65
3.4.İdarəçilik (təşkilati-sərəncam) sənədlərinin tərtib
edilməsi qaydaları
Qeyd etmək lazımdır ki,
bütün idarəçilik sənədləri
müvafiq rekvizitlərə malik olmaqla bir-birindən əsaslı
surətdə fərqlənirlər. «Rekvizit» latın dilində «requisitum»
sözündən olub, «tələbolunan», «zəruri» mənalarını daşıyır.
Belə bir hala da diqqət yetiriliməlidir ki, idarəçilik sənəd-
lərinin rekvizitlərinin məcmüsu həmin sənədlərin formala-
rını müəyyən edir, başqa sözlə, sənədlərin forması onların
rekvizitləri ilə müəyyən olunur. Ona görə idarəçilik sənəd-
lərinin öz təyinatına uyğun olması üçün, onlar mövcud t-ə-
ləblərə cavab verməli və həmin kateqoriyadan olan sə-
nədlər üçün ümumi qəbul edilmiş formaya uyğun tərtib
olunmalıdır. Çünki, sənədlər konkret faktların mövcudlu-
ğunu, hadisə və proseslərin təsdiqini
özündə əks etdirdi-
yindən, onlar sübut (hüquqi) əhəmiyyətinə malik olurlar.
Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 124- cü maddəsində sə-
nədlər sübut növü kimi nəzərdə tutulmuşdur.
Cinayət Prosessual qanunvericiliyi
sənədlərin və
rəsmi sənədlərin anlayışını müəyyən etmişdir. Həmin Mə-
cəllənin 135-ci maddəsinə əsasən, cinayət təqibi üzrə
əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika
və digər işarə formasında özündə əks etdirən kağız, elek-
tron və ya digər daşıyıcılar sənəd hesab olunur.
Həmin maddənin tələbinə əsasən, şəxsin vəzifəsinə
və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası
ilə təsdiq etdiyi və qanunvericiliyin
müəyyən etdiyi for-
mada tərtib edilmiş sənəd isərəsmi sənəd hesab olunur.
66
Göründüyü kimi, qanun sənəd və rəsmi sənəd anlayışlarını
və onların rekvizitlərini bir-birindən fərqləndirir.
Qanunla nəzərdə tutulmuş xüsusiyyətlərə malik
sənədlər də maddi sübut hesab edilə bilər. İttiham üzrə sü-
but kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə
edilməlidir. Cinayət prosesində sənədlərin surətindən isti-
fadə olunmasına tərəflərin razılığı ilə icazə verilir.
Sənəd cinayət prosesini
həyata keçirən orqan tərə-
findən cinayət təqibi üzrə icraatın materiallarına əlavə
edilir və işin bütün saxlanma müddəti ərzində işdə sa-
xlanılır.
Götürülmüş və işə əlavə edilmiş sənədləri cari uçot,
hesabat və digər hüquqa
uyğun məqsədlər üçün qanuni
sahibi tələb etdikdə, ona həmin sənədlərdən müvəqqəti
istifadə etmək və ya surətini çıxarmaq imkanı verilməlidir.
Məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən
bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçi-
rən orqanın cinayət təqibi üzrə
icraata xitam verilməsi
haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi
üzrə icraatın materiallarında olan sənədlərin əsilləri qanuni
sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu
halda müs-
təntiq, prokuror və ya məhkəmə cinayət təqibi üzrə ic-
raatın materiallarına saxlandığı yerdən asılı olaraq qaytarı-
lan sənədlərin surətlərini çıxarmalı, doğruluğunu təsdiq et-
məli və həmin materiallarda saxlamalıdır.
Dostları ilə paylaş: