Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
N zak t s L mova

ƏMR EDİRƏM:
1. Təhsildə informasiya texnologiyalarının tətbiqi 
sahəsində “Müəllim”, “Şagird” və “Məktəb” istiqamətləri 
üzrə “Elektron Təhsil” Respublika müsabiqəsi keçirilsin. 


41 
2. “Elektron Təhsil” Respublika müsabiqəsi haq-
qında “Əsasnamə” (bundan sonra- Əsasnamə) və müsabi-
qənin Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (1, 2 saylı 
əlavələr). 
3. Təşkilat Komitəsi müsabiqənin keçirilmə vax-
tını, mərhələlərin müəyyən edilməsini və Əsasnamədə nə-
zərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsini təmin 
etsin. 
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarə-
si (S.Məmmədov) Əsasnamədə nəzərdə tutulmuş tədbir-
lərin vaxtında həyata keçirilməsini təmin etsin. 
5.“Elektron 
Təhsil” Respublika müsabiqəsi-
nin keçirilməsi ilə bağlı 2016-cı il üçün xərclər smetası 
təsdiq edilsin (3 saylı əlavə). 
6. İnformasiya şöbəsi(E.Əliyev) müsabiqə ilə bağlı 
məlumatların “Azərbaycan müəllimi” qəzetində dərc 
olunmasını və Nazirliyin İnternet saytında yerləşdirilmə-
sini təmin etsin. 
7. Əmrin icrasına nəzarət nazir müavini C. Bayra-
mova həvalə edilsin. 
Əsas: Nazir müavini C. Bayramovun 8 avqust 2016-cı 
tarixli, 3909 (t) nömrəli xidməti məlumatı. 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri
24 avqust 2016-cı il
№579
İşgüzar üslubda rəsmi sənədlərin tərtibi zamanı əsas 
morfoloji vasitə kimi fellərdən də geniş istifadə olunur. Bu 
onunla izah oluna bilər ki, fellər də başqa nitq hissələri 


42 
kimi işgüzar yazışmalarda tərtib olunan rəsmi sənədlərin 
hazırlanması prosesində, onun məzmununun düzgün dərk 
edilməsində mühüm rol oynayır. Bu zaman felin zaman və 
şəkillərindən sənədin məzmununa uyğun istifadə olunur.
Diplomatik, hüquqi və digər sənədlərin məzmunun-
dan asılı olaraq fellər müxtəlif zaman və şəkillərdə işlə-
dilir. Bu tip sənədlərdə konkret sahə üzrə görülmüş işlərə 
yekun vurulmaqla qarşıda duran vəzifələr müəyyənləş-
dirilir.
İşgüzar üslubda felin məsdər formalarından başqa 
üslublara nisbətən daha geniş istifadə olunur ki, bu da öz 
növbəsində nitqə imperativlik gətirməklə, ifadənin qətili-
yini möhkəmləndirir.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə