Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

52 

 

Millətini  sevən  kəslər  öz  içlərində  təşkilatlanaraq  millətini  və  millətini  təşkil  edən 



milliyyət  ünsürlərini  kifayət  qədər  güçləndirərsə,  bunlar  özbaşlarına  qorunmuş 

olurlar.  Qaldı  ki,  millətçilər  ilə  millətçi  təşkilatlar  da  millətləriylə  milliyyət 

ünsürlərini ayrıca müdafiə edəcək və qoruyacaqlar. 

Yüksəltmək  -  Çox  doğru  bir  söz  var;  "Yerində  sayan  geri  qalar"  ...  Elə  isə 

sevən  adam  millətini  və  milliyyət  ünsürlərini  qorumaq  məcburiyyətindədir,  amma, 

millətini  qorumaq  üçün  bu  yetməz,  millətini  və  milliyyət  ünsürlərini  sevirsə  və 

bunların  sonsuza  qədər  var  olmalarını  istəyirsə,  o  zaman  bunları  eyni  zamanda 

yüksəltmək və ucaltmaq məcburiyyətindədir. Əks halda "yerində sayan geri qalacağı 

üçün" uzun müddətdə  bunları sevmiş də qorumuş da olmaz. Ola bilməz.

89

 



Elə bu anda araya bir məlumat qeyd etməliyik. Bizim burada istifadə etdiyimiz 

"yüksəltmək"  və  "ucaltmaq"  anlayışlarının  qarşılığı  olaraq  Ölkəçi  hərəkatın  böyük 

mütəfəkkiri S. Əhməd Arvasi "maddi inkişaf" və "mənəvi inkişaf" ifadələri haqqında 

yazmış  və  bunları  bu  şəkildə  təsvir  etmişdir.  "Maddi  inkişaf"  ifadəsi  insandan  qeyri 

bütün  təbiət  gücləri  və  varlıqlarını  (dünyada  və  ya  kainatda  olsun),  elm  və 

texnologiyanın  köməyi  ilə  "insanın  xidmətinə"  vermək,  zərərlərini  aradan  yox 

etməkdir.  (Hal-hazırda  "maddi  inkişaf"  sənayeləşmə  deməkdir.  Sənayeləşməmiş 

ölkələrə  "geri  qalmış  cəmiyyətlər"  adı  verilməkdədir.)  İslam  bunu  mümkün  hesab 

edir

90

.  



 Həqiqətəndə    bir  millətin  təbiətdəki  pis  qüvvədən  doğulacaq  olan  bəlalardan 

özünü  qoruması,  onu  zəbt  və  idarə  etməsi  müsbət  elmsiz,  teknikasız  ola  bilməz. 

Bunun  kimi  tək  olsun,  zümrə  olsun,  böyük  kütlələr  halında  olsun  bu  günün 

insanlarını  idarə  etmək,  onları  dincliyə,  səadətə  çatdırmaq  müsbət  elmdən,  müsbət 

elm  metodundan  və  zehniyyətindən  xəbərsiz  olanların  başaracağı  şey  deyildir.   

Ucaltmaq  -  "Palçıq"  bir  dünyada  "palçıqdan  yaradılmış"  bir  məxluq  olduğumuz 

                                                

89

 



Mansbridge,  Jane;  Katherine  Flaster  (2005).  "Male  Chauvinist,  Feminist,  Sexist,  and  Sexual 

Harassment:  Different  Trajectories  in  Feminist  Linguistic  Innovation". American  Speech (Harvard 

University) 80 (3): 261

 

90



 

Potkay,  Charles  R.,  Matthew  R.  Merrens.  Sources  of  Male  Chauvinism  in  the  TAT.  Journal  of 

Personality Assessment, 39.5 (1975): 471-479. Web. 31 Jan 2012 



53 

 

şübhəsizdir. Lakin içimizdə bu "palçıq dünyanı" aşmaq, sonsuzluqlara çatmaq arzu və 



iradəsi, sönməz bir atəş halındadır. 

     Biz  "ucalmaq"  istəyirik,  "palçıq  dünya"  ətəyimize  asılmış,  bizi  aşağılara 

çəkməkdədir. Mövlana Cəlaləddin  Həzrətləri insanın  bu dramını  nə  gözəl  ifadə edir. 

Həm də bir misra ilə:

91

 

     "Başım, səninlə dərdə girdi palçıq dünya!". 



      İnsanın  "ucalma"  arzusu  və  iradəsi  onun  təbiəti  halındadır.  Çünki  Allah  ona 

"öz  ruhundan  bir  nəfəs"  əmanət  etmişdir.  Bunun  təbii  bir  nəticəsi  olaraq  insan  əsla 

"maddi  dırmanışlar"  və  "maddi  yüksəlmə"  ilə  təmin  olmamaqdadır.  Psixanalistlər 

obyektiv olaraq təsbit etmişlər ki, insanlar bir-birini əzərək, bir-birlərini tapdalayaraq, 

bir-birlərinin  çiyinlərinə  basaraq  -  Alfred  Adların  deyimi  ilə  -  "bir  pecking  sırası" 

meydana gətirərək xoşbəxt olmur və ucalmanın dadına vara bilmirlər. Əksinə beləcə 

üzləşən və didişən cəmiyyətlərdə  "ucalma" deyil "alçalma" söz mövzusudur.

92

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                



91

 

The  Columbia  Guide  to  Standard  American  English.  Retrieved 4  December 2008. Chauvinism is 



"fanatical, boastful, unreasoning patriotism" and by extension "prejudiced belief or unreasoning pride 

in  any  group  to  which  you  belong."  Lately,  though,  the  compounds male  chauvinism and male 

chauvinist have gained so much popularity that some users may no longer recall the patriotic and other 

more generalized meanings of the words.

 

92

 



Anderson, Benedict. Imagined Communities: Reflections on the Origins and Spread of Nationalism 

(London: Verso, 1991)

 



54 

 

III Fəsil. Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri 



3.1. Müasir dünyada separatizm və beynəlxalq münasibətlər 

  Tədqiqatçılar müasir dünyada 50 əsas separatizm ocağı olduğunu, 220 milyon 

əhalini  və  12,7  milyon  kvadratkilometr  ərazini  əhatə  etdiyini  bildirirlər.  Coğrafi 

tipinə  görə  Qərbi  Avropaya  8,  Şərqi  Avropaya  12,  Asiyaya  14,  Afrikaya  6, 

Amerikaya  4,  islam  tipinə  görə  isə  6  mərkəz  düşür.  Bunlardan  20-si  silahlı 

qarşıdurma  xarakteri  daşıyır.  Separatizm  əsasən  etnik  mənsubiyyətdən  qaynaqlanan 

bir hal olmaqla həm də etnik-dini zəmində özünü göstərir

93



Dünyada  180-dən  çox  dövlət  var,  onlardan  yalnız  20-si  etnik-monoton 

ölkədir,  yəni  başqa  millətlərin  sayı  bu  ölkələrdə  5%-dən  aşağıdır.  Dövlətlərin  40 

faizində  isə  ən  azı  5  azsaylı  xalq  yaşayır

94

.  Nəzərə  alsaq  ki,  planetdə  8  min  xalq 



yaşayır  və  nəzəri  baxımdan  onların  hər  biri  müstəqilliyinə  can  ata  bilər,  onda 

dünyanın böyük qisminin millətlərarası savaş meydanına çevrilməsini təsəvvür etmək 

çətin olmaz. Hətta sakit Qərbi Avropada belə separatizmin dərin kökləri mövcuddur. 

Böyük  Britaniyada  irlandlar  və  şotlandlar,  İspaniyada  basklar  Fransada  korsikalılar 

və başqalarının separatçı mübarizəsi 10 illərdir davam edir. 

SSRİ  və Yuqoslaviyanın dağılması  nəticəsində etnik konfliktlərin  yeni dalğası 

başlandı və bu gün də o ərazilərdə münaqişələrin bir qismi öz gərginliyini saxlayır

95



Etnik  konfliktlər  törətdiyi  nəticələrə  görə  çox  təhlükəlidir  və  bu  yalnız 

qarşıduran  tərəflər  üçün  deyil,  bütün  dünya  üzrə  təhlükəyə  çevrilə  bilər.  Yadımıza 

salaq  ki,  Birinci  Dünya  müharibəsi  də  serblərlə  Avstriya-Macarıstan  arasında  olan 

etnik konfliktdən başladı. 

                                                

93

 Spencer, Metta (1998). Separatism: Democracy and Disintegration. Rowman & Littlefield. pp. 2–4 



94

  Arendt,  Hannah  (October  1945).  "Imperialism,  Nationalism,  Chauvinism". The  Review  of 

Politics 7 (4): 457 

95

  D.L.  Horowitz's  "Patterns  of  Ethnic  Separatism",  originally  published  inComparative  Studies  in 



Society and History, 1981, vol 23, 165-95. Republished in John A. Hall, The State: Critical Concepts, 

Routledge, 1994 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə