həyatının bəzi anları haqqında), «Hədiqətüs-süəda»da 

isə «İmam Həsən həzrətləri əhvalın bəyan edər»; yeddinci bab «Rövzətüş-

şühəda»da «

»  (İmam  Hüseynin  mənqəbələri,  onun  anadan  olması  və  qar-

daşının  vəfatından  sonrakı vəziyyəti  haqqında),  «Hədiqətüs-süəda»da  isə 

«Həzrəti-Sultan  Hüseynin  Mədinədən  Məkkəyə  təvəccöh  etdigini  bəyan 

edər» adlanır. 

Əvvəlki  bablardan  fərqli  olaraq,  səkkizinci  babın  girişində  Füzulinin 

heç bir əlavəsi yoxdur. Başlıq isə yenə «Rövzətüş-şühəda» ilə müqayisədə 

babın  tam  məzmununu  əhatə  etmir.  Belə  ki,  hər  iki  babda  Müslim  bin 

Əqilin şəhadətindən sonra onun kiçik yaşlı oğlanlarının qətlə yetirilməsin-

dən  danışılsa  da,  Füzuli  onu  başlığa çıxarmamışdır. Həmin  bab  «Rövzə-

tüş-şühəda»da  «

» 

(Müslim (r) bin Əqil bin Əbi Talibin şəhadəti və onun bəzi övladlarının 



qətli  haqqında),  «Hədiqətüs-süəda»da  isə  «Müslimi-Əqilin  şəhadətin 

bəyan edər» adlanır. 

Doqquzuncu bab isə hər iki əsərdə bir qədər fərqlidir. Bu fərq özünü 

həm  babların  adında,  həm  də  məzmununda  göstərməkdədir.  Həmin  bab 

«Rövzətüş-şühəda»da «

»  (Hüseynin  (r)  Kərbəlaya  çatması; 

düşmənlə  müharibəsi  və  onun,  övlad,  qohum  və  sairlərinin  şəhadəti 

haqqında),  «Hədiqətüs-süəda»da isə  «Həzrəti-imam  Hüseynin Məkkədən 

Kərbəlayə  gəldigin  bəyan  edər»  adlanır.  Babların  adından  da  göründüyü 

kimi, «Rövzətüş-şühəda»da imam Hüseynin Kərbəlaya gəlməsi, düşmənlə 

döyüşərkən özü, övladları və qohumlarının şəhid olması təsvir edilmişdir; 

«Hədiqətüs-süəda»da isə yalnız imam Hüseynin Kərbəlaya gəlməsi veril-

mişdir.  Füzuli  «Rövzətüş-şühəda»dakı  bu  babın  ikinci  hissəsini  (imam 

Hüseynin düşmənlə döyüşünü, özü və qohumlarının şəhid olmasını) onun-

cu babın birinci fəslinə keçirmişdir. Hər iki əsərin onuncu babı arasındakı 

fərq də doqquzuncu babda olduğu kimi – yerdəyişmə ilə bağlıdır. Belə ki, 

Füzuli «Rövzətüş-şühəda»nın doqquzuncu babının ikinci hissəsində təsvir 

olunan  əhvalatları  onuncu  baba  keçirmişdir.  Hər  iki  əsərdə  bu  bab  iki 




 

 

40 



fəsildən ibarətdir. «Rövzətüş-şühəda»da «

» (Kərbəla müharibəsin-

dən  sonra  Əhli-Beytin  başına  gələn  əhvalatlar  və  bu müharibəni törədən 

müxaliflərin  aqibəti  haqqında)  adlanan  bu  bab  iki  fəslə  və  bir  xatimə 

hissəsinə bölünür: «

»  (Birinci  fəsil:  Kərbəla  müharibəsindən  sonra  Əhli-Beytin  başına  gələn 

əhvalatlar haqqında), «

» (İkinci 

fəsil:  İmam  Hüseynin  qatillərinin  aqibəti  haqqında),  «

» ([Peyğəmbərin] iki nəvə[si]nin [Həsən və 

Hüseynin] övladlarının və onlardan bəzisinin nəsəbinin [nəslinin] silsiləsi 

[davamı]  haqqında xatimə).  

«Hədiqətüs-süəda»da «Həzrəti-imam Hüseynin ləşkəri-Yezidlə müha-

ribəsin  bəyan  edər»  adlanan  bu  bab  iki  fəsildən  ibarətdir:  «Fəsli-əvvəl: 

Şəhadəti-Hürr  və  bə’zi  şühəda».  «İkinci  fəsil:  Həzrəti-Hüseyn  və  Əhli-

Beyt şəhadətin bildirür». 

«Rövzətüş-şühəda»dan fərqli olaraq, Füzuli «Xatimə»ni onuncu babın 

tərkib  hissəsi  kimi  deyil,  ayrıca  vermiş,  «Rövzətüş-şühəda»nın  sonuncu 

babında  olan  əhvalatları  da  bu  hissədə  təsvir  etmişdir.  «Hədiqətüs-

süəda»nın  «Xatimə»  hissəsi  dörd  yarımbaşlıq  altındadır:  «Müxəddərati-

Əhli-Beytin  Şama  getdigini  bəyan  edər»,  «Mərsiyeyi-Həzrəti-imam  Hü-

seyn əleyhissəlam», «İzhari-təvəllüdi-əimmə və qeyrihi (r)»; «Münacat» . 

Göründüyü  kimi,  Füzuli  «Rövzətüş-şühəda»nın  onuncu  babında  veri-

lən  əhvalatları  «Xatimə»də  verərək  ora  bir  mərsiyə  də  əlavə  etmişdir. 

Ümumilikdə götürdükdə isə, Füzulinin tərcümə zamanı ən çox gözə dəyən 

ixtisar apardığı məqamlar da məhz onuncu bab və «Xatimə»dədir. Belə ki, 

«Rövzətüş-şühəda»nın  xatiməsində  on  iki  imamla  bağlı  olan  məlumatlar 

ayrı-ayrı  yarımbaşlıqlarda  olduqca  geniş  və  təfsilatı  ilə  (27  səhifədə) 

verilsə də, Füzuli həmin hissəyə iki səhifəyə yaxın yer ayırmışdır. 

Həm  «Rövzətüş-şühəda»,  həm  də  «Hədiqətüs-süəda»  münacatla  ta-

mamlanır.  Lakin  Kaşifidən  fərqli  olaraq,  Füzuli  həmin  münacatı  ayrıca 

başlıq altında vermişdir. 

Nəhayət,  aparılan  bu  müşahidələr  göstərir  ki,  «Rövzətüş-şühəda»  ilə 

«Hədiqətüs-süəda»nın  babları  və  onların  məzmunları  arasında  ciddi  bir 

fərq  yoxdur.  Hər  iki  əsərdə  təsvir  olunan  əhvalatlar,  demək  olar  ki, 

eynidir.  «Rövzətüş-şühəda»  ilə  «Hədiqətüs-süəda»  arasındakı  fərq  bəzi 

yerdəyişmələrdə,  əlavə  və  ixtisarlardadır  ki,  bu  da  orta  əsrlərin  tərcümə 

sənətində məqbul sayılmışdır. 

Dissertasiyanın  üçüncü  fəslinin  beşinci  bölməsinin  ikinci  bəndində 

(«Hədiqətüs-süəda»  və  «Rövzətüş-şühəda»nın  müştərək  mənbələri) 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə