MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə3/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   2   3   4   5   6   7   8   9   ...   157

_____________________________________________ 

9

Dövlət Neft Şirkəti Azərbaycan dövlətinin və hökumətinin 



rəhbərliyi altında daim onun dəstəyini alaraq çox böyük işlər 

görmüşlər və bizi bu nəticəyə gətirmişlər. 

“Əsrin müqaviləsi”nin beş illiyini qeyd edərək deyirik ki, biz 

böyük sınaqlardan çıxmışıq. Tərəfdaşlarımızın və böyük neft 

şirkətlərinin mənsub olduqları ölkələrin, dövlətlərin etimadını 

doğrultmuşuq. Azad, müstəqil dövlət kimi dünyaya nümayiş 

etdirmişik ki, Azərbaycan xalqı, ölkəmizin neftçiləri, alimləri 

daha böyük nailiyyətlər  əldə etməyə qadirdirlər. Təbiidir ki

bunların hamısı bizdə, şəxsən məndə böyük iftixar hissi doğurur. 

Bu gün “Əsrin müqaviləsi”nin beş illiyini qeyd edərkən bu 

müqavilənin imzalanmasında xidmətlər göstərmiş  və bizə 

dəstəklər vermiş dövlətlərin, təşkilatların,  şirkətlərin hamısını 

minnətdarlıqla xatırlayırıq. Biz bu gün Azərbaycan Beynəlxalq 

Əməliyyat  Şirkətinə, Azərbaycan Dövlət Neft Şirkətinə  və 

bunların  ətrafında müqavilənin icrası ilə  məşğul olan 

mütəxəssislərə, alimlərə, mühəndislərə, texniklərə, fəhlələrə, bu 

sahədə çalışanların hamısına təşəkkürümüzü bildiririk. 

Müqavilənin imzalanması  və  həyata keçirilməsində, qeyd 

etdiyim kimi, biz bir çox maneələrlə, çətinliklərlə rastlaşırdıq. 

Ancaq müqaviləni imzalamış şirkətlər, onların mənsub olduqları 

dövlətlər və biz inamla irəliləyirdik. Ona görə  də  mən 

müqaviləni imzalamış  şirkətlərin mənsub olduqları dövlətlərə, 

onların hökumətlərinə təşəkkürümü, minnətdarlığımı bildirirəm. 

Müqavilənin hazırlanması  və xüsusən həyata keçirilməsi 

dövründə,  о cümlədən Bakı-Supsa neft kəmərinin yaranması 

üçün qərarların qəbul olunması zamanı Amerika Birləşmiş 

Ştatları hökumətinin, xüsusən prezident cənab Bill Klintonun 

rolunu mən bu gün xüsusi qeyd edirəm. 

İndi, müqavilənin gözəl nəticələrini bayram edərkən ötən 

illərdə  “Əsrin müqaviləsi”ndən sonra 18 müqavilənin 

imzalandığını  



_____________________________________________ 

10

dünyaya nümayiş etdirərək sübut etdik ki, Azərbaycan müasir 



səviyyədə, bazar iqtisadiyyatı prinsipləri  əsasında, xarici 

sərmayədən istifadə etməklə çox işlər görə bilər və bundan sonra 

da görəcəkdir. 

Bu gün Azərbaycan Beynəlxalq  Əməliyyat  Şirkətinin 

prezidenti cənab Vudvord öz çıxışında müqavilənin həyata 

keçirilməsi üçün altı il müddətində Azərbaycanda ictimai-siyasi 

sabitliyin təmin olunması  və burada bizim gördüyümüz işlər 

haqqında dedi və bu işləri yüksək qiymətləndirdi. Dövlət və 

hökumət başçılarından,  şirkətlərdən, ayrı-ayrı  təşkilatlardan və 

bir çox neft şirkətlərindən aldığımız təbrik məktublarında da 

məhz Azərbaycanda xarici sərmayədən istifadə olunması üçün 

yaxşı  şərait yaradılması xüsusi qeyd edilir. Bəli,  əgər biz 

ölkəmizdə ictimai-siyasi sabitliyi təmin etməsəydik, 

Azərbaycanı dağıdan, parçalayan qüvvələri aradan 

çıxarmasaydıq, onları  ləğv etməsəydik, respublikamızda 

vətəndaşların rahat yaşaması üçün lazımi  şərait yaratmasaydıq, 

xarici şirkətlər buraya gəlməzdilər, gəlsəydilər də qısa müddətdə 

buradan dönüb gedəcəkdilər. 

Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut 

etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə 

olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut 

etdik ki, Azərbaycana gələn hər bir iş adamı,  şirkət, vətəndaş 

burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Ümidvaram ki, 

“Əsrin müqaviləsi”ndən sonra imzaladığımız müqavilələr daha 

da gözəl nəticələr verəcəkdir. “Şahdəniz” yatağında aşkar 

olunan qaz ehtiyatı və əldə etdiyimiz gözəl nəticələr bunu aydın 

göstərir. Məlumdur ki, “Şahdəniz” yatağı ilə bağlı hazırlanmış 

müqaviləni də daxilimizdəki qüvvələr bu sənədin 

imzalanmasına bir həftə qalmış pozmaq istədilər. Ancaq biz bu 

müqaviləni imzaladıq və  həmin müqaviləyə inanmayan, yaxud 

qəsdən bunun əleyhinə  çıxan adamlara sübut etdik ki, 

Azərbaycan xalqının milli mənafeləri  




_____________________________________________ 

11

üçün çalışırıq və ona görə  də bu cür nailiyyətləri  əldə etməyə 



qadirik. 

Xəzərin Azərbaycan sektorunda hələ çoxlu neft və qaz 

yataqları var. Şübhə etmirəm ki, gələcək illərdə yeni-yeni 

müqavilələr imzalanacaqdır. Biz artıq bu barədə çoxlu təkliflər 

almışıq. 

Mən bəyan edirəm və hamını əmin edirəm ki, Azərbaycanın 

milli mənafelərinə cavab verən yeni-yeni müqavilələrin 

imzalanması  və onların həyata keçirilməsi üçün bundan sonra 

daha da böyük imkanlar, daha da yaxşı şərait yaranacaqdır. Biz 

böyük işin başlanğıcındayıq. Bu gün gördüyümüz bütün işlər

“Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə 

Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil 

Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi 

üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil 

Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır. 

Bu beş il müddətində bizimlə əməkdaşlıq edənlərin hamısına 

bir daha təşəkkür edirəm. 

Bu bayram gününü bizimlə qeyd etmək üçün Azərbaycana 

gəlmiş dövlət nümayəndə heyətlərinə  təşəkkür edirəm və 

minnətdarlığımı bildirirəm. Hamınıza gələcək işlərinizdə uğurlar 

arzulayıram. 

“Əsrin müqaviləsi”nin şərəfinə! 

“Əsrin müqaviləsi”nin gələcək nailiyyətləri şərəfinə! 

Gələcəkdə daha da səmərəli müştərək iş şərəfinə! 

Azərbaycan neftçilərinin şərəfinə! 

Azərbaycan neftçiləri ilə ölkəmizdə çiyin-çiyinə  işləyən 

xarici ölkələrin mütəxəssislərinin şərəfinə! 

Sizin  şərəfinizə, hörmətli qonaqlar, bu badələri qaldırıram! 

Sağ olun. 

  



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə