Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   2   3   4   5   6   7   8   9   ...   24

 

      İrqçi -  faşist  düşüncənin qaynağı şoven duyğularda  yatar. Şovinizm çox  vaxt  



irqçi  görüşlərlə    eynilik  təşkil  edir.  Bu  istiqamətləri  ilə  təcavüzkar  və  mürtəce 

xüsusiyyətlər  daşıyır.  Bu  yolla  "yurdunu,  vətənini  sevmə"  bəhanəsiylə  imperialist 

döyüşlər haqlı göstərilə bilər. Necə ki Birinci və İkinci Dünya Döyüşlərində kütlələri 

döyüşə  sürmək  üçün  istifadə  edilən  şovinizm  ən  həddindən  artıq  formasını  Hitler 

Almaniyası  və  Mussolini  İtalyasının  faşizminin  ideologiyasını  və  siyasətində 

tapmışdır. 



             Dissertasiya  işinin  üçüncü  fəsli    “Separatizm  və  şovinist  millətçiliyin 

beynəlxalq  münasibətlərə  təsiri”  adlanır.  Dissertasiya  işinin  bu  fəslində  Müasir 

dünyada separatizm və beynəlxalq münasibətlər və Şovinist  millətçilik nədir,  müasir 

dünyada şovinist millətçiliyin özünü göstərməsi haqqında qeyd olunub. 

  Dünyada  180-dən  çox  dövlət  var,  onlardan  yalnız  20-si  etnik-monoton 

ölkədir,  yəni  başqa  millətlərin  sayı  bu  ölkələrdə  5%-dən  aşağıdır.  Dövlətlərin  40 

faizində isə ən azı 5 azsaylı xalq yaşayır. Nəzərə alsaq ki, planetdə 8 min xalq yaşayır 

və nəzəri baxımdan onların hər biri müstəqilliyinə can ata bilər, onda dünyanın böyük 

qisminin  millətlərarası  savaş  meydanına  çevrilməsini  təsəvvür  etmək  çətin  olmaz. 

Hətta  sakit  Qərbi  Avropada  belə  separatizmin  dərin  kökləri  mövcuddur.  Böyük 

Britaniyada  irlandlar  və  şotlandlar,  İspaniyada  basklar  Fransada  korsikalılar  və 

başqalarının separatçı mübarizəsi 10 illərdir davam edir. 

 Avropa  Birliklərinin  yaradılması  digər  məqsədlərlə  yanaşı,  həm  də 

milliyyətçiliklə  mübarizə  aparmaq  və  post-milli  cəmiyyətlər  qurmaq  kimi  hədəflərə 

xidmət  edirdi.  Bununla  belə,  Avropa  liderləri  regional 

və  sub-dövlət 

milliyyətçiliyinin  potensialını  düzgün  hesablaya  bilmədilər.  Dövlətin  zəifləməsini 

şərtləndirən  Avropa  İttifaqı  sub-dövlət  elementlərinin  güclənməsi  ilə  nəticələndi. 

Artıq  bəzi  üzv  dövlətlərdə,  o  cümlədən  Belçika,  Böyük  Britaniya  və  İspaniyada 

parçalanma  ehtimalları  o  qədər  realdır  ki,  müzakirələr  atılacaq  növbəti  addımların 

üzərində qurulub. 

  Qısaca  milliyyətçilik  yox olmaq  istemiyən,  var olmaq və qalmaq, yüksəlmək 

və  ucalmaq  istəyən  millətlərin  imtina  edilməz  və  əsla  uzaqlaşdırıla  bilməyən 



 

ideologiyasıdır.  Milliyyət  hissi  ilə  milliyyətçilik  şüurunun  hər  nə  səbəb  və  surətlə 



olursa olsun bir millətə edilən ən böyük düşmənçilik və pislikdir. 

   Dissertasiya  işi  nəticə  ilə  tamamlanır.  Müasir  beynəlxalq  münasibətlər 

sistemi və dünya siyasətində mövcud olan dağıdıcı faktorlardan biri də separatizmdir. 

Separatizm  formasından  və  səviyyəsindən  asılı  olmayaraq,  beynəlxalq  təhlükəsizlik 

balansına  mənfi  təsir  edən  amillərdəndir.  Tarixin  müxtəlif  dönəmlərində  baş 

qaldırmış  separatist  meyillər  bəzən  kiçikmiqyaslı  -  məhəlli  müharibələrə,  bəzənsə 

millətlərarası ciddi qarşıdurmalara səbəb olmuşdur. Məsələn, tarixi  təcrübədir ki, bir 

sıra  imperiyalar  separatist  tendensiyalar  nəticəsində  parçalanmışdır.  Bundan  başqa, 

geniş  mənada  separatizm  faktiki  olaraq  bir  sıra  xalqların  tarixində  hərəkətverici 

(əslində, dağıdıcı) təsir qüvvəsi kimi çıxış etmişdir. Məsələn, bir sıra dövlətlər məhz 

separatizm  nəticəsində  yaranıblar.  Amma  separatist  hərəkətlənmələrin  fonunda 

yaranan dövlətlərin daim münaqişə və qarşıdurma içində olması da faktdır. Hər halda, 

XXI əsrdə separatist  meyillərə əsaslanan aktların ciddi qarşıdurma və qeyri-sabitliyə 

səbəb  olması  amilini  nəzərə  alsaq,  qeyd  edə  bilərik  ki,  bölücülük  dövlətlərin  ərazi 

bütövlüyü  və  suverenliyinə  qarşı  təhdid  olmaqla  yanaşı,  millətlərarası  ziddiyyət  və 

qarşıdurmaların da mənbəyini təşkil edir. 

 

 



 

 



 

 

 




 

I Fəsil. Separatizmin yaranması, müasir dünyada separatizmin beynəlxalq 



münasibətlərə təsiri 

 

1.1.  Separatizmin yaranması və yayılması 

 İlk  əvvəllər separasiya (lat. separatio-ayırma)  kimi  işlənən  bu  termindən  bərk 

maddələrin müxtəlif cinsli hissəciklərdən ibarət qarışıqlarını, emulsiyaları, habelə qaz 

və  ya  buxarda  bərk  və  maye  asılqanları  ayırma  prosesi  kimi  istifadə 

olunurdu. Separasiyadan faydalı  qazıntıların  zənginləşdirilməsində,  qaz  sənayesi, 

yeyinti (məsələn, qaymaq almaq, süd təmizləmək üçün) sənayesi və s. istifadə edilir. 

Separator  (lat.  separator-ayırıcı)  separasiya aparatı  mənasına  gəlir.  Separatorun 

müxtəlif  tiplərinin  iş prinsipi qarışıqdakı  komponentlərin  fiziki  xassələrinin 

müxtəlifliyinə əsaslanır. 

  Separatizm  (lat. separatisme - "ayrı"  deməkdir)  termini polietnik dövlətdə 

milli azlıqların ayrılaraq ayrı dövlət və ya milli dövlət muxtariyyəti yaratması səyləri 

mənasında  işlədilir.  Siyasi  arenada  daha  çox  işlədilən  bu  termin  dövlətdaxili  və 

dövlətlərarası  münaqişələrdə  özünü  aydın  göstərmişdir.  Beynəlxalq  siyasətdə  də  bu, 

bir  dövlətin  ərazisinin  digər  dövlət  tərəfindən  işğal  edilməsi  və  dövlət  ərazisinin 

parçalanması anlamına gəlir .

1

 



  Separatçılıq  –  polietnik  və  ya  federal  dövlətdə  yaşayan  hər  hansı  bir  etnik, 

yaxud  dini  qrupun  titul  xalq  və  dini  qrupla  bərabər  hüquqa  malik  dövlət  qurmaq 

istiqamətində  apardığı  siyasi  fəaliyyətdir.

2

  Müasir  separatizm  hər  bir  xalqın  mütləq 



qaydada  müəyyən ərazidə öz dövlətinə  malik olmasına əsaslanmış öz  müqəddəratını 

təyinetmə  kimi  yanlış  prinsipə  söykənir.  Əslində  isə  belə  bir  prinsip  nə  hüquq 

nəzəriyyəsində,  nə  beynəlxalq,  nə  də  milli  qanunvericilikdə  yoxdur.  Separatçılığın 

ideoloqları  təbliğ  etdikləri  hərəkata  xalqların  öz  müqəddəratını  təyin  etmək  hüququ 

ilə  haqq  qazandırırlar.  Demokratik  fəlsəfənin  bəhrəsi  olan  bu  haqq  hazırda  dünyada 

qəbul  olunmuş  azadlıq  və  bərabərlik  idealları  baxımından  mənəvi  cəhətdən  ilk 

                                                

1

 

İlham ismayıl  “Açıq separatizmin məxfi tərəfləri” 24.12.2010 

2

  Hall,  Raymond  L.  (1978). Black  Separatism  in  the  United  States.  Hanover,  New  Hampshire: 



University Press of New England. 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə