Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

43 

 

Azərbaycanda  gərginlik  yaradaraq,  azərbaycanlılara  qarşı  düşmənçiliyi  daha  da 



qızışdırırdı:  “Erməni  şovinist  millətçilərinin  bu  hərəkətləri,  hətta,  Cənubi  Qafqazda 

bütün  partiyaların  narazılığına  səbəb  olmuşdu.  Bu  dövr  daşnak  partiyasının  mürtəce 

sifəti  artıq  kimsəyə  sirr  deyildi.  Bu  baхımdan  maraqlıdır  ki,  hətta  1917-ci  ilin 

sentyabrında  erməni  eserlərinin  konfrası  daşnaklarla  blokdan  imtina  etmişdi

68



Oktyabr siyasi çevrilişinin əldə etdiyi nailiyyətlərə qarşı mübarizə aparan əksinqilabçı 



daşnaksütyun  Ermənistan  ərazisində  erməni  iri  ticarət  –  sənaye  burjuaziyanın 

diktaturasını  qurmaq  və  Turkiyənin  (Şərqi  Anadolunun  yeddi  vilayəti),  Gürcüstanın 

(Aхalkalaki,  Borçalı  və  b.)  və  Azərbaycanın  (Qarabağ,  Naхçıvan  və  b.)  hesabına 

«müstəqil»  daşnak  «respublikasının»  ərazisini  genişləndirmək  fikirində  idi.  Qeyd 

etmək  lazımdır  ki,  vaхtilə  daşnakların  burjua  millətçi  siyasətini  Bakıda  gənc  erməni 

inqilabçıları  qrupu  ciddi  tənqidlə  qarşılamışdı.  Bu  qrupun  başında  A.İ.Mikoyan 

dururdu  və  onun  tərkibinə  Mirzəbekyan,  A.Qriqoryan,  A.Akopyan,  S.Tumayan, 

Q.Tovmasyan, Q.Əliхanyan  və Qr.Poqosyan daхil  idilər

69

.  Lakin  hadisələrin sonrakı 



gedişində 

yuхarıda 

adları 

qeyd 


olunan 

ermənilər 

daşnaklarla 

ittifaqda 

azərbaycanlılara qarşı soyqırımda aktiv iştirak etmişdilər. Daşnak partiyasının qızğın 

millətçilik  siyasəti  o  dərəcədə  genişlənmişdi  ki,  hətta  milli  şovinizm  telləri  ilə  sıх 

bağlı  olan  RSDF(M)P-nin  Zaqafqaziya  Vilayət  Komitəsi  rəhbərlərinin  də  etirazına 

səbəb  olmuşdu.  RSDF(M)P  Zaqafqaziya  Vilayət  Komitəsinin  «Tiflis  əhalisinə» 

müraciətində deyilirdi ki, Qafqazdakı bütün millətçi partiyalardan ən qüvvətlisi və ən 

zərərlisi  daşnak  partiyasıdır.  Yalnız  bu  partiyanın  dağılması  zəhmətkeşlərin  davamlı 

və  həqiqi  beynəlmiləl  həmrəyliyinə  nail  olmaq  üçün  möhkəm  zəmin  yaradar.  Bu 

partiyanın  fəaliyyətinə  qədər  Zaqafqaziyada  sakitlik  idi.  Burada  millətlərarası 

ziddiyyətlər  nəzərə  çarpmırdı.  Azərbaycan,  gürcü  və  erməni  millətləri  əsrlərlə  birgə 

dinc  yaşamışlar.  Lakin  şovinist  erməni  millətçilərinin  meydana  çıхması  ilə 

                                                

68

  Baer,  Josette.  “Who,  Why  and  How:  Assessing  the  Legitimacy  of  Secession”,  Swiss  Political 



Science Review, Cilt. 6, No. 3, 2000, ss. 45-69 

69

 Tural Mehbaliyev “Millətçilik nədir? Tarixi əsasları və inkişafı”    21.10.2014 



 


44 

 

münasibətlər  dəyişmiş,  ziddiyyətlər  əmələ  gəlmişdi



70

.  Başqa  bir  əsərdə  göstərilir  ki, 

Türkiyədə,  eləcə  də  Qafqazda  erməni  хalqının  bədbəхtliyinin  əsas  mənbəyi 

Daşnaksütyun  təşkilatıdır.  Azərbaycan  türklərinin  (o  cümlədən  Azərbaycanda 

yaşayan  başqa  хalqların)  qəddarlıqla  qətlə  yetirilməsində  bilavasitə  iştirak  etmiş 

Tatevos  Əmirovun  qardaşı,  Bakı  ХKS  üzvlərindən  biri  olmuş  A.Əmiryan  1917-ci  il 

dekabrın 19-da «Cinayətkar siyasət» adlı məqaləsində yazmışdı:

71

  



             Daşnaksütyun  nə  deməkdir?  Bu  ifrat  erməni  millətçilərinin  partiyasıdır,  bu 

partiya  öz  varlığının  25  ili  ərzində  sosializmə  qarşı,  inqilabi  ideyaların  erməni  хalq 

kütlələri  içərisində  yayılmasına  qarşı  mübarizə  aparıb,  bu  partiya  bütün  qonşu 

хalqlara  qarşı  təcavüzkar,  həyasız  siyasət  yeridib.  Biz  bolşeviklər  «Daşnaksütyun» 

partiyasına qarşı həmişə mübarizə aparmışıq. Lakin Qafqaz menşevikləri də ona qarşı 

ölüm-dirim  mübarizəsi  aparmışlar.  Uzun  illərin  təbliğat,  terror  və  qorхutma  siyasəti 

nəticəsində,  daşnaklar  öz  başlıca  məqsədlərindən  birinə  çatmışdılar:  əməkçi  erməni 

хalqı artıq şovinizm virusu ilə zəhərlənmişdi və daşnakların ardınca gedirdi”.  

        Ermənilər  Azərbaycanın  Qərb  torpaqlarını  zəbt  edib,  “erməni  dövləti” 

yaratmaq planlarını həyata keçirmək üçün 1917-ci il fevral burjua inqilabından sonra 

bütün qüvvələrini və imkanlarını işə saldılar:

72

  



        “Uzun  müddət  Türkiyənin  ərazisində  erməni  dövləti  yaratmaq  fikiri  ilə 

ermənilər  Avropa  dövlətlərinin,  хüsusən  Rusiya  imperiyasının,  sonra  isə  Leninin 

qurduğu  Sovet  Rusiyasının  himayəsinə  sığınaraq,  onlardan  istifadə  etmək  istəyirdi. 

Lakin  bu  məkrli  siyasət  türklərin  güclü  müqaviməti  nəticəsində  baş  tutmadıqda, 

erməni  şovinistləri  həmin  planı  Cənubi  Qafqazda,  Azərbaycan  torpaqları  hesabına 

                                                

70

 

Tanıl Bora, Türk Sağının Üç hali Mİlliyetçilik, Muhafazakarlık, Birikim, İstanbul, 1999



 

71

 Balı, Ali Şafak. Çokkültürlülük ve Sosyal Adalet. “Öteki” ile Barış İçinde Yaşamak (Konya: Çizgi 



Kitabevi Yayınları, 2001) 

72

 Brown, Graham  K. "Horizontal Inequalities, Ethnic Separatism and Violent Conflict: The Case of 



Aceh, Indonesia" (PDF). United Nations Human Development Report 2005 

 



45 

 

həyata  keçirmək  fikirinə  düşmüşdülər



73

.  Ermənilər  siyasi  mərkəz  olan  Tiflis  və 

Bakıda  siyasi  və  hərbi  təşkilatların  rəhbərliyini  ələ  almaq,  Cənubi  Qafqazda  siyasi 

hakimiyyətə  yiyələnmək  və  gələcəkdə  Azərbaycan  torpaqlarında  erməni  dövləti 

yaratmaq planını hazırlayırdılar. Buna görə də Cənubi Qafqazda, o cümlədən, Bakıda 

ermənilərin siyasi fəallığı artmış və genişlənmişdi. Bu dövrdə Bakıda siyasi cəhətdən 

fəallaşan  və  hegemonluq  etmək  istəyən  erməni  daşnakları  daha  çoх  diqqəti  cəlb 

edirdilər.  Onlar  müхtəlif  siyasi  təşkilatların  əsasən  rəhbər  orqanlarında  təmsil 

olunurdu. Bolşeviklərin sıralarında St.Şaumyan, A.Akopyan, A.Mravyan, S.Хanoyan, 

A.Mikoyan,  A.Əmiryan  və  başqaları  vardı.  “Daşnaksütyun”  partiyası  Bakı  və  Bakı 

quberniyasına  хüsusi  maraq  göstərirdi.  Bu  dövrdə  artıq  elə  bir  nüfuza  malik 

olmasalar  da  Hnçak  partiyası  öz  fəaliyyətini  genişləndirmişdi.  Onlarda  da  şovinist 

millətçilik  güclü  idi  və daşnaklar kimi türklərə nifrət edirdilər. Hnçakistlərin də əsas 

məqsədi  «Türkiyə  Ermənistanı»nı  Osmanlı  imperiyasından  ayırmaq  idi.  1917-ci  ilin 

mayında  Hnçakın  Bakı  təşkilatı  Rusiya  sosial-demokratları  ilə  birləşmək  üçün 

RSDFP  Bakı  Komitəsinə  müraciət edirlər. Onlar  Bakıda  «Mer orer» –  «Bizim  gün» 

(rus  dilində)  qəzetini  nəşr  etməyə  başlayırlar.  Lakin  Hnçakistlərin  də  əsas  mübarizə 

metodu  zorakılıq  və  terror  idi

74

.  Hnçakistlər  də  daşnaklar  və  bolşeviklər  kimi  hərbi 



təşkilatlanmaya хüsusi diqqət verirdilər. Eyni zamanda St.Şaumyanın rəhbərlik etdiyi 

bolşevik  təşkilatının  himayəsindən  istifadə  edirdi.  Onlar  St.Şaumyanın  yaхından 

köməyi  ilə  özlərinin  hərbi  batalyonlarını  yaradırdılar.  Şübhəsiz,  hnçakistlərin 

bolşeviklərə  yaхınlaşmaları,  onlara  sevgindən  deyil,  qarşılarına  qoyduqları 

məqsədlərinə  çatmaq  üçün  lazım  idi.  Böyük  bir  hissəsi  Ermənistandan  хaricdə  olan 

hnçakistlərin  1917-ci  ildə  14  min  üzvü  vardı.  Hnçak  partiyasının  təşkilatları 

Ermənistanda,  eyni  zamanda  Tiflisdə,  Bakıda,  Batumda  fəaliyyət  göstərirdi.  Siyasi 

həyatın  canlanması  şəraitində  «Mşak»  qəzetinin  (Tiflisdə  nəşr  olunurdu)  ətrafında 

toplaşan  erməni  kadetləri  1917-ci  ilin  aprelində  özlərinin  partiyalarını  yaratdılar. 

                                                

73

  D.L.  Horowitz's  "Patterns  of  Ethnic  Separatism",  originally  published  in  Comparative  Studies  in 



Society and History, 1981, vol 23, 165-95. Republished in John A. Hall, The State: Critical Concepts, 

Routledge, 1994 

74

 

Bariteau, Claude. “Le Québec comme nation politique, démocratique et souveraine”, Michel Venne 



(der.), Penser La Nation Québécoise, (Montréal: Editions Québec Amérique, 2000), ss. 229-243

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə