Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   16   17   18   19   20   21   22   23   24

 

 

50 



səngrizə  həbsi-mə’adində  müzayiqə  çəkməsə,  lə’li-abdar  olub  zivəri-

əfsəri-səlatin olmaz və qətreyi-ab təngnayi-sədəfdə məhbus olmasa, dürri-

şahvar olub məhbublər vüsalinə dəstrəs bulmaz».

1

 



Bədii  tərcümə  nəzəriyyəsində  belə  fikir  mövcuddur  ki,  tərcüməçi 

nəsrdə qul, nəzmdə isə rəqibdir.

2

 Füzuli «Hədiqətüs-süəda» əsəri ilə sübut 



etdi ki, əsl tərcüməçi, həqiqi sənətkar həm nəzmdə, həm də nəsrdə rəqib 

ola  bilər  və  o,  özünün  «Hədiqətüs-süəda»  tərcüməsi  ilə  türk  dünyasında 

H.V.Kaşifinin ən böyük rəqibinə çevrilmiş oldu.  

Dissertasiyanın  üçüncü  fəslinin  beşinci  bölməsinin  altıncı  bəndində 



(«Hədiqətüs-süəda»nın  tərcümədən  prototipə  çevrilməsi  və  əsərin 

nüfuz  dairəsi)  qeyd  olunur  ki,  Füzulinin  «Hədiqətüs-süəda»  əsəri  yazıl-

dığı  vaxtdan  geniş  ərazidə  yayılaraq,  türk  ədəbiyyatının  sonrakı  dövrlə-

rində  Kərbəla  mövzusunda  qələmə  alınmış  məqtəl  əsərlərinə  olduqca 

böyük  təsir  göstərmiş,  onların  forma  və  məzmunca  zənginləşməsində 

xüsusi rol oynamışdır.

3

  



Azərbaycan ədəbiyyatında  XIX yüzillikdə qələmə alınmış Abbasqulu 

ağa  Bakıxanovun  «Riyazül-qüds»,  Məhəmmədtağı  Dərbəndinin  (Qumri-

nin) «Kənzül-məsaib» və «Gülzari-Hüseyni» adlı müstəqil məqtəl örnək-

ləri  də  bədii  quruluş,  dil,  üslub  və  sənətkarlıq  baxımından  «Hədiqətüs-

süəda» əsəri ilə yaxından səsləşir. 

«Hədiqətüs-süəda»nın təsir dairəsi təkcə məqtəl janrında qələmə alın-

mış əsərlərlə məhdudlaşmır. O, eləcə də Azərbaycan bədii nəsrinin klassik 

nümunəsi  kimi  özündən  sonra  yaranan  nəsr  əsərlərinə  («Şəhriyar» 

(Məhəmməd) və «Lisanüt-teyr» (M.Nəsiri), «Kitabi-Əsgəriyyə» (A.Bakı-

xanov))  də  böyük  təsir  göstərmiş,  əsası  Füzuli  tərəfindən  qoyulan  Azər-

baycan anadilli bədii nəsrində onun ənənələri davam və inkişaf etdirilmiş, 

adı böyük hörmətlə yad edilmişdir.  

Dissertasiyanın nəticə hissəsində Füzulinin bədii tərcümə sahəsindəki 

fəaliyyəti ilə bağlı qənaət və müddəalara aşağıdakı şəkildə yekun vurulur:  

1.  Füzuli  bədii  yaradıcılığın  bir  sahəsi  sayılan  tərcüməyə  olduqca 

böyük önəm vermişdir. O, ədəbiyyatın və eləcə də, tərcümənin mahiy-

yətinin  xalqa  xidmət  olduğunu  gərəyincə  dərk  edərək  tərcüməni 

                                           

1

 Füzuli. Əsərləri: 6 cilddə, VI c., Bakı, 1996, s. 50 



2

 M.Гаспаров. Точные методы и проблемы перевода / Литература и перевод: 

проблемы теории. Международный встреча ученых и писателей (Москва, 27 

февраля-1 марта 1991 г.), М., 1992, стр. 77 

3

A.Karahan. Anadolu türk edebiyatında «Maktel-i Hüseyn»ler, Edebiyat Fakültesi 



Türkoloji Disiplini, Mezuniyet travayı, İstanbul, 1938-1939 


 

 

51 



«ümumfeyz»  işi  («Tərcümeyi-Hədisi-ərbəin»  əsərinə  yazdığı  dibaçə) 

saymışdır. Füzuli orijinal əsərləri ilə yanaşı, başqa dildə yaranan əsər -

ləri öz ana dilinə çevirməklə də xalqın tələbatını ödəməyə çalışmış, bu 

sahədə də dəyərli örnəklər yaradaraq xalqına şərəflə xidmət etmişdir. 

2. Füzuli tərcüməçi kimi qələmini həm nəzm, həm də nəsrlə edilmiş 

nümunələrdə  sınamış,  bu  sahələrin  hər  ikisində  yüksək  peşəkarlıq 

nümayiş etdirmişdir. Bu peşəkarlıq təkcə bədii sənətkarlıq baxımından 

deyil,  mövzunun  bədii  dərki,  tərcüməyə  hazırlıq,  onun  mərhələləri  və 

yerinə  yetirilməsi  baxımından  da  diqqəti  çəkir.  Araşdırmalar  göstərir 

ki,  Füzuli  tərcümə  zamanı  təkcə  orijinalın  mətnini  tərcümə  etməklə 

kifayətlənməmiş, onun  «ruhunu»  (H.Heyne) tərcümə  etməyə, oxucuya 

çatdırmağa nail olmuşdur. Füzuli qələminin tərcümə sahəsindəki sehri-

nin sirri də məhz bununla bağlıdır.    

3. Füzuli özünün tərcümə yaradıcılığında klassik ədəbiyyatda möv-

cud  bədii  tərcümə  prinsiplərindən  olan  sərbəst  tərcüməyə  üstünlük 

vermişdir. Onun hər iki tərcüməsi klassik ədəbiyyatımızda sərbəst tər -

cümənin ən kamil örnəkləri sayılır. 

4.  Füzulinin  tərcümələri  yüksək  bədiiliyi,  dil-üslub  sənətkarlığı, 

şeiriyyəti,  oxunaqlılığı  baxımından  özünəqədərki  örnəklərdən  seçilir. 

Onun hər iki tərcümə əsərində dövrün ədəbi dilində mövcud üslublar-

dan olan klassik-kitab üslubunun hər iki qolu (həm mənzum, həm mən-

sur) özünün bütün xüsusiyyətlərini nümayiş etdirir. 

5. Füzulinin hər iki tərcümə əsəri yüksək sənətkarlıq  mücəssəməsi 

olub, özündən sonra istər nəzm, istərsə də nəsr sahəsində yaranan tər-

cümə əsərləri üzərində böyük iz buraxmışdır. 

6.  Füzulinin  tərcümələrinin  təsir  dairəsi  təkcə  tərcümə  əsərləri  ilə 

məhdudlaşmır.  Onun  «Hədiqətüs-süəda»  əsərinin  təsiri  özünü  Hüseyn 

Vaiz Kaşifinin «Rövzətüş-şühəda» əsərinin tərcümələri ilə yanaşı, həm 

həmin mövzuda yazılmış çoxsaylı örnəklərdə, həm də  başqa  mövzuda 

olan bədii nəsr nümunələrində göstərir.  

7.  Füzuli  ədəbiyyat  tariximizdə  bədii  tərcümə  sahəsində  ədəbi 

məktəb  yaratmış  ilk  sənətkardır.  Onun  bu  sahədəki  ənənələri  sonrakı 

dövrlərdə davam etdirilmiş, neçə-neçə əsrlər bədii tərcümə həm nəzm, 

həm də nəsr sahəsində Füzuli təsirindən qurtara bilməmişdir. 

Bütün bu xüsusiyyətlər Azərbaycan-türk ədəbiyyatının bir qolu olan 

bədii  tərcümənin  inkişaf  tarixində  Füzuli  yaradıcılığının  yeni  bir 




 

 

52 



mərhələ təşkil etdiyini göstərir.  

Dissertasiyanın əsas məzmunu müəllifin aşağıdakı əsərlərində 

öz əksini tapmışdır. 

 

Monoqrafiyalar: 

1.

 



Cami,  Nəvai  və  Füzuli  yaradıcılığında  «40  hədis».  Bakı,  «Ozan» 

nəşriyyatı, 1997, 5,5 ç. v. 

2.

 

Füzulinin «Hədiqətüs-süəda» əsəri orta əsrlər tərcümə abidəsi kimi. 



Bakı, «Nurlan» nəşriyyatı, 2001, 11,3 ç. v. 

3.

 



Azərbaycan  bədii  tərcümə  tarixi  və  Füzuli.  Bakı,  «Avropa» 

nəşriyyatı, 2009, 10,6 c. v. 

 

Elmi məqalələr: 

1.

 



Füzulinin  «Tərcümeyi-Hədisi-ərbəin»  əsəri  haqqında  bəzi  qeydlər. 

Gənc  ədəbiyyatşünasların  respublika  konfransının  materialları  (5-6  iyul 

1994). Bakı, 1994, s. 55-56. 

2.

 



Füzulinin  «Tərcümeyi-Hədisi-ərbəin»  əsərinin  tərcümə  özəllikləri 

haqqında. Filologiya məsələləri (VI buraxılış). Bakı, 1996, s. 67-69. 

3.

 

Füzulinin «Hədiqətüs-süəda» əsəri Azərbaycan ədəbiyyatşünaslığın-



da. Azərbaycan EA Nizami adına Ədəbiyyat Muzeyi, Məhəmməd Füzuli-

nin  500  illiyinə  həsr  edilmiş  respublika  konfransının  materialları.  Bakı, 

1996, s. 43-44. 

4.

 



Füzulinin  «Tərcümeyi-Hədisi-ərbəin»  əsərinin  elmi-tənqidi  mətni 

haqqında. Gənc  alimlərin və aspirantların respublika konfransının tezisləri 

(Humanitar və ictimai elmlər), I hissə, (dekabr 1996). Bakı, 1997, s. 68-69. 

5.

 



«Hədisi-ərbəin»  orta  əsrlər  Şərq  tərcümə  sənətinin  klassik  örnəyi 

kimi.  Məhəmməd  Füzuli  –  500.  Beynəlxalq  Füzuli  simpoziumunun  ma-

terialları (7-8 noyabr 1996), Bakı, «Sabah» nəşriyyatı, 1997, s.232-236. 

6.

 



Hədis haqqında. «Əl-Nida» (ədəbi və elmi-publisistik jurnal). Bakı, 

1998,  №2, s. 7-10. 

7.

 

Füzulinin  «Hədiqətüs-süəda»  əsərindəki  mənzum  parçalar  haqqında. 



«Dil və Ədəbiyyat» (nəzəri, elmi, metodik jurnal), Bakı, 1998, №1, s.100-101. 

8.

 



Füzulinin  «Hədiqətüs-süəda»  əsərinin  elmi-tənqidi  mətni  haqqında. 

«Dil və Ədəbiyyat» (nəzəri, elmi, metodik jurnal), Bakı, 1998, №2, s. 98-100. 

9.

 

Hüseyn Vaiz Kaşifinin «Rövzətüş-şühəda» əsəri Nişati və Füzulinin 



tərcüməsində  («Yəqub»  fəsli  əsasında).  Azərbaycan  EA-nın  Xəbərləri 

(Ədəbiyyat, dil və incəsənət seriyası). Bakı, 1998, №3-4, s. 52-55.  

10.

 

 Füzulinin «Hadikatüs-süeda» eserinin ilmi-tenkidi metinleri üzeri-



ne. «Bilig» (Türk Dünyası Sosial Bilimlər Dergisi). Ankara, 1998, sayı 7, 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə