Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   16   17   18   19   20   21   22   23   24

57 

 

düşür. Müstəqilliyə can atan aktiv  qrupların olduğu digər region -  Basklar ölkəsi  isə 



İspaniya  ərazisinin  1,5,  əhalisinin  5  faizi  deməkdir.  Bununla  belə,  bu  əyalət 

İspaniyanın  ən  varlı  əyaləti  olmaqla  yanaşı,  Aİ-nin  də  ən  varlı  regionları 

arasındadır

102


.  Ancaq  bu  itkilər  İspaniya  və  Böyük  Britaniyanın  dövlət  əsaslarına 

zərbə  vurmaq  iqtidarında  deyil.  Bu  ölkələr  öz  ərazilərini  itirdikləri  halda,  əvvəlki 

statuslarını  qorumuş  olacaqlar.  Əsl  problem  Belçika  parçalanarsa  ortaya  çıxa  bilər. 

Bu  ilin  may  ayında  keçiriləcək  parlament  seçkilərində  Flandriya  əhalisi 

milliyyətçilərə  mütləq  çoxluqla  səs  versə,  Belçikanın  iki  və  daha  çox  hissəyə 

parçalanması  real  ola  bilər.  Bu  halda  hansı  hissənin  hansı  şəkildə  Aİ  üzvlüyünə 

qatılması  məsələsi  daha  mürəkkəb  olacaqdır.  Dövlətlərin  varislik  hüququnun 

detallarına  varmadan  belə  aydın  olur  ki,  Belçikanın  köhnə  statusuna  köklü 

dəyişikliklər  edilməsi  zərurətə  çevriləcəkdir.  Bu  ölkənin  parçalanmasının  necə 

mürəkkəb  məsələ  olduğunu  bilmək  üçün  onun  federal  quruluşuna  nəzər  salmaq 

kifayət edir. 

Təbii  ki,  Aİ-nin  Qərbi  Balkanlara  uzandığı  bir  vaxtda  qapılarını  Şotlandiya, 

Flandriya  və  Kataloniyaın  üzünə  bağlayacağı  ağlabatan  deyil

103


.  Böyük  ehtimalla 

Avropa  İttifaqı  Şurası  yaranacaq  yeni  dövlətlərin  üzvlüyü  ilə  bağlı  sadələşdirilmiş 

prosedura  təşkil  edəcək.  Bu  həm  siyasi  arenadakı  gərginliyi,  həm  də  Avropa 

institutlarının  iş  yükünü  yüngülləşdirmək  üçün  edilə  bilər.  Digər  obyektiv  səbəb 

üzvlük  qaydaları  ilə  bağlıdır.  1993-cü  ildə  qəbul  olunmuş  və  Kopenhagen  meyarları 

kimi  tanınan  3  uyğunluq  şərti  -  hüquqi  dövlət,  bazar  iqtisadiyyatı  və  bu  günədək 

qəbul  olunmuş  Aİ  qaydalarının  toplusunun  (acquis  communautaire)  tətbiqidir. 

Üçüncü  şərt  danışıqların  və  namizədliyin  müddəti  baxımından  çox  əhəmiyyətlidir. 

Həmin  qaydalar  toplusu  35  fəsildən  və  minlərlə  maddədən  ibarətdir.  Hər  bir 

maddənin  namizəd  ölkə  tərəfdən  tətbiq  olunması  müəyyən  vaxt  və  keçid  müddəti 

tələb  edir.  İspaniya  və  Böyük  Britaniyadan  ayrılan  hissələrin  bu  qaydaların  demək 

                                                

102

 Female Chauvinist Pigs: Women and the Rise of Raunch Culture, Ariel Levy, 2006 



103

 

Hall, Raymond L. (1978), Black Separatism in the United States, University Press of New England 



 


58 

 

olar  ki,  hamısını  öz  ərazilərində  tətbiq  etdiyini  düşünmək  olar.  Odur  ki,  yeni 



dövlətlərin bu mürəkkəb proseduradan yan keçəcəyi aydındır

104


O  ki  qaldı  valyuta  məsələsinə,  Aİ  üzvlüyü  avronun  milli  valyuta  kimi 

istifadəsinin sine  qua  non şərti  deyil.  Təbii  ki,  müstəqil  olacaqları  təqdirdə, 

Kataloniya  və  ya  Basklar  ölkəsi  Avro  institutlarına  üzvlük  üçün  müraciət  etməli 

olacaqlar,  lakin  bunun  uzun  bir  prosedura  olmadığı  bəllidir.  Andorra,  Çernoqoriya, 

Monako,  San-Marino  və  Vatikan  Aİ  üzvü  olmadan  milli  valyuta  kimi  avrodan 

istifadə edirlər. 

Dünyada  getdikcə  yayılan  separatizm  meyilləri  zaman  getdikcə  bütün 

ərazilərdə öz təsirini göstərməyə başlayırdı. Separatizm meyillərinin yayıldığı ərazilər 

siyahısına Cənubi Osetiyanı da aid etmək olar. 

  Cənubi  Osetiya  Cənubi  Qafqazda   yerləşən   BMT,  Avropa  İttifaqı,  ABŞ 

tərəfindən  və  eyni  zamanda,  beynəlxalq  razılaşmalara  əsasən,  Gürcüstanın  ərazisi 

kimi  tanınan  mübahisəli  bölgədir.  2008-ci  il   avqustun  26-da   Rusiya  Federasiyası, 

sentyabrın  3-də   Nikaraqua   2009-cu  il  sentyabrın  10-da  Venesuela  tərəfindən 

müstəqil dövlət kimi tanınır.  Cənubi Osetiya Rusiya, Nikaraqua və Venesuela istisna 

olmaqla  bütün  başqa  dünya  dövlətləri  tərəfindən  Gürcüstanın  əyaləti  kimi  tanınır. 

Paytaxtı Sxinvali şəhəridir

105


. Cənubi Osetiya  müstəqilliyini 1990-cı  ildən elan edib. 

Gürcüstan  hökuməti  isə  osetinlərin  müstəqillik  istəyinə  onların  muxtariyyət 

hüququnu  ləğv  etməklə  və  osetinlərin  yaşadıqları  əraziyə  ordu  yeritməklə  cavab 

verib.  Bu,  Cənubi  Osetiya  müharibəsinə  səbəb  oldu.  Müharibə  nəticəsində  Cənubi 

Osetiya de-fakto müstəqillik əldə etsə də, bu, heç bir dövlət tərəfindən tanınmırdı

106


  

    



2008-ci  ilin  avqustun  8-də  gürcü  qoşunları  öz  ərazi  bütövlüyünü  bərpa 

etmək üçün separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvali şəhərinə hücum etdi. Qısa 

müddət  ərzində  Sxinvali  şəhərini  ələ  keçirən  gürcü  ordusu  tezliklə  kapitulyasiya 

haqqında  müqavilənin  imzalanacağına  ümid  etdiyi  vaxt  Rusiya  tərəfi  Gürcüstanı 

                                                

104


 

Hall,  Raymond  L.  (1978). Black  Separatism  in  the  United  States.  Hanover,  New  Hampshire: 

University Press of New England

 

105



 

Arendt,  Hannah  (October  1945).  "Imperialism,  Nationalism,  Chauvinism". The  Review  of 

Politics 7 (4): 457 

106


 İlham ismayıl  “Açıq separatizmin məxfi tərəfləri” 24.12.2010

 


59 

 

işğalçılıqda  günahlandıraraq  Sxinvalini  tərk  etməsi  haqqında  ultimatum  göndərdi. 



Bunun ardınca Rusiya öz vətəndaşlarını qorumaq adı ilə Gürcüstana hücum edəcəyini 

bildirdi.  Gürcüstan  Rusiyanın  xəbərdarlıqlarına  məhəl  qoymayaraq  Sxinvalini  tərk 

etməyəcəyini  bəyan  etdi.  Nəticədə  elə  həmin  gün  rus  qoşunları  Şimali  və  Cənubi 

Osetiyanı  birləşdirən  Rogun  keçidi  vasitəsilə  öz  vətəndaşlarını  və  sərhəddə 

yerləşdirilən  rus  sülhməramlılarını  qorumaq  bəhanəsi  ilə  Cənubi  Osetiyaya  daxil 

oldu.  Tezliklə  Sxinvali  şəhərini  ələ  keçirən  rus  qoşunları  Gürcüstan  ərazisinin 

içərilərinə doğru irəlilədilər. İşğal zamanı Rusiya tərəfdən 150 tank və zirehli texnika 

iştirak etmiş, Gürcüstan ərazilərini bombalamaq üçün Pskov şəhərinin diviziyası cəlb 

edilmişdir.  Rus  -osetin  qoşunları  Sxinvaliyə  hücumu  davam  etdirərək  Gürcüstanın 

Qori şəhərini tutdular. Gürcüstanın paytaxtı olan Tbilisi şəhərinin 40 kilometrliyində 

olan Qori şəhəri çox strateji bir yerdə yerləşir. Qori şəhərinin tutulması ilə Gürcüstan 

faktiki olaraq iki hissəyə bölündü. Belə olduqda işğal altında olan Gürcüstanın şimal 

hissəsi  dövlətin  nəzarətindən  çıxdı.  Rusiyanın  dəniz  qüvvələri  də  işğalı  davam 

etdirərək Gürcüstanın Poti limanını və Kadori ərazilərini tutdu

107



 Beynəlxalq  aləm  Rusiyanı  işğalçılıqda  ittiham  edərək  bu  hərbi  əməliyyatları 



birmənalı  olaraq  pislədi  və  Qərbin  səyi  ilə  Rusiya  Prezidenti  12  avqust  2008-ci  ildə 

işğalı  dayandıraraq  danışıqlara  başlamağa  qərar  verdi.  Münaqişənin  həll  edilməsi 

üçün  Qərb  dövlətlərindən  Fransanın  Prezidenti  N.  Sarkozi  atəşkəs  müqaviləsinin 

imzalanmasını təklif etdi. Uzun diplomatik danışıqlardan sonra Gürcüstan Prezidenti 

Mixeil Saakaşvili 15 avqust 2008-ci ildə atəşkəs müqaviləsini imzaladı. 

ABŞ  və  Avropa Birliyi  bu  müharibədə Gürcüstanı dəstəklədiklərini bildirsələr 

də, faktiki olaraq ona lazımı yardımı göstərə bilmədilər

108


Bundan  sonra  hadisələrin  ağırlıq  mərkəzi  cənuba,  Rusiya  qüvvələrinin 

yerləşdiyi  Krım  yarmadasına  keçib.  Moskvanın  addımlarına  Kiyev  ölkədə  ümumi 

                                                

107

 Little, Malcolm (1964), The Ballot or the Bullet, April 4, 1964 



108

 

Moses,  Wilson  Jeremiah  (1988), The  Golden  Age  of  Black  Nationalism,  1850-1925,  Oxford: 



Oxford University Press

 

 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə