MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə15/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   11   12   13   14   15   16   17   18   ...   157

_____________________________________________ 

47

 



keçməz, yaxın gələcəkdə Siz bizim tərəfimizdən bu sahəyə 

yönəlmiş fəaliyyətləri görərsiniz. 

Cənab prezident, bilirsiniz ki, sentyabr ayının 29-da xanım 

Olbrayt hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə 

Vaşinqtonda belə bir görüş keçirməyi planlaşdırır. 

Cənab prezident, deməliyəm ki, elə gecə vaxtı  mən xanım 

Olbraytdan çox təcili teleqram aldım. O, həmin teleqramda 

sentyabrın 29-dan əvvəl nə edilə bilərsə, fikirlərini Sizinlə 

bölüşür və ümid edir ki, Siz bunların hamısını  nəzərə 

alacaqsınız. Bəlkə  də artıq bu mesajı oxumusunuz. Belə ki, 

dünən bu xəbəri Vaşinqtonda səfir Paşayevə ötürmüşük. Eyni 

zamanda xanım Olbraytın Sizə hörmətinin və valeh olmasının 

bir əlaməti kimi, istərdim bu şəkli Sizə təqdim edim. Bu, Dağlıq 

Qarabağ  məsələsinin həllinə, enerji ehtiyatlarının inkişaf 

etdirilməsinə yönəlmiş  səylərinizə onım hörmətidir və Bakı-

Ceyhan kəmərinin tikilməsinə olan dəstəyinizin ifadəsidir. 

Səfir ABŞ-ın dövlət katibinin məktubunu və xanım Olbraytın 

prezident Heydər  Əliyevlə birlikdə  çəkdirdiyi fotoşəkli 

dövlətimizin başçısına təqdim etdi. 

Heydər Əliyev: Çox gözəl şəkildir. Мən çox məmnunam ki, 

bunun altında xanım Olbraytın özünün dəst-xətti ilə yazılar 

vardır. Xanım Olbrayt çox gözəl görünür. Amma Azərbaycan 

prezidenti də pis deyil. Bu diqqətə  və  şəklə görə  təşəkkür 

edirəm. 

Həqiqətən, aprel ayında mənim Vaşinqtonda həm NATO-nun 

50 illik yubiley mərasimlərində  iştirakını, həm də keçirdiyim 

çoxsaylı görüşlər,  о cümlədən xanım Olbraytla görüşüm çox 

əhəmiyyətlidir və demək olar ki, Dağlıq Qarabağ  məsələsinin 

həll olunmasına, Ermənistan-Azərbaycan münaqişəsinin həll 

edilməsinə yeni bir təkan verdi. 

Мən bu məktuba görə  təşəkkür edirəm.  Мən artıq bu 

məktubun məzmunu ilə bu gün tanışam. Siz dediyiniz kimi, 

məktubun məzmununu bizim səfir Paşayevə vermisiniz və о 

  



_____________________________________________ 

48

 



da bizə çatdırıbdır. Mən səhər bunu almışam və tanış olmuşam. 

Ona görə məktub haqqında söhbət apara bilərik. 

Мən hesab edirəm ki, dövlət katibi xanım Olbraytın buradakı 

fikirləri çox əhəmiyyətlidir və irəli sürdüyü təkliflər də çox 

əhəmiyyətlidir. Bu, onu nümayiş etdirir ki, Amerika Birləşmiş 

Ştatlarının hökuməti Ermənistan-Azərbaycan münaqişəsinin 

sülh yolu ilə  həll olunması  məsələsinə daha da çox əhəmiyyət 

verir və bu prosesə daha da ciddi girişir. Bir daha qeyd etmək 

istəyirəm, bunun əsasını aprel ayında Vaşinqtondakı bizim 

görüşlər təşkil edir. 

Xanım Olbraytın təklifi ilə  və onun səyləri nəticəsində 

Vaşinqtonda mənim, Azərbaycan prezidentinin Ermənistan 

prezidenti Koçaryanla görüşü də bu məsələnin həll olunmasında 

yeni bir mərhələdir. Bilirsiniz ki, ondan sonra qısa bir zamanda 

biz - prezident Koçaryan və  mən üç dəfə  təkbətək görüş 

keçirmişik: iki dəfə Cenevrədə, bir dəfə də Yaltada. Мən hesab 

edirəm, bu görüşlər çox məhsuldar olubdur. Şübhəsiz ki, 

danışıqlar asan getmir, çətin gedir. Çünki 12 il bundan öncə 

başlanmış və çox böyük faciələrə gətirmiş münaqişənin indi həll 

olunması ilə əlaqədar, bir-biri ilə müharibə aparmış iki dövlətin 

başçılarının görüşləri asan keçə bilməz. Ancaq mən deyə 

bilərəm ki, bu görüşlər ilk dəfə bəlkə müəyyən bir tərəqqi əldə 

etməyə ümid yaradıbdır. 

Təbiidir, bizim danışıqlarımızın məzmunu hələ  məxfi 

xarakter daşıyır. Biz əvvəldən belə razılığa gəlmişik. Çünki bu

çox ciddi bir prosesdir. Təbiidir ki, əgər biz son nəticəyə  gələ 

bilsək, bunlar heç kəsdən gizlədilməyəcəkdir. Çünki bunları biz 

bəyan etməliyik və onların  əsasında işlər görülməlidir. Sadəcə, 

mən onu bildirmişəm ki, kompromislərə getmək lazımdır. Əgər 

qarşılıqlı kompromislər olmasa heç bir nəticə  əldə 

edilməyəcəkdir. 

Prezident Koçaryan da belə fikirdədir.  О da belə  bəyanatlar 

veribdir. Hesab edirəm ki, bizim bu görüşlər bundan 

  



_____________________________________________ 

49

 



sonra davam etdiriləcəkdir. Eyni zamanda, biz son dəfə 

Cenevrədə görüşdüyümüz zaman belə razılığa gəldik ki, Yaltada 

bizim görüşümüzdən öncə Azərbaycanın və Ermənistanın xarici 

işlər nazirləri görüşsünlər. Belə görüş keçirilmişdir. Onların 

nəticəsi haqqında xarici işlər nazirləri bizə  məlumat vermişlər. 

Bundan sonra biz, prezidentlər görüşdük və danışıqlar apardıq. 

О vaxt biz, prezidentlər danışıq apararkən belə fikrə, belə 

razılığa gəldik ki, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 

Baş Məclisində olduqları zaman Ermənistanın xarici işlər naziri 

və Azərbaycanın xarici işlər naziri bu görüşü davam etdirsinlər. 

Mən çox məmnunam ki, bu prosesə Amerika Birləşmiş 

Ştatlarının hökuməti və Dövlət Departamenti də qoşulubdur. Bu, 

məni sevindirir. Çünki bu, danışıqlar prosesinin daha da uğurlu 

keçməsinə kömək edə bilər. 

Məktubdakı bir çox fikirlər mənim tərəfimdən müsbət 

qiymətləndirilir. Мən də belə fikirdəyəm ki, biz çalışmalıyıq ki, 

noyabr ayının 18-19-da İstanbulda keçiriləcək ATƏT-in zirvə 

görüşünə yeni nəticə ilə  gələ bilək. Ona görə  də Amerika 

Birləşmiş Ştatlarının bu barədə öz xidmətlərini təqdim etməsi və 

prosesdə  iştirak etməsi və  əgər biz hansısa razılığa gələriksə, 

bunun üçün həm beynəlxalq aləmdə, həm də Azərbaycanda və 

Ermənistanda lazımi mühitin yaranmasında bizə kömək etməsi 

haqqında xanım Olbraytın məktubundakı fikirlər çox 

əhəmiyyətlidir. 

Bilirsiniz ki, ATƏT-in sədri, Norveçin xarici işlər naziri bu 

yaxınlarda həm Ermənistanda, həm də Azərbaycanda olmuşdur. 

Мən onunla bu barədə çox ətraflı danışdım. ATƏT-i və onun 

Minsk qrupunu ciddi tənqid etdim. 

Xatirinizdədir, ondan öncə - sentyabr ayının  əvvəlində 

Amerika Birləşmiş  Ştatları prezidentinin Dağlıq Qarabağ 

məsələsi üzrə xüsusi nümayəndəsi sizinlə  bərabər görüşə 

gəlmişdi. О görüş zamanı da mən ATƏT-in Minsk qrupunu çox 

  

 



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə