Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   2   3   4   5   6   7   8   9   10   ...   24

19 

 

tədbirlər  nəticəsində  Ermənistan  xüsusi  xidmət  orqanlarının  Azərbaycan  ərazisində 



yaratdığı  təxribatçı-casus  şəbəkəsi  ifşa  olunmuş,  ona  daxil  olan  şəxslər 

müəyyənləşdirilərək,  zərərsizləşdirilmiş  və  məhkəmə  tərəfindən  müxtəlif  müddətli 

həbs cəzasına məhkum olunmuşlar. Əldə olunmuş materiallar əsasında Ermənistanın 

dövlət  orqanı  olan  Milli  Təhlükəsizlik  İdarəsinin  Azərbaycan  ərazisində  törədilmiş 

terror  aktlarını  və  Dağıstan-Bakı  istiqamətində  hərəkət  edən  sərnişin  qatarlarındakı 

partlayışları  birbaşa  təşkil  etməsi  sübuta  yetirilmişdir.  Səciyyəvi  haldır  ki, 

Ermənistanın dövlət səviyyəsində terroru dəstəkləməsi  haqqında  faktlar  ictimaiyyətə 

açıqlandıqdan sonra bu ölkə “Sadval”la əlaqələrini zəiflətmiş və Azərbaycanda ləzgi 

separatçı-  lığı  xeyli  səngimişdir.  Düzdür,  1996-cı  ildə  özünü  ləzgi  xalqının  imamı 

elan  etmiş  Rusiya  vətəndaşı  Asul  Rəsulov  Azərbaycan  ərazisindən  Rusiya 

hərbçilərinə  hücum təşkil etmək  məqsədilə ölkəmizə  gələrək  burada  inanclı  ləzgi  və 

digər  xalqların  gənclərindən  ibarət  yaraqlı  dəstələri  yaratmağa  cəhd  göstərmiş,  lakin 

onun  fəaliyyəti  əhali  tərəfindən  neqativ  qarşılanmış  və  o,  Milli  Təhlükəsizlik 

Nazirliyinin  keçirdiyi  əməliyyat  nəticəsində  həbs  olunaraq  mühakimə  edilmişdir. 

Göstərilənlər  separatçılığın  aktiv  fazaya  keçməsi  üçün  xarici  dəstəyin  mühüm  amil 

olmasının bariz nümunəsidir.  

        Talış  separatçılığı  -    Talışlar  da  ləzgilər  kimi  Azərbaycanın  aborigen 

xalqlarındandırlar.  Onlar  bu  ərazilərdə  eramızdan  çox-çox  əvvəl  məskunlaşmış, 

Midiya  dövlətinin  qədim  sakinləri  olmuşlar.  Hazırda  rəsmi  statistikaya  görə, 

Azərbaycanda  80  min  talış  yaşayır.  Lakin  əslində  bu  rəqəmin  reallığı  əks 

etdirməməsi,  talışların  daha  çox  olması  ehtimal  olunur.  Məsələ  ondadır  ki,  1926-cı 

ildə keçirilmiş siyahıyaalma zamanı 77  mindən çox talış qeydə alınmış, 1937-ci  ildə 

isə  bu  rəqəm  3  minə  qədər  azalmışdır.  Yalnız  1989-cu  ildə  keçirilmiş  siyahıyaalma 

zamanı 21 min nəfər milliyyət qrafasında “talış” kimi qeydə alınmış, 1999-cu ildə isə 

siyahıyaalmanın  nəticələrinə  görə,  talışların  sayı  80  mini  ötmüşdür

23

.  Rəqəmlərdəki 



fərq  onunla  izah  olunur  ki,  sovet  dövründə  azsaylı  xalqların  nümayəndələri  titul 

xalqın  xeyrinə  siyahıya  alınırdı  və  ölkənin  müstəqillik  əldə  etməsi  azsaylı  xalqlarda 

                                                

23

 Qarabağ xəbərləri “Harınlıqdan doğan separatizm”  28.09.2010  




20 

 

milli  oyanış  prosesinə  təkan  verərək,  onların  öz  etnik  identikliyinin  bərpası  ilə 



nəticələnmişdir.  Qeyd  etmək  lazımdır  ki,  ləzgilərdə  olduğu  kimi,  talışların  da  milli 

mədəniyyətlərinin və dillərinin qorunması istiqamətində xeyli iş görülür, talış dili bu 

xalqın  kompakt  yaşadığı  Lənkəran,  Astara,  Lerik  və  Masallı  rayonlarının 

məktəblərində  tədris  edilir,  qəzetlər  və  kitablar  nəşr  olunur,  Azərbaycan  radiosunda 

verilişlər  yayımlanır.  Azərbaycan  millətinin  ayrılmaz  hissəsi  olan  talışlar  azəri 

türkləri  ilə  o  qədər  qaynayıb-qarışmışlar  ki,  onların  adət-ənənələri  bir-birindən, 

demək  olar  ki,  heç  nə  ilə  fərqlənmir

24

.  Tarix  boyu  talışlarla  azəri  türkləri  arasında 



etnik  zəmində  heç  bir  münaqişə  baş  verməmiş,  talış  xalqının  igid  oğulları  Vətənin 

müstəqilliyi uğrunda milli azadlıq hərəkatında fəal iştirak etmiş, Lənkəran batalyonu 

Qarabağ  döyüşlərində  misilsiz  şücaət  göstərərək  xeyli  sayda  şəhid  vermişdir.  Lakin 

bununla  yanaşı,  bəzi  talış  ziyalıları  90-cı  illərin  əvvəllərində  Azərbaycan 

rəhbərliyinin  yürütdüyü  pantürkist  siyasətdən  ehtiyatlanaraq,  xalq  arasında  millətçi 

təbliğat aparmağa başlamış və guya talışların hüquqlarını qorumaq məqsədilə 1992-ci 

ilin  yayında  Talış  Xalq  Partiyasını  (sonradan  etnik  mənsubiyyət  əsasında  partiya 

yaradılmasının  beynəlxalq  birlik  tərəfindən  birmənalı  qarşılanmayacağını  anlayaraq, 

partiya  rəhbərliyi  quruma  Azərbaycan  Xalq  Bərabərlik  Partiyası  (AXBP)  adını 

qoydu)  təsis  etmişlər.  Həmin  partiyanın  paytaxtın  “Bakı”  kinoteatrında  keçirilmiş 

təsis  qurultayının  kuluarlarında  ilk  dəfə  “Talış  Muğan  Respublikası”  ideyası  ortaya 

atılmışdır.  Partiya  yaranmamış-  dan  əvvəl  talış  millətçiliyinin  və  separatçılığının 

təbliği  Lənkəranda  fəaliyyət  göstərən  “Avesta”  Talış  Mədəniyyət  Mərkəzinin  çətiri 

altında aparılırdı

25

.  


        Belə  ki,  “Avesta”nın  fəalları  talışların  Azərbaycanda  ta  qədimdən 

yaşamalarına,  türklərin  isə  gəlmə  xalq  olmasına  baxmayaraq,  talışların  hüquqlarının 

pozulmasını,  onların  ölkənin  idarəetmə  orqanlarında  kifayət  qədər  təmsil 

olunmamalarını  iddia  edir,  talış  dilinə  ikinci  dövlət  dili  statusunun  verilməsini  tələb 

                                                

24

 Nurlan Qələndərov “Separatizm neqativ geopolitik faktor kimi” 



25

 

Qarabağ xəbərləri “Harınlıqdan doğan separatizm”  28.09.2010  



 


21 

 

edirdilər.  AXBP  yarandığı  gündən  antitürk  təbliğatı  apararaq,  ölkənin  cənub 



bölgəsinin  əhalisi  arasında  təxribat  və  pozuculuq  fəaliyyəti  ilə  məşğul  olmağa 

başladı.  1993-cü  ilin  yazında  ölkədə  vəziyyətin  gərginləşməsindən  istifadə  edən 

separatçı  talış  hərəkatının  liderləri  o  zaman  müdafiə  nazirinin  müavini  vəzifəsini 

tutan  Əlikram  Hümbətovun  partiya  sıralarına  qoşulmasına  nail  olub  hərəkatı 

Lənkəran  batalyonu  timsalında  silahlı  güclə  təmin  etdilər.  Nəticədə,  1993-cü  ilin 

yayında  ölkədə  hökm  sürən  hakimiyyətsizlik  mühitində  cənub  bölgəsində  Əlikram 

Hümbətovun  başçılıq  etdiyi  hərbi  hissənin  şəxsi  heyəti  tərəfindən  yerlərdə  fəaliyyət 

göstərən  dövlət  orqanları  devrildi  və  Talış  Muğan  Respublikasının  (TMR) 

yaradılması elan edildi. Qısa zaman kəsiyində TMR-in parlamenti fəaliyyətə başladı, 

himni  77  və  bayrağı  təsis  olundu.  Lakin  əhali  tərəfindən  dəstəklənməyən  TMR-in 

ömrü  heç  iki  ay  çəkmədi.  Ümummilli  lider  Heydər  Əliyevin  xalqa  müraciətindən 

sonra  ayağa  qalxmış  Lənkəran  və  digər  rayonların  əhalisinin  Əlikram  Hümbətovun 

rəhbərlik  etdiyi  hərbi  hissəyə  hücumu  nəticəsində  separatçıların  fəaliyyətinə  son 

qoyuldu,  Əlikram  Hümbətov  isə  həbs  edilərək  cinayət  məsuliyyətinə  cəlb  olundu. 

Lakin  bununla  belə,  Əlikram  Hümbətovu  qabağa  verməklə  kölgədə  qalmış  talış 

separatçılarının  ideoloqları  məsuliyyətdən  yayına  bilmiş  və  indi  Rusiyaya  sığınaraq 

internet  vasitəsilə  Azərbaycana  qarşı  pozucu  təbliğat  işi  ilə  məşğul  olurlar.  Həmin 

şəxslərin  Ermənistan  tərəfindən  himayə  olunması,  onların  bu  ölkəyə  müntəzəm 

səfərləri  barədə  mətbuatda  məlumatlar  yer  almaqdadır.  Buna  baxmayaraq,  hazırda 

ölkənin  cənub  bölgələrində  vəziyyət  sabitdir  və  əhali  arasında  separatçılıq  meyilləri 

müşahidə olunmur

26



  

            Kürd  separatçılığı  -  Azərbaycan  ərazisində  kürdlərin  məskunlaşmağa 

başlaması  milliyyətcə  kürd  olan  Şəddadilər  sülaləsinin  hakimiyyəti  dövrünə  təsadüf 

edir.  Azərbaycan  torpaqları  işğal  olunmazdan  əvvəl  kürdlər  kompakt  şəkildə  Laçın, 

Kəlbəcər  və  Qubadlı  rayonlarının  bəzi  kəndlərində  yaşayırdılar.  Ərazilərimizin 

ilhaqından sonra kürdlər ölkənin müxtəlif bölgələrində qaçqın kimi məskunlaşmışlar. 

Qeyd  etmək  lazımdır  ki,  ölkəmizdə  12  min  yerli  və  təxminən  20  min  1988-  ci  ildə 

                                                

26

 

Lenin “Sosyalizm ve Savaş”



 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə