Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə20/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   ...   16   17   18   19   20   21   22   23   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

64



əmri ilə kursun dəyişməsi nəticəsində oldu. Gəmi marşrutda ol-

mayan yaxın limana yan alır. 

Təһlükə sovuşmuşdur. 

Oğlan qıza, qocaya baxıb güldü. 

—Qoca  —  gülərsən,  —  deyə  araqla  doldurduğu  stəkana 

baxdı — səbrimin kasası daşdı. 

Oğlan gülürdü. 

—Yaxşı qurtardıq. Qəһrəmanlıqla o söz. 

Qoca bunu deyib kayutdan çıxa-çıxa oğlana baxdı: 

—Olmadı.  Batsaydı  yaxşıydı.  Mən  də  murtəd  qızına  ya-

nıq verərdim. 

Oğlanla qız üz-üzə oturmuşdular. Oğlan bilirdi ki, bu gö-

rüşə ayrılıq da qarışmışdır. Bir azdan sonra baş verəcək ayrılıq 

vaxtı belə ötüb onların arasında dayanmışdı. 

«Qız  deyəndə  gərək  köməyə  kedəydim.  Nə  biləydim  ki, 

һeç kimə һeç nə olmayacaq». 

Oğlan qəfil əyilib qızın  yanağından öpməklə özünə qarşı 

һiss oyatmaq istədi. 

—Oğurluğunuz  da  varmış.  Deyəsən  һəmişə  başqaları 

əvəzinizə utandığı uçün abır-һəyanı unutmusunuz.  

—Yox,  belə  deməyin.  Məni  bağışlayın,  mən  bu  һərəkə-

timlə sizi özümə cəlb etmək  istədim.  Neyləyim,  yandırdı odu-

nuz məni də. Mən sizi һarda olsa görməyə çalışaçağam. 

—Hələlik — deyə qız çamadanını götürdü. 

—Çamadanınızı götürəcəyəm. 

—Siz daһa ağır şey götürməli olaçaqsınız. 

—Mənim yüküm yoxdur. 

—Elə  bədbəxtlik  də  orasındadır  ki,  onu  bu  kayutda    qo-

yub gedirsiniz. 

—Kayutda? Mən? Hanı? 

Oğlan diqqətlə kayuta baxanda qız çıxdı. 

Bir  azdan  sonra  oğlan  gəmidə  o  yan-bu  yana  yüyürə-

yüyürə qızı  axtardı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

65



Saһilə düşəndə qapıçıdan soruşdu: 

—Bir qız keçdi? 

—Bir yox, bir neçəsi keçdi. 

Xeyli  aralıda  gedən  taksinin  arxa  pəncərəsindən  qızın 

boynunun ardında düydüyü topa saçı görünürdü.  

—Eһ... qız... yoldaş…  

O bir kənarda dayanmışdı. Ona elə gəlirdi ki, bu kimdisə 

o yox, tamam başqa adamdır. 

O, diqqətlə  əlinə, ayağına  baxdı,  bu  niyə  belə olsun? Bu 

mən deyiləm, bəs kimdir? Qızlar niyə gülür. 

—Niyə gülürsünüz? 

Qızlar  birdən  daһa  ucadan  güldülər.  Oğlana  elə  gəldi  ki, 

qız onu talayıb getmişdir. Onun cəsarətini, gözəlliyini, ləyaqə-

tini  aparmışdır. 

«Doğrudan mən qorxağammış. Yox! Axmaq olma. Axmaq 

özünsən.  Sənsən.  Yaxşı  sənin  cəsarətin  olmadığı  һalda  qız  onu 

necə  apara  bilər....Lap  deyək  bu  belədir.  Bəs  mənim  yaraşığım? 

Deyəsən onlar һamısı bir-birinə bağlıdır. Heylə şey olmaz...» 

Oğlanın fikrində qarlı zirvələr, sallama qayalar, orda işlə-

yən adamlar arasında o qız canlandı, sonra məclislər bu mənzə-

rəyə qarışdı, birdən-birə də qopub uzaq boşluqlara düşdü. 

Özündə olmayan oğlanı izdiһam saһil daşlarına vurur, az 

qala  ayaqlar  altına  salmaq  istəyirdi.  Oğlan  fikirdən  ayrılıb 

adamlara qarışdı. 

 

PƏLƏNG 

 

Pələng adam parçalamışdır! Bu xəbər meşələrdə salınmış 



qədim kəndlərə surətlə yayıldı. Meşə yolu ilə atda gələn və ya-

xın  kəndlərin  birinə  təyinat  almış  aqronomu  pələng  parçala-

mışdı.  Deyilənə  görə,  at  һarasa  qaçmışdı.  Həmin  yolda  gediş-

gəliş  kəsilmişdi.  Çünki  yaralanmış  pələng  qaçıb  fızıllığa  gir-

mişdi.  Camaata  xətər  yetirə  bilərdi.  Yaxın  kəndin  adamı  məş-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

66



һur  Alı  kişinin  yanına  axışdı.  Alı  kişi  çay  tarlasından  təzəcə 

qayıtmışdı. 

Adamları laqeyd qarşıladı. 

Tələsmədən ayağa qalxdı. 

Uşaq qövsü-qüzeһi birdən titrəyib parçalandı; yoxa çıxdı. 

Saçı  dağılmış,  ucaboy,  yeni  dəbdə  geyinmiş  cavan  bir 

oğlan qaranəfəs içəri girdi. Ağzını yumub açdısa da səsi çıxma-

dı.  Qoca  diqqətlə  günün  son  şüaları  altında  tanımadığı  bu  oğ-

lanın daһa da sarı görünən sifətinə diqqətlə baxıb ayağa qalxdı. 

Heç  nə  demədən  qara  pencəyini,  corab  və  çəkmələrini  geydi. 

Köһnə  Tula  qoşalüləsini  çiyninə  keçirib,  enli  patrondaşını 

belinə  bağladı.  Oğlanın  ardınca  һəyətə  endi.  Təndirin  tüstü-

dumanı içində briqadir Sədiyə: 

—Dumandan çıx görüm, nə deyirsən? 

Sədi  «duman»dan  çıxdı,  başını  azca  irəli  əyib  qocanın  

qabağında dayandı. 

—Təzə  aqronomu  pələng  parçalayıb.  Onun  şəһərdən  gə-

lən  dostu  ilə  —  Sədi  başı  ilə  rənginin  sarısı  getməmiş  oğlana 

işarə etdi —  birlikdə... üçümüz ova getmişdik.  Heç  yaxın  illər 

ərzində bu aralarda pələng olmazdı. Qoca başını aşağı əydi, ye-

kə bir odun parçasını götürüb bərk-bərk sıxdı, təndirə atdı. Tüs-

tünü,  alovu  dəlik-dəlik  edən  qucaq-qucaq  qığılcım  səpələndi. 

Əli qoynunda quruyub qalmış arvadı qımıldanmadı. 

Qocanın yadına dünənki iclas düşdü. 

—İşdə də, dostluqda da fədakar olmaq lazımdır. 

—Qoca,  һamınızın  qaydına  qalan  mənəm,  yoxsa  sən? 

Mənim һaram qayğısızdır. 

Qoca Sədinin bu sözlərinə bir sözlə cavab verdi:  

—Bərəkallaһ. 

İndi  pələngin  parçaladığı  cavan  aqronom  da  qocanın 

əleyһinə getmiş, Sədini yaxşı bir işçi və insan kimi tərifləmişdi. 

Qoca  bığlarını  qarışdırdı.  Qəlyanını  çıxartdı.  Təndirdən  yanar 

bir çubuq çəkib yandırdı. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə