Nəzakət səLİmova


II FƏSIL.İŞGÜZAR ÜSLUBUN MAHİYYƏTİ VƏ



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
N zak t s L mova

II FƏSIL.İŞGÜZAR ÜSLUBUN MAHİYYƏTİ VƏ 
XÜSUSSİYYƏTLƏRİ
2.1.
İşgüzar üslubun mahiyyəti 
 
İdarə, müəssisə və təşkilatlarda işgüzar yazışmala-
rın aparılması prosesində işgüzar üslubdan daha çox isti-
fadə olunur. Bu üslub dilçilər tərəfindən muxtəlif forma-
larda, “işgüzar uslub”, “rəsmi üslub”, “qanunların dili”, 
“işgüzar dil”, “rəsmi sənəd dili” adlandırılsa da, mahiyyət 
etibarı ilə eyni mənanı daşıyır və sənədləşmələrin aparıl-
ması, informasiyanın paylanması və ondan istifadə olun-
ması, işgüzar aləmdə normal fəaliyyətin həyata keçirilmə-
sində mühüm rol oynayır. 
İşgüzar üslubun formalaşması prosesi XXVI əsrdən 
başlamışdır. Hələ Bütöv Azərbaycanda dövlətçiliyin yara-
nıb təşəkkül tapdığı Xətai dövründə müxtəlif sənəd nü-
munələri yaranmış, dövlətlərarası yazışmalardan istifadə 
olunmuşdur. Zaman keçdikcə bu üslub daha da mükəm-
mələşdirilmiş və inkişaf etdirilmişdi. Lakin xx əsrdən baş-
layaraq sovet dövründə, bir qayda olaraq, yazışmaların rus 
dilində aparılması nəticəsində Azərbaycanda işgüzar üslub 
inkişafı bir qədər zəifləmişdi. 
Buna baxmayaraq, dilçi alimlərimizin elmi əsərlə-
rində Azərbaycan dili və onun uslubları müxtəlif aspekt-
lərdən tədqiq edilmiş və öyrənilmişdir.
Professor T.İ.Hacıyev “Azərbaycan ədəbi dilinin 
tarixi” əsərində üslubun beş böyük növünü göstərmişdir.
- bədii üslub; 
- publisist uslub; 
- elmi üslub; 


32 
- şəriət üslub; 
- rəsmi epistolyar üslub. 
O, rəsmi-epistolyar üslubun özünü də iki yerə 
bölmüşdur: 
- sənədlərin, rəsmi dövlət və idarə kağızlarının dili; 
- məktubların, şəxsi yazışmaların dili
5

 
Rəsmi-epistolyar üslubun hər iki qolu müxtəlif tipli 
sənədlərin hazırlanmasında və işgüzar yazışmaların aparıl-
ması prosesində tətbiq olunur.
Bizi tədris prosesində rəsmi işgüzar üslub maraq-
landırdiğı üçün məhz bu üslubun mahiyyətini açıqlamağa 
çalıçacağıq. 
Ədəbi dilimizin üslublar sistemində fəaliyyət gös-
tərən rəsmi-işgüzar üslub müəyyən tarixi inkişaf yolu keç-
miş, dilxarici və dildaxili amillərin təsiri ilə son dövrlərdə 
genişlənərək, özünəməxsus xüsusiyyətlərə malik olmuş-
dur. Rəsmi-işgüzar üslub mətnlərinə daxil olan sənədlərin 
dairəsi aşağıdakıları əhatə edir: konstitusiya; qanunlar
Prezidentin fərmanları; sərəncamları; Nazirlər Kabinetinin 
qərarları; diplomatik sənədlər; rəsmi yazışmalar; müvafiq 
məcəllələr; təhsilə və tibbə aid sənədlər; məhkəmə sənəd-
ləri; ticarət müqavilələri; rabitə sənədləri; hərbi sənədlər; 
kənd təsərrüfatı; sahə nizamnamələri; əsasnamələri; qay-
dalar; göstəriş və təlimatlar; müxtəlif idarə və nazirliklərin 
yazışmaları; tövsiyələr; məktublar; ərizələr; əmr və proto-
kollar; aktlar; tərcümeyi – hal; etibarnamələr; arayışlar; 
təqdimatlar; iltizamnamələr; müqavilələr və s.
5
Bax: ”Azərbaycan ədəbi dilinin tarixi.” Bakı.səh . 244. 


33 
Qeyd olunan sənədlərin müxtəlifliyini, hər birinin 
leksik və qrammatik xüsusiyyətlərini nəzərə alaraq, işgü-
zar üslubu yarımüslublara-qollara (diplomatiya, hüquq, 
təhsil, rabitə, ticarət və sair sahələrlə əlaqədar) ayırmaq 
mümkündür. Bu yarımüslubların hər birinin özünəməxsus 
xüsusiyyətləri olsa da (ayrı-ayrı söz və ifadələrin işlənmə-
si və sintaktik konstruksiyalar nəzərdə tutulur), onları bir-
ləşdirən bir ümumi cəhət vardır ki, bu da işgüzar üsluba 
dair ümumi tələblərdir. İşgüzar üslub başqa üslublardan
ilk növbədə, leksik xüsusiyyətləri ilə fərqlənir. Burada 
konkret sahələrə aid sözlər, terminlər işlədilir.”
6
Rəsmi-işgüzar üslubun “rəsmi dövlət və idarə ka-
ğızlarının dili “ adlanan növü sənədlərin bəzi müəlliflərin 
əsərlərində ” əmr, akt, fərman, anket, cədvəl, sərəncam ki-
mi növlər”adı altında verilir.Rəsmi-işgüzarun üslub əsas 
xüsusiyyəti sabitliyi və qapalılığıdir. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə