Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə23/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

müdaxiləsi ingilisləri Fransanın Suriya üzərindəki haqlarını tanımağa məcbur etdi.
Neft beynəlmiləl siyasətdə daha bir dəfə öz rolunu oynamış və Orta Şərqdə iki dövləti dünya
xəritəsində yerləşdirmişdir.
Yuxarıda izah etdiyimiz və Kalust Gülbekyanın sayəsində in​gi​lislərin əlinə keçən Mosulun neft
sahələri üzərində qurulan “The Turkish Petroleum Company” çox da uzunömürlü olmamış və San
Remo müqaviləsi ilə ləğv edildikdən sonra yerinə “The İrak Petroleum Company” qurulmuşdur. Bu
razılaşmaya görə, yeni neft şirkətinin hissədarları və aldıqları hissələr belə təsdiq​lən​miş​dir:
 
Near East Developmen % 23,75 (ingilis)
Royyal Datç-Şell Qrup % 23,75 (ingilis-holland)
Anglo İranian % 23,75 (ingilis)
Companie Française % 23,75 (fransız)
Kalust Gülbekyan % 05.00
 
“The İrak Petroleum Company” təşəkkül etdiyi sıralarda Sevr anlaşmasının qərarlarını qəbul etməyən
türk milləti, Ana​do​luda çox şiddətli bir mübarizəyə başladı. Bu mübarizə bir millətin haqsızlığa qarşı
ayağa qalxması idi. Bu mübarizənin başında du​ranlar, o vaxtlar İraqın neft sahələri ilə məşğul ola
biləcək du​rumda deyildilər. Həqiqətən də, Deterdinq də bunu bilir və İraqın neft sahələrində rahatca
işini görürdü.
San Remo anlaşması ilə Orta Şərqdə ortaya çıxarılan iki döv​lətin sərhədləri təsdiq edilmişdir. Bu
baxımdan ingilislər üçün çəkiləcək hər hansı bir nöqtə qalmamışdır. Rahatca neftə sahib ola
bilərdilər. Vaxt itirmədən hazırlıqlara başlayan ingilislər, yeni İraq dövlətinin neft sahəsini 75 min
kvadrat kilometr olmaqla dörd bölgəyə ayırdılar. Bu aşağıdakı kimi idi:
A – Kərkük məntəqəsi: Qaradağdan şimal-qərbə qədər olan hissə ( cəmi 120 kilometr məsafə),
B – Fərat çayının qərbindən başlayaraq, Küveytə qədər uzanan sahə.
C – Bağdadın cənubundakı Dəclə ilə Fərat arasında yerləşən və Bəsrəyə qədər uzanan sahə,
D – Şimaldakı kibs təbəqələrindən meydana gələn qumluq sahə.
 


YUNAN ORDUSUNUN ANADOLUNU
İSTİLA ETMƏSİ
 
 
“The İrak Petroleum” bu sahələrdə neft axtararkən, siyasi reaksiyası çox böyük oldu.
Bütün dünya mətbuatı, əsrarəngiz və əfsanəvi sərvətinin mən​bələri bilinməyəcək qədər qaranlıq bir
adamdan bəhs etməyə baş​la​dılar. Bu qaranlıq işlər çevirən adam Türkiyədə Muğlada do​ğul​muş,
uşaqlıq dövrləri ilə ilk gənclik illərini məmləkətimizdə ke​çirmiş, sonra da taleyini xarici diyarlarda
aramış olan Zaxaryas Vasileos Zaxarovdu. Bu adam, dünyanı müharibəyə sövq edən neft
sahibkarlarının və silah istehsalçılarının ortağı idi. Həqiqətən də, o, neft sahibkarlarının ortağı idi
mi? Bu suala cavab vermək çox çətindir. Yalnız, bir şey aydın idi ki, o da Deterdinqin əm​rin​də idi.
Bu adam əfsanəvi sərvətini neft və silah satışından qazan​mışdı. Bu sərvəti ona qazandıranlar, onun
yüyənini heç bir vaxt boş buraxmamışlar və daima bir casus kimi istifadə etmiş​dilər. Beləcə bu səfər
də eyni adam təkrar ortaya çıxmışdı.
Dünya neftinə hakim olan “Royyal Datç-Şell Qrup”un rəhbəri Deterdinq Birinci Dünya müharibəsinin
sonunda Osmanlı İmperiyasının taleyini diplomatların öhdəsinə buraxsa da Orta Şərqdə özünü yenə
də narahat hiss edirdi. İngiltərə-İran Neft Şirkətinin işləri rusların və amerikalıların İranda
göstərdikləri fəaliyyətlər nəticəsində idi. Dünyanın gözünü bir başqa hadisəyə döndərməkdən başqa
çıxış və qurtuluş yolu olmadığını anlayan Deterdinq daima bu tip qaranlıq işlərdə istifadə etdiyi
Vasileos Zaxarovu İrandakı vəziyyəti düzəldəcək tədbirləri görmək üçün hərəkətə keçirdi. Deterdinq
eyni zamanda İngiltərənin baş naziri Lloyd Corcu bu iblisanə planına ortaq etdi. Bu plan onlar üçün
onsuz da sadə idi və əllərində bu işi gördürə biləcək bir adam var idi. Əsasən xəyalpərəst bir millət
olan yunanları bu adam vasitəsi ilə “Böyük Yunanıstan” layihəsini əldə rəhbər tutaraq silahsız bir
millət halında Anadoluda yaşayan türklərin üzərinə hücuma sövq edə bilərdi.
Tarix səhnəsinə çıxdığı 1821-ci ildən bu tərəfə “Böyük Yuna​nıstan” xülyası ilə yaşayan bu ərköyün
millətin baş naziri sabiq Osmanlı vətandaşı və Galatasaray Sultanı (Lisesi) məzunu olmuş Venizelos
qulaqlarına inanmadı. Venizelos Lloyd Corcun təklifi qarşısında özünü itirdi və İngiltərənin irəliyə
sürdüyü bu təklifə sonunu fikirləşmədən “Bəli” dedi.
İngiltərə yunanları Anadoluya sövq edərkən, ona maddi və mənəvi, yəni hər cür yardım göstərəcəyini
bildirdi. Ayrıca, Yu​na​nıs​tana Anadoluda başlayacağı istila hərəkəti üçün tələb olunan bütün hərbi
ləvazimatları da verəcəkdi. Venizelos vaxt itirmədən Af​inaya döndü və kral Konstantini bu böyük
xəyala inandırdı.
İngilislər Yunanıstanı “Anadolu məcarasına” sürükləyərkən iki nöqtəni hədəfinə çatdırmağı
qarşılarına məqsəd qoymuşdular: Orta Şərqdəki neft mənfəətlərinin belə bir siyasi və hərbi hərəkətlə
təhlükəsizliyini təmin etmək, hər gün bir az daha quduran və ağ​la​gəlməz baş ağrıdan Yunanıstanı, qolu
qanadı qırılmış bir quş ha​lı​na gətirmək.
Zavallı dünya, zavallı mədəni Avropa...
Neft, yenə də günahsız, şərəfli bir millətin torpaqlarını dağı​da​caq, yüzminlərlə insanı qətlə yetirəcək,
bir məmləkəti başdan-başa xaraba qoyacaqdır...Və mədəni (!) Avropa bütün bu dəhşət qar​şısında
qulaqları kar, gözləri kor, hadisələrə seyrici qalacaqdır.
Yunan ordusu, ingilislər tərəfindən verilən vəzifəni yerinə yetirdi. Anadoluda yüz minlərlə insanı


qətlə yetirdi və işğal etdiyi hər yeri dağıtdı, xaraba qoydu...Bu qorxunc hərəkət əlahəzrət İn​gil​tərə
İmperiyasının ser ünvanını mühafizə edən Vasileos Zaxa​ro​vun pulu və Deterdinqin nefti ilə edildi. Və
beləcə neft isteh​sal​çılarının törətdikləri Anadolu faciəsi Mədəni (!) Avropanın tari​xinə,
mədəniyyətinə miras olaraq daxil oldu.
Anadoludakı mübarizə çox şiddətli oldu. Türk milləti yed​di​sin​dən yetmişinə üsyana qalxdı və tarixin
“ərköyün uşağına” ta​rix boyunca yemədiyi, gələcəkdə də unutması əsla mümkün ol​ma​yan qorxunc bir
şapalaq vurdu. Yunanıstanın 300 minlik ordusu neft sahibkarlarının və “Mədəni Avropa”nın əlahəzrət
döv​lət​lə​ri​nin dəhşətdən açılmış gözləri önündə Anadolunun düzlərində məhv oldu...
Yunan ordusunun məhvinə baxmayaraq, Deterdinq, hədəfə çatmış, İngilis-İran Neft Şirkəti vəziyyətini
düzəltmiş, yunan or​du​su​nun beli qırılmış, Vasileos Zaxarovun milyonlarla sterlinqi ha​va​ya
sovrulmuşdur. Lakin, ingilislərin əsl qazancı Lozannada ol​muş​dur, yəni onların böyük bir inadla
əllərində tutmaq istədikləri və sahib olmaq üçün hər çarəyə baş vurduqları İraqın neft sahələri bu
sülh müqaviləsindən sonra əllərində qalmışdı. Osmanlı İmperi​ya​sı​nın torpaqları uğurundakı mübarizə
heç cürə bitmək bilmir və bu torpaqlar üzərindəki millətlərin arasındakı çəkişmə hər gün bir az daha
artırdı. Türklərlə bağlı olan bu çəkişmələrin və mübari​zələrin müxtəlif səhifələri vardır. Bu səhifələr
daha çox beynəlxalq kon​franslarda müzakirələrə çıxarılır və qərarlar qəbul edilirdi. Bu an​laş​malar
içində, xüsusilə, San Remo, Rapallo, Genuya və Lo​zan​na konfransları əhəmiyyətli bir yer tuturdu.
Lozanna konfran​sında cə​nub sərhədlərimiz havadan asılı vəziyyətdə qalmışdır. Sülh mü​qa​vi​ləsi
imzalansa da, cənub sərhədləri təsbit edilməmişdir. İn​gi​lislər Lozannada Türkiyəni təmsil edən
heyətin siyasətdəki təc​rübə​siz​li​yi və bacarıqsızlığı üzündən uğur qazanmışdılar. Türki​yənin cənub
sərhədləri Millətlər Cəmiyyətinin qərarından asılı idi. Bunun sə​bəbi nədir? Nə üçün bu yolla
gedilmişdir? O da aşkar​dır ki, in​gi​lislər İraqla olan müştərək sərhədlərimizin təsbitində nef​ti daima
gözlərinin önündə tutmuşlar və Lozanna sülh kon​fransı boyunca bəzən hədə, hətta bəzən daha irəli
gedərək türk heyətinə göz dağı vermək istəmişlər. İngiltərənin xarici işlər naziri və kürd siyasət​çi​lə​-
rinin önündə, cəbhədən yeni çıxmış, siyasətdə təcrübəsiz olan İsmət paşanın rəhbərlik etdiyi
nümayəndə heyəti güzəştə getmək məcburiyyətində qalmışdır.
Nəhayət, lord Kerzonun istədiyi olmuş və Türkiyənin cənub sər​hədlərinin təsbiti işi Millətlər
Cəmiyyətinin üç nəfərlik bir nü​mayəndə heyətinə həvalə edilmişdir. Türk heyəti tərəfindən Cavad
paşanın iştirak etdiyi bu heyətin uzun çalışmaları və müşahidələri ingilislərin İraq fövqəladə
komissarının haqsız təz​yiq​lərinə bax​mayaraq nəticəsiz qalmadı. Hazırlanmış hesabatın son hiss​ə​sin​də
yazılmış “Türk hö​ku​məti hüquqi haqlarından vaz keçmədikcə Mo​sul və ətraf torpaqları heç bir
dövlətə verilə bilməz” söz​lə​rinə baxmayaraq, Mosul sancağı nefti ilə birlikdə türk millətinin əlin​dən
çıxmış, türk dövlətinin sərhədləri xaricinə atılmışdır. Belə​liklə, Mosulda yaşa​yan türklər ana
vətənlərindən uzaq düş​müş​dülər.
Mosulun neft sahələ​ri​nin türk millətinin əlindən çıxmasında ən mühüm rolu oynayan sə​bəblərdən biri
də səltənətin ləğvindən və xanədanın türk dövləti sər​hədləri xaricinə sürgün olunmasından sonra,
xüsusi ilə bu xa​nə​dana aid olan Mosulun neft sahələrini tələb edəcək bir müəssisənin mövcud
olmaması idi. Səltənətin ləğ​vinə qərar verən və Ali Os​man xanədanını sərhəddən xaricə sürgün edən
hökumət, bu ailəni vətəndaşlıqdan çıxartmasaydı, şübhəsiz nəticə belə olmayacaqdır və Mosul nefti
məsələsi zamanın ixtiya​rına buraxıla bilərdi.
 
 
 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə