MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə4/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   2   3   4   5   6   7   8   9   ...   157

_____________________________________________ 

12

 



 

 

 



RUSİYANIN YANACAQ VƏ ENERGETİKA  

NAZİRİ VİKTOR KALYUJNI İLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı 



 

21 sentyabr 1999-cu il 

 

Heydər  Əliyev: Hörmətli cənab nazir, hörmətli Viktor 

İvanoviç, hörmətli səfir, hörmətli Vahid Yusifoviç, mən sizi bir 

daha salamlayıram. Azərbaycana gəlməyinizdən və  “Əsrin 

müqaviləsi”nin imzalanmasının beşinci ildönümünə  həsr 

olunmuş  təntənəli mərasimlərlə yaxından iştirak etməyinizdən 

məmnunluq duyduğumu bildirirəm. 

Əslinə qalsa, bu, təbii haldır, çünki “Əsrin müqaviləsi”ni biz 

birlikdə imzalamışıq. Yəni Rusiyanın “LUKoyl” şirkəti 

müqavilənin hazırlanmasında və imzalanmasında çox mühüm 

yer tutur, müqavilədə böyük paya malikdir. 

Üstəlik, xatırlamaq istəyirəm ki, hələ 1993-cü ilin 

oktyabrında biz danışıqlar apardıq və  Xəzər dənizinin 

Azərbaycan sektorundakı  təbii neft-qaz ehtiyatlarından birgə 

istifadə edilməsi haqqında Rusiya Federasiyasının hökuməti ilə 

Azərbaycan arasında saziş imzaladıq. Bu sənəd mövcuddur. 

Belə ki, bu, həmin məsələ ilə əlaqədar imzaladığımız ilk sənəd 

idi, ondan sonra “Əsrin müqaviləsi”nin hazırlanmasına doğru 

irəlilədik. 

Bununla belə, mən minnətdaram ki, siz buraya gəlmisiniz. 

Viktor  İvanoviç, səmimi sözlərinizə görə, təbriklərinizə görə, 

arzularmıza görə sizə  təşəkkür edirəm. Zənnimcə, bu, bir daha 

və bir daha onu göstərir ki, biz yaxşı əməkdaşlıq edirik 

  



_____________________________________________ 

13

 



və bütün sahələrdə, xüsusən neft sənayesi sahəsində yaxşı 

əməkdaşlıq edəcəyik. 

Mən dünən öz çıxışımda dedim ki, bütün bunların kökləri 

uzaq keçmişə gedib çıxır. Azərbaycanda neft sənayesini biz ötən 

əsrin axırları - bu əsrin  əvvəllərində, xüsusən 1920-ci ildən 

başlayaraq birlikdə  təşkil etmişik. Azərbaycan nefti bütün 

Sovetlər İttifaqına xidmət edirdi. Azərbaycan neftçiləri Sovetlər 

İttifaqının başqa regionlarında,  əsasən Rusiyada yeni-yeni 

yataqların kəşfində çox böyük rol oynamışlar. “İkinci Bakı”, 

“Üçüncü Bakı”, “Dördüncü Bakı” və  nəhayət, Tümen, Sibir - 

bizə  məlum olduğu kimi, indi Rusiyanın özünə neft və qaz 

əsasən oradan gəlir. Bu yataqların kəşfində, işlənilməsində 

Azərbaycan neftçiləri, alimləri, geoloqları böyük rol oynamışlar. 

Yeri gəlmişkən, biz məmnunluqla qeyd edirik ki, о vaxtdan bəri 

onlar Tümen vilayətinin, Sibirin daimi sakinləri olmuşlar. 

Rusiya Federasiyasının vatəndaşları kimi orada yaşayır, çalışır 

və Rusiya üçün - vətəndaşları olduqları ölkə üçün neft 

hasilatının sürətini artırmaqla məşğuldurlar. 

Ona görə bütün bunlar əməkdaşlığımızı  şərtləndirir, bütün 

bunlar məhz onu şərtləndirir ki, biz “Əsrin müqaviləsi”ni də 

birlikdə imzaladıq və onun beşinci ildönümünü dünən sizinlə 

birlikdə layiqincə qeyd etdik. 

Sizə bir daha təşəkkür edirəm. 

Viktor Kalyujnı: Heydər  Əliyeviç, Bakıda bir daha olmaq 

imkanı verən dəvətinizə görə minnətdarlığımı bildirmək 

istərdim. 

Sözün düzü, mən ona şadam ki, siz yenə vəzifə başındasınız. 

Biz buraya gələndə maraqlanıb soruşduq - deyin görək, Heydər 

Əliyeviç necədir? Bizə cavab verdilər ki, elə  həmin  əvvəlki 

rejimdə  işləyir. Belə düşünürəm ki, bu, sabitlik əlamətidir, 

bunların hamısı çox yaxşıdır. Odur ki, söhbətımızin lap 

əvvəlində sizə cansağlığı arzulamaq istərdim. 

 

 




_____________________________________________ 

14

 



Zənnimcə, bu gün Azərbaycanda sizin təsirinizlə, 

Azərbaycanın neft hasilatında iştirakınızla görülən bütün işlər, 

təbii olaraq, bizim üçün vacibdir, çünki Azərbaycan bizim əsas 

tərəfdaşlarımızdan biri olub, biridir və biri olaraq qalacaqdır. 

Нəг şey buradan başlamışdır, bu gün burada da davam edir. Biz 

istərdik ki, qarşılıqlı münasibətlərimiz davam etsin. 

Azərbaycanda olmaq mənim üçün ikiqat xoşdur. Bu, onunla 

bağlıdır ki, mənim  əsil-nəcəbim də Azərbaycanla bağlıdır. 

Mənim babam da, nənəm də burada dəfn edilmişlər, 

valideynlərim burada yaşamışlar, bacım 1938-ci ildə burada 

doğulmuşdur. Yəni bütün bunlar burada baş vermişdir, biz 

Stepan Razin qəsəbəsində, Neftçalada yaşamışıq. Müharibə 

başlandıqdan, İkinci Bakı kəşf edildikdən sonra atam bir neftçi 

kimi oraya getdi və mən Uralda doğuldum. Amma tarixi köklər 

həmişə çəkir. Burada olmaq xoşdur. İnsanın xisləti elədir ki, o, 

bu məsələyə həmişə xüsusi hisslərlə və həyəcanla yanaşır. Buna 

görə  də respublikanıza mənim münasibətim sırf tarixi 

münasibətdir və qohumluq münasibətidir. Buraya gəlib-getmək 

mənə həmişə xoşdur. 

Təbii ki, qarşılıqlı münasibətlərimizin davam etdiyini nəzərə 

alaraq, istərdim ki, bu münasibətlər möhkəmlənsin. Çox heyf ki, 

bu gün Azərbaycanda Rusiyanı yalnız “LUKoyl” şirkəti fəal 

təmsil edir. Biz istərdik ki, sizin tərəfinizdən və Dövlət Neft 

Şirkəti tərəfindən olan çox böyük dəstək davam etsin. Buna görə 

bir daha minnətdarlığımı bildirmək istərdim. Düşünürəm ki, 

şirkət öz biznesini bundan sonra da layiqincə genişləndirəcəkdir, 

belə ki, bu gün onu artıq dayandırmaq mümkün deyildir. Mən 

istərdim ki, bu biznes sadəcə, daha da artsın. 

Bununla birlikdə, gələcək inkişaf barəsində və ən əvvəl bizim 

şimal marşrutunun, - bu marşrut haqqında çox danışılmışdır, - 

möhkəmləndirilməsi barədə mövqelərimizi bir peşəkar kimi 

necə təsəvvür etdiyimizə dair bir sıra mülahizələri 

  



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə