Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə1/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
  1   2   3   4   5   6   7   8   9   ...   154


    

 Şirin Xanım Kərimbəyli Şadiman

 YOL GEDİRİK

 

BAKI – 2018

(NƏZM YAZILAR)




Kitaba maddi və mənəvi dəstək göstərdiyinə görə 

həyat yoldaşım Əli Abdulla Əli oğluna minnətdaram.

Redaktoru və Korrektoru: Əli Abdulla 

Tərtibatçı: Əli Abdulla 

Şirin Xanım Kərimbəyli Şadiman

YOL GEDİRİK

Bakı, Qanun Nəşriyyatı, 2018, 596 səh., 500 tiraj

Çapa imzalanmışdır: 16.01.2018

Şirin  xanım  Kərimbəyli  Şadiman  Azərbaycan  ədəbiyyatında  öz  dəsti 

xətti  olan  sənətkarlardan  biridir.  Onun  yaradacılığı  təkcə  Vətən 

məhdudiyyətində qalmır. O, öz ürəklər fəth edən yaradıcılığı ilə çoxdan 

Azərbaycan  sərhədləlrini  aşıb.  Dünyanın  harasında  bir  ağrı-acı  varsa, 

Şirin  xanımın  ilhamlı  qələmi  orda  olur  və  o  ağrıları  nəzmə  çəkir.  Şair 

istər şeiriyyəti, istərsə də publisist düşüncələri ilə oxucu ürəyini riqqətə 

gətirən sənətkardır. Nəşriyyatımız adından müəllifə yeni-yeni yaradıclıqlıq 

zirvələri arzulayırıq.

ISBN 978-9952-36-471-2

© Qanun Nəşriyyatı, 2018

© Şirin Xanım Kərimbəyli Şadiman, 2018

www.shirinxanim-shadiman.net



3

    Y

ol gedirik



YOL GEDİRƏM – HAQQA YETİM

Yeni  çapdan  çıxacaq  kitabıma  yazacağım  fikirlərin  başlığını  yol 

gedirəmlə başlamağım söz gəlişi ifadə deyil. İnsan doğulan gündən dünya-

sını dəyişənə qədər yol gedir. Bu Yaradanın ona bəxş etdiyi ömür yoludur. 

Təsadüfü deyil ki, kitabın adı da 03.02.1992- ci il tarixində yazılmış «Yol 

gedirik» adlı şerimin adından götürülmüşdür. «Yol gedirik» adlı kitabın çap 

olunmasıyla bağlı verdiyimiz qərar nədən qaynaqlanır?! Bax bu məqsədin 

isbatına ehtiyac duyduğum üçün istəyirəm bunu yetərincə açıqlayım. Bu 

vaxta qədər çap olunmuş geniş həcimli kitablarımdan yığılan seçmələrin 

seçməsi  bu  topluda  öz  əksini  tapmışdır.  Yəni  yaradıcılığıma  maraq 

göstərən geniş oxucu kütləsi, sözə dəyər verən insanlar bu kitab vasitəsi 

ilə asanlıqla mənim bu illər ərzində yazdıqlarımın nəbzini tuta biləcəklər. 

Bu həm ədəbi tənqiddə bu yerə qədər yazdıqlarım haqqında öz fikrlərini 

demiş və demək istəyən söz adamlarının yazacaqlarına kömək vasitəsi, 

həm  də  poeziyasevər  insanların  mütaliyəsi  üçün  ərmağan  olacaq.  Çox 

saylı kitabların arasından müxtəlif məzmunlu şeirləri arayıb axtarıb tapmaq 

günlərlə, aylarla vaxt aparır. «Yol gedirik» kitabı bütün bu məsələlərə çıraq 

tutmaq üçün meydana gəldi.

Düzdü, bir müəllif olaraq bilirəm ki, yaradıcı insan üçün yaratdıqlarının 

hamısı doğma, hamısı əzizdir. O, gözlərinin nurunu vərəqlər üstə səpələyir. 

Yaxşı mənada yaradılan nə olursa olsun ağılın və təfəkkürün məhsuludur. 

Hər biri yazan adamın ruhundan doğur, bir bala kimi ona vazkeçilməz olur, 

amma bir həqiqət də var ki, istər oxucu, istərsə tədqiqatçı müəllifin çoxsaylı 

kitablarını axtarıb aramaq peşində olmur. Ümid edirəm ki, bu kitabın hazır-

lanıb çapa verilməsi ədəbi ictimayyətə və oxucu əhlinə ümumi yaradıcılı-

ğım üçün dəyərli ünvan olacaq. Sözün ovqatına köklənib bütün ağrı-acıları, 

dünyada, cəmiyyətdə baş verən haqlı və haqsız olayları nəzm diliylə izhar 

etmək o qədər də asan başa gələsi məsələ deyil, yaradıcı insanın ruhu 

çeşmə təki qaynamasa o heç bir hadisəyə, faciyəyə bədii sözün qüdrəti 

ilə yanaşa bilməz, onda da olsun nəzm, şerin möcüzəli dili…O dili açmaq, 

o dillə pıçıllaşmaq hər qələm sahibinin də bacardığı iş deyil. Əgər bu yerə 

qədər yazdıqlarımla oxucu ürəyinə yol tapmışamsa, Allahıma min şükür…

  Əslində  «Yol  gedirik»  kitabı  həyat  yoldaşım  Əli Abdullanın  ideyası-

dır. Bu yerə qədər çapdan çıxan kitablarıma maddi və mənəvi cəfakeşlik 

etməkdən usanmayan, mənəviyyata inkaredilməz dəyər verən bu insanın 

aylarla çəkdiyi əziyyətlər hesabına kitab artıq çap ərəfəsindədir. 

 Kitabda şerin hər janrında yazılmış maraqlı nümunələr toplanmışdır. 

Nəzmin  heca,  əruz,  sərbəst  şeir  növləri  ilə  cilanmış  səhifələrlə  bərabər 

nəzm hekayələr, rəvayətlər, dramlar, dördlüklər, rubailər, bayatılar, yanğı-

lar, ikiliklər, deyimlər, məsəllər topluda özünə yer almışdır.



4

Şirin x

anım Kərimbə

yli Şadiman

 Bu kitabda sıralanmış bölgələr əvvəlki çapdan çıxan kitabların bölgə 



adlarıyla eynidir. 

 Nəzm hekayələr bölməsində «Tağayım», «Ağı dastan», «Burdan bir 

atlı keçdi», «Dükan adamın hekayəsi», «Quzey elin güney elə məktubu», 

«Xocalı soyqırımı» adlı mənzum əsərlər var.

 Rəvayətlər bölməsində «Qismət Allahdandı», «Üç qisimdə olan insan», 

«  Qazi  və  zina  qadının  hekayəti»,  «Ruzisinə  asi  olan  kişinin  rəvayəti», 

«Ana leyləyin hekayəsi» sıralanıb. 

 Dramlar bölməsində isə «Kahada ölüm hökmü» və « Sevgi vara satıl-

maz» özünə yer alıb. 

  Kiçik  həcmli  şeir  növlərinə  dördlüklər,  rübailər,  bayatılar,  yanğılar, 

ikiliklər, deyimlər, məsəllər göstərmək olar. 

 Bu kitabda təkcə publisistik əsərlər yoxdur. Beləliklə kitab kimin əlinə 

düşsə müəllifin ümumi yaradıcılığı barədə müfəssəl məlumat ala biləcək. 

Bu baxımdan kitabın içindəkilərin toplanıb araya-ərsəyə gəlməsi əvəzsiz 

zəhmətin bəhrəsidir. Bu zəhməti çəkən Əli Abdullaya xüsusi minnətdarlıq 

düşür.


  Ruhumdan  qopub  gələn  fərəhli  və  qəmli  duyğularımın  beşiyi  olan, 

illərin eniş-yoxuşunu içində daşdıran «Yol gedirik» kitabı bu vaxta qədər 

çapdan çıxmış on yeddi çox səhvəli kitabların içindən seçilib yığılmış top-

ludur. Bu topluyla tanış olan hər bir kəs bədii yaradıcılığımın aşıb-daşan 

təbii  çalarlarıyla  bəhrələnəcək.  Mən  də  bir  müəllif  olaraq  oxucunu  bədii 

ovqatıma kökləyə bilmişəmsə, demək yazdıqlarımla doğulduğum Vətənə, 

onun ədəbiyyatına hansısa töhfə verməyi bacarmışam. Bəli biz, doğulan 

gündən ölənə qədər yol gedirik. Bu yolun enişi, yoxuşu olur. İnsan özüylə 

çarpışa-çarpışa, döyüşə-döyüşə ömrünü başa vurur. Öz ağılı, düşüncəsi 

sayəsində uğurları, uğursuzluqları olur. Bir yaradıcı insan kimi mən özü-

mü uğursuz müəllif saymıram. İnanıram ki, yazdıqlarım zamanın ələyindən 

keçəcək və zaman rəfində özünün dəyərli yerini tutacaqdır. 

 Sözə , bədii yaradıcılığa qiymət verənlər, üz tutanlar sizlərə isə ünvan-

lamaq istəyirəm ki, bu kitabla tanış olmaq heç də pis olmazdı. Pis odur ki, 

müəllifin yaradıcılığıyla tanış olmamış onun haqqında fikir söyləsinlər. Hər 

birimizə sağlıq dolu günlər diləyirəm.

 

 

Müəllif.



 07.09.2017.


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə