MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə20/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   16   17   18   19   20   21   22   23   ...   157

_____________________________________________ 

63

 



Adamlar necə  ağır  şəraitdə  işləyirdilər! Biz gedirik, su isə 

dizimizə  çıxırdı. Adamlar, bax, belə  şəraitdə  işləyirdilər.  Нər 

tərəfdən su sızıb axırdı. Yeri gəlmişkən, о vaxtdan məndə nadir 

fotoşəkillər qalmışdır. 

Əlbəttə, mən adamların necə işləməsinin böyük təsiri altında 

idim. Bununla belə, düşünürdüm ki, nə üçün indiyədək heç kim 

bu məsələni müzakirə etməyibdir. 

Sözün qısası, Siyasi Büroya məlumat verdim və sair. Bu, ayrı 

bir işdir, onu saatlarla söyləmək lazımdır. Bu barədə ona görə 

danışıram ki, BAM-ı ilk gündən lentə  çəkən kinooperatorlar 

bizimlə getmişdilər. Familiyalarını unutmuşam, lakin onlar 

məşhur sənədli film ustaları idilər, 1974-cü ildə ilk gündən 

başlayaraq BAM-ı  çəkir, onun tikintisinin salnaməsini 

yaradırdılar. Bütün о günlər  ərzində onlar bizimlə birlikdə 

oldular. Onlar olduqca çox şey çəkmişlər. 

Vaqif  Mustafayev: Мən bunu оуrənərəm. 

Heydər  Əliyev:  Bəli, familiyalarını öyrənin. Onlar çox 

böyük miqdarda material toplayıblar. Doğrudur,  ВАМ 

indiyədək başa çatdırılmadığından onlar öz filmlərini, məncə, 

təhvil vetə bilməmişlər, yaxud onun ayrı-ayrı hissələrini 

vermişlər. Amma onlar hər şeyi çox fəallıqla çəkirdilər. Əlbəttə, 

mən onlarla söhbət edirdim, onlar heyran qalmışdılar və 

deyirdilər: - biz 10 ildir BAM-ı  gəzilə-dolaşırıq, 10 ildir 

çəkilişlərlə  məşğuluq, amma heç vaxt bu səfərdəki qədər 

material toplamamışıq. 

Мən qayıtdıqdan sonra onlar bu səfər haqqında xüsusi sənədli 

film buraxmaq üçün mənə müraciət etdilər. Özü də onlarda 

çoxlu material vardı. Lakin mən buna razı olmadım, açığını 

deyəcəyəm, nəyə görə. Çünki iş elə gətirmişdi ki, 1974-cü ildən 

bəri, yəni 10 ildə Sovetlər  İttifaqının rəhbərliyindən, Siyasi 

Bürodan, Nazirlər Sovetinin rəhbərliyindən heç kim “BAM-da 

olmamışdı, oraya gedib baxmamışdı. Nəqliyyat tikintisi naziri, 

mərhum Sosnov İvan Dmitriyeviç, - o, səfərdə 

  



_____________________________________________ 

64

 



həmişə  mənimlə idi, - məlumat verirdi və bu məlumat 

Kremldəkilərin xoşuna gəlirdi. Siyasi Büroda, Sovetlər 

İttifaqının yüksək dairələrində  mənim  şəxsiyyətimə onsuz da 

çox qısqanclıqla yanaşıldığı, üstəlik Dövlət Kinematoqrafiya 

Komitəsinə  rəhbərlik etdiyim bir vaxtda bu cür filmin 

buraxılmasına icazə verilməsini, 

şübhəsiz, belə 

qiymətləndirərdilər ki, guya mən özümü gözə soxuram və sair. 

Mən dedim, yox, lazım deyildir. Siz ayrı-ayrı parçalardan 

müxtəlif kinojurnallarda istifadə edə bilərsiniz, ancaq belə 

düşünürəm ki, biz BAM-ın tikilib başa çatdırılacağını görəcəyik, 

artıq onda siz də filmi hazırlayarsınız və bu səfər də orada öz 

yerini tutar. 

Mən bunu indi, burada sənədli kinodan söhbət getdiyinə görə 

xatırladım.  Əlbəttə, bunlar nadir materiallardır. Özü də  təkcə 

bizim səfərimiz barədə olan materiallar yox. Biz səfərdə 10 gün 

olmuşduq, onlar isə 10 il getmişdilər. Yəqin, sonralar da 

getmişdilər. Çünki 1984-cü ildən sonra mən bu problemlə 1987-

ci ilədək, istefaya gedənədək məşğul oldum və  işimiz çox-çox 

irəlilədi. Sonra hər şey getdi... 

Bu yaxınlarda BAM-çılar yolun inşasının 25-ci ildönümünü 

qeyd etdilər. Tında adlı bir şəhər var - o, Uzaq Şərqdə, Amur 

vilayətındədir.  Əslində, bu şəhər xüsusi olaraq ВАМ üçün 

salınmışdır. Onun inşası da BAM-ın tikintisindən başlanmışdır. 

Maraqlı, gözəl  şəhərdir. Mən orada iki gün yaşadım, çoxlu 

müşavirə keçirdim. Sonra biz yolumuza davam edərək Uzaq 

Şərqə getdik. 

Bax, mən oradan xəbər aldım ki, Tindada onlar BAM-ın 25-

ci ildönümünü qeyd edirlər. Onların məni xatırlaması, mənə 

dəvət göndərməsi mənim üçün xoş idi. Təbii ki, oraya getmək 

imkanım yoxdur və  mən onlara səmimi təbrik məktubu 

göndərdim. 

Odur ki, Vaqif, kinoarxivlərdə yaxşı axtarışlar aparılsa, 

olduqca çox material tapmaq olar. Мən bunu özüm üçün 

demirəm. Ola bilsin ki,   indi sizinlə görüşməsəydim, bütün 



_____________________________________________ 

65

  



bunları xatırlamazdım. Sizdən ayrılandan 10 dəqiqə sonra isə 

başını tamam digər işlərə qarışacaq və bunu yenə iki-üç il 

unudacağam. 

Lomer Axvlediani: Amma biz ümidvarıq ki, Sizə üç il 

unutmağa imkan verməyəcəyik, çünki Sizi bir neçə dəfə narahat 

etməyimizə şad olacağıq. Sizin bir neçə belə söhbətiniz isə bizi 

düzgün yola yönəldəcək ki, Vaqifin görməyə hazırlaşdığı qalan 

işlər daha maraqlı olsun. 

Vaqif Mustafayev: Cənab prezident, əvvəla mənə belə şərəf 

göstərildiyinə, Sizin haqqınızda bu dörd seriyanı çəkmək imkanı 

yaradıldığına görə  Rəfael Allahverdiyevə  təşəkkürümü 

bildirmək, mənim təklifimi qəbul edib filmi çəkmək üçün 

gəldiyinə görə Lomerə minnətdarlıq etmək, onun oğluna 

təşəkkür etmək istərdim. Burada varislik həm də başqa 

mənadadır. Məsələ bundadır ki, Lomer mənim müəllimim olan 

Eldar Ryazanovla film çəkirdi, indi isə onun şagirdi ilə 

çəkəcəkdir. 

Deməliyəm ki, bu filmi yaratmaq çox çətin idi. Nəyə görə? 

Ona görə ki, olduqca çox material vardı. Moskvaya aid materlalı 

biz Moskvadan gətirdik. Naxçıvana aid materialı biz əsasən 

Türkiyədən götürmüşük, çünki öyrənmişdim ki, əvvəllər 

televiziya oraya, Naxçıvana öz əməkdaşlarını göndərmirdi. 



Heydər Əliyev: Əvvəllər Azərbaycan televiziyası Naxçıvanı 

tamamilə inkar edirdi. Bu yaxşıdır ki, Türkiyədən materiallar 

götürmək ağlınıza gəlmişdir, çünki Türkiyə televiziyası 

Naxçıvana tez-tez gəlirdi... 



Vaqif Mustafayev: Biz oradan materialları satın aldıq və 

mənə elə gəlir ki, əlimizə çox maraqlı materiallar düşdü. Amma 

bütün bu materiallardan istifadə etmək çox çətin idi. Biz cəmi 

dörd seriya çəkdik, orada isə  hələ  nə  qədər material var, nə 

qədər adam danışmaq istəyirdi. Bütün Moskva, hətta avtomobil 

sürücüləri də danışmaq istəyirdilər. 

  

 

 




Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə