Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   16   17   18   19   20   21   22   23   24

60 

 

səfərbərlik  elan  etməklə  cavab  verib.Krımda  separatçılıq  üçün  zəmin  mövcuddur. 



Yarmadada 2.3 milyon əhali yaşayır, onların çoxu etnik rus və rusdilli əhalidir

109


Bölgə  2010-cu  il  prezident  seçkilərində  Viktor  Yanukoviçə  səs  verib.  Krım 

əhalaisinin  əksəriyyəti  Kiyevdə  çevrilişin  baş  verdiyini  düşünür.  Nəticədə  Krım 

parlamentində separatçılar Ukraynadan ayrılmaq məsələsini qaldırdılar. 

Son  200  il  ərzində  Krım  Rusiyanın  nəzarəti  altında  olub.  Lakin  1954-cü  ildə 

Moskva  vilayəti  Ukraynaya  hədiyyə  edib.  Etnik  ruslar  bu  addımın  "tarixi  səhv" 

olduğunu deyirlər . 

Lakin  Krım  tatarları  onların  bir  vaxtlar  Ukraynada  çoxluq  təşkil  etdiklərini 

diqqətə çəkirlər. Onlar adadan 1944-cü ildə nasist işğalçılarla əməkdaşlıq etdiklərinə 

görə Stalin tərəfindən deportasiya edilmişdilər

110



2001-ci  ilin  statitikasına  görə  Krımda  etnik  ukraynalılar  24%,  ruslar  58%, 



tatarlar  isə  12%  təşkil  edib.  1991-ci  ildə  SSRİ  dağılandan  sonra  tatarlar  Krıma 

qayıtmağa  başlayıblar.  Bu  etnik  ruslarla  krım  tatarları  arasında  gərginliyin  torpağa 

görə  artmasına  səbəb  olub.Qanunla  Krım  Ukraynanın  tərkib  hissəsidir.  Bu  statusu 

Rusiya  1994–cü  ildə  ABŞ,  Britaniya  və  Fransa  ilə  birgə  memorandum  imzalayaraq 

təsdiqləyib. 

Muxtar respublikanın seçilən parlamenti var. Prezident vəzifəsi isə 1995-ci ildə 

rusiyapərəst  separatçı  siyasətçi  böyük  üstünlüklə  qələbə  qazandıqdan  sonra  ləğv 

edilmişdi.  Rusiyanın  Sevastopol  üzərində  icarə  hüququ  2042-ci  ilədəkdir.  Rusiyanın 

Sevastopolda  hərbi  dəniz  bazası  var.  Orada  Rusiya  Qara  Dəniz  donanması 

mənzillənir.  İcarə  müqaviləsi  şərtlərinə  görə,  Rusiya  rəsmi  Kiyevi  qoşunlarının 

hərəkəti  barədə  xəbərdar  etməlidir.  Lakin  Moskva  yarımadaya  əlavə  qüvvə 

                                                

109

 

Arendt,  Hannah  (October  1945).  "Imperialism,  Nationalism,  Chauvinism". The  Review  of 



Politics 7 (4): 457

 

110



  Elxan  Şahinoğlu  “Ukraynanın  separatizm  üzərində  qələbə  çalmaqdan  başqa  alternativi  yoxdur”  

23.01.2015 

 



61 

 

gəndərərək  Krımı  nəzarətinə  alıb.  Moskva  bunu  etnik  rusların  təhlükəsizliyi  üçün 



etdiyini deyir

111


Krımda Rusiya pasportlarının paylanması xəbərləri verilib. Rusiyanın müdafiə 

qanunları  icazə  verir  ki,  xaricdə  “Rusiya  vətəndaşlarını  müdafiə  etmək  üçün  hərbi 

aksiyalara  icazə  verir.  Rusiya  Krıma  əlavə  qüvvə  yeridə  bilər

112

.  Vladimir  Putin 



Ukraynada  qoşun  yeridilməsinə  parlamentin  icazəsini  alıb.  Kiyevdəki  yeni 

hakimiyyəti  "faşist  höküməti"  sayan  Moskva  bundan  sonra  Ukraynanın  şəqindəki 

rusdilli  əhalini  müdafiə  etmək  məqəsədilə  bu  ölkəyə  qoşun  göndərə  bilər.  Qanlı 

hadisələri  istisna  etmək  çətindir.  Ukraynanın  qərbində  millətçilər  Moskvanın 

hərəkətlərindən qəzəblidirlər. 

Beynəlxalq  səviyyədə  də  müəyyən  tədbirlər  görülə  bilər  -  Qərb  Krımın  ələ 

keçirilməsini  kəskin  pisləyir.  Lakin  NATO  hərbi  tədbir  görüləcəyi  ehtimalını  istisna 

edib.  Buna  baxmayaraq,  NATO-nun  Mərkəzi  Avropadan  olan  üzvləri  qoşunların 

Polşa-Ukrayna  sərhədində  yerləşdirilməsini  tələb  edə  bilərlər.  Qərb  Rusiyaya  qarşı 

sanksiyalar  yeridə  bilər,  lakin  prezident  Putin  güman  edə  bilər  ki,  Gürcüstan 

müharibəsindən  sonra  olduğu  kimi  bu  dəfə  də  sanksiyalar  uzun  çəkməyəcək.  Krım 

uğrunda  dəfələrlə  müharibələr  baş  verib,  yarımada  əldən-ələ  lkeçib.  Belə 

müharibələrdən  biri  1853-1856  ildə  baş  verib  və  məhşur  "Sevastopolun  mühasirəsi" 

də o zaman olub. 

Həmin  dövrdə  dünya  imperiyaları  arasında  gedən  rəqabət  müharibəyə  səbəb 

olub.  Osmanlı  İmperiyasının  zəiflədiyi  dövrdə,  Britaniya  və  Fransa  Rusiyanın 

Balkanlara  iddiasından  narahat  olduqlarından,  rusları  geriyə  oturtmaq  üçün  Krıma 

qoşun göndəriblər. 4 il çəkən müharibə nəticəsində Rusiya məğlub olub

113



                                                



111

 

Бодрова Е. В. К вопросу о причинах роста национального сепаратизма на Северном Кавказе 



в годы Великой Отечественной войны // Знание. Понимание. Умение. — 2005. — № 2. — С. 23-

30 


112

 

Miller, Michelle Ann (2012). Autonomy and Armed Separatism in South and Southeast Asia



 

113


 Абдулатипов Р. Г. Этнополитология. СПб.: Питер, 2004. С. 249 


62 

 

Moskva  suveren  dövlətin  ərazisini  zəbt  etdi;  Dünya  güclərinin  etirazına 



baxmayaraq  yarımadada  avtomat  lülələri  altında  referendum  keçirildi;  tatarlar 

səsverməni  boykot  etdilər;  Qərb  Kremli  “sərt  cəzalar”la  hədələdi;  Rusiya  “Böyük 

səkkizlik”dən çıxarıldı. 

2014-cü  il  martın  16-da  Krım  və  Sevastopolun  dövlət  mənsubiyyəti  barədə 

referendum  keçirildi.  Ukraynada  Yanukoviçin  devrilməsindən  sonra  genişlənən 

separatçılıq  dalğasında  Krım  Muxtar  Respublikasının  parlamenti  tərəfindən  təyin 

olunan referendum rəsmi Kiyev və Qərb tərəfindən öncədən qanunsuz elan edilmişdi. 

Ukrayna  hakimiyyəti  Krım  parlamentini  buraxmışdı.  Buna  baxmayaraq  Moskvadan 

dəstəklənən  Krım  separatçıları  yarımadanın  Rusiya  tərkibinə  daxil  olması  və  ya 

Ukrayna  tərkibində  daha  geniş  muxtariyyətə  sahib  olması  sualı  ilə,  faktiki,  avtomat 

lülələri  altında  səsvermə  təşkil  elədilər.  Referendumu  23  ölkədən  800-dən  artıq 

jurnalist və 180-dən çox müşahidəçi izləyib

114

. “Exit poll”un keçirilməsi üçün yeganə 



təşkilat  –  Respublika  Sosioloji  və  Siyasi  Araşdırmalar  İnstitutu  akkreditasiya  alıb. 

Referendumun yekun nəticəsi martın 17-də elan olundu. 

Qanunsuz  referendum  beynəlxalq  aləmdə  geniş  etirazla  qarşılanıb. 

“Ukranskaya pravda” qəzeti yazıb ki, Rusiyanın Krımla bağlı siyasətinə cavab olaraq 

“Böyük  yeddilik”  ölkələri  artıq  Rusiyanın  iştirakı  olmadan  növbəti  sammiti 

keçirməyə  hazırlaşırlar.  Bununla  da  “Böyük  səkkizlik”  formatının  ləğv  olunduğu, 

yenidən  “yeddilik”  formatına  qayıdış  ola  bilər

115


.  Ancaq  bildirilir  ki,  iyuna 

planlaşdırılan  görüşün  Britaniyada  keçirilməsini  təklif  olunsa  da,  qrupa  üzv  olan 

digər dövlətlər sammitin Londonda keçirilməsinin əleyhinə çıxıblar. 

Almaniya  hökuməti  isə  növbəti  dəfə  Rusiyanı  Ukrayna  ilə  bağlı  mövqeyini 

dəyişməyə  çağırıb.  Almaniyanın  xarici  işlər  naziri  Frank-Valter  Ştaynmayer  “Welt 

am  Sonntag”  qəzetinə  müsahibəsində  deyib  ki,  “əgər  Rusiya  son  anda  Ukrayna  ilə 

bağlı mövqeyini dəyişməsə, Avropa Birliyi martın 17-də müvafiq cavab verəcək”. 

                                                

114

 Конституція України | від 28.06.1996 № 254к/96-ВР (Сторінка 2 з 4)



 

115


 

Dr. Zbigniew Brzezinski - “RUSSIA AND UKRAINE” July 9, 2014

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə