_____________________________________________
6
neftin hasil olunmasını və dünya bazarına çıxarılmasını təmin
etmişdir. Təbiidir ki, bunların hamısı Azərbaycana, ancaq deyə
bilərəm ki, Bakı şəhərinə çox fayda vermişdir və Bakının
inkişafı üçün xidmətlər göstərmişdir. Bu gün biz Nobel
qardaşlarını, Azərbaycanın böyük sahibkarlarından və
xeyriyyəçilərindən biri olan Hacı Zeynalabdin Tağıyevi və о
illərdə Azərbaycanın təbii sərvətlərindən istifadə edib mənfəət
götürən, eyni zamanda Bakı şəhərini inkişaf etdirən insanları
xatırlaya bilərik.
Bakı şəhəri XIX əsrin sonlarında - XX əsrin əvvəllərində çox
güclü inkişaf etmişdir. Burada о dövrün tələblərinə uyğun olan
sənaye müəssisələri, yaşayış evləri, ofisləri üçün müxtəlif
binalar, ticarət mərkəzləri yaradılmış və bunların hamısı Bakını
bir növ Avropa üslubunda olan gözəl bir şəhərə çevirmişdir. О
vaxtlar yaradılan binaların bir çoxu həqiqətən gözəl memarlıq
abidələridir.
Biz о dövrdə Azərbaycan neftinin çıxarılması ilə məşğul olub
ölkəmizdə iş görmüş xarici şirkətləri də və öz sahibkarlarımızı
da bu gün minnətdarlıq hissi ilə xatırlayırıq.
Sonra isə, bilirsiniz ki, 1918-ci ildə ilk Azərbaycan Xalq
Cümhuriyyəti bir müstəqil dövlət kimi öz sərvətlərindən xalqı
üçün istifadə etməyə çalışmış, amma o, az yaşamış, buna nail
ola bilməmişdir. 1920-ci ildən isə Azərbaycan Sovetlər
İttifaqının, sovet hakimiyyətinin tərkibində olmuşdur. Bu gün
cəsarətlə demək lazımdır ki, 1920-ci ildən keçən 70 il ərzində
Azərbaycanda neft sənayesi çox güclü inkişaf etmişdir və bunun
da səbəbi ondan iləarətdir ki, о vaxt sovet hakimiyyətinə, sovet
dövlətinə neft lazım idi. Sovet İttifaqını sənayeləşdirmək, onun
iqtisadiyyatını inkişaf etdirmək üçün neft çox lazım idi. Əgər
nəzərə alsaq ki, о illərdə Sovetlər İttifaqının ərazisində hasil
edilən neftin 80, bəlkə də 90 faizi Bakıda əldə olunurdu, onda
anlamaq olar ki, sovet hakimiyyəti üçün, SSRİ dövləti üçün
Bakının nefti nə qədər lazım idi.
_____________________________________________
7
Azərbaycan xalqı, ölkəmizin neftçiləri və alimləri neft
sənayesinin inkişaf etməsi üçün böyük xidmətlər göstərmiş və
nailiyyətlər əldə etmişlər. Mən bir daha qeyd etmək istəyirəm ki
İkinci dünya mühariləəsində alman faşizmi üzərində qələbə
çalınmasında Azərbaycan neftinin misilsiz rolu olmuşdur.
Azərbaycan Sovetlər İttifaqının başqa bölgələrində neft
sənayesinin inkişaf etdirilməsi üçün də böyük xidmətlər
göstərmişdir. Biz iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan
neftçiləri, alimləri Rusiyada “İkinci Bakı”, “Üçüncü Bakı”,
“Dördüncü Bakı” kimi neft mədənlərinin və yataqlarının
açılmasında iştirak ediblər və onların çoxu о vaxtdan indiyə
qədər о diyarlarda - Sibirdə, Tümendə yaşayır və bu gün də neft
hasilatı ilə məşğuldurlar.
Azərbaycan Xəzər dənizində neft yataqlarının aşkar
olunmasında, bu yataqların sənaye üsulu ilə istismar
edilməsində dünyada birinci yerdə olmuşdur. Azərbaycanda
neftin sənaye üsulu ilə hasil olunmasına başlanandan bu günə
qədər yerin təkindən, dənizin dərinliklərindən 1 milyard 500
milyon tona qədər neft hasil edilmişdir. Bunun təxminən 450-
500 milyon tonu Xəzər dənizinin dərin sularından çıxarılmışdır.
Amma bütün bu zamanlarda Azərbaycan xalqı özünün zəngin
təbii sərvətlərinin sahibi olmamış, Azərbaycanın öz müstəqil
dövləti olmamış və ölkəmizdə hasil edilən neft, şübhəsiz ki,
Sövetlər İttifaqının bütün tələbatlarını təmin etmək üçün istifadə
edilmişdir.
Keçmişdə mən uzun illər Azərbaycanda işləmişəm və 1969-
cu ildən Azərbaycanın başçısı olmuşam. Мən bunları yaxşı
bilirəm və yaxşı xatırlayıram. Bizdən tələb olunurdu ki, neft-qaz
hasilatını artıraq. Biz bunu edirdik. Ancaq bundan əldə olunan
gəlirlərin hamısı Sovet İttifaqının vahid büdcəsinə gedirdi. Yəni
о illərdə neft sənayesinin Azərbaycana nə qədər mənfəət
verməsinə baxmayaraq, ölkəmiz əldə olunan neftin faydasının
çox hissəsini görməyibdir. Tarixin səhifələrini sizə xatırladaraq,
_____________________________________________
8
onu demək istəyirəm ki, Azərbaycan yalnız dövlət müstəqilliyini
əldə etdikdən sonra öz aqibətinin, öz sərvətlərinin sahibi olmuş
və ölkəmizin ən zəngin sərvəti olan qaz və neft ehtiyatlarından
müstəqil, sərbəst istifadə etmək imkanı əldə etmişdir.
Biz keçmişə minnətdarlıq edirik. Ancaq xoşbəxtik ki,
nəhayət, XX əsrin sonunda Azərbaycan öz milli azadlığını,
dövlət müstəqilliyini əldə edib və öz təbii sərvətlərindən nə cür,
hansı yolla istifadə olunmasını özü müəyyən edir.
“Əsrin müqaviləsi” də məhz Azərbaycanın dövlət
müstəqilliyinin əldə olunmasından irəli gəlmiş bir tarixi
hadisədir. Biz yalnız müstəqil dövlət olandan sonra dünyanın
müxtəlif ölkələri, neft şirkətləri ilə sərbəst, heç kəsdən asılı
olmayaraq danışıqlar aparmaq imkanı əldə etmişik və bu sahədə
gördüyümüz işlərin ən görkəmlisi, ən böyüyü, ən mühüm tarixi
əhəmiyyət kəsb edəni “Əsrin müqaviləsi”nin hazırlanıb
imzalanması idi. Bu gün təntənəli mərasimdə artıq deyildi ki, bu
müqavilənin hazırlanması ilə biz nə cür ağır şəraitdə məşğul
olmuşuq, daxili və xarici qüvvələrin yaratdığı nə qədər
çətinliklərlə rastlaşmışıq. Ancaq biz iradə və əzm göstərmişik,
risk etmişik və “Əsrin müqaviləsi”ni imzalamağa nail olmuşuq.
“Əsrin müqaviləsi” bu möhtəşəm “Gülüstan” sarayında
imzalanıbdır. О gün bizim üçün böyük sevinc, bayram günü idi.
Eyni zamanda biz yaxşı bilirdik ki, üzərimizə böyük məsuliyyət
götürmüşük və qarşımızda çox böyük sınaqlar vardır. Bu gün
iftixar hissi ilə deyirəm ki, bu beş illik yolun bütün sınaqlarından
şərəflə keçmişik, bütün çətinliklərin qarşısını almışıq, hər cür
təzyiqlərə cavab vermişik və “Əsrin müqaviləsi”nin qısa bir
zamanda həyata keçirilməsinə nail olmuşuq. Təbiidir ki, bu
nailiyyətlərimiz böyük neft şirkətləri ilə bizim müştərək işimizin
nəticəsidir.
Bu gün tam cəsarətlə demək olar ki, müqavilənin
imzalanmasından sonra yaranmış Beynəlxalq Əməliyyat Şirkəti,
Azərbaycan
Dostları ilə paylaş: |