Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

28 

 

işlər  görüb



36

.  Bu  özünü  həm  Türkiyə  ərazisində  PKK-nın  formalaşdırılması  və 

yönləndirilməsi,  həm  də  İraqın  şimalında 1961-ci  ilin  sentyabrında Məsud 

Bərzaninin atası  Mustafanın  rəhbərliyi  altında  başlanmış  silahlı  hərəkatın 

dəstəklənməsində göstərib. 

 Hazırda isə kürd etnosunun əsas dayağı Ağ Ev sayılır. ABŞ-ın kürd faktoruna 

müraciət  etməsinin  əsas  səbəbi  Yaxın  Şərqdə  strateji  müttəfiq  saydığı  İsrailin 

maraqlarının 

təmin 

olunmasıdır. 



Belə 

ki, İsraillə 

müharibə 

vəziyyətində 

olan Suriyada, İraqda,  eləcə  də İranda kürdlərin  varlığı  ortaq  düşmənə  qarşı  

müttəfiqlik  ilişkilərinə  yol  açıb

37

.  Türk  mətbuatının  son  dövrlərdə  açıqladığı  bir 



məlumata  görə,  hələ  Ədalət  Partiyası  iqtidarı  dövründə ABŞ Türkiyə  rəhbərliyinə 

qonşu  dövlətlərdə kürdlərin yaşadığı  əraziləri  əhatə  etməklə  (Türkiyənin  şərq 

əyalətləri,  İraqın  və  İranın  Şimalı,  Suriyanın  bir  hissəsi  və  Azərbaycanın  işğal 

olunmuş üç rayonu daxildir) Türkiyə tərkibində bir federasiya yaratmağı təklif edib. 

  2001-ci  il  sentyabrın  11-də Nyu-Yorkda baş  verən  terror  hadisəsindən  sonra 

ABŞ-ın  Yaxın  Şərq  siyasətində  köklü  dəyişikliklər  meydana  çıxdı.  Genişləndirilmiş 

Böyük  Yaxın  Şərq  Layihəsi  şəklində  konseptual  bir  yanaşma  ortaya  qoyuldu. 

Bildirildiyinə  görə,  layihədə  Şimali  Afrikadan  tutmuş  İndoneziya  və  Mərkəzi 

Asiyaya  qədər  ərazidə  rejimlərin  xarakterini  dəyişdirmək,  bu  regionda  müttəfiqlik 

baxışlarına  yenidən  baxmaq,  yeni  müttəfiqlik əlaqələri  yaratmaq  nəzərdə tutulur.  Bu 

kontekstdə  ABŞ-ın  kürdlərlə  əlaqələrinin  də  müttəfiqlik  səviyyəsinə  yüksəldiyi, 

İsrailin  də  xüsusən  Şimali  İraqdakı  administrasiya  ilə  əlaqələri  hərtərəfli  inkişaf 

etdirdiyi  müşahidə  olunur

38

.  Hələ 1991-ci  ildə  İsraildə  dərc  olunmuş  "İraq  üçün 



"Marşall  planı"  və  İsrail  iqtisadiyyatı"  məqaləsində  belə  bir  fikir  irəli  sürülürdü  ki, 

Amerika  yaxın  dövrlərdə  İraqa  hücum  etsə,  İsrailin  iqtisadiyyatında  köklü 

dəyişikliklər  meydana  çıxacaq.  Hələ  həmin  dövrdə  İraqın  üç  hissəyə  bölünməsinin 

                                                

36

 

Hüseyin Kalaycı – Ayrılıkçılık, Kanada 



37

  D.L.  Horowitz's  "Patterns  of  Ethnic  Separatism",  originally  published  inComparative  Studies  in 

Society and History, 1981, vol 23, 165-95. Republished in John A. Hall, The State: Critical Concepts, 

Routledge, 1994. 

38

 

Howell, Nancy B. "Radical Relatedness and Feminist Separatism"



  


29 

 

zəruriliyi  vurğulanır,  bu  zaman  ölkənin  ayrı-ayrı  hissələrinin  yeni  infrastrukturunun 



təşkil  olunması,  eləcə  də  əsasən  amerikalılardan  ibarət  70  minədək  əsgərin  ölkənin 

təhlükəsizliyini təmin etməyə cəlb olunması təklifi səslənirdi. 

             2003-cü  ildən  sonra  yaranmış  vəziyyət  İran  rejiminin  öz  ərazisində  yaşayan 

kürdlərlə  münasibətlərdə  də  fərqli  taktika  yeritməyə  sövq  edir.  Əvvəllər 

rəsmi Tehran Cənubi  Azərbaycanın  qərb  ərazilərində  kürdlərlə  Azərbaycan  türkləri 

arasında  münasibətləri  nəzarətdə  saxlamaq  üçün  kürdlərə  kart-blanş  verməyi  üstün 

tuturdusa,  sonrakı  mərhələdə  bu  xətdə  bir  qədər  ehtiyatlılıq  görsənir.  Xüsusilə 

terrorçu  PKK  təşkilatının  İran  qolu  kimi  qələmə  verilən  "PJAK"ın  adının  bir  sıra 

təxribat  aksiyalarının  səbəbkarı  kimi  hallandırılması  fonunda  İran  rejiminin  Türkiyə 

ilə  əməkdaşlıq  görüntüsü  yaratmağa  çalışdığı  müşahidə  edilir.  Bu  əlaqələr  istər 

hökumət  başçıları,  istərsə  milli  təhlükəsizlik  şuraları  və  müvafiq  dövlət  strukturları 

səviyyəsində  davam etdirilsə də,  Tehranın  hər  hansı səmərəli  nəticələr təqdim etdiyi 

məlum deyil

39



  2006-cı ildə Güney Azərbaycanın Maku şəhərində Abdulla Öcalanın ad günü 

münasibətilə  kürdlərin  Azərbaycan  türklərinə  yönəlmiş  təhdidlə  dolu  vərəqələrin 

yayılmasında  da  Tehranın  maraqlı  olduğu  bir  sıra  müşahidəçilər  tərəfindən 

vurğulanır.  İranın  PKK  ilə  əməkdaşlıq  etməsi,  həmin  terror  qurumunun  şimal-qərb 

ərazilərdə,  İraqla  sərhəddə  bazalarının,  hətta  xəstəxanalarının  olduğuna  dair 

məlumatlar  Güney  Azərbaycan  fəallarının  elektron  KİV-ində  dəfələrlə  təfsilatı  ilə 

açıqlanıb. 

 Güney Azərbaycanın Türkiyə və “İran Kürdüstanı” sərhəd bölgələrində planlı 

şəkildə məskunlaşan kürdlərin silahlandırılması prosesində rəsmi Tehranın paniranist 

və  fars  şovinizmi  mərkəzləri  də  istənilən  imkanları  yaradırlar.  Son  bilgilərə  görə 

təkcə  Urmu  şəhərinin  “Bərq”  (işıq)  dördyolu  məntəqəsində  məskunlaşmış  kürd 

əhalisinin  sayəsində  10  min  nəfərlik  qeyri  rəsmi  silahlı  qüvvələr  yaradılmaqdadır. 

Hətta  bu  hərbi  birliklərin  İraq  üzərindən  bölgəyə  daşınan  silahlarla  təchiz 

                                                

39

 İlham ismayıl  “Açıq separatizmin məxfi tərəfləri” 24.12.2010 



 


30 

 

olunmasında  heç  bir  problem  yoxdur.  İran  rejimi  isə  kürd  əhalisinin  əlində  olan  bu 



silahların  qanuniləşdirilməsi  üçün  dövlətin  rəsmi  orqanı  olan  SEPAH-ın  (İslam 

İnqilabı  Keşikçilər  Korpusu)  və  ETTEALAT-ın  idarələrində  xüsusi  qeydiyyat 

bölümünü  də  yaratmışdır.  Hətta  kürdlərə  məxsus  evlərin  damlarında  “İran 

Kürdüstanı”nın bayraqlarının dalğalanmasına dövlətin rəsmi qurumları tərəfindən heç 

bir  yasaq  yoxdur.  Sulduz,  Urmu,  Xoy,  Maku,  Səlmas,  Sayınqala,  Tikantəpə  və 

Qoşaçay  şəhərlərinə  köçmüş  kürdlərə  məxsus  dükanlarda,  şirkətlərin  binasında, 

çayxana  və qəhvəxanalarda "İraq  Kürdüstanı Muxtariyyəti”nin  lideri Məsud Bərzani 

və  İraq  prezidenti  Cəlal  Tələbaninin,  PKK  lideri  Abdulla  Öcalanın  belə  portretləri 

asılmışdır.  Bu  bölgələrdə  kürdlərə  məxsus  minik  avtomobillərində  həmin  türk 

qatillərinin  şəkillərinin,  “Kürdüstan”  xəritəsi  və  bayrağının  vurulması  halları  çox 

geniş  yayılmışdır.  Bu  xəritələrdə  Güney  Azərbaycanın  Urmu  vilayəti,  Türkiyənin 

güney-doğu  vilayətləri,  Azərbaycan  Respublikasının  Laçın,  Kəlbəcər,  Zəngilan, 

Qubadlı  və  Füzuli  rayonlarının  əraziləri  də  daxil  edilmişdir.  Son  dönəmdə  Sulduz, 

Urmu,  Tikantəpə,  Səlmas,  Xoy,  Makı,  Sayınqala,  Qoşaçay  və  digər  şəhərlərə  köç 

etmiş  kürd  tayfaları  isə  bunlardırlar:  keçelan,  torini,  adaman,  koçgiri,  holikan, 

elimiho, trigever, karabalan, gerdeyari, vəznə, gülbahə, siyalə, mametkan, seli yetimi, 

hadranlu,  ağucanan,  derviş  cemala,  sağman  və  haverki.  Bu  əşirətləri  bir  araya 

gətirərək böyük bir siyasi gücə çevrilmələri üçün PDK və PJAK-ın çox güclü təbliğat 

şəbəkəsi  də  qurulmuşdur.  Bu  yöndə  “pyam.nu”  internet  səhifəsi  əsas  təbliğat 

tribunası hesab olunur

40



Güney  Azərbaycanın  Sulduz  şəhərinə  köçərək  məskunlaşan  kürdlər  burada 



“Sazemane Defa əz Hüquqe Bəşər Dər Kordestan” adı ilə “hüquq müdafiə” təşkilatını 

yaratmışlar.  Halbuki,  İran  tipli  avtoritar  və  diktator  rejimində  hər  hansı  bir  ictimai 

qurum,  mətbu  orqan  ilk  öncə  ölkənin  daxili  işlər  nazirliyində  qeydiyyatdan 

keçməlidir.  Bu  yöndə  xüsusi  icazə  almayanların  fəaliyyəti  isə  qanunsuz  sayılır.  Bu 

qurum PKK və PJAK kimi qatı antitürk kürd partiyalarını açıq şəkildə müdafiə edir. 

                                                

40

 

Абдулатипов Р. Г. Этнополитология. СПб.: Питер, 2004. С. 249 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə