Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə16/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

Qüvvələrinin Ko​mandanlığının qərar​gahı da Qahirəyə köçü​rül​dü.
Xüsusilə Aralıq dənizi balansında mühüm bir rol oynayacaq olan bu qərargahın Qahirəyə
köçürülməsi də göstərir ki, İngiltərə, Anadolu və Orta Şərqdə Almaniya, Rusiya və Fransa ilə
girişdiyi iqtisadi, daha doğrusu neft mücadiləsində daha sürətli və daha cid​di hərəkət etməyə qərarlı
idi.
Lord Kitchner Misirdə hələ izləri silinməmiş olan və Sultan II Əbdülhəmid xanın Midillinin dörd
hərbi gəmi ilə işğalının mü​qabilində İskəndəriyyə üsyanından dərs almış və Misirdə yeni bir
siyasətin təməlini atmaq üçün hərəkətə keçmişdir. Bu siyasət İs​kən​dəriyyə üsyanında da müşahidə
edildiyi kimi, Sultan II Əb​dül​həmid xanın xilafət müəssisəsindən faydalanmasına mane olacaq olan
“Misir milliyətçiliyi” siyasəti idi. Yəni başqa bir sözlə desək “Böyük Misir” siyasəti.
Lord Kitchner 1908-ci il çevrilişini reallaşdıranların anla​ma​dıq​ları bir nöqtəni görmüşdür. Bu nöqtə
millətlərin millətçilik fikri idi.
Osmanlı İmperiyasında hürriyyət-qardaşlıq-ədalət-müsavat adı altında reallaşdırılan 1908-ci il
çevrilişi və qeyri-islami ünsürlər tə​rə​findən başlayan milli hərəkatlar Londonun istədiyi şəraitin ya​-
ran​masına imkan verdi. Əsasən London ser Bokstona Balkan ya​rım​adasında boş yerə vəzifə
verməmişdir. Onun Balkan yarımada​sın​da əldə etmək istədiyi şey, indi lord Kitchnerin sahib olduğu
sərbəstlik idi. Artıq İngiltərənin arzuladığı şərait meydana gəl​mişdir.
Lord Kitchner bu şəraitdən tam mənası ilə faydalana bildi. İngiltərəni Orta Şərq neft sahələrinə, yəni
Mosulun neft sahələrinə götürəcək olan yol Qahirədən keçirdi. Kitchner Misirdəki panis​la​mizm
hərəkatını ustaca bir təbliğatla pan-yegiptien hərəkatı halına gətirmişdir. Beləcə Misir ilə islam
xəlifəsi arasındakı münasibət həddindən artıq kəskinləşdi. Bu siyasəti ilə lord Kitcner Misir
millətçilərinin daxili istiqlal parolunu, Böyük Misir layihəsinə qur​ban verdirməyə müvəffəq oldu.
Beləliklə İngiltərə, Orta Şərqdə, yəni dünyanın ən böyük neft sahələrindən birində tam bir sərbəstli​yə
sahib oldu.
İngilislər Misiri Aralıq dənizində yerləşmiş silahlı qüvvələri​nin mərkəzi halına gətirərkən, Almaniya
Aralıq dənizi məsələsini artıq qəti olaraq həll etməyin vacibliyini duydu. Getdikcə qüvvət​lə​nən
donanması üçün Aralıq dənizində bir hərbi baza əldə etmək Almaniya üçün qaçılmaz bir zərurət
halına gəlmişdir. Lakin bu hərbi baza əldə edilincəyə qədər daha başqa ciddi tədbirlər görmək lazım
idi. Berlindəki alman siyasətçiləri, alman hökuməti Aralıq dənizində bir hərbi baza əldə etmək üçün
son qüvvələrinə qədər səy göstərərək, Almaniyanın donanma komandanlığının tələbi qar​şısında
Aralıq dənizinə bir alman donanması göndərməyi qərara aldı. Bu donanmaya, Almaniyanın Orta
Şərqdəki iqtisadi mən​fəətləri ilə, Mosul neftini əldə etmək üçün inşasına başladığı Bağ​dad dəmir
yolu xətti imtiyazını qorumaqla tapşırılmışdı.
Beləliklə neft yenə də öz hökmünü göstərdi və Aralıq dənizin​də ingilis və alman donanmalarını qarşı
qarşıya gətirdi.
1912-ci il noyabrın 6-da Almaniyanın donanması ona həvalə edilən vəzifəni yerinə yetirmək üçün
Aralıq dənizinə hərəkət etdi. Ertəsi gün, yəni 1912-ci il noyabrın 7-də casus Volfun verdiyi xə​bər​də
kontr–admiral Tromlerin komandası altında Aralıq dəni​zin​də üzəcək bir alman donanmasının
qurulduğu bildirilirdi.
Alman hökumətinin bu qərarı, bütün Avropada böyük narahat​lıqla qarşılandı. Almanların bu
hərəkətlərindən və Aralıq dənizinə bir donanma göndərməsindən ən çox fransızlar narahat olurdular.
Fransız mətbuatı almanların bu hərəkətini ağır bir dillə tənqid edir və sülhü təhdid edən bu hərəkətin
vahiməli nəticələr verəcəyini irə​li sürürdülər. İngilislərdən hələ heç bir səs çıxmırdı.


Alman donanmasının Aralıq dənizinə girməsindən bir gün sonra,yəni 1912-ci il noyabrın 15-də
Parisdə çıxan “Le Temps” qə​zeti Aralıq dənizinə girən alman donanması haqqında bu məlu​matı
verirdi:
“Almaniya Aralıq dənizində kontr-admiral Tromlerin ko​man​danlığında bir donanma qurmuşdur. Bu
donanmanın ad​mi​ral breyd–vimpeli “Qoben” (sonradan “Yavuz” olan kreyser) zi​reh​li kreyseri
olacaqdır. Bu zirehli kreyser “Breslau” (son​ra​dan “Midilli”) adlı kiçik bir kreyserlə birlikdə alman
su​la​rından hərəkət etmişdilər. Bunlar şərq sularında “Arta”, “Vineta” və “Vejeer” adlarındakı kiçik
kreyserlərlə birləşə​cək​lər. “Drez​den” və “Sttetin” kreyseri də onlara qoşula​caq​dır.”
1912-ci il dekabrın 12-də, alman mətbuatında bu donanmanın əsas vəzifəsi haqqında daha ətraflı
məlumatlar nəşr edildi. “Berli​ner Borsen Kurier” məsələnin iç-üzünü bu yazısı ilə daha açıq şəkildə
ortaya qoydu:
“Aralıq dənizinin şərq hövzəsindəki alman iqtisadi mən​fə​ət​lə​rinin nə qədər mühüm olduğunu,
Almaniyanın Aralıq də​ni​zinə yolladığı donanmanın sülh müqaviləsinin imzalan​ma​sından sonra
(Balkan sülhü) orada davam etdirəcəyi ilə də an​laşıla bilir. Əgər böyük dövlətlər, sülh qərarlarına
əməl etmə​dikləri təqdirdə, Almaniya Aralıq dənizində bir hərbi bazaya malik olmaq arzusunu izhar
edəcəkdir. Bu hərbi baza ehtimal ki, İskəndərun limanı ola bilər.”
Bu məqalə açıq aydın göstərirdi ki, Almaniya, ingilislərin neftə daha yaxın olmaq üçün Qahirədə
qurduqları əsas qərargah​la​rının müqabilində, Aralıq dənizi donanmasını qurmuşdur. Al​man​lar
ingilislərin Qahirəyə yerləşmələrinə cavab olaraq Mosul və Bəs​rə körfəzinə bir neçə yüz kilometr
məsafədəki İskəndərun lima​nı​na yerləşmək istəyirdilər.
 
 
 


İNGİLİS-ALMAN RƏQABƏTİ
 
 
Almaniyanın, Aralıq dənizinə güclü bir eskadriliya göndərmə​si Londonda da gərgin bir atmosferin
yaranmasına səbəb oldu. Londonda Orta Şərq neft sahələrinə küllü miqdarda sərmayə qoyan
müəssisələr (əsasən İngiltərə Dəniz Birinci Lordluğu ilə İngiltərə Entellijans Servis) susurdular.
Ancaq bu sakitlik, bir fırtınanın baş​lanğıcına dəlalət edən sıxıntılı bir səssizlik idi. Görəsən İngiltərə
Birinci Dəniz Lordluğu ilə Entellijans Servis Almaniyanın bu hə​rə​kətinə necə münasibət
göstərəcəklər? Bu sualın cavabını Balkan müharibəsində və onun səbəblərində axtarmaq lazımdır. İn​-
gilislər almanların bu hərəkətlərinə cavab vermədilər. Onlar la​zım gələndə susmağı bacarırlar. Onda,
qarşıya belə bir sual çıxır. Bu səssizlik nə zamana qədər davam edəcəkdi?
1912-ci il iyulun 11-də İngiltərə parlamentinin aşağı palatasın​da İngiltərənin Aralıq dənizi siyasəti və
Almaniyanın Aralıq dəni​zi​nə yeritdiyi donanma ilə əlaqədar müzakirələr cərəyan edir. O gün aşağı
palatada çıxış edən İngiltərənin xarici işlər naziri ser Edvar Qrey bu donanma ilə əlaqədar olaraq
bunları söyləmişdir:
“Bizim Aralıq dənizindəki bütün eskadriliyalara qarşı du​ra biləcək qüvvətli eskadrilyalar
toplamağımıza ehtiyacımız yoxdur. Əgər biz Aralıq dənizindən tamamilə nəzər-diq​qə​ti​mizi çəkərək
buna əhəmiyyətsiz iş kimi baxarıqsa, onda siyasi nöqteyi-nəzərdən nüfuzumuz çox müşkül olacaqdır.
Biz güclü Aralıq dənizi dövləti olmaq üçün orada kafi dəniz qüv​və​ləri təşkil etməyə məcburuq”.
Ser Edvar Qreyin bu çıxışı göstərir ki, İngiltərə Orta Şərqdə​ki böyük iqtisadi mənfəətlərini itirmək
niyyətində deyildir. Sadəcə olaraq, Aralıq dənizində güclü bir donanmanın saxlanmasını vacib
sayırdı. Bu zərurətin arxasında İngiltərənin ona Orta Şərq – Hin​distan yolu üzərindəki böyük daxili
dəniz dövlətlərindən biri ol​maq fikri hakimdir. Ser Edvar Qreydən sonra, yəni iyulun 22-də İngiltərə
Dəniz Birinci Lordu ser Vinston Çörçillin çıxış edərək xarici işlər nazirinin sözlərini təsdiq edərək
bunları söyləyir:
“Maltada dəmirdən olan altı dənə köhnə hərb gəmisi yeri​nə İnensaybl sistemində dörd ədəd zirehli
kreyser göndərməyə qərar verdik. Bu gəmilər bazalara gedib çatana qədər hələlik Aralıq dənizində,
qüvvətli bir kreyser eskadrilyasını təşkil edəcəklər.
Bundan başqa, bu gün orada olan dörd gəminin yerinə modern və daha qüvvətli silahlara malik dörd
hərb kreyseri eskadrilyasını artırmaq və gücləndirmək fikrindəyik. Bu cür hərbi dəniz qüvvəsi
ticarətimizi himayə etmək üçün kafidir. Bu hərbi dəniz qüvvəsinin fransız donanması ilə müştərək
hərəkət etməsi Aralıq dənizində ehtimal olunan bütün təşəbbüslərə yardımçı olacaqdır.”
Göründüyü kimi İngiltərə heç bir hadisəni təsadüfü saymırdı. Aralıq dənizindəki qüvvətli ingilis
eskadrilyasının fransız eskadril​yası da dəstəkləyirdi. Alman təhlükəsinə qarşı Fransa İngiltərə ilə
olan mübahisəli məsələlərini bir tərəfə qoyaraq İngiltərə ilə bir​lik​də Almaniyaya qarşı dayanırdı.
Fransa bu zaman İngiltərənin Suri​ya müstəmləkəsini ona təklif etməsini qənimət bilmişdi.
Halbuki, əslində məsələ bu cür idi: İngiltərəni aşağı palatada Ara​lıq dənizindəki alman donanmasının
vəziyyətini müzakirəyə sövq edən səbəb, İngiltərə Dəniz Birinci Lordluğu ilə Entellijans Ser​visin
Orta Şərq neft sahələrinə yatırdıqları böyük sərmayəni və nefti qarantiya altına almaq istəyindən
ibarət idi. Böyük armadalar hər dəfəki kimi hərəkətə keçir və neftə tuşlanmış alman toplarını be​lə​cə
bitərəfləşdirmək istəyirdilər. Ancaq, çox qəribə idi ki, Uzaq Şərq si​yasətində biabırçı şəkildə iflasa
uğrayan, Yaponiya ilə apar​dı​ğı 1904-1905-ci illər müharibəsində məğlub olmaqla bərabər do​nan​-



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə