Neft firtinasi


YAXIN ŞƏRQİN NEFT SAHƏLƏRİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

YAXIN ŞƏRQİN NEFT SAHƏLƏRİ
UĞRUNDA MÜCADİLƏ
 
 
Iraqdakı zəngin neft sahələri Trablusqərbi, Balkan yarımadası​nı atəş altına qoydu və insanlıq
tarixində qorxunc bir ləkə olacaq Ba​l​an qırğınını kinlə və hirslə körüklədi. Yalnız Balkan qırğının​da
yüz mindən çox türk öldürüldü. Bir neçə yüz min türk də yersiz yur​d​uz qaldı. Bütün bunlar neft üçün
edildi. Bəli...Yalnız neft üçün...
Bütün bu hadisələr qarşısında sarsılmış vəziyyətə düşən alman siyasətçiləri isə Orta Şərqdə
hakimiyyətlərini möhkəmlətmək məq​ədi ilə Aralıq dənizində yerləşdirəcəkləri donanma üçün hərbi
baza əldə etmək təşəbbüsündən əl çəkdi və Aralıq dənizini müvəqqəti olaraq qüdrətli ingilis
donanmasının ixtiyarına buraxdı.
İngilislər Balkan yarımadasında, Trablusqərbdə və Osmanlı İm​e​iyasının digər məntəqələrində
qızışdırdıqları ünsürlərlə ortalığı qana boyayarkən demək istəyirdilər ki, Orta-Şərqin nefti mütləq
ingilislərin malı olacaqdır.
Hadisələrin inkişafı göstərmişdir ki, ingilislər bu nöqtədə qə​rarlı idilər. Bu sahəyə, yəni Orta Şərqə
doğru yönələcək hər bir təh​lükəni bitərəfləşdirməyə çalışmışlar. İngilislərin bu nöqteyi-nəzərini daha
ətraflı anlaya bilmək üçün bir az geriyə, 1908-ci ilə dönməyə məcburuq.
İngiltərənin İcmalar Palatasında 1908-ci ilin büdcəsi müzakirə edilməkdədir. Müzakirələr sırasında
Hindistan büdcəsi müzakirə olunarkən söz alan lord Kerzon, aşağdakıları söyləmişdir:
“1857-ci ildə Hindistan, istər dəniz, istərsə də tor​paq tə​rəfdən Avropa dövlətlərinin əhalisindən
tamamilə təcrid olun​muşdur. O tarixdə, hələ şərqə və cənuba doğru hərəkətə baş​lamamış Rusiyanın ən
uzaq sərhədi ilə Hindistan sərhədi ara​sında yüzlərcə mil məsafə var idi. O tarixdə, İranın şimal sər​-
hədinə hələ enməmiş olan Rusiya Hindistandan İran-Əf​qa​nıs​tan-Pamir dağları və Çin ətəkləri ilə
ayrılırdı. 1857-ci ildə Fran​sa hələ Hindi-Çinə yerləşməmiş, Almaniya da tam bir​ləş​miş dövlət
halında deyildi.
Bu gün isə, bütün Şimali İran, İranın paytaxtı və Bəsrə körfəzi Rusiya sərhədinə o qədər yaxındır ki,
Rusiya buraları bir neçə gün içində istila etməyə qadirdir. Əfqanıstan ilə bir​likdə hərəkət edən
Rusiya Mancuriyanı zəbt etdiyi kimi, Çin Türküstanını və Monqolustanı da əminliklə və sürətli bir
şəkil​də zəbt edəcəkdir.
Hindi-Çində böyük bir müstəmləkə təsis etmiş və sərhədlə​rini Böyük Britaniyaya qədər uzatmış olan
Fransa, indi, şimal​dan Çin ölkəsinin içəri tərəflərinə sızmağa çalışır və bunun üçün böyük bir dəyanət
və mətanət göstərir. İndiyə qədər Orta Şərqə yerləşməmiş olan Almaniya iqtisadi qayələrlə Əlcəzairə
(Mesopotamiya) və İraqa soxulmağa çalışırdı. Almani​ya çar-naçar siyasi nəticələr meydana gətirəcək
olan bu iqti​sa​di siya​sətində, ona yardımçı olmağımızı tələb edir.
İngiltərə, indiki halda şərqin ən böyük tacir millətidir. La​kin onun yarım əsr əvvəl malik olduğu
inhisar artıq mövcud de​yildir. Köhnə hakimiyyətini itirmiş olan İngiltərə ticarəti, keç​miş​dəki kimi
əcnəbi tacirin namuskarənə - rəqabəti ilə de​yil, bəl​kə hökumətlərin açıq və gizli təşviqləri ilə təhdid
edi​lir...”
Lord Kerzonun İngiltərə İcmalar Palatasında söylədiyi bu söz​lərdə çox böyük bir həqiqət var idi.
Əslində İngiltərə Orta Şərq​də artıq təkbaşına hərəkət sərbəstliyinə sahib deyildir. Almaniya, Fransa,


Rusiya və Amerika ona ciddi rəqiblər olaraq ortaya çıx​mış​dılar. Bu rəqabətin əsas mərkəzini də bu
sözlərin söyləndiyi tarixdə Orta Şərq neft sahələri təşkil edirdi.
Lord Kerzonun İngiltərə İcmalar Palatasında verdiyi bu bəya​natın üzərindən çox zaman keçmədən,
eynilə 1908-ci ildə, İngiltərə Uzaq Şərqdə həyata keçirdiyi siyasi bir gedişlə, az bir müddətə də olsa
Rusiyanı oyundankənar vəziyyətə salmışdır.
Bu siyasi manevr, 1904-1905-ci illər Rusiya-Yaponiya müha​ri​bə​sinə yol açdı. Rusiya bu müharibədə
məğlubiyyətə uğ​rayınca, İngil​tə​rə​nin düşmənlərindən birisi Orta Şərqdən müv​əq​qə​ti bir zaman üçün
də olsa uzaqlaşdırılmış oldu. Beləcə İngiltərə di​gər düşmənləri ilə Orta Şərqdə daha rahat mücadilə
imkanı əldə etdi.
Neft nələrə qadir deyil...Hər şey, bu pis qoxulu qara rəngli maye uğrunda baş verirdi. İngiltərə əlinə
keçirdiyi bu ən böyük güc qaynaqlarını gələcəkdə əldən çıxarmamaq üçün çox ciddi bir siyasət irəli
sürürdü. Əsasən İngiltərə İmperiyasının quruluşu da bu böyük siyasətə dayanırdı. İngiltərənin böyük
neftli əraziləri ələ keçirmək üçün yürütdüyü siyasət digər böyük dövlətlər tərəfindən həssaslıqla
təqib edilirdi. Hakimiyyət üçün çarpışan bu nəhəng​lər​dən xüsusilə, Almaniya İngiltərənin bu
siyasətini addım-addım tə​qib edirdi. XIX əsrin ən böyük iqtisadçılarından birisi olan alman Fridrix
List bu siyasəti belə izah edirdi:
“İngiltərə İmperiyasının böyük xam maddə qaynaqlarını ələ keçirmək siyasəti, Cəbəlüttariq, Malta,
Kirit və Kipr üzə​rin​dən keçib Süveyş və Qahirəni, oradan Şam və Bağdada qə​dər uzanacaq böyük
körpünün İngiltərə tərəfindən nə zaman inşa olunacağını hələ də yaşayan insanlardan heç biri bilməz.
Bununla belə burasını da söyləyə bilərik ki, dünya günün bi​rində bu möhtəşəm təsəvvürün önə
çıxarıldığını görəcəkdir. Dün​yanın o biri ucuna qədər uzanacaq bu ingilis kör​pü​sünün Avropa
tərəfindəki sütunları çoxdan bəri qurul​muş​dur. Bu sütunlar 1704-cü ildə əldə edilən Cəbəlüttariq və
1814-cü ildə işğal edilən Malta adasıdır. Bu körpünün Afrika​da​kı sütunları 1875 və 1881-ci illərdə
inşa edilmişdir ki, bun​lardan ilki Sü​veyş və ikincisi isə Qahirədir. Körpünün Asya qi​təsindəki isti​-
nadgahlarının Şam və Bağdadda təsisi düşünül​müş ola bilir. Ayrıca ingilis hakimiyyəti Skutura adası
üzərin​də 1831-ci ildə və Aden üzərində isə 1835-ci ildə təsis edilmiş​dir. İngiltərə Su​riya tərəfindən
Misiri hədələyən Osmanlı təh​lü​kəsinə qarşı bir sədd çəkmək üçün Turisina yarımadasındakı Akabe
qala​sını da hakimiyyəti altına almışdı. Cahanı müha​si​rə​yə alan bu bö​yük xəttin tam ortasında və İran
ilə Misir ara​sında bir mən​təqə vardır ki, hələ İngiltərənin hakimiyyəti al​tı​na düşmə​miş​dir. Bu
məntəqə Osmanlı hakimiyyəti altında olan Ərəbistan yarımadası, Suriya və İraqdan ibarətdir.”
Bu yazının yazıldığı tarixdə İngiltərə buralara hələ sahib olma​mışdır. Lakin, İrandakı neft sahələrinin
mütləq sahibi idi və bu neft sahəsinə uyğun olaraq bütün Ərəbistan yarımadasına şamil olan üsyanlar
silsiləsinin ilkini hərəkətə keçirmiş olurdu.
Hərəkətə keçən bu qorxunc çarxın arxasında isə, dünya neft hakimi ser Deterdinqin üzünü görməmək
müm​kün deyildir. Əs​lində bu üsyanların, ixtilafların və qətllərin davam etdiyi yerlər, dünyanın ən
böyük neft sahələri olması çox​dan bəri təsbit edil​mişdir. Həqiqə​tən də Os​manlı İmperiyası hüdudları
daxilindəki bu üsyan və ix​ti​laf​lar mən​tə​qələrin daha yaxın olmaq və zərbəni tam zamanında vura
bilmək üçün İngiltərə bütün qüvvələrini bu nöq​təyə yönəltdi. İngiltərə Ərəbistan yarımadasına
həmhüdud olan Misiri Orta Şərq siya​sə​tinin mərkəzi halına gətirdi. Misir, eyni zamanda ingilislərin
Ara​lıq dənizində olan Silahlı Qüvvələrinin Baş Komandanlığının qə​rar​gahı oldu. Bu məqsədlə 1911-
ci ilin avqust ayında, sonraları İngiltərə İmpe​ri​ya​sının müdafiə naziri ola​caq adam lord Kitchner
sələflərinin heç birisinin malik olmadıq​ları geniş səlahiyyətlərlə İngiltərə hökumə​ti​nin Misirdəki
fövqəla​də komissarlığına təyin edil​di. Bu təyinat ilə birlikdə, İngiltərənin Aralıq dənizindəki Si​lah​​lı



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə