_____________________________________________
21
Həm də təkcə biz yox. Biz təklif edirik, amma çox böyük
məbləğdə pul, çox böyük məbləğdə kapital qoyan xarici şirkətlər
bu və ya digər blokun perspektivli olduğunu yəqin etməyincə
oraya getməyəcəklər. Neftçi kimi siz bunu çox gözəl bilirsiniz.
Müqavilə hazırlandı. Lakin bədxahlarımız, bizim üçün pisdən
də pis olmasını istəyənlər təkcə Azərbaycanın hüdudlarından
kənarda deyildir. Belələri ölkəmizin daxilində də kifayət
qədərdir. Bax onda, müqavilənin imzalanmasına təxminən bir
həftə qalmış parlamentimizin о vaxtkı sədri Rəsul Quliyev, -
yeri gəlmişkən, o, Natiq Əliyevin yaxın dostudur, - birdən gəlib
mənə deyir ki, bu müqaviləni imzalamaq olmaz. Bizdə isə
müqavilənin imzalanacağı gün artıq elan edilmişdi. Yeri
gəlmişkən, biz onu “Xəzərneftqaz” adlı növbəti böyük neft
sərgisinin açılışı ilə bir vaxta salmışdıq. Artıq hər şey elan
olunmuşdu. Soruşuram ki, nə üçün imzalamaq olmaz? O, düz
bir saat ərzində mənə sübut etməyə çalışır ki, “bu, Azərbaycana
sərfəli deyildir, bu, lazım deyildir, biz nə üçün nefti xarici
şirkətlərlə birlikdə çıxarmalıyıq, yaxşısı budur, onu saxlayaq,
sonra biz özümüz çıxararıq...”. Nə isə, çox səriştəsiz, açığını
deyim, səfeh mülahizələr idi.
Мən dedim, qulaq asın, siz bizimlə birlikdə işləyirsiniz,
bilirsiniz ki, bu müqavilə bir ildir hazırlanır, üstəlik, siz həmişə
bizim neft şirkətiylə çox yaxın münasibətlərdə olmağa саn
atırsınız, halbuki parlament sədrinin iqtisadiyyata rəhbərliklə
məşğul olmaq səlahiyyəti yoxdur. Amma o, mənim xeyirxah
münasibətimdən istifadə edərək, öz mövqeyindən sui-istifadə
edərək Azərbaycan Dövlət Neft Şirkətinin işinə həmişə qarışırdı.
Mən dedim, siz ki hər şeyi bilirsiniz, bu nuqavilə sizin
gözünüzün qabağında hazırlanıb, bütün dillərdə hazırlanıb,
tərcümə edilib və sair. О isə dediyindən əl çəkmırdi. Yaxşı. Мən
həmişə adamları dinləyirəm. Deyirəm, yaxşı, mən neft şirkətinin
rəhbərliyini buraya dəvət edəcəyəm.
_____________________________________________
22
Bəs nə üçün siz bunu onlara deməmisiniz? “Yox, demişdim”.
Deyirəm, onlar bilmirlər? Orada Natiq Əliyev, çox böyük
geoloq Xoşbəxt Yusifzadə, digər mütəxəssislərimiz var, о
adamlar ki, Xəzər dənizində on illərlə kəşfiyyat işləri aparmış və
neft çıxarmışlar. “Onlar heç nə bilmirlər, onlar heç nə başa
düşmürlər. Mən onlara bunu da, onu da, başqa şeyləri də sübut
edirəm”. Yeri gəlmişkən, bax bu, çox yelbeyin olan, bununla
belə, hər şeyə çox təkəbbürlə yanaşan bu adam üçün xarakterik
idi.
Odur ki, mən müqavilənin imzalanması üçün təyin edilmiş
vaxta bir həftə qalmış, yeri gəlmişkən, elə bu salonda müşavirə
çağırmalı oldum. Mütəxəssislərimizi, neft şirkətinin rəhbərlərini
və Nazirlər Kabinetinin rəhbərlərini dəvət etdim. Ona dedim ki,
indi öz dəlil-sübutlarını gətir. O, düz bir saat ərzində cəfəngiyat
danışdı, əsaslandırmadı ki, bu müqaviləni nə üçün imzalamaq
olmaz. Əvvəla, bir tərəfdən deyirdi ki, şərtlər Azərbaycan üçün
sərfəli deyildir, digər tərəfdən isə deyirdi ki, orada kifayət qədər
ehtiyatlar yoxdur. Gah deyirdi ki, yoxdur, gah da deyirdi ki, bu
ehtiyatları gələcək nəsillərə saxlamaq lazımdır. Hər halda,
məqsəd aydın idi - bizim bu böyük işimizi pozmaq.
Onda şirkətin prezidenti Natiq Əliyev də, vitse-prezidentlər
Xoşbəxt Yusifzadə, İbrahimov, Zeynalov, Valeh Ələsgərov da,
bütün başqaları da çıxış etdilər. Hamı onun üzünə dedi ki, bura
bax, sən haqlı deyilsən, nə danışdığım bilirsənmi? Xoşbəxt
Yusifzadənin çıxışı xüsusilə xatirimdədir. O, neft sənayesində
bu naşıya ağıllı, səriştəli və çox müdrik cavab verdi.
O, istədiyinə nail olmadığını gördükdə mənə dedi ki, bu
barədə rəsmən yazacaqdır. Dedim ki, yazın. Heç yazmadı da.
Yeri gəlmişkən, biz bir həftədən sonra müqaviləni imzaladıq.
Bir çox müşahidəçilərin xatirindədir ki, müqavilənin
imzalanması günü onun üçün matəm gününə çevrildi. Buna görə
_____________________________________________
23
də təsadüfi deyildi ki, bundan iki həftə sonra o, Azərbaycandan
qaçıb getdi və artıq üç ildir Amerikadadır, öz xalqına qarşı, öz
müstəqil dövlətinə qarşı müxtəlif fitnəkar cəhdlər, təxribat,
terror cəhdləri edir.
Bir sözlə, görürsünüz, mən fürsətdən istifadə edərək bunu bir
daha ona görə dedim ki, mövqeyimiz aydın olsun. “Şahdəniz”
perspektivli yataqdır, “LUKoyl” bu müqavilənin fəal
iştirakçısıdır və Allaha şükür ki, güman edilənlərin hamısı
nəinki təsdiqləndi, hətta gözlədiyimizdən də artıq oldu. Xoşbəxt
Yusifzadə burada çıxış edərkən dedi - mən orada 400 milyard
kubmetr qaz və filan qədər kondensat olduğuna təminat verirəm.
Budur, indi isə hesablamalara görə, ehtiyatlar trilyon
kubmetrdən artıqdır.İndi bunu hamı etiraf edir.
Yəni, tən təkcə bizim adamın pozucu, xəyanətkar rolundan
danışmaq istəmirəm. Bununla birlikdə onu da demək istəyirəm
ki, müqavilə imzalandıqdan sonra bunun barəsində çoxlu
bədxah xarakterli yazılar dərc edildi, о cümlədən də Rusiyada
Yeri gəlmişkən, biz buna heç vaxt məhəl qoymamışıq. Ona görə
də bu neft mövzusunu bitirmək üçün demək istəyirəm ki, biz
başqa şirkətlərlə də əməkdaşlıq etməyə hazırıq. Yeri gəlmişkən,
Şafrannikin başçılıq etdiyi Moskva neft şirkəti buraya gəlmişdi,
biz ona imkan verdik. Londonda biz “İnam” yatağına dair
müqavilə imzaladıq. Şafrannikin orada 12,5 faiz payı var. Axı
Moskva neft şirkəti də Rusiya şirkətidir. Özü də o, Şafrannik
Londonda Dauninq-Stritdə müqavilənin imzalanmasında
bizimlə iştirak etmişdir. Odur ki, biz bundan sonra da hazırıq.
İndi də Xəzər dənizinin statusu barədə. Biz Xəzər dənizinin
beynəlxalq statusunun bütün parametrlər üzrə, yəni Xəzərin dibi
üzrə, suyun səthi üzrə, gəmiçilik üzrə və bütün digər parametrlər
üzrə müəyyənləşdirilməsi mövqelərində həmişə durmuşuq və
indi də möhkəm dururuq. Axı biz yeganə Xəzəryanı ölkə
deyilik. Rusiya da. Qazaxıstan da,
Dostları ilə paylaş: |