Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

22 

 

Ermənistandan zorla köçürülmüş  müsəlman kürdü yaşayır (Kürdlərin bir qismi kökü 



zərdüştiliklə  bağlı  özünəməxsus  dini  etiqadın  daşıyıcılarıdır  və  onları  yezidi  kürd 

adlandırırlar.  Yezidi  kürdlər  hazırda  Ermənistanda  və  az  bir  qismi  Gürcüstanda 

yaşayır.  Maraqlıdır  ki,  yezidi  kürdlər  müsəlman  kürdləri  ilə  ailə  qurmur  və  bu  adət 

indiyədək qorunub saxlanılır)

27

.  


        Azərbaycan  radiosunda  kürd  dilində  verilişlər  yayımlanır,  qəzet  və  orta 

məktəbdə  tədris  üçün  dərsliklər  nəşr  olunur,  “Ronayi”  (“Ziya”)  Kürd  Mədəniyyət 

Mərkəzi  fəaliyyət  göstərir.  Azəri  türkləri  Azərbaycanda  yaşayan  digər  etnoslarla 

olduğu  kimi  tarix  boyu  kürdlərlə  də  dinc,  yanaşı  yaşamış,  bir-biri  ilə  qohumluq 

əlaqələri  qurmuşlar.  Lakin  hələ  sovet  dövründə  Laçın  və  Kəlbəcərdə  yaşayan, 

mənşəcə  kürd  olan  bəzi  ziyalılar  kürdlərin  məskunlaşdığı  ərazilərdə  muxtar  qurum 

yaratmaq  tələbi  ilə  çıxış  etmiş  və  tələblərini  guya  keçən  əsrin  20-ci  illərində 

Azərbaycan  SSRin  tərkibində  “Qırmızı  Kürdüstan”  adlı  muxtar  qurumun  mövcud 

olması ilə əsaslandırmışlar.  

       Amma  bu  tələb  yerli  kürd  əhali  tərəfindən  dəstəklənməmiş  və  SSRİ-nin 

repressiv  aparatı  “muxtariyyətçilər”  i  tez  bir  zamanda  susdurmuşdur

28

.  Qeyd  etmək 



lazımdır  ki,  1923-cü  ildə  Azərbaycan  SSR-in  Kirovun  başçılıq  etdiyi  Mərkəzi 

İcraiyyə  Komitəsinin  Rəyasət  Heyətinin  fərmanı  ilə  mərkəzi  Laçın  qəsəbəsi  olan, 

özündə  Qaraqışlaq,  Kəlbəcər,  Qubadlı,  Qoturlu,  Kürd  Hacılı  və  Muradxanlı 

dairələrini  birləşdirən  Kürdüstan  uyezdi  yaradılmış,  1929-cu  ildə  inzibati-ərazi 

bölgüsünün dairə sisteminə keçidi ilə əlaqədar ləğv edilərək 1930-cu il mayın 25-dən 

avqustun  8-dək  Kürdüstan  dairəsi  kimi  mövcud  olmuşdur.  “Muxtariyyətçilər”in 

iddialarına baxmayaraq, bu qurum heç vaxt muxtariyyət statusu daşımamışdır. Keçən 

əsrin  80-ci  illərinin  sonunda  Moskvada  “Yakbun”  (“Birlik”)  Kürd  Assosiasiyası 

yaradıldı  və  erməni  millətçiləri  bu  qurumla  əlaqələr  yaradaraq,  kürdlərdən 

                                                

27

 

Nurlan Qələndərov “Separatizm neqativ geopolitik faktor kimi” 



28

 İlham ismayıl  “Açıq separatizmin məxfi tərəfləri” 24.12.2010

 


23 

 

Azərbaycana  qarşı  yürütdükləri  eksponsionist  siyasətdə  istifadə  etməyə  cəhd 



göstərdilər

29

.  



         Belə ki, erməni emissarları və Ermənistanda yaşayan yezidi kürd ziyalılarının 

təhriki  ilə Moskvada “Yakbun”un  üzvləri  “Qırmızı  Kürdüstan bərpa olunsun!” şüarı 

ilə piketlər keçirmişlər. 1992-ci ildə Laçın rayonu işğal olunduqdan sonra Ermənistan 

xüsusi  xidmət  orqanları  Qazaxıstanda  və  Rusiyanın  Krasnodar  diyarında 

məskunlaşmış  kürdlər  arasında  Azərbaycanın  işğal  olunmuş  ərazisində  “Kürdüstan 

dövləti”  yaradılması  ideyasını  təbliğ  etməyə  başladılar.  Bu  işdə  ermənilər  əslən 

Ermənistandan  olan,  uzun  müddət  Azərbaycan  SSR-in  milis  orqanlarında  xidmət 

etmiş milliyyətcə kürd Vəkil Mustafayevdən fəal istifadə etdilər. Belə ki, 1992-ci ilin 

may ayında Azərbaycandan Ermənistana qaçan V. Mustafayev həmin il iyunun 17-də 

Laçında  peyda  olaraq  bir  qrup  yezidi  kürdlə  birlikdə  işğal  olunmuş  rayonun 

ərazisində  “Kürdüstan  dövləti”nin  yaradılmasını  elan  etdi.  Ermənilər  Laçın 

rayonunda  bufer  dövlət  yaratmaq  və  onu  sığortalamaq  məqsədilə  guya  yaradılmış 

“Kürdüstan”a  postsovet  məkanında  yaşayan  kürdlərin  köçürülməsi  prosesini 

başlatmaq  niyyətində  idilər.  Lakin  Azərbaycanın  Milli  Təhlükəsizlik  Nazirliyi  və  o 

zaman Prezidentin milli məsələlər üzrə müşaviri Hidayət Orucovun ümumi səyləri ilə 

görülmüş  preventiv  tədbirlər  nəticəsində  ermənilərin  bu  planı  iflasa  uğradı.  1992-ci 

ildə  Türkiyə  ilə  sərhədlərin  açılmasından  sonra  PKK  SSRİ  məkanında,  o  cümlədən 

Azərbaycanda  yaşayan  kürdləri  öz  ətrafında  birləşdirmək  istiqamətində  fəaliyyətini 

gücləndirdi. Bunun üçün PKK kürdlərin sıx yaşadığı bölgələrə emissarlar göndərir və 

onlar burada partiyanın təmsilçiləri (məsulu) kimi fəaliyyət göstərirlər

30

.  


        PKK  məsulunun  əsas  vəzifəsi  yerli  kürdləri  təşkilatlandırmaq,  gənclər 

arasından  partiyanın  partizan  dəstələrində  döyüşmək  üçün  namizədlər  seçmək, 

milliyyətcə  kürd  türkiyəli  iş  adamlarından  xərac  toplayaraq  PKK-nın  MDB  üzrə 

mərkəzi  qərargahı  kimi  Moskvada  fəaliyyət  göstərən  “Kürd  evi”nə  göndərməkdir. 

                                                

29

 



Nurlan Qələndərov “Separatizm neqativ geopolitik faktor kimi” 

30

 



Samin Həsənov “Separatizm və dini amillər”,  Dirçəliş – XXI əsr – 2008, Bakı 

 



24 

 

Eyni  zamanda,  PKK  məsulları  milliyyətcə  kürd  türkiyəli  tələbələr  arasında  da  fəal 



təbliğat  və  təşkilati  iş  aparır,  Türkiyəyə  qayıtdıqdan  sonra  onlardan  istifadə  etmək 

məqsədilə partiyaya ya üzv, ya da “yurdsevər” statusunda qoşulmalarına nail olmağa 

cəhd  göstərirlər.  Hazırda  ölkəmizin  ərazisində  kürd  separatçılığı  ictimai-siyasi 

həyatın gündəmində deyil. Belə ki, PKK-nın lideri Abdulla Öcalanın “Nə Qırmızı, nə 

də Sarı Kürdüstan var, yalnız bizim uğrunda mübarizə apardığımız Vahid Kürdüstan 

var”  açıqlaması  Azərbaycan  ərazisində  Kürdüstan  dövləti  qurmaq  istiqamətində 

pozucu fəaliyyətin xeyli səngiməsinə səbəb oldu.  

   Avar  separatçılığı  -  Avarlar  sayca  ləzgilərdən  sonra  Azərbaycanda  yaşayan 

dağıstan  dilli  ikinci  xalqdır.  1999-cu  ildə  keçirilmiş  siyahıya  alma  zamanı  avarların 

sayının 50 mindən artıq olduğu göstərilmişdir. Avarlar ölkəmizin şimalında, Zaqatala 

və  Balakən  rayonlarında  kompakt  şəkildə  məskunlaşmışlar.  Tarixi  qaynaqlarda 

avarların  müasir  Azərbaycan  ərazisinə  nə  vaxt  gəldikləri  haqqında  dəqiq  məlumat 

yoxdur.  Lakin  artıq  XVI  əsrdə  avarların  bu  bölgələrdə  azad  camaatlıqlar  şəklində 

yaşamalarına  dair  tarixi  sənədlər  mövcuddur.  Balakən  və  xüsusən  Zaqatala 

rayonlarında  bir  çox  xalqların  nümayəndələrinin  yaşamasına  baxmayaraq,  burada 

tarix  boyu  etnik  zəmində  hər  hansı  bir  münaqişənin  baş  verməsi  qeydə 

alınmamışdır

31



  Avarlar  Azərbaycan  cəmiyyətinə  o  dərəcə  inteqrasiya  olunublar  ki,  böyük 

şəhərlərdə  yaşayan  avarları  azəri  türklərindən  seçmək  belə  çətindir.  Azərbaycanda 

avar  separatçılığı  yalnız  keçən  əsrin  90-cı  illərində  özünü  büruzə  verməyə 

başlamışdır  və  bu  hərəkat  özündə  separatçılıqdan  daha  çox  millətçilik  elementlərini 

daşıyırdı.  Ölkəmizdə  avar  millətçiliyinin  baş  qaldırmasında  Dağıstanda  avar 

hərəkatının vüsət alması da əsas rollardan birini oynamışdı. Lakin həmin dövrdə yerli 

avarlardan  yaradılan  yaraqlı  dəstələri  bölgənin  Azərbaycanın  tərkibindən  çıxmasını 

deyil,  avarların  yerli  dövlət  orqanlarında  və  biznes  sahəsində  daha  çox  təmsil 

olunması  tələbini  irəli  sürürdülər.  Ümummilli  lider  Heydər  Əliyevin  hakimiyyətə 

gəlməsi  və  ölkədə,  o  cümlədən  şimal  bölgələrində  vəziyyətin  sabitləşməsi  avar 

                                                

31

 İlham ismayıl  “Açıq separatizmin məxfi tərəfləri” 24.12.2010 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə