Nəzakət səLİmova


Təşkilati - sərəncamverici sənədlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
N zak t s L mova

Təşkilati - sərəncamverici sənədlər 
xüsusi əhə-
miyyətə malikdir. Bunlarda nümumi rəhbərliyə dair mə-
sələlər əks olunur. Bu sənədlər idarə yə təşkilatın bütün 
şöbələri tərəfindən tərtib edilir. 
Maliyyə 

hesabat əməliyyatları üzrə sənədləri 
əsasən maliyyə və mühasibat işləri ilə məşğul olan işçilər 
tərtib edir və hazırlayırlar. Düzgün tərtib olunmuş maliy-
yə-hesabat sənədləri pul kütləsinin xərclənməsinə nəzarət 
etməni rəsmiləşdirir. Bunun üçün Maliyyə və Vergilər 
nazirlikləri tərəfindən müxtəlif növlü birtipli sənəd forma-
ları hazırlanaraq təsdiq edilmişdir. 
Kommersiya sənədləri, 
kommersiya sahəsində 
istifadə olunan bütün sənədlərdir ki, onlar sırf kommersiya 
xarakteri daşıyır. 
Kadr sənədləri 
müəssisədə çalışan işçilər üçün ha-
zırlanılan sənədlərdir ki, bunlara şəxsi işə daxil olan sə-
nədlər, şəxsi vərəqələr daxildir. 
 
Vətəndaşların ərizə, şikayət və təklifləri üzrə 
sənədlərə 
isə vətəndaşların dövlət orqanlarına, müəssisə-
lərə yazılı formada etdiyi müraciətlər aiddir. 
Sənədlər adlarına görə təsnif edilirlər. Ancaq idarə 
və təşkilatın sənələrinin tərkibini onun şöbələrinin adlarına 
görə müəyyənləşdirmək düzgün deyil. Çünki şöbələrin 
adlarının ümumi olmasına baxmayaraq, oradakı sənədlər 


55 
müxtəlif ola bilər. 
Mənşəcə sənədlər xidməti və şəxsi sənədlərə 
bölünür. 
Xidməti sənədlər
idarənin fəaliyyətini əks etdirir, 
bir qrup işçinin mənafeyindən bəhs edir, 
şəxsi sənədlər
isə 
konkret şəxsə aid olan sənədlərdir. 
Təyinatı üzrə sənədlər sənədin əslinə, surətinə, 
sənəddən çıxarışa, dublikata ayrılır.!Sənədin əsli birinci 
dəfə lazımi qaydada tərtib olunan, imzalanan sənəddir. 
Sənədin surəti bu sənədin eyni ilə təkrar olunmuş əslidir. 
Bu zaman sənəd üzərində mütləq "surət" sözü qeyd olun-
malı, idarə rəhbəri və ya notarius tərəfindən lazımi qayda-
da təsdiq edilməlidir. Sənədin əsli idarə, təşkilat və ayrı-
ayrı şəxslərə göndərilən zaman onun surəti göndərən təş-
kilatın işində saxlanılmalıdır. Xidməti sənədlərin üzərində 
mütləq idarə rəhbərinin möhürü və imzası olmalıdır. 
Lazımi hallarda sənədlərdən çıxarış tələb olunur. 
Çıxarışı tərtib edən zaman onun hansı sənəddən edildiyi 
mütləq göstərilməlidir. Çıxarışın düzgünlüyü isə vəzifəli 
şəxsin imza və möhürü ilə təsdiq olunmalıdır. Sənədin əsli 
olmayan hallarda (itirildikdə, məhv edildikdə) idarə və 
təşkilata icazə verilir ki, üzərində "dublikat" yazılmış, 
əslin qüvvəsinə malik olan sənəd versin. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə