Nəzakət səLİmova


  Almaniya Federativ Respublikasının



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   9   10   11   12   13   14   15   16   ...   41
N zak t s L mova

 


35 
Almaniya Federativ Respublikasının
Prezidenti Zati-aliləri
cənab Yoaxim Qauka
 
Hörmətli cənab Prezident! 
Almaniya Federativ Respublikasının milli bayramı 
– Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı 
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik 
edirəm. 
Azərbaycan-Almaniya münasibətləri dinamik və 
hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələ-
rimizin genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə 
dərinləşməsi yolunda qarşılıqlı addımlarımız bundan sonra 
da tərəfdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir. 
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı ye-
tirir, dost Almaniya xalqına daim əmin-amanlıq və fira-
vanlıq diləyirəm. 
Hörmətlə,
İlhamƏliyev 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 29 sentyabr 2016-cı il. 
2.3.İşgüzar üslubun morfoloji xüsusiyyətləri 
 
Nazirliklərin, idarə və müəssisələrin, vəzifə və vəzi-
fəli şəxslərin adlarının yazılış qaydaları, fellərin işlənməsi 
işgüzar üslubun morfoloyi xüsussiyətini özündə əks etdi-
rir. Bu üslubda xüsusi isimlərdən fərqli olaraq, sifətlər az 
işlənir.Saylara gəlincə rəsmi sənədlərdə tarixlər, vaxt, 


36 
nömrələr dəqiqlik tələb etdiyi üçün onlardan daha çox isti-
fadə olunur. Yuxarıda göstərdiyimiz kimi işgüzar üslubda, 
rəsmi sənədlərin hazırlanmsında fellər də isimlər qədər 
böyük rol oynayır. Təlimatların, protokollrın, aktların və s. 
hazırlanmasında fellərdən geniş istifadə olunur. Bu zaman 
konkret halların, hadisə və prosseslərin vaxtından və za-
manından, təzahür formalarından və üsulundan asılı olaraq 
felin müxtəlif şəkilləri (əmr, vacib, xəbər, lazım, arzu şə-
killəri) və zamanları işlənir. Məsələn: “Zərurət yarandıgı 
hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 
Polis Akademiyasında Təlim keçmək üçün xarici ölkələrin 
mütəxəssisləri dəvət oluna bilərlər. 
” Yaxud “Polis Akademiyasının rəhbərliyinə tapşı-
rılsın ki,.....” -------------------“Katiblik (İ.Vəliyev həmin 
əmrin surətinin müvafiq sturuktur bölmələrə göndə-
rilməsini təmin etsin.) ” 
Konkret məsələlərə dair verilən əmr və qərarlarda
analoji qayda tətbiq olunur. 
Yaxud
 “
Azərbaycan Respublikasının dövlət ümum-
təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupların-
da təhsil prosesinin təşkili və tənzimlənməsini təmin et-
mək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirli-
yi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini 
rəhbər tutaraq

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə