Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   16   17   18   19   20   21   22   23   24

55 

 

 Avropa  Birliklərinin  yaradılması  digər  məqsədlərlə  yanaşı,  həm  də 



milliyyətçiliklə  mübarizə  aparmaq  və  post-milli  cəmiyyətlər  qurmaq  kimi  hədəflərə 

xidmət  edirdi.  Bununla  belə,  Avropa  liderləri  regional 

və  sub-dövlət 

milliyyətçiliyinin  potensialını  düzgün  hesablaya  bilmədilər.  Dövlətin  zəifləməsini 

şərtləndirən  Avropa  İttifaqı  sub-dövlət  elementlərinin  güclənməsi  ilə  nəticələndi. 

Artıq  bəzi  üzv  dövlətlərdə,  o  cümlədən  Belçika,  Böyük  Britaniya  və  İspaniyada 

parçalanma  ehtimalları  o  qədər  realdır  ki,  müzakirələr  atılacaq  növbəti  addımların 

üzərində qurulub

96



  Ən  real  parçalanma  ehtimalı  Şotlandiyaya  aiddir.  Bu  ilin  18  sentyabrında 



şotlandiyalılar  Böyük Britaniyanın tərkibində qalıb-qalmamaq istəklərini referendum 

vasitəsilə  ifadə  edəcəklər.  26  noyabr  2013-cü  il  tarixində  nəşr  olunmuş 

“Şotlandiyanın  gələcəyi”  adlı  ağ  kitabda  şotland  hökuməti  referendumdan  “hə” 

çıxacağı halda, 18 aylıq keçid dövrü təklif edir

97

. Bununla da əsl müstəqillik 24 mart 



2016-cı  ildən  başlayır.  Bu  müddət  ərzində  şotland  parlamenti  konstitusiyanın 

hazırlanması ilə məşğul ola, gələcək dövlətin institusional strukturunu hazırlaya bilər. 

Bundan əlavə, müstəqil Şotlandiya keçid dövrü ərzində Böyük Britaniya hökuməti ilə 

milli  borcun  bölüşdürülməsi,  britaniyalı  dövlət  qulluqçularının  taleyi,  Şotlandiya 

ərazisində  yerləşən  hərbi  bazaların,  xüsusilə  də  nüvə  silahlarının  gələcək  statusu 

haqda  razılığa  gəlməlidir

98

.  Eyni  anda  Avropa  institutları  və  digər  beynəlxalq 



institutlarla  davamlılıq  prinsipinin  qorunması  üçün  danışıqlar  aparılması  da  zəruri 

olacaqdır.  Təbii  ki,  şotland  hökuməti  Aİ-yə  üzvlük  məsələsində  Avropa  İttifaqı 

Müqaviləsinin  49-cu  deyil,  48-ci  maddəsinin  tətbiq  olunmasını  üstün  tutardı. 

Xatırladaq  ki,  49-cu  maddə  yeni  üzvlərin  qəbulu,  48-ci  maddə  isə  mövcud 

müqavilələrə  dəyişiklik  prosedurasını  müəyyən  edir.  Şotland  hökumətində  ümid 

edirlər  ki,  28  üzv  dövlət  Şotlandiyanın  Böyük  Britaniya  daxilində  40  illik  Aİ 

üzvlüyünü  nəzərə  alaraq  onu  hər  şeyi  yenidən  başlamağa  məcbur  etməzlər. 

                                                

96

 

Woods, Sherwyn M. (January 1976). 



"Some Dynamics of Male Chauvinism". 

Archives of General 

Psychiatry 33 (1)

 

97



  Dobratz,  Betty  A.;  Shanks-Meile,  Stephanie  L.  (Summer  2006). "Strategy  of  White 

Separatism". Journal of Political and Military Sociology. 

98

 Michael Korda, Male Chauvinism! How It Works. New York: Random House, 1973 




56 

 

Edinburqun  şərtlərinin  bəziləri  isə  əvvəlcədən  məlumdur:  Avroya  qoşulmamaq  və 



funt-sterlinqi  saxlamaq,  Şengen  zonasına  daxil  olmamaq  və  Böyük  Britaniyanın 

istisna müddəalarını saxlamaq

99



İspaniyada  isə  regional  Katalan  hökuməti  bu  ilin  noyabrında  müstəqillik 



referendumunun  keçirilməsinə  nail  olmaq  istəyir.  Plan  baş  tutsa,  seçicilərdən 

Kataloniyanı ştat, yoxsa  müstəqil dövlət kimi  görmək  istədikləri soruşulacaq. Ancaq 

ispan  hökuməti  bu  referendumun  konstitusiyaya  zidd  olduğunu  əsas  gətirərək  onun 

keçirilməsinə  icazə  vermir.  Hazırkı  İspaniya  konstitusiyasına  görə,  referendum 

Kataloniya  da  daxil  olmaqla,  İspaniyanın  17  muxtar  vilayəti  tərəfindən  deyil,  yalnız 

Madriddəki  milli  hökumət  tərəfindən  təşkil  oluna  bilər.  Bundan  əlavə,  İspaniya 

Konstitusiya Məhkəməsinin Basklar ölkəsinin referendum keçirmək hüququ ilə bağlı 

11  sentyabr  2008-ci  il  qərarı  regionların  referendum  keçirmək  səlahiyyətinin 

olmadığını  təsdiq  edir.  İspaniyanın  hər  iki  aparıcı  partiyası  -  baş  nazir  Mariano 

Raxoyun  Xalq  Partiyası  və  müxalifətdəki  Sosialist  Partiyası  referenduma  qarşı 

çıxacaqlarını  çoxdan  açıq  şəkildə  bildiriblər.  Belə  olan  halda,  milli  parlamentdə 

referenduma  qarşı  olanlar  mütləq  səs  çoxluğuna  malik  olurlar.  Aİ  və  hətta  NATO 

rəsmiləri  müstəqil  olacağı  təqdirdə,  avtomatik  olaraq  Kataloniyanın  üzvlükdən 

çıxarılacağını bəyan ediblər

100



    Böyük  Britaniya  və  İspaniya  ərazilərinin  iqtisadi  cəhətdən  çox  əhəmiyyətli 



parçalarını  itirə  bilərlər.  Şotlandiyanın  Böyük  Britaniyadan  ayrılacağı  təqdirdə, 

Birləşmiş  Krallıq  ərazisinin  üçdə  birini,  əhalisinin  isə  10  faizini  güzəştə  getməli 

olacaq

101


. Bundan əlavə, Şimal dənizinin neft-qaz ehtiyatları Şotlandiyanın ərazisində 

qalacaq. İspaniyanın 4-cü ən varlı əyaləti olan Kataloniya ölkə ərazisinin 6, əhalisinin 

isə 16 faizini təşkil edir. İspaniya iqtisadiyyatının 20 faizi məhz Kataloniyanın payına 

                                                

99

  Lloyd,  Cynthia  B.,  ed. Sex,  Discrimination,  and  the  Division  of  Labor.  New  York:  Columbia 



University Press, 1975 

100


  Mughal,  Muhammad  Aurang  Zeb.  2012. Spain.  Steven  L.  Denver  (ed.), Native  Peoples  of  the 

World: An Encyclopedia of Groups, Cultures, and Contemporary Issues, Vol. 3. Armonk, NY: M .E. 

Sharpe, pp. 674-675

 

101



 

Cabestan, Jean-Pierre; Pavković, Aleksandar, eds. (2013). Secessionism and Separatism in Europe 

and Asia: To have a state of one’s own. Routledge

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə