Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

31 

 

“Sazemane  Defa  əz  Hüquqe  Bəşər  Dər  Kordestan”  qurumunun  son  bəyanatlarından 



birində  belə  qeyd  olunur:

41

  “Sulduz  bölgəsi  ələvi  qızılbaşlarının  qədim  torpaqlarıdır 



və  onlar  etnik  mənşə  baxımından  kürd  olmuşlar.  Sulduz  şəhərinə  yaxın  olan  Urmu, 

Makı,  Xoy,  Səlmas,  Sayınqala,  Qoşaçay,  Bicar,  Gövrə  və  digər  bölgələr  ən  qədim 

kürd torpaqlarıdır”.  

 Tehrandan  siyasi,  ictimai  və  silah  dəstəyi  alaraq  Urmu  vilayətində 

məskunlaşmış  kürdlər  bölgədə  sərbəst  şəkildə  silahlı  halda  gəzə  bildikləri  üçün 

Azərbaycan Türklərinə qarşı yeni üsullardan istifadə etməyə cəhd göstərirlər. Gəlmə 

kürdlər  işadamlarından,  dükan  sahiblərindən,  digər  iaşə  obyektlərindən,  istehsal 

sahələrindən  aylıq  qeyri  rəsmi  “xərac”  ödənilməsi  siyasətinə  üz  tutmuşlar.  Kürdlər 

silahlı  qruplar  şəklində  hətta  Güney  Azərbaycan  Türklərinə  məxsus  kəndlərə  belə 

basqılar  edərək  kəndlilərin  hər  ay  onlara  bac  ödəmələrini  tələb  edirlər.  Belə  bir 

aksiyaların  birində  bölgədə  hərbi  xidmətdə  olan  Məcid  Talibi  və  Əli  Sadıqzadə 

kürdlərin bu qanunsuz əməllərinin qarşısını almaq istədiklərində onlar terror olunaraq 

öldürülmüşlər. Tehran rejiminin “xeyir-duası” ilə ölkə parlamentinə deputat seçilmiş 

Bəhaəddin  Ədəb  paniranistlərin  ona  arxa  olmasından  yararlanaraq  “Urmu 

Azərbaycan  Türklərinin  deyil,  kürdlərin  qədim  şəhəridir”  açıqlamasını  verdikdən 

sonra, dərhal üzr istəmişdir. Ancaq, İran parlamentinin digər deputatı Xədicə Mənsuri 

isə  “Urmu  hər  zaman  kürdlərin  bölgəsi  olmuşdur”  deməklə  yanaşı,  ona  qarşı 

Azərbaycan  Türklərinin  deputatları  öz  etirazlarını  bildirdiklərində,  heç  bir 

üzrxahlıqda bulunmaq istəmədiyini bildirmişdir

42

.  



  Güney  Azərbaycanda  son  illər  məskunlaşan  kürdlərin  arasında  Quzey 

İraqdakı  Mustafa  Bərzani  hökumətinin  dəstəyilə  dərc  olunan  “Türkiyə  və  Güney 

Azərbaycan  arasında  bütün  kürdlər  məskunlaşaraq  bufer  rolunu  oynamalıdırlar” 

təbliğatlarını 

aparan 

kitablar, 



dərgilər, 

broşürlər 

yayılmaqdadır. 

Həmin 


ədəbiyyatlarda kürdlərin səfərbər olunması, 19-cu yüzilin sonlarında və 20-ci yüzilin 

ilk  onilliyində  silahlandırılaraq  Azərbaycan  Türklərinə  qarşı  mübarizə  aparmaları 

                                                

41

 



Hall, Raymond L. (1978), Black Separatism in the United States, University Press of New England 

42

 



Lenin “Sosyalizm ve Savaş”

 

 




32 

 

yönündə təşviqedici təbliğata  geniş  yer  verilmişdir.  Tehran rejimi  isə dağlıq  yollarla 



Güney  Azərbaycana  gətirilən  bu  ədəbiyyatlara  hər  dəfə  olduğu  kimi  göz  yummaqla 

yetinməkdədir.  Urmu  vilayətinin  bütün  şəhərlərində  yerli  məmurlar  bu  “zərərli 

ədəbiyyatlarla” bağlı  Tehran  hökumətinə şikayətlər etsələr də,  hələ ki, bunun qarşısı 

alınmır.  Yerli  idarəetmə  strukturklarının  belə  kürdlərin  “işi”nə  qarışmaq  hüququ 

yoxdur.  Tehran  rəsmilərinin  fikrincə  Güney  Azərbaycanda  daha  geniş  şəkildə  vüsət 

alan Milli Hərəkatın qarşısını almaq üçün bir sıra süni problemlərin gündəmə gəlməsi 

bəlli  strategiyanın  inkişaf  etməsi  üçün  daha  məntiqlidir.  Çünki,  Güneydəki  Milli 

Hərəkat  “mərkəzi  hökumət”lə  deyil,  “kürd  separatizmi”nə  qarşı  mübarizə  aparcağı 

təqdirdə, teokratik rejim üçün bunun daha faydalı ola biləcəyi düşünülür

43



 Əslində  kürdlərin  öz  milli  muxtariyyətlərini  qurmaq  iddiası  Tehran  rejimi 

üçün  nə  qədər  təhlükəli  sayılsa  da,  Güney  Azərbaycan  Milli  Hərəkatının  yüksəlişi 

fars  şovinizmi  və  paniranizm  çevrələri  üçün  daha  çox  qorxulu  hesab  olunur.  Tehran 

rejiminə məxsus mərkəzlərin təhlillərində o da qeyd olunur ki, kürdlər və Azərbaycan 

Türkləri  bir-birilərilə  savaşa,  münaqişələrə  cəlb  olunacaqları  təqdirdə,  nəticə  etibarı 

ilə  bu  iki  qonşu  toplum  tamamilə  yorulacaq  və  sonda  isə  fars  mərkəzli  rejim  qalib 

olacaqdır.  

 2006-cı ildə İran prezidenti Mahmud Əhmədinejat Quzey İraqdakı “Bİrləşmiş 

Kürdüstan  Cəbhəsi”  təşkilatı  ilə  dialoqa  girmək  üçün  çoxlu  cəhdlər  etdi.  Mahmud 

Əhmədinejat  İran  Kürdüstanı  ilə  bağlı  yaranmış  bütün  problemlərin  həlli 

istiqamətində tezliklə bunların həll olunmasına çalışacağı vədlərini də irəli sürmüşdü. 

“Birləşmiş Kürdüstan Cəbhəsi”nin o dönəmdəki lideri Bəhaəddin Ədəb isə ilk addım 

kimi  “İran  Kürdüstanı”nın  hüquqlarının  tanınması  şərtlərinin  tezliklə  həll  edilməsini 

istəmişdi:

44

  

“İran  Kürdüstanında  yerli  özünü  idarəetmə  hüquqlarının  olması,  kürd  dilinin 



rəsmi  dövlət  dili  statusunda  çıxış  etməsi,  İrandakı  hakimiyyətdə  strateji  vəzifələrdə 

kürdlərin sayının artırılması” və digər tələbləri irəli sürmüşdü. Dialoq şərtlərinə “İran 

                                                

43

 



Hüseyin Kalaycı - Ayrılıkçılık Kanada  

44

 



Little, Malcolm (1964), The Ballot or the Bullet, April 4, 1964

 



33 

 

Kürdüstan Demokrat Partiyası”nın, “Komala  –  Kürdüstan  Kommunist Partiyası”nın, 



“Kürdüstan  İşçi  Partiyası”nın,  “PJAK”-ın  siyasi  hüquqlarının  Tehran  rejimi 

tərəfindən  tanınması  istənilmişdir.  İran  tərəfi  PJAK  lideri  Rəhman  Hacı  Əhmədinin 

(Almaniyada  yaşayır)  2007-ci  ilin  iyun  ayında  ABŞ-a  rəsmi  səfərində  maliyyə  və 

silah  dəstəyinin  verilməsini  istəməsini  gündəmə  gətirərək,  sol  yönümlü  kürd 

partiyalarının tanınmasını qeyri məqbul hesab etmişdi

45

.  



  Türkiyə və Azərbaycanda kürd separatizmi.  

  Türkiyə  dövləti  ilə  onun  əhalisinin  15-20  faizini  təşkil  edən  kürdlər  arasında 

dərin düşmənçilik hissi var. 

  Kürdlər nəsillər boyu Türkiyə hakimiyyətindən sərt rəftar görüblər. Kürdlərin 

1920-30-cu illərdəki üsyanlarından sonra onların bir çoxunun məskənləri dəyişdirilib, 

kürd  adları  və  geyimləri  qadağan  edilib,  kürd  dilindən  istifadə  məhdudlaşdırılıb  və 

hətta  kürd  etnik  kimliyinin  mövcudluğu  inkar  edilib,  onlar  “dağ  türkləri” 

adlandırılıblar. 

  1978-ci  ildə  Abdullah  Ocalan  Türkiyənin  daxilində  müstəqil  dövlət 

qurulmasına  çalışan  PKK-nı  yaradıb.  O  vaxtdan  bəri  40  min  insan  öldürülüb  və 

minlərlə başqaları yurdlarından didərgin düşüb. 

  1990-cı  illərdə  PKK  müstəqillik  tələbindən  geri  çəkilib,  əvəzində  mədəni  və 

siyasi muxtariyyətə çağırıb, lakin eyni zamanda mübarizəni də davam etdirib. 2012-ci 

ildə  hökumət  və  PKK  sülh  danışıqlarına  başlayıblar  və  növbəti  ildə  atəşkəs 

razılaşması  əldə  edilib.  PKK  döyüşçülərindən  İraqın  şimalına  keçmək  tələb  olunub, 

lakin toqquşmalar  yenə də kəsilməyib

46

. Ankara İD-i təhlükə  hesab etsə də, Türkiyə 



kürdlərinin sərhədi keçərək PKK-nın Suriyadakı qolu sayılan PYD-ə qoşulacağından 

və Türkiyə ərazisinə hücumlar edəcəyindən də qorxur. .Türkiyə həmçinin bəyan edib 

ki,  Suriya  prezidenti  Bəşər  əl-Əsəd  hakimiyyətdən  devrilməyincə  ABŞ-ın  rəhbərliyi 

altında İD-ə qarşı koalisiyaya dəstək verməyəcək. 

                                                

45

 Abbott, Philip.  “Utopian Problem-Solving: ‘The  Great Divorce’ and the Secession Question”, The 



Journal of Politics, Cilt. 62, No. 2 (Mayıs, 2000), ss. 511-533. 

46

 Ağaoğulları, Mehmet Ali. Ulus-Devlet ya da Halk Egemenliği (Ankara: İmge, 2006) 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə