MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə9/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   5   6   7   8   9   10   11   12   ...   157

_____________________________________________ 

27

 



fundamental  əməkdaşlığa yönəldilmiş  əməli tədbirlərimiz göz 

qabağındadır. 

Bununla bərabər, biz çətinliklər barədə xəbərdarlıq edirdik və 

Rusiya bu çətinliklərlə həqiqətən qarşılaşdı. Axı о da məlumdur 

ki, Rusiya bu neft kəməri barəsində Çeçenistanla heç vaxt 

razılığa gələ bilməmişdir. Onlar dəfələrlə danışıqlar 

aparmışdılar. Sonra onlar mənə müraciət etdilər. Rusiya 

hökuməti sədrinin  о vaxtkı birinci müavini cənab Nemtsov 

Çeçenistan nümayəndələri ilə bu məsələni Moskvada həll edə 

bilmədikdən sonra məndən xahiş etdilər və buraya gəldilər. Biz 

yenə də bax bu salonda danışıqlar apardıq, özü də saatlarla. Мən 

öz töhfəmi verərək Çeçenistan tərəfini inandırdım ki, sənədi 

imzalamaq lazımdır. Rusiya ilə Çeçenistan arasında həmin 

sənəd burada, Bakıda, bu salonda, bu stolun üstündə 

imzalanmışdır. Budur bizim əməli tədbirlərimiz. 

İndi isə  vəziyyət mürəkkəbləşmişdir. Amma bu, bizə  zərər 

vurmuşdur. Yeri gəlmişkən, bildiyimiz kimi, müqavilənin 

şərtlərinə görə  nəzərdə tutulmuşdur ki, Azərbaycan 

konsorsiumun neftini deyil, öz neftini yalnız Bakı-Novorossiysk 

boru kəməri ilə ixrac edə bilər. Buna görə də Bakı-Novorossiysk 

neft kəməri dayandıqda, biz öz neftimizi ixrac etmək 

imkanından məhrum olduq. Biz neftimizin bir hissəsini Bakı-

Supsa boru kəməri ilə ixrac etməyə  cəhd göstərdik, lakin 

Azərbaycan Beynəlxalq  Əməliyyat  Şirkəti bizimlə razılaşmadı 

və biz heç nə edə bilmədik. Çünki onlar dedilər ki, şərt var - 

Bakı-Supsa neft kəməri ancaq Azərbaycan Beynəlxalq 

Əməliyyat  Şirkəti tərəfindən çıxarılan müqavilə neftinin ixracı 

üçündür və Azərbaycan öz sahələrindən çıxarılan neftini Bakı-

Novorossiysk boru kəməri ilə ixrac etməlidir. Biz çox şey 

itirdik, bu, büdcəmizə öz təsirini göstərdi. Buna bizmi 

təqsirkarıq? Yox. Bu təqsir Rusiya tərəfinin üzərinə düşür, 

Çunki o, boru kəmərinin normal işini təmin edə bilməmişdir. Bu 

boru kəməri indi də işləmir. 

  



_____________________________________________ 

28

 



Bilirəm ki, “Transneft” bizim neftin bir hissəsini sisternlərlə 

daşıyır. Bu işə görə sağ olsun. Lakin bu, bütün neftimizin 

daşınmasını  təmin etmir. Kənardan keçən boru kəməri barədə 

söhbət çoxdan getmişdir. Görünür, Rusiya hökuməti bunu 

qabaqcadan nəzərə almalı və indiyədək həyata keçirməli idi. Bu 

halda başqaları  bu  neft  kəmərini bağlaya bilməzdi, çünki 

gəlirdən məhrum olardılar. Onlar Rusiya neftinin nəqli üçün 

başqa imkan olmadığını gördükdə, neft kəmərini bağladılar. 

Məsələnin faktiki tərəfi belədir, Rusiya ilə  əməkdaşlığa 

münasibətimiz belədir. Biz fundamental əməkdaşlığa malikik, 

özü də təkcə neft sənayesi sahəsində deyil, həm də bütün digər 

sahələrdə. Amma təəssüflər olsun ki, biz bunu Rusiya tərəfindən 

hiss etmirik. Moskvada müxtəlif dairələr bizim səmimi 

hisslərimizi, xeyirxah işlərimizi lazımınca qiymətləndirmir və 

bəzi dezinformasiya materiallarından istifadə edərək yanlış 

təsəvvür yaradırlar. Bununla onu deyirəm ki, Rusiya 

mətbuatında həddindən çox xoşagəlməz materiallar dərc edirlər. 

İndi də Şimali Qafqazda baş verən hadisələr barəsində. 

Bilirsinizmi, Viktor İvanoviç,  Şimali Qafqazdakı hadisələr 

bizi həmişə narahat etmişdir. Çünki Qafqaz bir-biri ilə çox sıx 

bağlıdır və  bəlkə  də bunu Moskvada çoxları başa düşmür. 

Şimali Qafqazda dinc şəraitin olması bizim üçün Rusiya ilə 

etibarlı  əlaqə deməkdir. Bəs indi Rusiya ilə etibarlı  əlaqə  nə 

deməkdir? Mən nəqliyyat  əlaqəsini, başqa kommunikasiyaları 

nəzərdə tuturam, bu ticarətdir, mal mübadiləsidir, adamların 

gedib-gəlmək imkanı deməkdir. 

Bizim Rusiya ilə olduqca çox mal mübadiləmiz var. İndi, 

vəziyyətin mürəkkəbləşdiyi bir vaxtda şirkətlərimizin, xüsusən 

Rusiya ilə ticarətlə  məşğul olan şirkətlərimizin işi çox 

çətinləşmişdir. Yeri gəlmişkən, bu, büdcəmizə, gəlirimizə mənfi 

təsir göstərir. Çünki şirkətlər istədikləri malları gətirib-apara,  



_____________________________________________ 

29

 



sata bilmirlər. Bu, bazarımıza da öz təsirini göstərir. 

Doğrudanmı, orada düşünmürlər ki, biz bunu gözəl başa 

düşürük? Biz gözəl başa düşürük ki, Azərbaycanla Rusiya 

arasında bütün istiqamətlərdə etibarlı kommunikasiya xətti 

olmalıdır. Bu, həm Rusiyanın xeyrinədir, həm də Azərbaycanın. 

Buna görə  də biz ən  əvvəl öz mənafelərimizi nəzərə alaraq 

Şimali Qafqazdakı vəziyyətə heç cür biganə ola bilmərik. 

О ki qaldı böyük dostumuzun, şimal qonşumuzun - Rusiya 

Federasiyasının mənafelərinə, biz buna da heç vaxt biganə 

olmamışıq. Yenə  də deməliyəm ki, bəzi dairələr, ola bilsin 

erməni lobbisi, ola bilsin Rusiya Federasiyasının müəyyən 

mürtəce dairələri hər dəfə bu cür hadisələrdən istifadə edərək 

Azərbaycanla Rusiya arasında münasibətləri 

mürəkkəbləşdirmyə çalışırlar. Çeçenistanda müharibə gedərkən 

Moskvada gah televiziya ilə, gah qəzetlərdə, gah da ayrı-ayrı 

şəxslərin bəyanatlarında ardı-arası  kəsilmədən haray çəkirdilər 

ki, “Əfqanıstandan, Pakistandan, Türkiyədən, nə bilim, 

İrandan”, daha haralardan silah Çeçenistana Azərbaycan 

vasitəsilə  gətirilir. Bütün bunlar məni bezdirmişdi. Nəhayət , 

1996-cı ilin yanvarında mən Moskvada olarkən həm Boris 

Nikolayeviçlə, həm də Viktor Stepanoviçlə görüşdüm. Sonra 

Viktor Stepanoviçlə bizim birgə  mətbuat konfransımız oldu və 

burada tən suallara açıq-aydın cavab verdim. Heç kim 

Azərbaycanın buna yol verdiyini təsdiqləyən bir dənə  də  dəlil-

sübut gətirə bilmədi. Heç bir fakt yoxdur. Мən Rusiya 

rəhbərliyinə müraciət etməli oldum, Rusiya sərhəd qoşunlarının 

böyük bir nümayəndə heyəti buraya gəldi. Onlar tam bir həftə 

ərzində Dağıstanla sərhədlərimizi nəzərdən keçirdilər, çünki 

Çeçenistana ancaq Dağıstanla Azərbaycan arasından keçən 

Rusiya-Azərbaycan sərhədindən getmək olar. Onlar heç nəyi 

müəyyənləşdirə, heç nə, heç bir fakt tapa bilmədilər. Lakin 

faktlarsız, ifadəmə görə üzr istəyirəm, dezinformasiya, 

  



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə