Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   16   17   18   19   20   21   22   23   24

 

 

43 



əsərdəki diqlossiyaların, əsasən, eyni məqamlarda işlənməsi də «Hədiqə-

tüs-süəda»nın  «Rövzətüş-şühəda»dan  tərcümə  olunmasını  təsdiqləyən 

amillərdən biri kimi dəyərləndirilir.  

«Hədiqətüs-süəda»nın  mətnində  istifadə  olunmuş  Azərbaycan-ərəb 

diqlossiyası cümlə, beyt, ifadə və s. səviyyəsində, müxtəlif konstruksiya-

larda  özünü  göstərir  və  bu  aşağıdakı  kimi  təsnif  edilir:  1)  Quran  ayələ-

rindən iqtibaslar; 2) hədislərdən iqtibaslar; 3) məsəllər; 4) ərəb şeirindən 

nümunələr;  5)  dualar;  6)  müraciət  etiketləri  və  epitetlər;  7)  ərəbcə  adi 

danışıq cümlələri. 

Dissertasiya işində çoxsaylı və çoxçeşidli örnəklər əsasında  «Hədiqə-

tüs-süəda» əsərindəki Azərbaycan-ərəb diqlossiyasını təşkil edən  hissələr 

tədqiqata cəlb edilir.  

Üçüncü fəslin beşinci bölməsinin dördüncü bəndində («“Hədiqətüs-

süəda”da mənzum parçaların çeşidi») göstərilir ki, «Hədiqətüs-süəda»da 

«Rövzətüş-şühəda»da  olduğu  kimi,  klassik  şeirin  çeşidli  janrlarından 

istifadə olunmuşdur.  

«Hədiqətüs-süəda»nın tərcümə deyil, orijinal abidə kimi təqdim etmə-

yə çalışan bütün müəlliflərin yekdil fikri belədir ki, əsərdə nəsrlə nəzmin 

növbələşməsi,  lirik  ricətlərin  bolluğu  xalq  dastanlarımızdan  gəlmə  bir 

ənənədir  və  əsərin  bütün  səhifələrini  bəzəyən  541  mənzum  parçanın  heç 

biri  tərcümə  deyil,  Füzuli  qələminin  orijinal  məhsuludur.

1

  Ancaq  bu  fi-



kirlərin heç biri «Hədiqətüs-süəda»nın «Rövzətüş-şühəda» ilə müqayisəli 

tədqiqində  özünü  doğrultmur.  Belə  ki,  hər  iki  əsərin müqayisəsi  göstərir 

ki,  onların  bədii  quruluşu  və  tərtibatı  eynidir  və  «Hədiqətüs-süəda»dakı 

mənzum  parçaların  heç  də  hamısı  Füzulinin  özünün  orijinal  şeirləri 

deyildir.  «Hədiqətüs-süəda»dakı  mənzum  parçaların,  əsasən,  «Rövzətüş-

şühəda»  ilə  eyni  məqamlarda  işləndiyindən,  çox  vaxt  onlar  məna,  məz-

mun,  vəzn,  qafiyə  və  s.  baxımdan  da  eyniyyət  təşkil  edir.  Bu  baxımdan 

dissertasiya  işində  «Hədiqətüs-süəda»  əsərindəki  mənzum  parçalar  dörd 

qrupda təsnif edilir: 1) «Rövzətüş-şühəda»dan eynilə götürülən örnəklər; 2) 

ondan tərcümə edilən parçalar; 3) nəzirələr; 4) Füzulinin orijinal şeirləri. 

1.  Füzuli  «Hədiqətüs-süəda»dakı  mənzum  parçaların  bir  qismini 

Kaşifinin  əsərindən  olduğu  kimi  götürmüş  və  məhz  eyni  məqamda 

                                           

1

  M.Sultanov. Füzulinin «Hədiqətüs-süəda» əsəri // «Azərbaycan» jurnalı, 1958, 



№ 7, s. 183; S.Əliyev. Orijinal abidə // «Azərbaycan» jurnalı, 1991, № 11-12, s. 

50; Yenə onun: Füzuli vəzninin yanlış təsviri (İstanbul Universitetinin müəllimi 

doktor Şeyma  Güngörə  açıq  məktub) // S.Əliyev. Füzuli (Nəzəri-bədii düşüncə-

ləri). Bakı, 1996, s. 217  




 

 

44 



işlətmişdir.  Konkret  olaraq  bir  misalı  nəzərdən  keçirək.  «Rövzətüş-

şühəda»da:   

     

  

1



 

   


«Hədiqətüs-süəda»da:  

Büzürgvar xudaya, əsirü heyranəm, 

Şikəstəhalü dilazürdəvü pərişanəm.

2

  

«Hədiqətüs-süəda»nın  orijinal  əsər  olduğunu  iddia  edən  müəlliflər 

xüsusi olaraq qeyd edirlər ki, Füzuli əsərində bircə dənə də olsun farsca 

cümlə  və  ya  misra  işlətməmişdir.

3

  Lakin  verilən  nümunə  həmin  fikri 



tamamilə inkar edir. Orijinala bələd olmayan oxucu, yaxud tədqiqatçının 

«Hədiqətüs-süəda»dan  verilən  örnəyi  orijinal  hesab  etməsi  təbiidir. 

Bundan  başqa,  Füzulinin  şeir  dilinin  ərəb  və  fars  izafətləri  ilə  yüklü 

olması və klassik türk divan şeirinin bir sıra məqamlarda fars divan ədə-

biyyatı ilə müştərək xüsusiyyətləri bu beytin farsca olduğunu düşünməyə 

imkan verməyib. Füzulinin əsərinin türkcə olmasını nəzərdə tutan tərtibçi 

həmin  farsca  beyti  də  türk  tələffüzünə  uyğunlaşdırıb.  Fərq  isə  sadəcə 

transkripsiyadadır  və  mətnlərin  yazılışı  ərəb  əlifbası  ilə  yazılmış  hər  iki 

əsərdə eynidir.  

«Hədiqətüs-süəda»da «Rövzətüş-şühəda»dan eynilə götürülən şeir nü-

munələrindən  danışarkən  ərəbcə  şeirlərin  üzərində  xüsusi  dayanmaq  la-

zımdır.  Çünki  «Hədiqətüs-süəda»ya  daxil  olan  14  mənzum  parçanın  ha-

mısı  Füzulinin  öz  qələminin  məhsulu  olmayıb,  eynilə  «Rövzətüş-şühə-

da»dan götürülmüşdür.  

2. «Hədiqətüs-süəda»dakı ikinci qrup şeirlər isə Kaşifinin «Rövzətüş-

şühəda» əsərindən tərcümə olunmuş mənzum parçalardır. Bu qrupa daxil 

olan örnəklərin özünü də iki qismə bölmək olar. Belə ki, onların bir qismi 

olduğu kimi, yəni demək olar ki, dəyişiklik edilmədən olunan tərcümələr, 

digər  bir  qismi  isə  sərbəst  və  genişləndirilmiş  tərcümələrdir.  Füzulinin 

dəyişiklik etmədən çevirdiyi nümunələrin özlərində də bir şərtilik vardır. 

Belə ki, o, «Rövzətüş-şühəda»dakı hər hansı beyt və ya parçanı türkcəyə  

çevirdikdən sonra ona başqa beytlər də əlavə edərək genişləndirir. Disser-

                                           

1

H.V.Kaşifi. Rövzətüş-şühəda. Bombey, h.1325, s. 42 



2

  Füzuli. Əsərləri: 6 cilddə, VI c., Bakı, 1996, s. 50 

3

  Ş.Güngor.  Giriş  //  Fuzuli.  Hadikatü’s-sü’eda  (hazırlayan:  dr.  Şeyma  Güngör), 



Ankara, 1987, s. XXXIX; Ə.Cəfər. Füzulinin «Hədiqətüs-süəda»sında olan mən-

zum  əsərlərin  vəzni  //  Azərbaycan  SSR  EA-nın  Xəbərləri,  Xüsusi  buraxılış, 

Füzulinin 400  illiyi,  1958,  s. 111   



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə