MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə10/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   6   7   8   9   10   11   12   13   ...   157

_____________________________________________ 

30

 



əlbəttə, bu, bizi hiddətləndirir. Özü də  təkcə  məni 

hiddətləndirmir, cəmiyyətimizi, adamlarımızı da hiddətləndirir, 

Rusiya barəsində  mənfi münasibət yaradır. Biz bunu istəmirik, 

qətiyyən istəmirik. 

Xatirimdədir, Pervomayskda Çeçenistanla Dağıstan arasında 

böhran baş vermişdi. О vaxtlar Federal Təhlükəsizlik Xidmətinə 

Barsukov rəhbərlik edirdi. O, hansısa bir suriyalıdan onun oraya 

Azərbaycandan keçib getdiyi barədə viza olan pasport tapıb 

göstərmişdi. Azərbaycana gələnlərin Rusiyadan keçdiyi barədə 

viza olan pasportlardan indi nə  qədər istəsəniz çıxarb sizə 

göstərə bilərəm. Biz məgər onların hamısına nəzarət edirik? Biz 

məgər onların hamısını tuturuq? Biz bunu necə edə bilərik? 

Ölkələrimiz azad ölkələrdir, sərhədlər açıqdır, kimsə oraya gedə 

bilər, kimsə buraya gələ bilər. Məgər bu fakt əsasında belə 

qənaətə  gəlmək olarmı ki, Azərbaycandan Çeçenistana 

yaraqlılar və ya quldurlar keçib gedirlər? Mən bunu о dövr 

haqqında deyirəm. Nə isə, olan olub, keçən keçib. Orada 

hadisələr yatdı və sairə. Hər şey ötüb keçdi. 

Dağıstan. Dağıstan Rusiya Federasiyasının sübyekti kimi, 

Rusiya Federasiyasının ayrılmaz hissəsi kimi ən yaxın 

qonşumuzdur, eyni zamanda bizim böyük dostumuzdur. Belə ki, 

əvvəl, bütün sərhədimiz Dağıstanla bizim aramızda olan 

ərazidən keçir, ikincisi, Azərbaycanı Dağıstanla çoxəsrlik 

əlaqələr, mədəniyyətlərimizin ümumiliyi, dinimizin ümumiliyi, 

digər dəyərlərimizin ümumiliyi birləşdirir. Sonra, siz gözəl 

bilirsiniz ki, Azərbaycanda  əslən dağıstanlı olan çoxlu insan 

yaşayır. Dağıstanda da əslən Azərbaycandan olan bir о  qədər 

insan yaşayır. Dağıstanda 120 mindən artıq azərbaycanlı 

yaşayır. 

Biz həmişə istəmişik ki, Dağıstanda vəziyyət sakit olsun. 

Həmişə, Çeçenistanda hadisələr baş verən dövrdə də daim 

  

 




_____________________________________________ 

31

 



narahat olmuşuq ki, bu hadisələr Dağıstana keçə bilər. Bununla 

əlaqədar biz Dağıstan rəhbərliyi ilə, Dövlət  Şurasının sədri 

Məhəmmədəli Məhəmmədovla, Nazirlər Şurasının sədri Şıxsəid 

Xizroyev və başqaları ilə  sıx  əlaqə saxlayırıq. Biz həmişə bir-

birimizə məlumat vermişik və sair. 

Yeri gəlmişkən, Dağıstanda vəziyyətin mürəkkəbləşməsini 

biz buradan müşahidə edirdik. Hələ 1997- ci ildə, - indi mən bu 

faktları  mətbuat nümayəndələrinin yanında açıqlamalıyam ki, 

mövqeyimizi təhrif etməsinlər, - mən Moskvada rəsmi səfərdə 

olarkən və prezident Boris Nikolayeviç Yeltsinlə görüşərkən 

nümayəndə heyətimizin yanında ona dedim ki, Dağıstanda 

vəziyyət ağırdır, mürəkkəbləşir, siz buna diqqət yetirin. Lakin 

dedilər ki, biz bunu bilirik, məşğul oluruq və sair. Sonralar, 

1997-ci ilin oktyabrında Kişinyovda MDB dövlət başçılarının 

iclasında öz çıxışımda, - mən onu ən çox Ermənistan-

Azərbaycan münaqişəsinə  həsr etdim, - dedim ki, Dağıstanda 

vəziyyət mürəkkəbləşir, xahiş edirəm, buna diqqət yetirəsiniz. 

1997-ci ilin oktyabrında Kişinyovda dövlət başçılarının iclasının 

yazısı var, stenoqramı var. Azərbaycan prezidenti kimi mənim 

mövqeyim belədir, bu, Azərbaycan dövlətinin mövqeyidir. 

Biz bunu görürdük. Lakin orada kimə xoş gəlməsə də, bu gün 

deməliyəm ki, Rusiya rəhbərliyi Dağıstanın təhlükəsizliyini 

təmin etmək üçün lazımi tədbirlər görmədi. Tədbirlər görmədi. 

Bunu deməyə haqqım var, çünki oradakı  vəziyyətə  bələdəm. 

Əgər Rusiyanın müvafiq xidmətləri bu məsələyə daha çox 

diqqət yetirsəydi, ciddi işlə daha çox məşğul olsaydılar, 

Dağıstanda bu cür vəziyyət yaranmazdı. 

Mən Dağıstan nümayəndələri ilə daim görüşürəm. Onlar 

mənə deyirlər - biri gəlir, onunla, bununla görüşür, amma deyir 

ki, hər  şey normaldır və sair. Rusiyanın  ən yüksək vəzifəli 

şəxslərindən biri bu hadisələr inkişaf etmədən hələ xeyli əvvəl 

Dağıstana gələrək bəyan etmişdi ki, bilirsinizmi, 

  

 

 




_____________________________________________ 

32

 



vəhhabilər çox tərəqqipərvər insanlardır və onlarla əməkdaşlıq 

etmək lazımdır. Bu bəyanatlar Dağıstanda məlumdur, onlar bizə 

də  gəlib çatmışdır. Başa düşürsünüzmü?  İndi Dağıstanın 

düşdüyü vəziyyətin başlıca səbəbi Rusiya Federasiyasının 

müxtəlif xidmətlərinin Dağıstanda bu cür qeyri-ardıcıl 

mövqeyidir. 

Sonra. Axı orada Çobanmaxi və Karamaxi kəndlərini, daha 

hansısa dörd kəndi həmin terrorçular, həmin quldurlar hərbi 

əməliyyatlar başlanmazdan xeyli əvvəl ələ keçirmişdilər. Bu, bir 

neçə ay əvvəl çox yaxşı  məlum idi. Mən bundan yenə  də 

dağıstanlılarla əlaqələrim vasitəsilə xəbər tutmuşdum. Deyirəm - 

necə olmuşdur ki, bu kəndlər Dağıstan rəhbərliyinin, daha 

doğrusu, Rusiya rəhbərliyinin tabeliyindən çıxmışdır. Lakin 

onlar vaxtında tədbir görməkdənsə, sadəcə olaraq seyr etmiş, 

orada sadəcə olaraq kimsə bir tipi dəstəkləmiş, kimsə başqa bir 

tipi dəstəkləmişdir. Yeri gəlmişkən, orada Xaçilayev adlı birisi 

var.  İş  о yerə  gəlib çatmışdı ki, bir vaxtlar onu bütün Rusiya 

müsəlmanlarının rəhbəri, prezidenti elan etmişdilər. O, 

Azərbaycana da çox mənfi münasibət bəsləyirdi. Boris 

Nikolayeviç Yeltsin prezident seçildikdən sonra onun andiçmə 

mərasimi oldu. Mərasimdə  mən də  iştirak edirdim, bu zaman 

Xaçilayev, - о vaxtadək mən onu tanımırdım, - mənə 

yaxınlaşaraq dedi: - Mən Xaçilayevəm, sizinlə tanış olmaq 

istəyirəm və sair. İndiki hadisələrin baislərindən biri olan və 

Çobanmaxi, Karamaxi kəndlərinin və digər kəndləri ələ keçirən 

bu adam yüksək hakimiyyət dairələrində idi, Dövlət Dumasının 

deputatı seçilmişdi. 

Axı bütün bunlar Rusiya rəhbərliyinə çox gözəl məlum idi. 

Onlar nə üçün tədbirlər görmədilər, nə üçün vəziyyətin bu yerə 

gəlib çatmasına yol verdilər? Biz bundan əziyyət çəkirik. Qonşu 

kimi, tərəfdaş kimi bütün bunlar barəsində açıq deməyə əsasımız 

var. 


  

 



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə