Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
N zak t s L mova

ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının dövlət ümumtəhsil 
məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 
2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris 
(məşğələ) planına dair “Qeydlər” təsdiq edilsin (1 və 2 
nömrəli əlavələr). 


37 
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmə-
dov) həmin tədris (məşğələ) planının vaxtında yerlərə çat-
dırılmasını, İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavə-
lərlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olun-
masını və Nazirliyin internet saytında yerləşdirilməsini 
təmin etsin. 
3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun 
Bayramova həvalə olunsun”. 
İşgüzar üslubun qanunvericilik yarımüslubunda 
konkret isimlərin işlənməsi xüsusi məqsəd güdür. 
Bununla belə qanunvericilik aktlarının xarakteindən asılı 
olaraq, cəza, cinayət, icra, şikayət haqqında kodekslərdə 
“rəhbərlik”, ”plan”, yoxlama”, “qərar”, ”üsul”, “istehsa-
lat”, “müvəffəqiyyət” və sair mürəkkəb isimlər işlədilir. 
Bu qrup isimlərə mətnlərin giriş hissəsində və təsvir mə-
qamlarında daha geniş yer verilir. 
Nəzərə almaq lazımdır ki, dəftərxana sənədlərində, 
bir sıra müqavilələrdə tək və cəm halda olan konkret 
isimlərin işlənilməsi vacibdir. Vətəndaşlıq aktlarında, ay-
rı-ayrı sahələr üzrə məcəllə və əsasnamələrdə mücərrəd 
isimlərə tez-tez rast gəlinir. Belə isimlərin bir qrupunu feli 
isimlər təşkil edir. 
Onu da qeyd etmək lazımdır ki, işgüzar üslubda -
lar, -lər şəkilçisi ümumiləşdirmə məqsədilə və termin ya-
radıcılığı məqamlarında işlədilir. Bu ən çox diplomatik sə-
nədlərin dilində, müqavilələrdə müşahidə edilir. «Tərəflər 
ümumi bir rəyə gələ bilmədilər» cümləsində göründüyü 
kimi, hər hansı iki dövlət və yaxud onların nümayəndəsi 
nəzərdə tutulur. -lar, -lər şəkilçisi sifət-isim birləşmələrin-
də işlənərək söz birləşməsi tərkibində ismin konkretləşmə-
sinə xidmət edir: mülki
 
münasibətlər, hüquqi münasibət-


38 
lər, mülki hüquqlar, mülki işlər, əşyavi dəlillər, prosessual 
müddətlər və s. 
İşgüzar üslubun diplomatik yarımüslubunda düzəlt-
mə isimlərin və eləcə də eyni sözün təkrarı ilə yaranan 
mürəkkəb isimlərin işlənilməsinə çox az təsadüf olunur. 
Elmi tədqiqatların nəticələrinin təhlili göstərir aydın ki, 
isimlərin işlənilməsində termin-söz birləşmələri, ismi-do-
minantlar da işgüzar üslubun səciyyələndirilməsində 
müəyyən rol oynayır və bunlar yarımüslubların əhatə et-
diyi müxtəlif sənədlərin dilinə xasdır
7
.
Yuxarıda qeyd etdiyimiz kimi işgüzar üslubda di-
limizdə mövcud olan sifətlər az işlədilir. Belə ki, bu üs-
lubda əşyanın, hadisənin keyfiyyətini, xarakterik xüsusiy-
yətlərin bildirən sifətlərdən istifadə olunur. Məsələn,
 
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 
Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il 
tarixli Fərmanında deyilir:

Azərbaycan Respublikasının 
dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəs-
mi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq 
edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmış-
dır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş 
haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması 
üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. 
Dil öz daxili Qanunları əsasında inkişaf edirsə də onun 
tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar 
bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir. 
İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq 
əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə