Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

25 

 

millətçiliyinin  səngiməsinə  səbəb  oldu.  Lakin  Ermənistanın  xüsusi  xidmət  orqanları 



Azərbaycanın  şimal  bölgələrində  sabitliyi  pozmaq  və  etnik  zəmində  yeni  münaqişə 

ocağı  yaratmaq  məqsədilə  avar  hərəkatının  bəzi  liderləri  ilə  əlaqə  quraraq  onları 

dövlətə  qarşı  silahlı  mübarizə  aparmağa  təhrik  etmişlər.  Zaqatala  və  Balakən 

rayonlarından  olan  bir  qrup  şəxs  yaraqlı  dəstə  yaradaraq  meşələrə  çəkilsə  də,  polis, 

Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti və digər hüquq-mühafizə orqanlarının birgə 

həyata  keçirdikləri  əməliyyat-axtarış  və  döyüş  tədbirləri  nəticəsində  silahlı  dəstə 

zərərsizləşdirilmiş, onun üzvləri həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilmiş və 

cinayət əməllərinin erməni kəşfiyyatının təhriki ilə törədilməsi sübuta yetirilmişdir. 

  

      Erməni  separatizmi  -  Azərbaycan  22  ildir  ki,  etnik  separatizmdən  əziyyət 



çəkir.  Çoxmillətli  respublikamızın  içində  separatizm  ocağı  qalayan  və  onu  böyük 

yanğına çevirən etnik qrup ermənilərdir. Bir neçə etnik qrupun eyni vaxtda başladığı 

etnik  separatizm  konfliktləri  ilə  baş-başa  qalan  qonşu  Gürcüstandan  fərqli  olaraq, 

Azərbaycanda  yalnız  ermənilər  Azərbaycan  dövlətinə  qarşı  müharibəyə  başlayıblar. 

Bir neçə başqa milli azlıqların sırasında epizodik qımıldanmalar olsa da, bu, diletant 

və  məsuliyyətsiz  qrupların  həvəskar  çıxışlarından  uzağa  getmədi.  Məlum  oldu  ki, 

Azərbaycanda  yaşayan  milli  azlıqlarla  milli  çoxluğun  arasında  həll  olunması 

mümkün olmayan elə bir ciddi problem yoxdur

32



 Əslində  ermənilərin  separatçı  hərəkətlərinin  səbəbləri  heç  də  siyasi,  sosial-



iqtisadi,  demoqrafiq  problemlərə  dayanmır.  Hələ  sovet  dövründə  ermənilərin 

kompakt  yaşadığı  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  əhalisi  öz  rifah  səviyyəsinə, 

məşğulluq  dərəcəsinə  görə  ölkənin  digər  regionlarından  üstünlüyü  ilə  fərqlənirdi. 

Azərbaycanın  dörd  bir  yanında  qazanılan  pullar  məhz  DQMV-yə  axırdı.  Bu,  əsasən 

dövlət dotasiyası şəklində olurdu, ancaq başqa kanallar da mövcud idi.  

  Ölkənin cənub, qərb, şimal və aran rayonlarında tapılmayan ərzaq məhsulları, 

geyim  məmulatları  məhz  DQMV-də  tapılırdı.  Bu  vilayətdə  ermənilər  muxtariyyətin 

ən  ali  növünə  sahib  idilər.  Stepanakert,  Martuni  və  Mardakertdən  keçən  adamlar 

şahidlik  edə  bilərlər  ki,  bu  şəhər  və  qəsəbələrin  heç  yerində  Azərbaycan  dilində 

                                                

32

 

Utku Kızılok “Özerklik Tartışmaları ve Şovenizm” May 2014 




26 

 

yazılmış lövhələrə, elan və şüarlara rast gəlmək mümkün deyildi. Hər bir yazı erməni 



dilində  idi.  Nabələd  adam  bu  yerlərin  Ermənistana  məxsus  olduğunu  zənn  edərdi. 

Ermənilər  öz  dillərində  təhsil  alır,  qəzet  nəşr  edir,  radio  yayımı  həyata  keçirirdilər. 

DQMV-nin Azərbaycandan asılılığı yalnız kağız üzərində idi və daha çox mərkəzdən 

subvensiya  və  dotasiya  almaq  üçün  işə  yarayırdı.  Hər  hansı  bir  basqıdan,  milli 

zəmində zülmdən, istismardan söhbət belə gedə bilməzdi. Buna görə də iddia etməyə 

əsas  var  ki,  erməniləri  separatizmə  sürükləyən  başlıca  səbəb  milli  muxtariyyatın 

zəifliyi, formallığı yox, onun həddindən artıq ermənilərin həzm edə biləcəyindən çox 

olması olub. Sadəcə, ermənilər DQMV-ni öz müstəqil dövlətləri hesab etdikləri üçün 

əllərinə düşmüş ilk fürsətdə onu rəsmən elan etməyə qalxdılar.  

  Bu  zaman  onlar  sovet-kommunist  totalitarizminin,  SSRİ  imperiyasının  bir 

qədər  zəifləmiş  olmasından  istifadə  etdilər.  Əgər  DQMV  ərazisində  baş  qaldıran  ilk 

separatizm  dalğası  sovet  dalğaqıranlarına  dəyərək  amansızlıqla  qırılsaydı,  ermənilər 

Qarabağı  Azərbaycandan  qoparıb  Ermənistana  birləşdirmək  niyyətini  bir  neçə  on  il 

təxirə  salacaqdılar.  Amma  SSRİ  rəhbərliyi  boş,  yumşaq  tərpəndi  və  nəticədə  SSRİ 

dağıldı.   

   Erməni separatizmi dünya ölkələrində mövcud olan bölücülük hərəkatlarının 

heç  birinə  bənzəmir.  Bəzən  erməni  alimləri  müxtəlif  ölkələrdəki  separatçılıq  və  ya 

milli-azadlıq  hərəkatları özləri arasında  ümimi cəhətlər, bənzərliklər tapmağa çalışır, 

böyük-böyük  məqalələr  yazırlar.  Məsələn,  Vahan  Sərkisyan  adlı  erməni  linqvisti  az 

qala sübut etməyə çalışır ki, İspaniyadakı  basklar ermənilərlə eyni kökdəndir  və ona 

görə  bu  qədər  azadlıq  sevəndirlər.  Sərkisyan  erməni  və  bask  dillərində  bir-birinə 

identik  olan  sözləri  toplayaraq  balaca  bir  sözlük  də  tərtib  edib.    Ancaq  basklarla 

ermənilər  arasında  böyük  fərqlər  olduğu  kimi,  onların  bölücülük  ideyaları,  eləcə  də 

məqsədəçatma taktikaları arasında da böyük fərqlər var. 

 

1.3. Kürd separatizmi 

 Kürd  separatizmi  son  zamanlar Yaxın  Şərq və Cənubi  Qafqaz regionları  üçün 

təhlükə  mənbəyinə çevrilmiş  fəaliyyətlər  həyata keçirir.  Kürd separatizmi  yeni deyil 



27 

 

və  on  illərdir  ki,  Türkiyə,  Suriya,  İraq  siyasətinin  mərkəzindədir.    PKK-KADEK 



lideri  Öcalan  5  ölkənin  ərazilərini  özündə  birləşdirən  "konfederasiya"  qurmaq 

istədiyini bildirib. "Konfederasiya"nın tərkibinə Azərbaycanın 4 rayonu da daxildir

33



 Yaxın  Şərq  regionunda,  xüsusilə, Türkiyə, İraq, İran və Azərbaycanda kürd 



faktorunun xeyli aktivləşdiyi və terrorist separatizmlə  müşahidə olunan bu aktivliyin 

bölgə üçün ciddi təhlükəyə çevrildiyi müşahidə edilir

.

 

  ABŞ-ın  işğalından  sonra  kürdlər  İraqın  yeni  dövlət  quruluşunun  təşkilində 



əsas xalq kimi iştirak edir (ölkə əhalisi kürd, şiə və sünni kimi üç qrupa bölünüb), icra 

strukturu  və  parlamentdə  təmsil  olunurlar.  Paralel  olaraq  Türkiyədə  PKK  terror 

təşkilatının qanlı əməliyyatlarının sayı artıb və bu addımlar Türkiyədə 2009-cu ilin 11 

dekabrına  qədər  leqal  şəkildə  fəaliyyət  göstərmiş  və  həmin  tarixdə  Türkiyə 

Konstitusiya  Məhkəməsinin  qərarı  ilə  qapadılmış  Demokratik  Toplum  Partiyası, 

eləcə 


də 

qeyri-hökumət 

təşkilatları, 

eyni 


zamanda 

media 


yolu 

ilə 


tamamlanır

34

. Suriya ilə  bağlı  ABŞ  administrasiyasının  mövqeyinin  kəskinləşməsi 



fonunda Suriyaya qarşı kürd faktorundan istifadə ediləcəyinə dair planlar hazırlandığı 

bildirilir  və  1,5  milyon  kürdün  yaşadığı  həmin  ərəb  ölkəsində  fəaliyyət  göstərən 

"Yekiti"  təşkilatının  imkanlarından  istifadə  edilməsini  nəzərdə  tutan  layihələrin 

mövcudluğu  istisna  edilmir.  İranla  bağlı  Ağ  Evin  gələcək  planlarında  da  bu  ölkədə 

yaşayan kürd etnosunun adı gündəmə gətirilir

35



Nəhayət,  Azərbaycanda  kürd  probleminin,  özü  də PKK-ya  bağlı  separatçı 

qüvvə  şəklində  dövlət  idarəçiliyində  belə  özünə  yer  tapması  sirr  deyil.  Kremlin 

himayəsindən  yəhudi  marağına  bəllidir  ki,  regionda  kürd  kartıdan  ilk  əvvəl  keçmiş 

SSRİ-nin  xüsusi  xidmət  orqanları  fəal  şəkildə  istifadə  edib,  kürd  qruplaşmalarının 

ideoloji baxımdan sol plaftorma əsasında təşkilatlanması  istiqamətində  məqsədyönlü 

                                                

33

 Samin Həsənov “Separatizm və dini amillər”,  Dirçəliş – XXI əsr – 2008, Bakı 



34

 

Hall,  Raymond  L.  (1978). Black  Separatism  in  the  United  States.  Hanover,  New  Hampshire: 



University Press of New England 

35

  Arenson,  Karen  W.  (April  19,  2006). "CUNY  Program  to  Help  Black  Men  Is  Called 



Discriminatory". New York Times

.

 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə