4
bir çox hallarda beynəlxalq terror təşkilatlarının gələcək kadrları məhz bu
münaqişələrdə döyüş təcrübəsi keçirlər. Bu məhvedici hadisənin spesifik cəhəti
ondadır ki, burada “milli özünüdərkin oyanması”, “millətlərin öz müqəddəratını təyin
etmə hüququ”, “istismar olunan xalqlara azadlıq”, “insan haqları”, “Vətənlə
birləşmə” kimi humanist demokratik ideyalar dəlilik həddinə çatmış qanlı hadisələrlə
bir aradadır. Sonda bu, yeni “qanunsuz doğulmuş” və daha çox marginallaşmış və bir
qayda olaraq dünya birliyi tərəfindən tanınmayan qurumların meydana gəlməsinə
səbəb olur. Özü də gözə çarpmasa da, sonda burada əsas rolu dağıdıcı separatist
prosesləri “həvəsləndirən” xarici geosiyasi amillər oynayır.Bütün bunları nəzərə
alaraq, dissertasiya işimdə həmin dağıdıcı separatist prosesləri “həvəsləndirən” xarici
geosiyasi amilləri öyrənməyə çalışmışam.
Təcrübi əhəmiyyəti. Burada əksini tapan təhlil və araşdırma müddəaları,
dövlətlərin həyata keçirdiyi proseslər ,separatizm və şovinist millətçilik proseslərinin
qarşısının alınması yolunda atılan addımlar , eyni zamanda bu yolda beynəlxalq
təşkilatların təcrübə və məlumatlarından yararlanmağa çalışmışam.
Müasir beynəlxalq münasibətlərdə Ukraynada baş verən olaylar, xüsusilə də
Krımda Rusiyanın son aktivləşməsi və muxtariyyətin mərkəzdənqaçma meyilləri
postsovet məkanında da separatizm problemini yenidən gündəmə gətirib. Nəzər
yetirsək, görmüş olarıq ki, postsovet məkanında öz inkişaf yolunu sərbəst
müəyyənləşdirmək istəyən cəmiyyətlər, müstəqil siyasət yeritməyə meyil edən
dövlətlərin hər biri separatizmdən əziyyət çəkir.
Tədqiqatın predmeti və obyekti. Bura separatizm və şovinist millətçiliyin nə
vaxt, kimlər tərəfindən yaranması, inkişaf mərhələləri, zamanla dəyişməsi, inkişaf
etməsi , fəaliyyət istiqamətləri, dünya ölkələrində bu proseslərin iqtisadiyyata,
mədəniyyətə, dövlətlər arası münasibətlərə vurduğu ziyan və zərərlər, eyni zamanda
bu proseslər ərzində dövlətlər arasında bu yolda olan razılaşmalar, separatist və
şovinit
millətçilik
meyllərinin
arxasında
duran
qüvvələrin
kimliyinin
müəyyənləşdirilməsi aiddir.
5
Separatizm meyillərinin arxasında isə birbaşa Rusiya amilinin durması heç
kəsə sirr deyil. Həm Dağlıq Qarabağ, həm Abxaziya və Osetiya, həm Dnestryanı,
həm də son vaxtlar aktuallaşan Qaqauziya və Krım problemləri açıq şəkildə
Rusiyanın SSRİ-nin şinelindən çıxmış dövlətlərə təzyiq vasitəsi olduğunu ortaya
qoyur. Qeyd edək ki, ayrı-ayrı postsovet ölkələrində mövcud olan sözügedən
problemlərin əksəriyyətinin mövcudluq tarixi elə həmin dövlətlərin yaşı ilə eynidir.
Bu problemlərin həll olunmaması Rusiyanın marağında olmaqla həmin dövlətləri bir
növ, özündən asılı vəziyyətə salmaq məqsədi daşıyır.
Dissertasiya işinin əsas tədqiqat sahəsi eyni zamanda separatizm və şovinist
millətçilik proseslərinin formalaşmasında rol oynayan dövlətlərin üzə çıxarılmasıdır.
Separatçılığı doğuran səbəblər sırasına ilk növbədə ərazi iddiaları aid edilsə də,
burada siyasi motivləri də nəzərdən qaçırmaq olmaz. Bunlar aşağıdakılardır: -
müxtəlif etnik qruplar arasında regional, yerli və ya dövlət səviyyəsində hakimiyyət
uğrunda mübarizə (Dağıstanda olduğu kimi); - hər hansı bir etnik qrupun vahid
dövlət daxilində siyasi status uğrunda apardığı mübarizə (Cavaxetiya ermənilərinin
indiki mərhu nisbəti dissertasiya ələdə Gürcüstan qarşısında qaldırdıqları tələb kimi);
- tam müstəqillik və ya “ana vətənə” birləşmək uğrunda mübarizə (Dağlıq Qarabağ,
Cənubi Osetiya, Abxaziya və Kosovodakı kimi). Bundan əlavə, separatçılığa rəvac
verən səbəblərdən biri kimi iqtisadi amillər də göstərilir. Bu mübahisəli və
müqayisəli prosesləri özüm üçün prioritet hesab etdiyimdən bu nisbəti dissertasiya
işimdə araşdıraraq verməyə çalışmışam.
İşin strukturu və həcmi. Dissertasiya işinin strukturu qarşıya qoyulan
məqsədə uyğun olaraq formalaşdırılmışdır. Mövzu quruluşu girişdən , üç fəsildən ,
nəticə və təkliflərdən və sonda istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Dissertasiya işinin yazılması zamanı informasiya mənbəyi kimi mövzu ilə əlaqədar
mövcud milli və xarici elmi və dərslik ədəbiyyatından , yerli və xarici alimlərin və
mütəxəssislərin araşdırmalarından, internet resurslarından istifadə edilmişdir.
Dissertasiya işi ümumilikdə 78 səhifədən ibarətdir.
6
Dissertasiya işinin birinci fəsli “Separatizmin yaranması, müasir dünyada
separatizmin beynəlxalq münasibətlərə təsiri” adlanır. Burada separatizmin yaranma
tarixi və yayılması, Azərbaycanda separatizm hərəkatının təzahürləri və erməni
separatizmi, Kürd separatizmi haqqında ətraflı məlumat verilmişdir. Separatçılıq
polietnik və ya federal dövlətdə yaşayan hər hansı bir etnik, yaxud dini qrupun titul
xalq və dini qrupla bərabər hüquqa malik dövlət qurmaq istiqamətində apardığı siyasi
fəaliyyətdir. Müasir separatizm hər bir xalqın mütləq qaydada müəyyən ərazidə öz
dövlətinə malik olmasına əsaslanmış öz müqəddəratını təyinetmə kimi yanlış prinsipə
söykənir. Əslində isə belə bir prinsip nə hüquq nəzəriyyəsində, nə beynəlxalq, nə də
milli qanunvericilikdə yoxdur. Separatçılığın ideoloqları təbliğ etdikləri hərəkata
xalqların öz müqəddəratını təyin etmək hüququ ilə haqq qazandırırlar. Müasir
dünyada separatçılıq hərəkatları ilk baxışda oxşar olsalar da, onların yaranma
səbəbləri, hərəkətverici qüvvələri, inkişaf tendensiyaları fərqlidir.
Azərbaycan da polietnik dövlət kimi yarandığı ilk illərdən etnik separatçılıq
problemi ilə üz-üzə qalmışdır. Təcavüzkar erməni separatçılığı ilə yanaşı,
Azərbaycanda zaman-zaman ləzgi, talış, avar və kürd separatçılıqları da aktiv fazaya
keçərək milli təhlükəsizliyə ciddi təhdid yaratmışdır. Bu hərəkatların oxşar cəhətləri
olsa da, onların yaranma səbəbləri, intişar fazaları və tarixləri bir-birindən fərqlidir.
Dissertasiya işinin ikinci fəsli “Şovinizm, şovinist millətçiliyin müasir
dünyada yeri və nəticəsi” adlanır. Dissertasiya işinin bu fəslində Şovinizmin ilk
təzahürləri və yaranması, Erməni xalqının şovinist siyasəti, Millətçiliyin ünsürləri və
bu ünsürlərin insanların həyatına təsiri qeyd olunub.
Şovinizm sözü ilə millətçilik eksterminizmin müxtəlif təzahürlərini ifadə
edirlər. XIX əsrin 70-ci illərində Böyük Britaniyada Şovinizm xüsusi ad -
cinqoizm adını almışdır. Şovinizmin digər təzahürləri sosial-şovinizm, hakim
millətçilik şovinizmidir.
Dostları ilə paylaş: |